Yarpaqlara elegiya
Yenə metaforalar çatır köməyimə səndən şeir düzəltməyə Ayrılıq!
Günahı payıza yükləsək də sözə baxmayan,
ipə-sapa yatmayan yarpaqlar var,
ağacdan özünü yerə atan.
Elə uzaqlar var ki, elə yaxın…
Elə yaxınlar var ki, elə uzaq…
Elə min illik xatirələr var ki, təptəzə…
Elə təptəzə xatirələr var ki, çöplüyə atılmış…
Elə səslər var ki, uzaqlardan qışqıran: – “yarıyolda qoyanlar”,
elə qışqırıqlar var ki, “getmə” – deyə yalvaranlar…
Elə ölülər var ki, dipdiri…
Elə dirilər var ki, min illik mumiya…
Elə yaşanılmamışlıqlar var ki, adı ağrı…
ürəyindəki adı dodaqların pıçıldayanda sinəndən qopan sancı…
Elə yaşanılmışlıqlar var ki, xatırlanmayan…
Biz sevə-sevə ölən,
ağrıya-ağrıya unudan,
eqosuna hisslərini qurban verənlərdənik…
Nə gözəlmiş belə ölmək,
nə gözəlmiş özünü aldatmaq,
nə gözəlmiş
öz yalanına “unutdum” deyib özünü inandırmaq…
Xoş gəldin payız,
artıq xəzana hazıram,
gedək birgə tökülək torpağa,
yenidən yaşıllanmaq üçün cəmi 3 aydı ayrılığın ömrü!
Sağol payız,
nə yaxşı ki, varsan,
tökülən yarpaqların ardınca yağış olub ağlamağa…
Müəllif: Aida ADIGÖZƏL
AİDA ADIGÖZƏLİN DİGƏR YAZILARI
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
AKİF ABBASOVUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru