Dünyanın ən gözəl duyğusu- mənəvi dəyərlərin ən ucası olan vicdandır.Mərhəmət də, təvəzökarlıq da, səmimiyyət də, dürüstlük də məhz elə vicdandan başlayır…
Benjamin Franklinin gözəl bir aforizmi var; “Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz bir vicdan apar.”..
Bu dəfə mən sizə cəmiyyətimizə, mədəniyyətimizə böyük töhvələr verən, biz gəncləri daim irəliyə getməyə sövq edən, dürüstlüyü, vicdanı, sadələyi, təvəzökar xüsusiyyəti ilə seçilən Dilarə Əzizova’dan yazacağam.
Əzizova Dilarə Hidayət qızı 1963-cü ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1970-1980-cı illərdə Qaşqaçay kənd orta məktəbində təhsil alıb. 1985-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinə qəbul olub. 1990–cı ildə təhsilini başa vurduqdan sonra Qax rayonuna təyinat almışdır. İlk iş yeri İsmayıl Dağıstanlının Xatirə muzeyi olub. Rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində, Mərkəzi kitabxanada biblioqraf, baş biblioqraf vəzifələrində çalışmışdır. 2003-cü ilin oktyabr ayının 1-də Qax rayon Mədəniyyət və Turizm şöbəsinə inspektor vəzifəsinə irəli çəkilmişdir. 2016-cı ilin may ayndan oktyabr ayınadak şöbə müdiri vəzifəsini müvəqqəti icra etmişdir, ləğvetmə komissiyasının sədri olmuşdur. Hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Qax rayon üzrə numayəndəsi kimi fəaliyyət göstərir.
Elə bu dəmdə rəhmətlik Elçibəyin kəlamı yadıma düşdü.Elçibəy deyirdi ki; hərənin öz yolu var.Yalnız pul yolunu tutsan, bir gün da sən də xərclənəcəksən, yalnız vəzifə yolunu tutsan, hörmətsizləşəcəksən, amma millət yolunu tutsan, böyüklərdən böyüksən!
Dilarə xanım müxtəlif vəzifələrdə çalışsa da, el-oba içində, cəmiyyət içində, kollektiv içində böyük rəğbət qazanan şəxsiyyətlərdəndir.Onu insanlara sevdirən tamamilə saf duyğuları, incə və nəzakət dolu sözləri, kübar obrazı, vicdanla, dürüst bir şəkildə işini layiqincə yerinə yetirməyidir…
Bilirsiniz, bəzən elə insanlar olur ki, yaratdığı, qurduğu, bildiyi heç nə olmur, amma öz yersiz eqoları ilə iş həyatında hər kəsə belə birtəhər baxırlar.
Belə insanlarla, Dilarə xanım kimi insanları düşüncəmdə qarşı-qarşıya qoyanda, anlayıram ki, ən gözəl hiss ətrafın sevgisini, doğmalıq hissini qazanmaqdır…
Dilarə xanımın mədəniyyət sahəsində əməyi əvəzedilməzdir.Vicdanla işləyir, dürüst mövqeyi və insani keyfiyyətləri ilə seçilir.
Onun biz gənc yazarlara olan mənəvi dəstəyi, doğrudan da yazıb, yaratmağa İlham qaynağıdır.
O, demir ki, siz hələ əlinizə qələmi yenicə almısınız, bir az gözləyin.O, həmişə, hər yerdə deyir ki, gənclərimizin irəli getməsinə zəmin yaradın.
Nə yaxşı ki, bizim məmləkətimizdə belə gözəl şəxsiyyətlər var.Örnək və əsl vətəndaş mövqeyli!
Bütün Qax yazarları adından Dilarə xanıma bizə göstərdiyi qayğı və mənəvi dəstək üçün təşəkkür edirik.
Aytac İBRAHİM – “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, Qax bölgə təmsilçisi.
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru