Səadət Sultan – SƏRÇƏ


SƏRÇƏ
(hekayə)
Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır!
Muxtargil İçərişəhərdə yaşayırdılar. Ailələrinin dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa çalışırdı. Anası Ağbacı xala Bakı-Moskva qatarında bələdçi işləyirdi. Yol adamı olduğuna görə uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirdi. Tanrı ona iki oğul, iki qız bəxş etmişdir. Oğlanları Muxtar və Familə ali savad verə bilməsə də, qızları Nabat və Gültəkini Tibb texnikumuna sala bilmişdi.
Çətinliklərə baxmayaraq, qəzlar tibb bacısı ixtisasına yiyələnə bildilər. Ancaq oğlanlarınkı gətirmədi, qürbətdə çörəkpulu qazanmağa üz tutmağa məcbur oldular. Çünki Vətən torpağında onlara bir iş tapılmırdı.
Bütün hadisələr Ağbacı xalanın oğlu Familin həbsindən sonra baş verdi. Sanki ailəyə bir həbs damğası vurulmuşdu. O günləri yada salan Ağbacı xala oğlu Familə deyərdi: “Ay bala, sənə neçə kərə demişdim ki, o avara-uvaralara qoşulma! Gördün, sənə deyirdim ki, bu işin axırı yaxşı qurtarmayacaq! Bu da axırı!”
Famil bir çox yerlərə iş üçün müraciət etsə də, xeyri olmamışdır. Eh, kim bilir?… Ehtiyac insanı hansı addımlar atmağa məcbur edir. Bütün bu olanlar da insan hərisliyindən, şeytan əməlindən baş vermişdi.
Muxtargilin həyətində göyərçin damı vardı. Famil və Muxtar onları yedirtməyə, uçurmağa çıxaranda həmişə bir cüt sərçə onlara qoşulardı. Bu mənzərəni seyr etmək qardaşlar üçün təəccüb və maraq doğurardı. Beləcə günlər ötürdü. Oğlanlar böyüdükcə özləri ilə bərabər dərdləri də böyüyürdü. Oğurluq üstündə həbs edilən Famil üç il sonra azadlığa buraxıldı. Həbsdən sonra Famil elə bil başqa cür olmuşdu. Saatlarla dinməzdi, oturub elə hey nə barədəsə düşüncələrə dalardı.
Bir gün anası Ağbacı xalanı mətbəxə çağırıb dedi:

– Ana, mən çörəkpulu qazanmaq üçün Vətəni tərk etməli olacağam.
Muxtar istəsə, mənimlə gedə bilər.
Anası əvvəlcə oğlunun nə demək istədiyini başa düşmədi, sonra oğlunun qürbətə gedəcəyini, orada başına hansı fəlakətlərin gələcəyini düşünəndə, fəryad qopardı:

– Getmə, ay oğul! Getmə! – deyən ana özünü oğlunun üstünə atdı.
Famil isə soyuqqanlılıqla anasına:

– Axı dolana bilmirik, nə vaxtadək ilan kimi sürünəcəyik? Atam da artıq qocalıb. Bir şey fikirləşməliyik, ya yox?
Naəlac qalan ana axırda oğluna təslim oldu. Qardaşı Muxtarla da söhbətdən sonra Famil artıq getməyə israrlı idi. Uzaq Sibirdə çörəkpulu qazanmağa can atan Famil artıq bütün yol hazırlıqlarını görmüşdü. Hətta atası Əbülfəz kişini də yola gətirə bilmişdi.
Famil yola düşməzdən əvvəl nə vaxtlarsa saxladığı göyərçin damına son dəfə baş çəkməyə qalxdı. Artıq çox gec idi. Göyərçinlər uçub getmişdilər. Sanki öz yiyələrinin qürbətə getdiyindən xəbər tutmuşdular. Ancaq bir cüt sərçə isə qürbətdə yaşamaqdansa, öz Vətənini üstün tutub, həmin taxçanın üstündə oturub, heyran-heyran Familə baxırdı. Sanki baxışları ilə yiyələrinə deyirdilər:

– Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır…

Müəllif: Səadət Sultan

yazıçı-publisist

publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həyat aldanışdır, əsrardır еlə

Sergey Yesenin
(1895-1925)

Həyat aldanışdır, əsrardır еlə
Bəlkə оna görə bizə gоr qazır.
Bəlkə оna görə kоbud bir əllə
Alın yazımızı baх bu cür yazır.

Nə vaхt ki, gözümü qapayırım mən
Dеyirəm: “Qоy düşüm qəmin cənginə;
Ömür-aldanışdır, amma о, bəzən
Yalanı bəzəyir sеvinc rənginə.

Ağsaçlı göylərə baхıb qəm yеmə,
Lap fal aç, əlindən vеrmə fürsəti.
Ay öləri insan, tələb еyləmə
Lazımın оlmayan bir həqiqəti”.

Mеşəgilasının kоlları çin-çin
Düşünürsən burda оlaram хоşbəхt.
Qоy səni aldatsın rəfiqələrin,
Qоy ötəri dоstlar еtsin хəyanət.

Qоy məni öyənlər qaldırsın göyə,
Qоy iti dillərlə sancsınlar hətta,
Fərqi yох, hazıram hər cür zərbəyə,
Hər cür haqsızlığa öyrəşmişəm ta.

Yüksəklik üşüdür mənim qəlbimi-
Ulduzlar hənirli оlub nə vaхtdan?
Çохdan unutmuşam sеvdiklərimi,
Məni sеvənlər də unudub çохdan.

Həyat əzib-sıхır məni günbəgün,
Mən оndan razıyam yеrdən göyəcən.
Əslində bu adi ömür-cün üçün,
Hər şеyə, hamıya minnətdaram mən.

         17 avqust 1925

Tərcümə edəni: F.Mustafa

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

POEZİYA NÜMUNƏLƏRİ RUBRİKASI

POEZİYA NÜMUNƏLƏRİ RUBRİKASI

Rubrikamızın qonağı bir sıra beynəlxalq mükafatlar laureatı, AYB-nin və AJB-nin üzvü, tanınmış teleradiojurnalist, şair-publisist Mübariz Ağaxan oğlu Süleymanlıdır.

BU GÜN
Yarpağı saralan,küləyi coşan,
Dərəsi dillənən,çayları daşan,
Dağına ,daşına nəğmələr qoşan
Bağrıma basıram payızı bu gün.

Tanrı nəfəsinin ruhunu duyan,
Əlini köksünün üstünə qoyan,
Dünyanın malından gözləri doyan,
Bağrıma basıram payızı bu gün.

Təndirin həniri ,sobanın közü,
Ardınca səsləyir qışın sərt üzü,
Bəxtmə yazılan o qara gözü,
Bağrıma basıram payızı bu gün.

Haramı dadamaz halalın biri,
Əzəldən bilinməz dünyanın sirri
Məclisdə tanınar insanın yeri,
Bağrıma basıram payızı bu gün.

Hiyləgər adamın işi kələkdi,
Etdiyin əməli yazan Mələkdi,
Kəfən doğulandan bizə bələkdi,
Bağrıma basıram payızı bu gün

                

DESƏNƏ

Bələyim də ,kəfənim də ağ oldu
Çəkdiklərim ürəyimə dağ oldu.
Xoş günlərim göz oxşayan çağ oldu…
Dünya sənə nə borcum var de bilim…

Nadanların sarayını ucaltdın,
Kişilərə əzab verib qocaltdın.
Yaxşılara yerli-yersiz söz atdın,
Dünya sənə nə borcum var desənə ..!

Aldandıqca hiyləgərə zalıma,
Tikan əkdin, düz dolaylı yoluma .
Heç görmədim yanan olsun halıma,
Dünya sənə nə borcum var desənə..!

Nə verdinsə, onda gözüm olmadı,
Özgə baxta könlüm tamah salmadı…
Yaşamağa heç həvəs də qalmadı,
Dünya sənə nə borcum var desənə..!

Əzəl gündən kəm gətirdin baxtımı,
Çox itirdim qızıl kimi vaxtımı !
İstəmədim , nə tacını -taxtını ,
Dünya sənə bə borcum var desənə ..!

OLDUM

Baş qoşmadım bir zalıma,
Davam etdim öz yoluma,
Kimsə yanmadı halıma,
Öz dərdimə yetər oldum.

Mindim zamanın atına,
Girdim ömrümün qatına,
Düşüb qəlbimin çatına
Aralıqda itər oldum.

Ürəyi dağlara baxdım,
Ötən xoş çağlara baxdım,
Gözləri ağlara baxdım,
Ağlayandan betər oldum.

Gəldim, yaşadım, gedirəm,
Dərdi boşadım gedirəm,
Dünya yaşıdım, gedirəm,
Ürəyimdən ötər oldum.

Keçib iynənin gözündən,
Axıb suların üzündən,
Öpüb anamın sözündən,
Öz tənimdən gedər oldum.

SƏN NİYƏ ÖZÜNƏ ÖYRƏTİN MƏNİ

Sən niyə öyrətdin özünə məni,
Qəfəsdə çırpınan quşa bənzərəm,
Unutmaq nə qədər çətindir səni,
Dərdindən dəlitək tənha gəzərəm!

Sən niyə özünə öyrətdin məni,
Sən küsüb gedəndən mən , mən deyiləm !
Mən necə yadımdan çıxarım səni ,
Bəlkə tənhalıqan mən şən ,deyirəm!

Sən necə öyrətdin özünə məni,
Ruhum da,canım da, hey yanındadır!
Çəkdiyim əzablar çox üzür məni,
Yediyim ən şirin bal zəhər dadır!

Sən necə öyrətdin məni özünə,
Nə dilim məndədir,nə də ki,sözüm!
Gözlərim baxmayır kimsə gözünə,
Sənsiz yaşamağa mən necə dözüm !

            

KİŞİLƏR

Yaşayar mərdanə ömür payını,
Haramı ömürdən silər kişilər!
İtirməz dünyanın haqqı –sayını,
Düşmənin bağrını dələr kişilər!

Dayanar kişitək sözünün üstə,
Çörəyi saxlayar gözünün üstə.
Qoymaz ləkə düşə izinin üstə,
Dünyanın dərdini bölər kişilər!

Qoruyar yağıdan doğma elini,
Qamətin düz tutar, əyməz belini..!
Uzadar kasıba kömək əlini,
Yurdunun qədrini bilər kişilər.

Unutmaz kəsdiyi duzu, çörəyi,
Köksündə döyünər məğrur ürəyi…
Buraxmaz yaxına hiylə-kələyi,
Dar anda hayına gələr kişilər!

Tanıyar soyuda, ulu babasın,
Qoruyar vicdanl , elin ,obasın!
Qalayar , içində insaf sobasın,
Qəşş edib rəzilə, gülər kişilər!

Papağı qeyrətdir,namusdur, ardır,
Vətənə arxadır,sipərdir,yardır…!
Nə yaxşı həyatda kişilər vardır,
Hər dəfə savabı ,ölər kişilər

ATALAR

Övlada ruh verər ata nəfəsi,
Başının üstündə olsada bəsdi.
O evdən gəlirsə atanın səsi,
Bilin ki,əvəzsiz, ilahi səsdi!

Öpərsə alnından ata övladın,
Güc-qüvvət,qol- qanad verər balaya!
Eşitsə azacıq bala fəryadın,
Atadır yetişən ilkin haraya !

Gözünün yaşını görsə övladın,
Ürəyi od tutub alışar,yanar,
Çətinə düşərsə çağırar adın,
Yenə arxasında ata dayanar.

Şam olub əridər özünü ata
Dolanar başına pərvanə kimi !
Ata nəsihəti keçər həyata,
Dözər hər möhnətə , zamana kimi !

Sən Ata -ananın saxla hörmətin,
Çalış uzaq olma xeyir-duadan !
Sən ki, sağlığında bilsən qiymətin ,
Səni uca tutar bilki,Yaradan !

           

KƏNDİMİZ

At çapıb,qurşaq tutduğum,
Ocağım,odum kəndimiz.
Körpətək rahat yatdığım,
Müqəddəs adım kəndimiz.

Babamın əzəl torpağı,
Anamın isti qucağı,
Elin-elatın yaylağı,
Damaqda dadım kəndimiz.

Dil açaraq danışdığım,
Min yol küsüb barışdığım,
Həsrətindən alışdığım,
Toyum,büsatım kəndimiz.

Müqəddəsim, Kəbəm, pirim,
Qucağında gənclik sirrim,
Mübarizəm, şərəf yerim,
Ucam, vüsətim kəndimiz…

             

NEYLƏYİM

Dilim susub,əqlim gedib,huşum yox
Eşqim küsüb,dərd şumlayan xışım yox,
Can borcumu qaytarmağa yaşım yox
Sərt ömrümün,cəfasına neynəyim.

Könlüm küsüb,üzüm gülmür,nə vaxtdır
Nə qismətdir,nə taledir,nə baxtdır,
Sevənləri incitmək bir günahdır
İnsafsızın vəfasına neynəyim

Gözüm toxdur,səbrim çoxdur,ömür az,
Bu taledir,bir nəzirdi,min niyaz
Ay yazanım qismətimi bir də yaz
Bu dünyanın havasına neynəyim.

           

ZALIM FƏLƏK

Kor şeytan əlinə alıb qılıncın,
Biçir qarşısına çıxanı,biçir.
Fələk də ağzını köndələn tutub,
İçir qanımızı,zəlitək içir.

Bilirəm qaradır üzü fələyin,
Bir kimsə anlamır onun kələyin
Çatmayır gücü də ona mələyin
Keçir şah ömrümüz, beləcə keçir..

Bəzən düşünəni dərdə də salır,
Bəzən də tələsir vaxtsız can alır,
Çoxunun arzusu qəlbində qalır,
Köçür bu dünyadan, nakam da köçür…

Nə insaf,nə mürvət qalmayıb onda,
Əzrayıl dolanır ,gündə bir donda,
Bilinir xisləti zalımın sonda,
Qaçır, şikarının dalınca qaçır..

KÖNLÜM

Nədəndi bilmirəm, tələsir yaman,
Qorxmazdı borandan, küləkdən könlüm.
Vaxtsız payız gəlir, yel əsir yaman,
Özünə yurd salır çələngdən könlüm.

Yağışlar söndürər hicranın közün,
Kədərdən saralar həsrətin üzü.
Ayrılıq anında o nəmli gözün,
Dərdini soruşur ürəkdən könlüm.

İstidə üşüyür, qışda qovrulur,
Həsrətdən, nisgildən daş da qovrulur.
Qurunun oduna yaş da qovrulur,
Soruşmur dərdimi mələkdən könlüm.

Deyildir əbədi, fani dünya da,
Özündən bezibdir bəlkə, dünya da.
Sovrulub,soyulub, hey salıb yada,
Eşqini keçirib ələkdən könlüm.

Bir uşaq sevdası qalıb yadımda,
Bir ömür yaşandı təmiz adımda.
Bir alın yazımda,min inadımda,
Keçibdir arzudan,diləkdən könlüm.

Şeirlərin müəllifi: Mübariz Ağaxan oğlu Süleymanlı,

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Yeni dünya sənindir!!!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GÖY ÜZÜNÜN KƏNARI

GÖY ÜZÜNÜN KƏNARI

Bir az dəli-doluyam,

bir az hövsələm qısa;

axşamlar ağlım qaçır,

qaçır Aya, ulduza;

ağca saçım kimidi,

bu qışın ağca qarı;

gecə yuxuma girir

göy üzünün kənarı;

fələyin səsi gəlir,

qarşıdakı otaqdan;

mələklər su gətirir,

bir zəqqutun bulaqdan;

harda günah axtarım,

hardan qaçım günahdan;

min il öncə, haçansa

yıxılmışam, bir ahdan;

əllərimi uzadıb,

göy üzünə toxudum;

alnımdakı yazını

yarpaq-yarpaq oxudum;

sökülür yuxarıdan,

buludların divarı;

hərdən yuxuma girir,

göy üzünün kənarı.

Müəllif: Nazim ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

NARINGÜL NADİRİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN HAQQINDA MARAQLI BİR MÜSAHİBƏ

SƏMƏD VURĞUN HAQQINDA MARAQLI BİR MÜSAHİBƏ
Adelina Adalis: “Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı…”
(Xəlil Rza Ulutürkün Səməd Vurğunun bir sıra əsərlərini rüs dilinə cevirən mahir tərcüməçı Adelina Adalis ilə dahi Azərbaycan şairi haqqında etdiyi söhbət)

Bu səhər görüşünə gəldiyim Adelina Adalisi heç vaxt unuda bilmərəm.
Rus qələm dostları içində bəlkə də Səməd Vurğunu ən çox tanıyan və sevən məhz bu qadındır.
63 yaşı olmasına baxmayaraq, həm bir şair, həm də bir insan kimi ruhən cavan qalan bu qadın Səməd Vurğun haqqında danışmaqdan doymur:
– Mən Səmədlə 1930-1931- ci illərdə tanış olmuşam. Hələ o zaman hiss etmək olurdu ki, Vurğun gələcəkdə böyük şair olacaqdır. Səməd Vurğunun dili qılınc kimi kəskindi. Bir də paxıllıq, həsəd nə olduğunu bilmirdi. Dağ boyda ürəyi vardı. Onun bu keyfiyyətləri getdikcə öz poeziyasında əksini tapmağa başladı.
Mən, Səməd vurğunu tərcümə etməklə fəxr edirəm. Səmədlə işləmək səadətdir. Doğrudur, çox mübahisə edirdik. Səməd inandırmağa çalışırdı ki, onun şeiri daha güclüdür. Mən isə sübut etmək istəyirdim ki, yox, filan yerdə tərcümə orijinaldan qüvvətlidir.
“Vaqif” pyesinin tərcüməsi üzərində, xüsusi ilə, ləzzətlə işləmişəm. Tərcüməni başa çatdırandan sonra gördüm nəsə çatmır. Əsəri bir kənara qoyub Vaqifi, Vidadini öyrənməyə başladım. 19-cu əsr Azərbaycanını dərk etməyə girişdim. Səməd Vurğuna bildirdim ki, Eldar xətti Vaqiflə möhkəm bağlanmır. Vaqifi xalq sərkərdəsi, üsyan başçısı kimi qələmə vermək tarixi həqiqətə uyğun deyil. Pyesin ümumi pofosu həmin qüsuru unutdursun. Səməd mənim fikrimə az-çox əməl etdi. Mən də tərcümə üzərində yenidən işlədim.
S.Vurğun “Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. Səməd Vurğun obyektiv olduğu qədər subyektiv şairdir. Onun mənəviyyatı əsərlərində aydın əks olunmuşdur.
“Muğan”ı tərcümə edərkən mənim ürəyimi iki duyğu qapladı, sevinc, bir də qorxu. Sevinirdim ki, Səməd artıq yetişmişdir. ”Muğan” yalnız onun deyil həm də bütün Sovet şeirinin ən qüvvətli əsərlərindən biridir. Bununla bərabər qorxurdum. Patomu şto zdes bılo predçustviye smerti. Doğrudur, “Mugan” Səmədin vəfatından 8 il əvvəl qələmə alınmışdır. Ancaq mənə elə gəlirki , Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir və yalnız ayrı-ayrı misralarda deyil, Poemanın ümumi ruhunda bildirir:
Kür qırağı … qarayazı … göy çəmən.
Qoşa palıd … tüstülənən od ocaq.
Saç ağardı unutmadım sizi mən,
Hansı şair sizi birdə yazacaq?
Sonuncu beytə bir də diqqət yetirin: “Saç ağardı unutmadım sizi mən, Hansı şair sizi birdə yazacaq?”
Bu misralarda Səməd Vurğun ölümün yaxınlaşdığını duyur. “Muğan” – eto ispoved. Bu poemada sevinc, kədər həyat eşqi , vətən məhəbbəti bir-birinə qarışmış və gözəl bir simfoniya yaranmışdır.
“Muğan”poetik gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini qabaqcadan duymaq qabiliyyətinə malikdir. Səməd Vurğunda bu cür duyma və sezmə daha güclüdür. Yaradıcılığının son məhsullarından olan “Şair nə tez qocaldın sən?” , “Mən tələsmirəm”, ”Unudulmuş tək məzar”, “Gödəkcə” kimi şeirlərdə, həmçinin “Düşüncələr”də həyatı sevən, ondan dörd əlli yapışan, bununla belə ölümün labüd olduğunu bilən şairin mənəviyyatı verilmişdir.
Ölüm günündə xəstə insan bir qədər sağalmış kimi olur, sonuncu həyat qüvvələri toplanır, xəstənin üz-gözü nurlanır. Mənə elə gəlir ki, bu xüsusiyyət Səmədin poeziyasında da öz əksini tapmışdır. Vurğunun son dövr yaradıcılığında daha qüvvətli bir işıq yanır. ”Zamanın bayraqdarı” poeması bütün bəşər tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Mən deyərdim ki, “Mən tələsmirəm” şerində bədii təfəkkür nə qədər geniş, hətta mən deyərdim ki, hüdudsuzdur.
Bir günün ərzində illərlə yansın
Al günəş gözündən nur yağa-yağa.
Ömür kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm
Mən tələsmirəm,
Mən tələsmirəm.
S.Vurğun ”Ömür kitabının tamamlandığını “ duyduğu üçün belə deyirdi. Ancaq onu düşündürən yalnız öz ölümü deyildi, ümumiyyətlə, həyatın və ölümün mənası, bəşəriyyətin taleyi idi.
Mənim fikrimcə, S. Vurğun Yeseninə çox bənzəyirdi. Əlbəttə, poetik fikrin genişliyinə görə Vurğun Yesenindən çox böyükdür. Yesenin gənc şair kimi həyatdan getdi. Qəlbindəkilərin onda birini deməyə macal tapmadı. Ancaq Yeseninin Səmədlə birləşdirən oxşarlıq budur ki, hər ikisi böyük şöhrətə , nüfuza malik olduğu halda, həyatdakı bir sıra faktlar ilə barışa bilmirdilər. Səməd 1937-ci illə bağlı olan faciələri görmüşdü.
1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun yaraları köz-köz olmuşdu. Açılmışdı.
Ömrünün son illərində Vurğun daha fikirli daha pərişan idi .O, Müşfiqi həyəcansız xatırlaya bilmirdi. Müşfiqin adı çəkiliəndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı çəkiləndə Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət dinməyəcək, içəridə yanmaqla dərdlərini ovundurmağa çalışacaq.
Səməd Vurğun Moskvaya gələndə qadınlarla gəzməyi içməyi xoşlayırdı. Ancaq mənim zənnimcə, bu da zahiri maska idi. Onun mənəviyyatı qadınla məşğul deyildi, tamam başqa məsələlərlə məşğul idi. Qadınla gəzmək, şərab içmək isə içəridə alışıb yanan dərdləri ovundurmaq vasitəsi idi.qadınlarla gəzməyi içməyi xoşlayırdı. Ancaq mənim zənnimcə, bu da zahiri maska idi. Onun mənəviyyatı qadınla məşğul deyildi, tamam başqa məsələlərlə məşğul idi. Qadınla gəzmək, şərab içmək isə içəridə alışıb yanan dərdləri ovundurmaq vasitəsi idi.
Hüseyin Cavid kimi böyük dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz gözləri ilə görən və sonra bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən xəbər tutan Vurğun kimi həssas bir sənətkar çoxmu ömür sürə bilərdi?
Səmədin ölümü labüd idi. “U neqo bılo volya k smerti” Mən Bakıda azərbaycan qocalarını dinləmişəm. Onlar deyirdilər ki, Səməd özünü öldürüb.
Bu sözdə müəyyən bir həqiqət var. Səmədin yatağından kağıza bükülü ülgüc tapılan zaman oğlu Vaqifin üstünə necə qışqırması da məlumdur.
S.Vurğun özünü öldürmək fikrini boynundan atmaq üçün qəsdən uşağı danlamışdır: “Ayə, bunu niyə gətirib əlindən salmısan? Burada qələm yonarlar”.
Əslində, Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı. Ülgüc sürüşüb yatağın ortasına qədər gəlib çıxmışdı. Əlbəttə, Səməd Vurğun özünü öldürməklə öz əzizlərini əzab-əziyyətdən xilas etmək istəyirdi. Çünki ölümcül xəstə olduğu müddətdə Xavərin, Yusifin, Vaqifin, Aybənizin nələr çəkdiyini öz gözləriylə görürdü. Hətta bir dəfə Mirzə İbrahimova deyibmiş ki, həkimlərə ağız aç, həm məni, həm də sizi bu əzabdan qurtarsınlar. Xavər üzülüb.
Bu o demək deyildir ki, Vurğun yaşamaq istəmirdi. Əksinə, Səməddə iradə çox qüvvətli idi. Onda həyat eşqi də çox güclü olmuşdur. Bununla belə Səməddə iki düşüncə çarpışırdı. Ruslarda bir “soznaniye” sözü var, bir də “podsaznaniye”.
Səməddə “soznaniye“ həyatın, “podsoznaniye” ölümün tərəfində idi.
Yadımdadır, bir dəfə Qostilizdatda Səmədlə görüşdük. Mili ədəbiyyatlar şöbəsi müdiri Aleksandra Rabinina, bir də Luqovskoy burada idi. Səməd Kreml şəfaxanasına müalicəyə gəlmişdi. Gülə-gülə dedi ki, həkimIərin heç birinə inanmıram. Hamısı yalan-palan deyir. Məndə xəstəlik yoxdur. Gedəcəyəm bizim dağlara, dodağımı sıxacam büz bulaqlara. Səmədi bu cür danışdıran “soznaniye” idi.
Bir azdan Aleksandra Rabinina gedəndən sonra Səməd düşüncəli halda ah çəkdi:
-Axı, deyəsən, mənim ölümüm yaxınlaşıb.
– Paçemu tak qlupo qovarış, Samed?
Səməd Luqovskoyun üzünə qəmli-qəmli baxdı:
– Cünki iki aydır ki, mənim dodaqlarımdan heç kim öpmür. Məndən çəkinirlər.
Uca bolu Luqovskoyun gözləri doldu. Səmədi bağrına basıb gözündən öpdü. Sonra mən də dodaqlarından öpdüm. Səməd sanki bir az yüngülləşdi.
Səmədə ölüm fikri doğuran “podsoznaniye” idi. Təcrübə göstərir ki, “podsoznaniye” “soznaniye”dən daha güclüdür, onun dediyi doğru çıxır.
Səmədin ölümünü yaxınlaşdıran səbəblərdən biri ürəyindəki fikirləri cilovlması, açıb deməməsi olmuşdur. Səməd böyük mənəvi azadlıq tələb edən sənətkardır.
Fitrətinə görə qəhrəmandır. Sərt həqiqəti deməkdən qorxmayan, maska yırtmaqdan çəkinməyən bir xilqətə malikdir. Digər tərəfdən Səməd Vurğun Bağırov kimilərinin qabağında susmağa məcbur olurdu. Özünü cilovlayırdı. Öz qəlbinin və bədəninin tələblərinə çıxmaq insanı tez sarsıdır….
Poemadan söz düşür, Adelina Yefimovna bildirir ki, sovet şeirində “Komsomol poema”sından güclü poema tanımıram. Bu əsərdə dramatizm cox güclüdür.
Səməd Vurğunla Fadeyevin dostluğundan söz düşəndə Adelina Yefimovna bildirir:
– Əlbəttə, Fadeyev Səmədi çox sevirdi. Səmimiyyətlə sevirdi. Ancaq mənə elə gəlir ki, əsl dostluğun, məhəbbətin gözü açıq olmalıdır. Fadeyev Səmədin dahiliyini başa düşürdüsə, onu içkidən, ziyafət həyatından çəkindirməli, onun enerjisini, onun ömrünü qorumalı idi. Halbuki əksinə, Fadeyev özü Səmədi ziyafət həyatına cəlb edirdi. Zənnimcə, böyük mərama, – vətən eşqinə söykənməyən dostluğa dostluq demək olmaz.
Adaelina Adalisin sonrakı söhbətindən diqqətə layiq hesab etdiyim fikirləri bura köçürürəm:
–Samed Vurğun bıl qorazdo traqiçnee çem kajetsya.
-Səməd Vurğun ğörüşdüyü qadınları sevmirdi.
Görüşmədiklərini sevirdi. Qulyal jenşinami iz za toski.
–Samed strastno xotel jit.No odnovremenno u neqo bıla volya k smertı.
-Səməd Vurğunun ağlına elə ictimai-siyasi fikirlər gəlirdi ki, düşünməkdən qorxurdu. Qəhrəman Səməd Vurğun qorxaq Səməd Vurğunla həmişə çarpışmışdır. On boyalsya verit v ujasnıye veşi.
–Ya lyubila neustroynost Sameda. O, bəzən səliqəsiz, bəzən pulsuz olurdu. Əlinə düşəni dərhal yetim- yesirə, hətta ehtiyacı olmyanlara verirdi. Mən Səməd səxavətində adam görməmişəm.
-Rəsul Rza da cəsarətli fikirlər deyir. Bu fikirlər xalq ürəyindən su içir. Rəsul Rza idrak şairidir. Bununla belə Rəsul Rza çox gözəl yaşayır. Onda Səməd səxavəti yoxdur. Həyatda özünü diplomat kimi aparır. Bu qədər firavan yaşayan, gözəl həyat keçirən əsrlərcə yaşaya bilməz. Samed Vurğun imel pravo buntovat. No Rasul Rza ne imeet eto pravo v takoy stepeni. Patomu şto on prekrasno jivyot.
-Samed moq bı sozret do qeniya. Dahi səviyyəsinə yüksəlməyə ona mühit zaman imkan vermədi….
Xəlil Rza Ulutürk (1966)

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İMİC ” (İNG.-İMAGE) MƏFHUMUNUN ETİMOLOGİYASI.

“İMİC ” (İNG.-İMAGE) MƏFHUMUNUN ETİMOLOGİYASI.
BDU-da tədris etdiyim “Azərbaycan Dilində İşgüzar və Akademik Kommunikasiya” fənnindən “Kommunikasiya prosesində imic və özünəinam” mövzusunu keçərkən “İMİC” sözünün izahı diqqətimi çəkdi.Bu söz izah olunarkən onun ingiliscədən “obraz”, “zahiri görünüş”, “təsvir”, “şəkil” (əks) mənalarında işləndiyi göstərilir.Hətta “İMİC” XX əsrin 50-ci illərindən Amerikada, Avropada, hətta Rusiyada da “İMİCELOGİYA” elmi kimi yayılmışdır.
Dərslikdə qeyd olunur ki, imic əslində insanların rəğbətini qazana bilmək vasitəsidir.Bu natiqlik sənətinə xüsusilə aiddir.Dərsliyin mövzusunda qeyd olunur ki, məşhur amerikalı imicmeykerlərdən olan Liliam Brayn(O, beş Amerika prezidentinin imicmeykeri olmuşdur) belə deyirdi: “Peşə vərdişləri öz-özlüyündə sizi nə işlə təmin edə bilər,nə də xidməti irəliləyişinizə kömək edə bilər.Bunu üçün işlədiyiniz insanların rəğbətini qazanmalısınız, yəni sizə lazım olan imici yaratmalısınız”.
Dərslikdə qeyd olunduğu kmi ritorika sənəti şərqdən qərbə keçmişdir.Ritorika sənətinə ilk olaraq Qədim Misirdə,Çində başlanmışdır.Firon Misirdə hakimiyyətə gələndə, ölkədə dövlət quruluşu kortəbii şəkildə idi.Vahid idarəetmə yox idi.İnsanlar hamısı işdən sonra öz tanrı və inancları qarşısında səcdə edərək onlara biət edirdilər.Firon bunu dərk edərək, Misirin bütün məhəllələrinə carçılar salıb, onları böyük bir meydana topladı.Hökmdara məxsus hazırlatdığı “Qırmızı xalatını” (porfirasını- tərcümədə: Fironun tünd qırmızı xalati.”Xalat” sözü də tanrısal sösdür.Misir Tanrısı Horun adındandır)geyinərək Qırmızı(qızılı) taxtına çıxdı.Firon bilirdi ki, Qədim Misirlilərin tanrıları İsid və Osirus öldüklərindən ölkədə özbaşınalıq hökm sürür.O, Qırmızı taxtına çıxaraq uca səslə “Böyük Nitqinə” başlayır.O, bildirir ki, onların tanrıları yeraltı aləmdə hökmranlıq edirlər.Bu gün onların oğlu Qor Günəş Tanrısıdır, mən isə onun yer üzərindəki “Köməkçisiyəm”.(Əslində Firovn adı Qədim Qibti dilində “Od Allahının köməkmisi deməkdir.”Firr”- “od” +”ovn”- “köməkçisi” deməkdir).Firon sadə misirlilərdən fərqli görünmək üçün günəş işığında bərq vuran qızılla süstlənmiş “Qırmızı Xalatını”(Porfirasını) geyərək füsunkar bir şəkildə nitq söyləməklə özünü misirlilərə hökmdar kimi təqdim etməyi bacarmış və “imic”in praktik əsasını qoya bilmişdir(müəllif).
İnsanın üz, göz, saç, bədən quruluşu geyim və ayaqqabılarını əhatə edən xarici görünüş amerikalı alim, imicmeyker U.Ceymisin ibarəsincə desək, “dilsiz təqdimetmə vasitəsidir”.Yəni imicin ilk pilləsidir.
Həqiqətən də dərsliyin müəllifləri ritorika sənətində “imic”in rolunu oxuculara dəyərincə təqdim etmişlər.
Məqalənin qayəsi “İMİC” termininin fonetik qaydada dilçilik baxımından təhlil edilməsidir.Sözü təhlil etməzdən əvvəl, terminə psixolinqvistik yanaşmaya ehtiyac duyulur.Buna səbəb terminin məna çalarının rəngarəng olmasıdır.Yəni imic şəxsin simasını müxtəlif vasitələrlə ecazkarlaşdırır və ona füsunkar görkəm verir.Görəsən buna səbəb nədir?Bu füsunkarlıq ona haradan gəlir?
Əgər biz “İMİC” sözünün sinonimik semantikalarına diqqət versək, hər bir sözün ingilis dilində ayrı-ayrı konkret lüğəti və məna çalarları vardır.Sanki, bu toplunu imic sözünün içərisinə yığaraq ondan kompleks neologizm yaradılmışdır.
İngilis dilində “İmage”(imic) sözü bir neçə ayrı-ayrı məna verən sözlərin məcmusu kimi verilir: character-obraz; appearance-zahiri görünüş; description-təsvir; picture(photo)-şəkil(əks); symbol-rəmz və s. Feil kimi “təsvir etmək, təcəssüm etdirmək, xəyalən təsəvvürə gətirmək, bir şeyin rəmzi, simvolu olmaq” və s.”İmageable” sifət kimi “göz qabağına gətirilə bilən, təsəvvür oluna bilən, ağılabatan” və s. Yenə sifət kimi “imaginary”-“əsassız, əsli olmayan, qeyri-real, uydurma, yalan, xəyali(riyazi) və s.Bir daha isim kimi “imagination” sözü – “təsəvvür, xəyal, təxəyyül, uydurma, yalan; uydurma qabiliyyəti/ bacarığı” və s.kimi təqdim olunur.
İngilis dilində “image” sözünün oxşar və təzadlı tərcümələri sözün özünün əsl kökünün tapılmasını tələb edir.Əgər biz “imic”i akt olaraq psixoloji analiz etsək, bu aktda şəxsin özünün “özündən yüksək” təqdim etmək qabiliyyətinə malik olmasının nümayişini görə bilirik.Bu füsunkarlıq və ecazkarlıq nəyin əsasında yarana bilər?
Sözün psixolinqvistik olması göz qarşısındadır.”İmic” sözünün hansı sözdən yaranma ehtimalı ortaya çıxır.Sözduyumu ilə sözün genezisinə uyğun ingilis dilində olan “magiya” sözü nəzəri cəlb edir.”Magiya” sözü ingilis dilində “magic”- “sehrkarlıq, möcüzə, ovsunlama, cadugərlik; məc. füsunkarlıq, digər mənada kələkbazlıq kimi tərcümə olunur.Eyni zamanda isim kimi “magician” – “sehrbaz, cadugər, ovsunçu, gözbağlayıcı və s. mənada təqdim olunur.Zərf olaraq “magical” sözü –“möcüzəli, sirli, sehrli şəkildə “ kimi məna bildirir.”Magnificence” kimi “cazibədarlıq, füsunkarlıq, cah-calal, təmtaraq” mənaları bildirir.Hətta “maqnit” mənasını ingiliscə bildirən “magnetic” sözü də bu kökdən olub, məcazi olaraq “cəzbedici, füsunkar, cazibədar” kimi məna daşıyır.”Magis” sözü latın dilində daha çox şaxəlidir.”Magicus”, “magus”, “maga” sözləri ingilis dilindəki “sehrbaz, oyunbaz, ovsunçu” və s. kimi mənalanır.Söz semantika olaraq“böyük” mənasını qabarıq şəkildə özünü büruzə verir.Məs: magister rəis, hami, müəllim kimi mənalanır.”Magnates” – “rəhbər, başçı, lider” kimi.”Magnus” sözü “böyük, böyükürəkli, əla, əziz” mənalarını bildirir.”Magistral yol” sözü də latın dilində olan “magistralis”sözü olub, “Baş, böyük, əsas yol” mənasını bildirir.Magistr sözü də latınca “magister” sözü olub, tələbə pilləsində bakalavrdan sonra ikinci akademik yəni- “bakalavrdan böyük dərəcə” anlamına gəlir.
Bütün bu dilçilik araşdırmaları əsas verir ki, “imic” sözünün kökü latın mənşəli dillərə mənsub olan “magia” sözündəndir.Doğrudanmı bu belədir? Əsla yox!
“Magia” sözü əslən sanskritcədir.Qədim Hind-İran fəlsəfəsinin ən mühüm və universal anlayışlarından yaranmadır.Görəsən dilçi alimlər “sanskritcə” məfhumunun mənasını fonetik qaydada sözün 1-ci hecasının fonetik qaydada hansı sözdən formalaşdığını bilirlər?Sözüm ingilis dilli alimlərədir.”Sans” sözü “Sasanizm” sözündən olub, qədimdə Hind-İran hakim sülaləsinin adından yaranmadır.Bəzi tarixi mənbələrdə “Sistan”(Xəqanidə bayraq təsvirində) kimi, əhalisi isə səsanilər kimi verilmişdir.Bizim Dədə Qorqudda onlar “sasi dinli” kimi adlanmışlar.
Akademik mənbədə sanskritcə “Mayya”lıların adının izahında (görünüş, illüziya) mənasını bildirir.Maq və kult əhəmiyyəti kəsb etmişdi.Hind Riqvedadasında tanrıların və iblislərin qüdrətini, onların fövqəlinsani (məs:yağışyağdırmaq, bir vəziyyətdən digər vəziyyətə keçmək, hiylə və fəndgirliklə düşmənə qalib gəlmək) xüsusiyyətlərini bildirirdi.Əsasən sehrbazlıq nümayiş etdirərkən atəşdən(oddan) istifadə edirdilər.Nəfəsi ilə ağzından od püskürmək, odun(közün) üzərindən ayaqyalın keçmə və s.illüziyalar yarada bilirdilər.Heç də təsadüfi deyildir ki, müasir fars dilində iraniskadan gəlmə “muğ” sözü “atəşpərəst” mənasını bildirir.”Müğanə” sözü də “atəşpərəstlərin mərasim və ayini” kimi mənalanır.
Araşdırmadan bu nəticəyə gəlmək olur ki, avropa dillərinə daxil olan “magiya” sözü sanskritcə “muğ” – yəni alovla gözbağlayıcı illüziyalar yarada bilən, fövqəlbəşərlik görüntüsü verən qədim Hind-İran maq və kult ehkamşılıq fəlsəfəsinin semantikasının nominativi olan “muğ” sözündəndir.Sözlərdə də “ğ” səsinin mümkün keçidi olan “y” səsi ilə əvəzlənməsindən yaranan “Mayya, mayyalılar” sözünün ilkin kökü “muğ” sızü olmuşdur.Tarixçilərin bu günə qədər axtardıqları “MAYYALILAR” həmin bu semantikadandır. Latın və yunan dillərində sözün “magia” kimi qalması sözün qədim zamanda keçidi ilkin formada qorunub saxlanmasındandır.O ki qaldı, “magia” sözünün “image” kimi günümüzə gəlib çatmasına, söz latın dilinə keçmə söz olduğundan dilin artikulyasiyasına imitasiya üsulu kimi samitlə başlayan sözlərə sait səsinin artırılması praktikasındandır.”İmic” sözünün istər qədim, istər müasir mənası üst-üstə düşməsi dil nəzəriyyəsinin paralel müqayisəsində də özünü doğruldur.Eyni zamanda tarixi dilçilik də tarixi dəlillərlə sözün sübutuna dəstək verir.O ki, qaldı sözün coğrafiya ilə bağlılığına, Strabonun latın dilində tərtib etdiyi bugünki Azərbaycan ölkəsinin xəritəsinə, orada da “Muğan” adlı coğrafi ərazinin adı qeyd olunmuşdur.Yəni həmin dövrün Atəşpərəstlərin yaşadığı ərazilər.Söz şərqdən qərbə keçdiyindən Azərbaycan dilinə doğma söz kimi iz salmışdır.
Bir daha aydın olur ki, natiqin özünə imic yaratması üsulları ta qədimdən gəlmiş, onun mifik keyfiyyətləri itsə də, natiqin bəlağətli nitqi, onun səliqə-sahmanı,ətriyyatından belə, ecazkar və füsunkar görünüşü hər zaman onun etiketi sayılır.
P.S.Doğrusu elmdə bu günə qədər gəlib çıxan bir fakta yeni bir faktla əks çıxmaq mümkün sayılır.Hətta qəbul edilmiş nəzəriyyənin kökündən dəyişilməsinə qədər.Bəlkə də bu dilçilik nəzəriyyəsində sovetizm baxışlaına cavab vermək üçün bir müddəa idi.Ancaq nə qədər siyasi olsa belə, onun daxilində bir reallıq vardır.Bunu ancaq hər hansı bir elmin dinamik inkişafında etmək mümkündür.Elm əslində bir yarışdır.Dudunsa səni gəlib ötəcəklər.Məhz dilçilik elminin dərinliyinə getdikcə insan zəkası daha aydınlaşır, deyərdim ki, nitqin ilkin yaranışını da duymaq mümkün olur.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ƏDƏBİ OVQAT” dərgisinin 10 (2023) sayı işıq üzü görüb.

“ƏDƏBİ OVQAT” ədədi-bədii dərgisinin 10 (2023) sayı sözsevərlərin görüşünə gəlib. Bu sayda Firuzə Məmmədlinin, Əhməd Qəşəmoğlunun, Sevinc Qəribin , Flora Nacinin, Səadət Məftunun, Zaur Ustacın, İldırım Əlişoğlunun, Vahid Çəmənlinin, Vüsal Ağanın şeirləri, Təranə Məmmədin “Sual”, Vaqif Osmanovun “Qumru xoşbəxtliyi”, Rəna Nəcəfqızının “Dünya yaxşılardan xali deyil” hekayələri, professor Fuad Məmmədovun “Nizami Gəncəvi – ruhi mədəniyyətin böyük yaradıcısı”, Aygün Yaşar Cəfərovanın “Zirəddin Qafarlı: “Dərdlərim dən bağlayıb” ədəbi təhlilləri, Aleksanra Azima Reynhardtın “Təsadüflərin qanunauyğunluğu” essesi, Rəfail Tağızadənin “Son kadans” (Zəfər bayramı düşüncələri) çap olunmuşdur.

Artıq dərginin Azərbaycanın ayrı-ayrı bölgələrinin söz mühitinə “səyahət”i ənənəyə çevrilmişdir. Bu sayda AYB-nin Şabran Bölməsinin söz adamlarının yaradıcılığından nümunələrə geniş yer verilmişdir. AYB-nin Şabran Bölməsinin sədri Aydın Tağıyevin “Sözün sehri” icmal-yazısında Şabran Bölməsinin ədəbi tarixi işıqlandırılır.

Şabrandakı Xaqani Poeziya Evinin müdiri şairə Ay Bəniz Əlyarın təşəbbüsü və təşkilatçılığı ilə sözsevərlər Şabran, Siyəzən və Xızı rayonlarının şair və yazıçılarından Qafar Süleymanın, Ay Bəniz Əlyarın, Nəcməddin Mürvətovun, Sevinc Məmmədovanın, Bayram Novruzun, Məzahir Zeynalın, Zakir Bayramlının, Gülnar Zakirqızının, Günəş Hüseynin, Gülarə Şabranlının, Güləli Bağbanın, Müşfiq Qəribin, Əşrəf Dağlının, Qızqayıt Mahmudovanın, Nərminə Yunisin, Əziz Giraminin, Tural Coşqunun, Rəşad Məmmədovun şeirləri, Mehrəli Qulunun təmsilləri, Aynur Nurlunun “Rahat uyu” poeması, Vüsalə Anarın “İstək” hekayəsi, Aydın Tağıyevin “İmtina”, “Əkizlərin nağılı”, “Xal” hekayələri ilə tanış ola bilərlər.

Dərginin saylarını 28 MAY metrostansiyasının yanındakı “Kitabevim.az” kitab mağazasından (dəmiryol vağzalının, dəmiryol xəstəxanasının yanı) əldə edə bilərsiniz.

Dərginin üz və arxa qapağını dərginin rəssamı rəssam-şair Sehran Allahverdinin “Nur seli” əsəri bəzəyir.

Oxucularımıza uğurlar arzulayırıq.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİl

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru