İslam Ələsgər

Bu gün ( 22 iyun ) Aşıq Ələsgərin nəvəsi, Aşıq Talıbın oğlu filologiya elmləri namizədi, Ələsgərşünas alim İslam Ələsgərin doğum günüdür.

İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi “Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi” olmuşdur.

1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir.

Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır.

1973-cü ildə “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin “Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən “Haqq aşığı Ələsgər” monoqrafiyasını yazmışdır.

6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.

ALLAH RƏHMƏT ETSİN!

MÜƏLLİF: GÜLLÜ ELDAR TOMARLI

GÜLLÜ ELDAR TOMARLININ YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir