Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq.
Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.
Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq.
Nə Bakının işıqlı küçələrindən keçərdim nə də Xə¬zə¬rin sahillərində fikirli dolaşardım. Nə bir ağac yarpa¬ğından yapışardım, nə də qaşlarımı düyünlərdim. Mən belə film istəməzdim. Şair haqqında çəkilən filmə bax: Şair ağır-ağır keçir iş otağına, asta-asta əyləşir, sonra alnını qırışdırır, siqaretə bir qüllab vurur, o yana– bu yana baxır, sonra başlayır şeir yazmağa… Ya da başqa bir kadrda: Şair əyilir aşağı, bir çiçəyin ləçəyindən tutur və ya bir ağacın yarpağından yapışıb başlayır onu sığallamağa…Guya, elə bil ilk dəfədir ki, görür.
Mən heç vaxt belə film istəməzdim. Haqqımda elə bir film olsaydı, onun lentini nəvələrimə oyuncaq düzəl¬dər¬dim, ya da həyətdəki hovuzu dairəyə alardım ki, burdan o qanaadlamasınlar, hovuza düşə bilərlər.
Haqqımda danışmaq üçün nə professor axtarardım, nə də akademik. Nə millət vəkili arayardım, nə də məşhur bir yazıçı. Onlar haqqımda nə yazar, nə deyə bilərlər onu özüm də bacararam. Məsələn, tanınmış bir profossorun adından özüm haqqında elə bir məqalə yazaram ki, bir dənə cümləsi o yan, bu yan ola bilməz. Hamısı dübbədüz. Azmı olur belə şeylər? Bimirəm bu, mənim xöşbəxt¬li¬yimdi, yoxsa bədbəxtliyim, amma çox qəribə nəticədir. Mən çox adamın üslubuna bələdəm, onların düşüncəsindən ətrafa, hadisələrə baxa bilirəm. Mən belə film istəməzdim.
Haqqımda film çəksələr bu şəhərdə qalmazdım, gedərdim kəndimizə. Deyərdim atamı çəksinlər, özü də necə? Atam ömür boyu çoban olub. Çöldən qayıdır atam, cibləri dolu göbələklər. Atama tərəf qaçırıq. Arxada qalan uşaq mən olmalıyam. Rejissor bunu bilməlidir. Evin böyük uşağı olduğuna görə atamın ən böyük cibi mənə düşür. Göbələkləri anam sacın altdakı közün üstə düzür, ortasına duz səpib bişirir. Hamısını bizə yedirdir, özü də yemiş kimi barmağını yalayır.
Filmin ən maraqlı kadrlarından biri atamn mənim süd dişlərimə sap bağlayıb çəkdiyi yerlər olacaq. Atam deyirdi ki, atası da onun dişlərini belə çəkib. Sap qırılmasın deyə onu üç qat edərdi atam. Başımı dizlərinin üstə alardı. Dişlərimi sanayardı. Sonra laxlayan dişimə sapı bağlayıb astaca dartardı. Çıxardığı dişi mənə verərdi ki, atım yükün arxasına. Öyrədərdi ki, dişi atanda belə deyim: “Ey sıçan, mən balta dişimi sənə verdim (Çünki sıçana balta diş lazımmış), sən də inci dişini ver mənə” Bax belə. Uşaqlıq illərimin ilk və ən gözəl nəğməsiydi bu sözlər. Rejissor mənə oxşayan uşaq tapmalıdır. Bu da çətin olmayacaq.Kənddə uşaqlar bir-birinə oxşayır eynən.
Sonra deyəcəyəm, atımızı çəksinlər. Qaşqa at. Ayaqları səkil. Atam mənə deyirdi ki, atın alnındakı ağ deyil, qardı. Boz ay sonu, yaz ağzı qarağanın (yarım metrə qədər uzanan bitki) dibində otlayan zaman alnını qara batırıb at. Deyirəm mənim uşaq ağıma bax. Mən də inandım. Atamın dediyinə bir şeir qoşdum.
At mənim ilk şeirimdi. İçindən çöl keçən at. Gümüş yəhəri iravandan, nalı Gorusdan gələn at. Qoy kəndçimiz Tapdıq dayı at nallasın, mən də ağzım sulana-sulana baxım. Hərdən Tapdıq dayı mənə sual versin: İtdən alçaq, atdan hündür, nədir? Mən də bilməyim. Bir az kənarda nehrə çaxlayan Bəyaz xala ucadan desin:Yəhər.
Kənddə bir sinif yoldaşım var adı Həsən, indi kəndimizdə traktorçudur. 1966-cı ildən 1976-cı ilə kimi bir partada oturmuşuq, özü də arxada. Yarlı -yaraşıqlı bir traktoru var, arxasında lapeti. Nömrəsi də zerkanlıdır: 30 T 400. Hələ biz orta məktəbdə oxuyanda, bu troktor vardı, gərək ki, Həsənin atası sürürdü, Arif dayı. Məktəbə gedəndə lapetin arxasından sallaşardıq. Bax, operatora deyərdim ki, o traktoru, arxasında sallaşan uşaqları çəksin, o uşağın biri mənə oxşasın. İndi həmin traktoru Həsən sürür. Baxsan, gülməkdən ölərsən, Həsən traktoru elə bil güclə yaşadıb, harası qırılıbsa, ora daha qalın bir dəmiri qaynaqedib, ölməyə qoymayıb. Traktorun qabaq təkərləri mənim Cip maşınımın köhnə təkərləridi, vermişəm Həsənə. O da vurub traktorun qabaq təkərlərinin yerinə. Elə mazlayıb ki, təkərlər gümüş kimi parıldayır. Gəzsən, şəhərdə belə təkər tapa bilməzsən. Həsən traktorun hər tərəfinə işıqlar düzəldib. Milli Məclisə namizədliyimi verəndə mazutlu köhnə traktorunu mənim rəngli şəkillərimlə bəzəmişdi.
Traktora qoşduğu maqintofonda hey mənim şeirlərim səslənirdi. Bir növ Həsənin taraktoru mənim səyyari seçki qərargahım idi.
Bir də görürsən ki, xüsusən günortalar, kəndin ortasında Həsənin traktoru, lapeti də arxasında, didərgin-didərgin, af-ufla gedir. Həsən maqintofonun səsini verir, şeirlər də mənim öz ifamda. Bax, operatora deyərdim ki, bunu çəksin. Tpraktorun əyni başdan-ayağa mazut. Həsənin dırnaqları codlaşıb, bığlarını və barmaqlarını siqaret tüstüsü saraldıb. Köhnə ayaqqabıları qoyun mizinə batıb. Səsi hələ də xırıldayır.
Qoy mənim haqqımda Həsən danışsın. Mən həmişə riyaziyyatdan məsələ və misalları ondan köçürüdüm, özü də on beş qəpiyə. Sən demə o da başqa snif yoldaşından 10 qəpiyə aırmış. Ticarətə bax e…
Qoy Həsən bunu haqqımda çəkilən filmdə desin. Mən ona söz vermşdim ki, deputat seçilsəm, ona təzə traktor alacam. Ala bilmədim, yalanşı çıxdım, çünki deputat seçilmədim. Həsən hələ də köhnə traktorunda mənim şeirlərimi oxudur, şüşələrində mənim şəkillərimi gəzdirir. Operatora deyəcəm ki, bax, o traktoru çəksin. O traktor mənim haqqımda ən maraqlı filimdir.