Ay-ulduzlu bayrağım!

Ay-ulduzlu bayrağım!

Öz əlimlə yonduğum
Sapının tilişkəsi
Hər ovcuma batdıqca
Milyon kərə can dedim…

Düşündüm illər boyu,
Boşa yordum özümü,
Sonunda bircə kərə:
-“Bəsdir, qana qan dedim!”

Özgə kölgə tanımam,
Öz sancdığım Sancağın
Kölgəsinə sığındım,
Yurduma “Bay-Can” dedim…

As ərənlər yurdunun
Uslu ər fədaisi,
Tuğunda zər gəzdirən
İgidlərə “Xan” dedim…

Göydə masmavi səma,
Yerdə yamyaşıl zəmin,
Şəfəqin al qoynunda
(Ay-ulduzlu bayrağım,)
Ucal, dalğalan dedim!!!

22.09.2023. – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir