Adil Cəfakeş – İrəlidə.

İRƏLİDƏ

Oturubdu yol gözləyir,
Özüm məndən irəlidə.
Gedirəm ki, danışılır,
Sözüm məndən irəlidə.

Soruşmayın gedən kimdi,
Nə işarə, nə him-cimdi?
Yol göstərən bələdçimdi,
İzim məndən irəlidə.

Hey axtarıb, gözüm gəzir,
Soraqlayıb sözüm gəzir.
Təntiyibdi, dözüm gəzir,
Dözüm məndən irəlidə.

Gah yumulur, gah izləyir,
Axan yaşın əzizləyir.
Neçə ildi yol gözləyir,
Gözüm məndən irəlidə.

Qoy göstərim nümunətək,
Yalan sanıb eyləmə şəkk.
Hələ çox üzlər görəcək
Üzüm məndən irəlidə.

Cəfajeşəm, neçə kərə,
Sallbdılar məni şərə.
Günahlanıb haqsız yerə,
Düzüm məndən irəlidə.

Müəllif: Adil Cəfakeş

LAÇIN ƏDƏBİ MÜHİTİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir