Daha dün Zaman kulağıma fısıldadı…

Ey dillere acı söz söyleten mısra

Beni hatırlıyor musun ? Beni ateşe attığın zamanı hatırlıyor musun?

Alevler kadar gizemli topraklarımdaki şanlı varlığımı hatırlıyor musun?

Yüzüme iyi bak, belki yüzümdeki kalın çizgilerden tanırsın.

Ya da beni binlerce isimsiz kahramanın yüzüme çizilmiş fotoğraflarından tanıyabilirsin.

Kayaları ve iskeleyi döven deli dalgalar gibi sırtıma vuran sessizliğimi dinle..
Belki sana bir şeyi hatırlatacaktır

Çocukluğumuzda oynadığımız karanlık gecelerin ışığını sabahlara nasıl taşırdık?

Ne oldu? Artık sen benim düşmanımsın, ben de senin düşmanınım.

Kapımızın arkasında ateşler yanıyor

Yürüdüğümüz yollardan sarı irin nehirler gibi akıyor

Korkudan Bütün güneşli günler gölgelerin ardına gizlenmişler

Ülkemin dudaklarından acı çığlıklar su gibi akıyor.

Taş ocaklarında zamansız göçler, gidenlerin ve dönmeyenlerin ardından ağlayan çocuklar

Nedir bu kahrolası yangınlar, bu kahrolası zamansız gidişler?

Ey hayatın akışı arasında sıkışmış mısra

Tekrarlanmayan günleri hatırlamam seni neden rahatsız ediyor?
Neden yüzüme pişmanlık çimlerini ekiyorsun?
Neden hatalarımın satırlarını karıştırıyorsun?
Neden beni kayıp melodilerin gölgesine atıyorsun?

Beni o kadar zorluyorsun ki, derin yaralarla kasırga nehirlerine akıyorum. Yaşananlar beni zaten yeterince sarsmıştı, gözlerime düşen güneşin gölgesi pişmanlık otları gibi her yanıma yayıldı.

Gerçekleri görmeden bu yargısız intikam nedir?
Zamansız bir şekilde kitaba kaydedilen bu insanlar kimlerdir?

Kanımın derinliklerinde kurşundan kaçan bir geyiğin kalbindeki ateş gibi yanıyorum.
Kendimi bir kafese sıkışmış gibi hissediyorum

Ve sen köşende oturup uzaktan gülüyorsun

Ah, dallardaki yapraklara melodik sesler çıkaran rüzgar…
Yok edilen parçaları toza dönüştürmekten bu kadar mutlu musun?

Hangi yüzyılın çıngırak rüyasını yaşıyorsun ?

Şimdi söylediklerimi bilezik gibi tak ve asla çıkarma

Bu zavallı bedenim bugün mağlup olmuş olabilir ama hep ayaktaydı ve hep ayakta kalacak.
Üzerime ne kadar kara bulutlar gelirse gelsin
Işığım halkadan halkaya parlayacak

Daha dün Zaman kulağıma fısıldadı…

15/11/2023-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fobiya nədir? – Fobiyalar haqqında məlumatlar.

Fobiyalarınızla tanış olun.

♦️Poqonofobiya – saqqallı adamlardan və saqqaldan qorxmaq.

♦️Pteronofobiya – quş tükündən qorxmaq.

♦️Politokofobiya – siyasətçilərdən qorxmaq.

♦️Triskadekafobiya – 13 rəqəmindən qorxmaq.

♦️Hidronofobiya – sudan qorxmaq

♦️Antropofobiya – insanlardan qorxmaq.

♦️Batofobiya – dərinlik qorxusu.

♦️Qolossofobiya – ictimai yerlərdə danışmaqdan qorxmaq.

♦️Monofobiya – təklikdən qorxmaq.

♦️Ağirofobiya – küçədən qorxmaq.

♦️Ailurofobiya – pişikdən qorxmaq.

♦️Amatofobiya – toz qorxusu.

♦️Venüstrafobiya – gözəl qadınlardan qorxmaq.

♦️Gerantofobiya – yaşlı insanlardan qorxmaq.

♦️Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq.

♦️Bromidrosifobiya – vücud qoxusundan qorxmaq.

♦️Dekatriaparaskevifobiya – ayın 13 nün cümə gününə təsadüf etməsi.

♦️Entomofobiya – böcəklərdən qorxmaq.

♦️Hipegiyafobiya – məsuliyyətdən qorxmaq.

♦️Hipnofobiya – yatmaqdan qorxmaq.

♦️Homiklofobiya – sisdən qorxmaq.

♦️İhtiyofobiya – balıqlardan qorxmaq.

♦️İslamofobiya – müsəlmandan qorxmaq.

Mənbə: Aida ADIGÖZƏL

AİDA ADIGÖZƏLİN DİGƏR YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacı və İlqar Fəhmi

Tanınmış jurnalist, tərcüməçi, yazıçı, dəyərli qələm adamı Kənan Hacı Bakı Expo Mərkəzində təşkil edilən “IX Beynəlxalq Kitab Sərgisi”ndə şair, yazıçı, kinodramaturq İlqar Fəhminin “Şeyx Səfiyəddin – irşad yolunun başlanğıcı” kitabının təqdimatında.

Kənan Hacı Bakıda Kitab Sərgisində. (Bakı – noyabr 2023) .

Foto: Əli Rzazadə (Ali Rzazade)

Hazırladı:  Tuncay Şəhrili

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: Vətən oğlu…

VƏTƏN OĞLU

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı???

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan asılıb,  bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandı qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı.  (14. 30. 1 0’)

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gürcü yazıçısı, “Armudlu düzəngahı” romanının müəllifi Nana Ekvtimişvili və Azərbaycan yazıçısı Kənan Hacı Bakıda Kitab Sərgisində

Gürcü yazıçısı, “Armudlu düzəngahı” romanının müəllifi Nana Ekvtimişvili və Azərbaycan yazıçısı Kənan Hacı Bakıda Kitab Sərgisində. (Bakı – noyabr 2023) .

Foto: Əli Rzazadə (Ali Rzazade)

Hazırladı:  Tuncay Şəhrili

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli: Yaxınlar…

Səni xəncərlədi doğma adamlar,
Yadlar son səhnəni alqışladılar.
Oğurluq adamlar, yağma adamlar
Çiçək əvəzinə, çələng yerinə
Bir ovuc göz yaşı bağışladılar,
Ruhuna fatihə…
Qəbrinə torpaq,
Ömrünə başdaşı bağışladılar.

Sonra qatilini çıxarıb başa
Dedilər: Nə gözəl gülur bu adam.
İlahi, nə gözəl bitir tamaşa,
İlahi, nə gözəl ölür bu adam…

Ölür…
Sonsuzluğa sönür gözləri –
Son sözü, yarımçıq sətiri qalır.
Məzarı üstündə ayaq izləri –
Qara sevdaların çətiri qalır.

Qopur xatirələr ox kimi yaydan,
Çökür qaranlığa qurğuşun kimi…
Ayrılıb bir yolluq küydən, haraydan
Ölümlə sevişir son qurşun kimi…


Əlvida…
Yaxşı yol qəmdən, kədərdən…
Yol bitir,
Sonuna bir anlıq qalır.
Səni də silirəm xatirələrdən
Yerində bir ovuc qaranlıq qalır.


Bakı, 25 mart 2023-cü il.

Müəllif: Elçin Mirzəbəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu: – Yenə payız…

PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ

Qəm qoşunu hücum çəkir üstünə,
Viran qoyur könlündəki şəhəri.
Dəyişilir dünəninin havası,
Payız olur ayrılığın səhəri.

Ürəyində dərd özünə yer alır,
Ağ vərəqlər misra-misra qaralır.
Yaşıl-yaşıl arzuların saralır,
Payız olur ayrılığın səhəri.

Eşq sarayın kətpic-kərpic sökülür,
Cismin həsrət bələyinə bükülür,
Budaq-budaq yarpaqların tökülür,
Payız olur ayrılığın səhəri.

Xəyalında ocaq-ocaq yanırsan,
Öz odunu, öz közünü danırsan.
Yazı, yayı keçib getmiş sanırsan,
Payız olur ayrılığın səhəri.

Canın zəmi, səbir dəndi, dözüm dən,
Bulud-bulud yağış yağır gözündən.
Təşnə quşlar su içirlər izindən,
Payız olur ayrılığın səhəri.

Müəllif: Qəzənfər Məsimoğlu

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mübariz Süleymanlı: SEVGİ YAĞIŞI – yeni şeirlər

SEVGİ YAĞIŞI

Hanı mənim sənli dünyam?
Hanı mənim gözəl anım?
Odum sönüb közüm qalıb,
Çətin daha bir də yanam.

Hanı kövrək baxışların?
Hanı yağan göz yaşların?
Çox dəyişdi zaman bizi
Çətin nağıla inanım

Hanı sənlə qurduğumuz,
Kasıb koma,isti ocaq?
Hanı qoşa şəkillərdə ,
Lal məhəbbət qucaq-qucaq.

İndi sönən ümidlərin
Soyuq külü mənə bəsdir
İndi məni yaşadan da,
O günlərdən qalan səsdir.

Hanı göydən dərdiyim Ay?
Hanı o eşq,o hay- haray?
Qaytar mənə saf sevgimi,
Budur ömrümə düşən pay.

Hanı sənə baxdığım göz?
Hanı mənə verdiyin söz?
Özün mənə deyərdin ki…
Ədama döz,nazıma döz.

Hanı həsrət dolu baxış?
Ömrümüzdən keçsin bu qış
Gəlsin yenə bahar ətri
Çiçək-çiçək yağsın yağış.

AŞİQ OLDUM

Sənə baxan gözlərimdən,
Qəlbimdəkin duydunmu heç?
Ürək qıran sözlərindən,
Söylə görüm doydunmu heç?

Eşqim sənə namə yazdı,
Oxudunmu sözlərimi?
Şıltaqlığın dedim azdı
Çəkəmmədim gözlərimi.

Ömrümüzdən ləçək-ləçək,
Solub düşən günü sana
Bu taleyi bir də seçək
Aşiq olum bir də sənə.

KÜSMƏDİM

Salxım-salxım arzularla yaşaram,
Dözə-dözə dərd içimdə daşaram,
Coşa-coşa şeirləri qoşaram,
Tanrı yazan taleyimdən küsmədim.

Ləçək-ləçək ümidlərim solanda,
Damla-damla gözümə yaş dolanda,
Neçə-neçə istəklərim qalanda,
Tanrı yazan taleyimdən küsmədim.

Gülə-gülə,gilə-gilə ağladım,
Bilə-bilə, ürəyimi dağladım,
Bölə-bölə sevincimi, çağladım,
Tanrı yazan taleyimdən küsmədim.

Əsə-əsə yaşamadım ömrümü,
Küsə-küsə yaşamaq da ömürmü?
Qorxa-qorxa heç demədim sözümü,
Tanrı yazan taleyimdən küsmədim.

BU DÜNYA

Fikir adamıyam,söz adamıyam
Tanrının bəndəsi öz adamıyam
Mən ki bu dünyanın düz adamıyam,
Bildim mənlik deyil, mənlik bu dünya

Mənə yapışamaz nə böhtan,nə şər,
Beləcə, yaranıb əzəldən bəşər,
Daşım şeytanının başına düşər,
Demək mənlik deyil, mənlik bu dünya.

Səbrimin üstünə səbr caladım,
Yuvamı qorudum, ocaq qaladım,
Kimsənin haqqını kəsən olmadım
Güldüm, mənlik deyil, mənlik bu dünya.

Sinəmə sıxdığım sazı gözlədim,
Qışdan sonra gələn yazı gözlədim,
Yoluma nur səpən sözü gözlədim,
Vallah, mənlik deyil, mənlik bu dünya

Dəvəsini süzdüm, tazıya baxdım,
Ağlıyla öyünən razıya baxdım,
Alnıma yazılan yazıya baxdım,
Gördüm mənlik deyil, mənlik bu dünya.


BU GÜN

Yarpağı saralan,küləyi coşan,
Dərəsi dillənən,çayları daşan,
Dağına ,daşına nəğmələr qoşan
Bağrıma basıram payızı bu gün.

Tanrı nəfəsinin ruhunu duyan,
Əlini köksünün üstünə qoyan,
Dünyanın malından gözləri doyan,
Bağrıma basıram payızı bu gün.

Təndirin həniri ,sobanın közü,
Ardınca səsləyir qışın sərt üzü,
Bəxtmə yazılan o qara gözü,
Bağrıma basıram payızı bu gün.

Haramı dadamaz halalın biri,
Əzəldən bilinməz dünyanın sirri
Məclisdə tanınar insanın yeri,
Bağrıma basıram payızı bu gün.

Hiyləgər adamın işi kələkdi,
Etdiyin əməli yazan Mələkdi,
Kəfən doğulandan bizə bələkdi,
Bağrıma basıram payızı bu gün

Müəllif: Mübariz Ağaxan oğlu Süleymanlı,

Şair .

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru