Yusif Mürsəl. Qapılar.

Dünya elə hiyləgərdi,
İti yal ilə aldadır.
Solu sağa möhtac edir,
Sağı sol ilə aldadır.
Fizulidən üzü bəri,
Səhra oldu eşqin yeri,
Gözəl qızlar şairləri
Qara xal ilə aldadır.
Kimə atdıq daşımızı,
Oynadıb göz-qaşımızı,
Arı sancır,başımızı
Şirin bal ilə aldadır.
Ya piyada,ya da atlı,
Getməlisən,bu həyatdı,
Şərab bizi bir saatlıq
“Xoşbəxt”hal ilə aldadır.
Bir ağ rəng var,bir də qara,
Çəkən bilir çəkir hara,
Şeytan bizi salır tora,
Şirin dil ilə aldadır.
Günlər keçir,quş qanadlı,
Biri dadsız,biri dadlı,
Ölüm bizi həyat adlı
Uzun yol ilə aldadır.

* * *

Qapılar
Niyə belə gec açılır
Bizə açılan qapılar.
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
Gözləyirik yana-yana
Səbrimiz yetdikcə sona
Qırxa,əlliyə,doxsana
Yüzə açılan qapılar.
Heç bilmirsən nədir dərdi
Qovub namərd edir mərdi
Barmağın sayı qədərdi
Düzə açılan qapılar.
Kim öyrədib bu sənəti
Guya açılmağı çətin
Hər gün açılır xəlvəti
Naza açılan qapılar.
Əriyirik ilmə-ilmə
Oğulsansa gəl bükülmə
“Yuxarıdan”bircə kəlmə
Sözə açılan qapılar.
Səbr eyləyək deyə-deyə
Ah-naləmiz çıxdı göyə
Qalmayıb halal çörəyə
Duza açılan qapılar.
Niyə belə gec açılır
Bizə açılan qapılar.
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.

Müəllif: Yusif Mürsəl


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – Liman qəsəbə restoranında.

Liman qəsəbə restoranında

(hekayə)

Cavanlar Liman qəsəbə restoranına yığışardılar. Payız, qış aylarında günortalar da, axşamtərəfi də. Özü də bayırda, yaşıllıqlar qoynunda. Qış aylarında isə  restoranın zalında, yaxud da kabinetlərin birində  bir yerə cəm olardılar. Üç bir, dörd bir, beş bir. Necə alınırdısa. İstidən xumarlanar, sifarişlərini verərdilər.

         Hüseyn buralarda tez-tez görünərdi. Onun öz dost-tanışı vardı, onlarla restorana gələr, yeyib-içərdilər. Hüseyn İsabala kişinin oğlu idi.  İsabalanı ətrafda, nəinki Boladi kəndində, rayonun başqa kəndlərində də  yaxşı tanıyırdılar.  Kəndin kolxoz sədri, kənd soveti sədri işləmişdi. Varlı-karlı adam idi.

Hüseyn atasının hesabına şən-qayğısız həyat sürür, pula pul demirdi.  İsabalanın ölümündən sonra yenə eyş-işrət çəkməkdə  bir xeyli problemi olmadı. Amma sabahını da fikirləşmədi, var-dövləti dağıtdı. Bir də ayılıb gördü ki, “bir həsidir, bir də Məmmədnəsir”. Var-dövlətdən, ata malından təkcə ikimərtəbəli ev, bir də üçtəkərli motosiklet qalıb. Yaxşı ki, bu motosiklet də alıbmış.

         Əlqərəz, yayın isti günlərindən biri idi.  Hüseyn evdə, həyət-bacada oturmaqdan bezib ayağa qalxdı. Bu istidə bir neçə parç pivə aləm olar, yanğısını söndürərdi. Odur ki, motosikletinə oturub  Liman qəsəbə restoranına gəldi.

         Dost-tanışları gözə dəymirdi. Pivə gətirdilər. Bu zaman Vaqif göründü. O, Hüseynlə salamlaşıb, restoranın bufetinə sarı getdi, əlini cibinə salıb: 

         -Bir qutu siqaret…

         Bufetçi:

         -Davıdov?

         Vaqif:

         -Hə, sarı rənglisi, – dedi. 

         Vaqif siqareti alıb çıxanda Hüseyn onu saxladı:

         -Vaqif, qonağım ol.

         Vaqif boyun-boğazının tərini silə-silə:

         -Dəvətinə görə sağ ol, Hüseyn. Getməliyəm.

         Hüseyn əl çəkmədi:

         -Gedərsən. Bir parç pivə içsən, özünə gələrsən.

         Vaqifin tərəddüd etdiyini görüb:

         -Hesab mənlikdır.

         Vafiq:

         -Söhbət hesabdan getmir, doğrudan mənim işim var, – deyə yenə boyun qaçırdı.

         Hüseyn qaş-qabağını tökdü:

         -Sözümü yerə salırsan? Heç gözləməzdim.

         Vaqif çar-naçar gəlib  oturdu.

         Cavanlar, elə başqaları da Hüseynin  xətrini istəyirdilər. Vaqif onun xətrinə dəymədi, dəvətini qəbul etdi.

         Hüseynin tək yeyib-içməkdən xoşu gəlmirdi.  İndi dostlarının hərəsi bir yerdə idi, nə zaman gəlib-çıxacaqları bəlli deyildi. İndi Vaqif onun karına gəlmişdi. Onu buraxmaq fikri yox idi. Əli ilə xörəkpaylayanı çağırıb:

         -Kişi üçün pivə gətir. Noxud da, balıq da ver.

         -Baş üstə.

         -Başın var olsun.

         Vaqif pivəni içib qurtarmamışdı. Bir də gördü ki, stolun üstü salat, göy-göyərti, zeytun, manqal salatı, çoban salatı, pendir, limonad, qazlı su ilə dolub. Hüseyn elə hey sifariş verirdi:

         -Deməli,  yarım litr araq, nar şirəsi, lülə kabab, sonra tikə kabab gətirərsən.

         Xörəkpaylayan baş endirib getmək istəyəndə Hüseyn onu saxladı:

         -Arağı yarım litr demişdim. Onu 700 qramla əvəz edərsən…

         Çöl-bayır istidən od tutub yanırdı. Onlar ağacın altında kölgəlikdə əyləşmişdilər. Deyir-gülür, zarafatlaşırdılar. Vaqif öz-özünə fikirləşdi: “Bir mənə bax, kişi qonaqlıq vermək istəyir, mən də yaxın gəlmirəm. Bu naz-nemətdən məhrum olacaqdım. Gedəcəkdim ki, nə var Dedi Qoduyevə bir arayış verməliyəm?   Dedi gözləyər.

         Qədəhlər bir-birinin ardınca dolub boşalır, badələr qaldırılıb sağlıqlar deyilirdi. Əvvəlcə Hüseynin, sonra Vaqifin sağlığına içdilər. Sonra başqa sağlıqlar deyildi.  Onların Boladi kəndində yaşayan elə bir qohum-əqrəbası qalmadı ki, onun şəninə sağlıq deyilməsin. 700 qramlıq araq butulkası boşalmışdı. Hüseyn bir dənə də yarım litrlik gətirtdirdi. Onun da yarısını içdilər. Kefləri saz idi.

         Əlqərəz, doyunca yeyib, doyunca içib ayağa qalxdılar. Vaqif keflənmişdi, ləngər vururdu.

         Hüseyn motosikleti iş saldı. Onun işarəsi ilə Vaqif keçib motosikletin lülkasında yer tutdu.

         Vaqif özündə-sözündə deyildi. Tezcə yuxuya getdi. Hüseyn:

         -Vaqifin nə vecinə. Motosikleti yol polisi saxlasa, içkili olduğumu bilsə, atamı yandıracaq.

          Motosiklet kənd yolunu yara-yara gedirdi. Qarşıya döngə çıxdı. Hüseyn güc-bəla ilə  döndü.  Vəziyyətdən çıxa bilməsəydi, qəza baş verəcəkdi.

         Sükandan bərk-bərk yapışan, diqqəti yolda olan Hüseyn Vaqifə baxmadan, lakin  ona müraciətlə:

         -Görürsən? – dedi. -Oğulam ey.  Gördün döngəni necə döndüm?

         Vaqifdən səs çıxmadı. Hüseynin yadına düşdü: “Bu zalım oğlu sanki yüz ildir yuxusuzdur.  Oturan kimi yatdı.

         Vaqifin evinə çatmışdılar. Hüseyn sıçrayıb düşdü. Yenə də Vaqif tərəfə baxmadan:

         -Şükür sağ-salamat gəlib çatdıq. İlişmədik.

         Vaqif susurdu. Hüseyn  dönüb baxdı. Təəccübdən donub baxdı.  Nə lülka vardı, nə də Vaqif. Tez motosikletə oturdu. Bayaqkı döngəyə çatanda düşdü. Baxanda gördü nə? Motosikletin lülkası xəndəyə düşübmiş.  Yaxşı ki, salamatçılıq idi. Vaqif lülkanın içərisində mışıl-mışıl yatmaqda idi. Sən demə,  yüksək sürətlə motosikleti idarə edən Hüseyn döngəni dönəndə lülka qırılmış, Vaqiflə birgə gəlib xəndəyə düşmüşdü. Hüseyn qaynaqçının dalınca asıb-kəsdi:

         -Verdiyim pul haramınız olsun. Gör   motosikleti necə  təmir ediblər, lülkanı motosikletə necə qaynaq ediblər ki,  bir dönmə ilə lülka qopub xəndəyə yuvarlanıb.

         Kənd camaatı yaxın gəlib əvvəlcə Vaqifi, sonra da lülkanı xəndəkdən çıxardılar.  

 Bakı şəhəri, 02 noyabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmirin yeni şeirləri

Mənim ürəyimdə həsrət böyüyür,
Gözümün yaşından içir bu həsrət.
Küləyə döyünür, yağışa düşür,
Dərədən, təpədən keçir bu həsrət.

Hayana gedirəm məni çağırır,
Səsə aldanıram körpə uşaq tək.
Bu yolun başında tənhalıq varsa
Xəyallar qurmağım nəyimə gərək?

Neçə qat qabıqdan çıxır bu ürək,
Hər qatın altından bir ilan çıxır.
Ay aman, bu boyda dərdin içində
Adamın adı da yadından çıxır.

Hələ ki, alovdan, hələ ki, oddan,
Hələ ki, göynəkdən keçir bu sevgi.
…Hələ arınıram sənsizliyimdə,
Hələ ki, ələkdən ķeçir bu sevgi.

* * *

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ , yerində ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.

Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Это наша земля!

Это наша земля!

Это наша земля: твои деды её
солью пота и слёз поливали века;
львиносердые му’жи- их помним, поём-
кровью до’брили поле от гор до песка.

Это наша земля: наши матери ей
посвятили себя, что Меджнуну Лейла-
и она воздаёт нам- от гор до морей-
паче хлеба ответной любовью мила.

Это наша земля: наши пращуры в ней
рады порослям новым, надеясь на нас,
благодарных потомков, в труде, на войне,
умножающим славу Отчизны не раз.

Твоё имя она, слава, честь и задор,
на старанье и подвиг всей жизни дана;
выше гордые головы и триколор:
это наша земля, это наша Страна.

перевод с азербайджанского Терджимана Кырымлы