Cavid Fərzəli. MÜHARİBƏ GÜNÜ.

CAVİD FƏRZƏLİNİN YAZILARI

MÜHARİBƏ GÜNÜ
Müharibədən gələn xəbər
Ürəyimi gülləliyən an,
Doğum evinin başında
Bir ana bulud daşıyır çiyinlərim.
Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim.
Yolunu gözlədikcə doğum gününün.
Yollar sancı çəkir ayaqlarımda.

Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi
kor bir pəncərəyə.
Gördüm gözlərini,
Ağaclar sevinc gətirdi qollarıma,
Qucağıma aldım doğum gününü.

Müharibədən gələn xəbər;
Qarşı pəncərədə
Körpə bir səs atasız qalır.
Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.

Müharibə şəkilli adamların arasında,
Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək…

Rəqəmlərin ölümüymuş doğum günün.
Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.

Doğum günündən uzaqlaşdıqca, oğlum!
Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır,
Axı anaların qucağı həmişə körpədir.

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir