Bu gün dostumuz, vətənpərvər, dəyərli ziyalı Tərxan Paşazadənin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!
Четверостишия 1 Никогда с огнем-кострищем не шути, Презирай неправду, истине служи. Ты от тех, кто действует, ничего не жди, Опасайся праздных лишь на своем пути.
2 Другу – друг, врагу – мучитель мир, Любовь моя, печаль моя, сей мир. Коль слаб ты – мир командует тобой, Коль ты силен – мир под твоей пятой!
3 Хоть слывет он и ученым – ни единого творенья! Нет значения в словах, невесомы предложенья, По заполненным анкетам пола он везде мужского, Но крупицы нет мужского признака в нем, к сожаленью.
4 Правда – извечный оценочный камень; Страдает ложь краткостью жизни своей. Мир – вернисаж, где со временем с нами, Всё больше знакомых, всё меньше друзей.
5 Вот ты: в чадре и лицо за вуалью Извечно безвестна, таинственна вся, Открыты все двери мне здесь и за далью, Закрыты лишь двери твои для меня.
6. Не прошу тебя спасти меня от мук, Лишь сердца моего не рань, прошу тебя. Я скрыт от глаз твоих в объятиях огня, Умру – тогда по пеплу опознаешь вдруг.
7. Я – факел горящий и я же – вода, Кто б ни был, чем ни был – со мною беда: Сумел бы спасти я от плена весь мир, Но узник любви своей я навсегда.
8. Остров мой, где я живу, тебе принадлежит, Всё, что там своим зову – тебе принадлежит. Что дороже жизни есть, мне скажи на милость? У меня одна жизнь есть – тебе принадлежит.
Перевод с азербайджанского
Оригиналы: – Dördlîlüklər. 1. Hech zaman oynama odla-kozle sen, Nahaqqa baş eyme, haqqi sesle sen. Bir şey eleyenden heç şey gozleme, Heç şey etmeyenden her şey gozle sen.
2. Dosta-dost, duşmene qenimdi dunya, Sevincim, hem de ki, qemimdi dunya. Eger zeifsense sen dunyanınsan, Eger guclusense, senindi dunya.
3. Alimse de ortada bir dene eseri yox, Cumlesinin tutumu, sozunun keseri yox. O, anket dolduranda cinsini “kishi” yazir, Di gel ki, kişilikden zerrece eseri yox.
4. Heqiqet ebedi mehek dashidir, Feqet yalanlarin omru az olur. Dunya omrumuzun vernisajıdır, Tanışlar çoxalir, dostlar azalir.
Zahid Xəlil və Füzuli Əsgərlinin “Uşaq ədəbiyyatı” dərsliyində Rafiq YUSİFOĞLU haqqında yer almış portret oçerk.
RAFİQ YUSİFOĞLU, (1950) Ömrünün çox hissəsini uşaqların bədii-estetik tərbiyəsinə həsr etmiş, öz orijinal əsərləri ilə kiçikyaşlı uşaqların rəğbətini qazanmış şairlərimizdən biri də Rafiq Yusifoğludur. Həyatı. Qubadlının Çardaxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Doğulduğu kənddə səkizillik məktəbi bitirmiş, Qubadlıda isə orta təhsilini başa vurmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxıl olmuş, 1970-ci ildə oranı bitirmişdir. Bir müddət Sumqayıtda müəllim işləmiş, eyni vaxtda Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1984-cü ildə “Azərbaycan poemasının inkişaf problemləri (1956-1965)”, 2006-cı ildə isə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tənqidçilərin Moskvada keçirilən ümumittifaq müşavirələrinin iştirakçısı olmuş, 1985-ci ildən 1996-cı ilə kimi “Göyərçin” jurnalında şöbə müdiri, məsul katib işləmiş, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirmiş, 1997-ci ildən bu günə kimi “Göyərçin” jurnalının baş redaktoru vəzifəsində çalışır. Rafiq Yusifoğlu ”Yurdum-yuvam”, ”Ətirli düymələr”, ”Aylı cığır”, ”Ocaq yeri”, ”Qəm karvanı”, ”Həsrət köçü”, ”Böyük arzuya gedən yol”, ”Söz çəməni”, ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, “Şirin yağış”, “Daha uşaq deyiləm” və sair kitabların müəllifidir. Rafiq Yusifoğlu həmçinin uşaqlar üçün nəsr əsərləri də qələmə almışdır. Onun “Bahar qatarı”, “Şirin yuva”, “Dəniz səviyyəsi” adlı kitablarını qeyd etmək olar. Uşaq şeirləri. Rafiq Yusifoğlunun şeirlərinin mövzu dairəsi rəngarəngdir. Onun vətən torpağının tərənnümünə, otuna, çiçəyinə, dərin dərələrinə, uca dağlarına, ətirli yamaclarına, göllərinə, çaylarına, çeşmələrinə, yurdumuzun tarixi keçmişinə, sehrli uşaq dünyasına həsr edilmiş şeirləri öz orijinallığı, obrazlılığı, lakonizmi ilə diqqəti cəlb edir. Rafiq Yusifoğlu öz yaradıcılığına, uşaqlara və uşaq ədəbiyyatına münasibət bildirərək yazır: “Həmişə ciddi ədəbiyyat haqqında düşünmüşəm. Mənə elə gəlib ki, uşaq ədəbiyyatı uşaq-muşaq ədəbiyyatıdı. Sonra görmüşəm ki, nə böyük, nə kiçik ədəbiyyatı, ədəbiyyat elə ədəbiyyatdır. Uşaqlar üçün ədəbiyyat yox, uşaq ədəbiyyatı. O uşaq ki, dünyanın altını da, üstünü də bilir. Özü də böyüdükcə, həyatı daha dərindən dərk etdikcə duymuşam ki, mənən öz uşaqlığıma daha dərindən bağlıyam… Uşaqların söhbəti, davranışı, qəribə hərəkət və mühakimələri məni uşaq ədəbiyyatına bir daha dərindən bağlayıb.” Uşaqlarla daim ünsiyyətdə olan, onların sirli aləmini yaxından duyan Rafiq Yusifoğlu bu məsum varlıqların hər bir yaş mərhələsinin poetik təsvirini məharətlə yaradır. “Körpə” şeirində bunu görmək mümkündür: Sən bizim körpəyə bax, Sanki dül bilir. Ağlayanla ağlayır, Gülənlə gülür. Ona bir şey uzatsan, Əlini açır. Su görəndə cusayır, Süd görcək acır… Rafiq Yusifoğlu uşaq psixologiyasına yaxından bələd olduğundan, onun şeirləri öz yumoru, yığcamlığı, aydınlığı, obrazlılığı ilə diqqəti cəlb edir. Şairin şeirlərinin bir qismi novellavari bir üslubda yazıldığından maraq doğurur, oxucunu düşündürür. Bu baxımdan “Ağ yolların yolçusu”, “Sehrli vağzal”, “Bu kitabın sətirləri” şeirləri uğurludur. “Daha uşaq deyiləm” kitabına daxil edilmiş”Qızlar, balaca qızlar”, “Dəcəllər”, “Gülzarın nəğmələri”, “Gündüzün nəğmələri”, “Gurselin nəğmələri” başlıqları altında verilmiş şeirləri özünün şirin yumoru ilə diqqəti cəlb edir. “Gülyaz” şeirini misal gətirsək, bunun bariz nümunəsini görərik: Təzə-təzə dil açır, Bir şeirdir hər sözü. Mənə yazmaq öyrədir, Yaza da bilmir özü. Alan kimi qələmi Sevinir dəcəl Gülyaz. Qaralayıb dəftəri, Deyir: – Sən də belə yaz! Yaxud, “Tənbəl kimdir” şeirində yumor daha qabarıq nəzərə çarpır. Tez qaçdılar mətbəxə Arzu ilə Dürdanə. Anası qoğal verdi Hərəsinə bir dənə. –Kim tez yeyəcək görək? –Bu nədi ki? –Qoğaldı. –Ana, Arzu tənbəldi, Mən qurtardım, o qaldı… Predmeti uşaqların anlama səviyyəsinə uyğun şəkildə, real cizgilərlə təsvir etməyi bacarmaq şairin şeirlərinə təravət gətirir, onun təsir dairəsini artırır. Məsələn, yolbasanı yumağa bənzədən şair deyir ki, bu yumaq fırlandıqca, açılıb küçəyə çevrilir. Yaxud, “Kaktus” şeirində onun çiçək açmasını şair belə mənalandırır: Ona mehriban olsan, Mütləq açacaq çiçək. Kirpi kimi yavaşca Tikanlar arasından Burnunu göstərəcək… Yaxud, əks-sədanı uşaq dili ilə belə mənalandırır. Saç-saqqalı ağdı bu, Dağdan ağır dağdı bu. Adama söz qaytarır, Elə bil uşaqdı bu! “Kal” şeirində meyvəni yetişməmiş yolan, onları bir-bir dişləyib yerə atan uşağa babasının məzəmmətlə dediyi sözlər yumor doğurur. Dəymişi seçə bilmirsən, Səm özün də hələ kalsan! Rafiq Yusifoğlunun şeirlərinin böyük bir qismi doğma torpağımıza, onun gözəlliklərinin tərənnümünə həsr edilmişdir. Şair oxucuları gah tarixi keçmişimizə, gah təbiətin qoynuna, gah da sehrli uşaq dünyasına səyahətə aparır. Onun Yanardağa, Qobustana, Gəmiqayaya, Qəbələyə, Qubadlıya, Örənqalaya, Şuşaya, Xocamsaxlı qalasına və sair yerlərə həsr etdiyi şeirlər bu baxımdan maraq doğurur. “Şuşada bitən çiçək” adlı yığcam şeirində şair böyük bir ustalqla təbiət gözəlliyini təsvir edib onu mənalandırır, poetik misralarla əsrarəngiz bir gözəlliyin illüstrativ mənzərəsini yaradır: Çıxanda Üçmıx dağına Sevincdən qartala döndüm. Xarıbülbülü görəndə Heyrətimdən lala döndüm. Dtyirəm, təbiət necə Əlvan xalı toxuyurmuş?! Şuşada bitən çiçək də Bülbül olub oxuyurmuş… Rafiq Yusifoğlu kənd həyatı ilə, təbiətlə yaxından ünsiyyətdə olan, ona öz gözü ilə baxmağı, hər hansı təbiət hadisələrini poetik dillə mənalandırmağı bacaran şairdir. Onun şeirləri bir növ Azərbaycan ərazisinin poetik xəritəsinə bənzəyir. Şairin vətən torpağının tərənnümünə, otuna, çiçəyinə, dağına, dərəsinə, ətirli yamaclarına, göllərinə, çaylarına, çeşmələrinə həsr edilmiş şeirləri öz orijinallığı, obrazlılığı, lakonizmi ilə diqqəti cəlb edir. Nağıl-poemaları. Rafiq Yusifoğlunun nağıl-poemaları folklor motivlərindən ərsəyə gəlmişdir. Onun “Ağıl döyüşü” nağıl-poeması olduqca maraqlı süjet əsasında qələmə alınmışdır. Əsərin əsas ideyası xalqın ağlını, zəkasını üzə çıxarmaqdır. Düşmənin bütün suallarını müdrikcəsinə, əməli surətdə cavablandıran qəhrəmanların ağlına düşmən elçisi də heyran qalır: Dedi: – Ta mənim Sualım yoxdu. Hər bir kəlməniz Qılıncdı, oxdu. Ağılda imiş Əsl güc-qüvvət. Qəlbimdə sizə Yarandı hörmət. Burda zəkalı İgid çox imiş. Bilikli xalqa Zaval yox imiş. “Gül və bülbül əfsanəsi” nağıl-poeması şairin istedadını üzə çıxarır. Əsərin məzmunu belədir: Bir gənc şahın qızını sevir. Bağban oğlu olduğuna görə şah öz qızını ona vermək istəmir. Gənc isə hər gün tütək çalıb qızın məhəbbəti ilə yaşayır. Şah bundan gəzəblənərək “günahkar sevən ürəkdir” deyən gəncin ürəyini çıxartdırır. Vəfalı qız isə dərindən ah çəkərək qızılgül koluna çevrilir. Gəncin ürəyinin qanından bir damla qızılgül kolunun üzərinə çilənir. Çıxarılmış ürək bir bülbülə dönür, uçaraq həmin qızılgülün budağına qonur, şaqraq, yanıqlı nəğmələr oxuyaraq onu oxşayır. Bu mənzərəyə tamaşa edən insanların gözləri yaşla dolur. Poema bu bəndlə sona yetir: Zaman çapdı öz atını, İllər döndü bir ağ yelə. O zamandan sirdaş olub, Gül bülbülə, bülbül gülə… Rafiq Yusifoğlunun “Bacadan yağan qızıl” nağıl-poeması folklor motivlərindən yaransa da, əsərdə bir müasirlik ruhu duyulur. Burada paxıl, acgöz insanlar ifşa hədəfinə çevrilirlər. Əsərin məzmunu belədir: elatın qoyunlarını otaran çoban öz peşəsindən usanır, həmişə öz-özünə şikayətlənir ki, çörəyi lap daşdan çıxır. Bir gün mağaraya girəndə kor canavara rast gəlir, görür ki, bir vaxtlar itmiş qoyunlarının sür-sümüyü onun ətrafına səpələnmişdir. Çoban bundan belə bir nəticə çıxarır ki, əgər kor canavarın ruzisi Allahdan gəlirsə, bəs mənə niyə belə ruzi qismət olmasın? Bu fikrin əsirinə çevrilən çoban öz sənətini atıb, evdə oturur, ruzisinin Allahdan nə vaxt gələcəyini gözləyir. Meşədən odun gətirməyə gedərkən ağacın koğuşunun qızılla dolu olduğunu görür. Lakin kor canavarı yada salıb, qızılları yerinə qoyur. Tamahkar bir kişi bu söhbəti eşidir və özünü tələsik qızılla dolu ağaca çatdırır. Görür ki, çobanın nişan verdiyi ağacın koğuşuna bir ilan girdi. Kişi elə zənn edir ki, çoban onu aldatmışdır. Ona görə də ağacın ilan girən hissəsini kəsir, çobanın evinin bacasından içəri sallayır ki, ilan onu çalıb öldürsün. Sən demə ağacın koğuşunda ilanla bərabər xeyli sayda qızıl da var imiş. O qızıllar bacadan çobanın evinə səpələnir, ilan isə koğuşdan çıxaraq paxıl kişini çalıb öldürür. Çoban evinin bacasından qızıl töküldüyünü görüb uşaq kimi sevinir. Sevinir ki, nəhayət, Allah onun da ruzisini yetirdi. Qızıllardan götürüb gözlərinə sürtür. Onlar zəhərli olduğuna görə çobanın gözləri tutulur. Var-dövlət başından aşsa da, dünya işığına həsrət qalır və əvvəlki günlərin geriyə qayıtmasını arzulayır. Rafiq Yusifoğlunun bütün şeirləri, poemaları, mənzum nağılları folklor çeşməsindən qida almışdır. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin şeirlərinin bir uğuru da elə buradan doğur.
Müəlliflər: Zahid Xəlil, Füzuli Əsgərli. Uşaq ədəbiyyatı. Dərslik. Bakı,2007, s. 397-402.
Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.