NADİR ZİYADLI. ŞEİRLƏR.

Ard-arda gələn böyük bir nəslin daimi xilaskarıdır, bir müəllim…
Yüzlərlə gəncin son ümid yeri, neçə-neçə alimin, yazıçının, mühəndisin illər keçsə də beyninə iz salan, dilində əzbər olan müqəddəs kəlmədir, müəllim kəlməsi…
Pafosu sevməz, səxavətlidir, xeyirxahdır, ən önəmlisi insanlığın örnək göstəricisidir hər bir vicdanlı müəllim!
Bu vicdanı bir ömür boyu qorumaq, müxtəlif situasiyalarda öz vicdanınla savaşmaq, ona qalib gəlmək əsl müəllim simasıdır.
Barəsində söhbət açacağım müəllim Qax rayonu Şəhid Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbinin savadlı, patriot, qabaqcıl müəllimi, məktəbin direktoru Nadir Ziyadlıdır…
Nə qəribə tale, nə xoş bir təsadüfdür ki, Nadir müəllim məhz doğması, canı, şəhid qardaşı Mehdi Ziyadovun adını dəyişən məktəbin müəllimidir…
Bu məktəb gündən-günə çiçək açır, gündən-günə öz qolunu açıb qucaqladığı şagirdlərinə gözəl və rifah gələcək vəd edir…
Mustafa Kamal Atatürk müəllim adının incəliklərini bu cümləsi ilə cəmiyyətə necə də aydın çatdırıb; “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər…”
Tanıdığımız, bildiyimiz Nadir müəllim də məhz bu cümləni öz həyatında əməlləri ilə əks etdirən gözəl insanlardan biridir…
Şagirdlərinin hər birinin daxili xüsusiyyətinə bələd olmağı, emosiyalarını asanlıqla bilib əlindən gələni əsirgəməməyi də onun şairənə, həssas, duyğulu qəlbindən xəbər verir…
Bəli… Bizim Nadir müəllim həm də söz sərrafıdır.Şeirləri misra-misra, söz-söz onu sevənlərin əzbərindədir…
Vətənini canı-könüldən sevən, soykökünə bağlı, milli-mənəvi dəyərlərimizi həmişə üstün tutan müəllim, şair, araşdırmaçı jurnalist Nadir Ziyadlının bir neçe şeirini təqdim edirik;

Sənə qayıdacağam.
Sənə qayıdacam, sənə nə vaxtsa!
Siləcəm, gözünün kədər-qəmini.
Saçına, gözümlə sığal çəkəcəm,
Sıxacam köksümə kövrək əlini.

Dəli bir hayqırtı salacaq dünya,
Həsrətin oduyla alışacağam.
Sənin bircə anlıq təbəssümünü,
Qismətim bilərək barışacağam.

Bəlkə də bu qatar qismət payımmış,
Mənə SƏN adlanan dünya yetirdi.
Bəlkə də, qismətdə bir eşq varıymış,
Onu da bu qatar salıb itirdi…



NAXIŞ-NAXIŞ SEVDİM SƏNİ…
Udum-udum,zərrə-zərrə sevdim səni.
Nəfəs kimi,nəğmə kimi sevdim səni.
Son qurtuma tamarzıtək,saf su kimi
Qurtum-qurtum,sevdim səni.
Bənövşəmsən,ya yasəmən,
Ya, baharın tər xalısı-
Yağışların dürr paylısı
İlmə-ilmə,naxış –naxış,
Yağış-yağış, sevdim səni.
Gizlin-gizlin,ürkək -ürkək,
Baxış-baxış, sedim səni.
Ömrümə son qismət kimi,
Naxış kimi sevdim səni.


Ötür bu qatar…

Sən oxu qəlbimi, oxu bu axşam
Qoy səsin, özümü qaytarsın mənə.
Mən elə qəribəm, bu yer üzündə,
Bəlkə də, səsinlə gəldim özümə.

Nə nağıl istərəm, nə də var -dövlət
Bir şirin təbəssüm, təşnəsiyəm mən.
Bu payız günündə , son yarpaq kimi,
Sənin baxışınla, öləsiyəm MƏN…

Sənimi oxşayım, kövrək çicəyim
Mən qoca payızam, sənsə ilk bahar.
Səni oxşamağım, bu mümkün deyil
Elə bizli, bizsiz ötür bu qatar
Müəllif: NADİR ZİYADLI

Təqdim edir: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CƏVAHİR TANRIVERDİ. TƏZADLAR.

TƏZADLAR

Azad torpaqlara ruhum sevinir,

Şəhidimə ağlar bulud olmuşam.

Bir gözüm ağlayır, bir gözüm gülür,

Göz yaşı içində gülüş olmuşam.

Payızın sehrinə düşmüşəm indi,

Bar-bəhərli ağac vətən kimidir.

Ağacdan saralıb tökülən yarpaq

Vətənçün can verən əsgər kimidir.

Bir ana qol açır azad yurdunda,

Köçkünlük adından silinib deyə.

Bir ana qol açır məzar önündə,

Oğlu al bayrağa bələnib deyə.

Payız özü kimi təzad gətirdi:

Ağlamaq istərkən gülə də bildik.

Şəhid anasının önündə susqun,

Düşmənin önündə sinə də gərdik.

Sentyabr 2023

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru