Firuzə Məmmədli: – Deyəsən çatıb zamanı…

MƏN

Deyəsən çatıb zamanı,
Deyin, gülün, lağ eləyin.
Tutun budaq qollarımdan,
Yarpaq-yarpaq silkələyin.

Deyin, niyə ad almadı,
Ömrü mükafat olmadı?
Şah nidası mat olmadı,-
Cırnadın, lap ağ eləyin.

Nə gün gördü, nə gün verdi,
Ay bətnindən ulduz dərdi.
Ümidlərdən üz döndərdi,
Daşdan çıxdı hər diləyi.

Amma ki mən göz nuruyam,
Gah bulanıq, gah duruyam.
Ömrünə yollar yürüyən
Kəbəsiyəm saf ürəyin.

Çapıb keçir ömür-gün də,
Gah sondayam, gah da öndə.
Çırpınıram bir düyündə,
Yoxdu bir “simurq lələyim”.

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fazil Aydının şeirləri

Getmək istəyirəm mən bu şəhərdən

Getmək istəyirəm, mən bu şəhərdən ,
Gedirəm Allahın baxdığı yerə,
Gedirəm Günəşin çıxdığı yerə,
Gedirəm həsrətin yıxdığı yerə,

Getmək istəyirəm mən bu şəhərdən,
Kürün sularında günah yuyaram,
İçimi yandıran çox ah yuyaram,
Günahım vardısa Vallah yuyaram

Burda saxtalıqdan şəhər salınıb,
Min üzli adamdan abır alınıb.
Qalmayıb dözümüm səbrim talanıb-
Getmək istəyirəm mən bu şəhərdən!

Paklığda yuyunub şehdə gəzərəm,
Gecənin bağrında mehdə gəzərəm,
Elə ölənəcən kənddə gəzərəm,
Gedirəm saflığın olduğu yerə,
Birdə qayıtmaram mən bu şəhərə!…

Ölümlərdən keçir bu yol

Hara baxsan hey savaşdı,
Orda qandı, burda yaşdı,
Solum dərddi, sağım yaşdı-
Bölümlərdən keçir bu yol!

Tələsirsən yolmu açıq?
Arzum daha ömrümdən çıx,
Göyüm yağış, yerim palçıq-
Zülümlərdən keçir bu yol!

Günəşəcən bitən qalsın,
Zirvəyəcən yetən qalsın,
Qoy mən ölüm Vətən qalsın-
Ölümlərdən keçir bu yol!…

Sözündən asırlar düz adamları

Birimiz qarayıq, birimiz ağıq,
Birimiz təpəyik, birimiz dağıq,
Birimiz ölüyük, birimiz sağıq,
Sözündən asırlar düz adamları!

Birisi ən uca zirvəyə hakim,
Göyün daşlarını kim saxlayar, kim?
Kasıb can verirsə neynəsin həkim?!
Aca qılınc çəkir öz adamları!

Hər addım məngənə , acgöz əşdaha,
İsmətdən doğulan yaşamır daha.
Yaşamaq istəsən qızıldan baha
Oğru böyüdürük biz adamları!

Vaxtsız ilk payızın gülü üşüyür,
Qərib məzarlarda ölü üşüyür,
İçində bahar var , çölü üşüyür-
Tanrı bəndəsinin söz adamların!…

Duz göndər Allahım, duzumu yoxdur

Bahardan əl çəkib biz qışı gördük,
Əyilməz dağların belini bükdük,
Duza həsrət qalan şitdən də şitik-
Duz göndər Allahım , duzumuz yoxdur!

Yayı soyuq bildik kürkin içində,
Çöllərdə yaşadıq sürgün içində.
Min dəfə ölürük bir gün içində-
Ölüb ümüdimiz arzumuz yoxdur!

Gözləyib həyanı küsli deyilik,
Dağları titrədən səsli deyilik,
Elə bil Koroğlu nəsli deyilik-
Daha dil- dil ötən sözümüz yoxdur!

Hara aparırsan hara yolları,
Vaxtsız- vaxtsız hördük gora daşları,
Yollardan yığmağa qara daşları-
Çoxumuz tükənib azımız yoxdur!…

Şamaxı – 2023.

Müəllif: Fazil Aydın

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru