
GÜL SATAN QIZCIĞAZ
Gül satan bu qızcığazın,
Dili şəkər,sözü güldür.
Bələnib çiçək ətrinə,
Bəxtəvərin özü güldür.
Şeh tutanda səhər çiçək,
Hər nazənin xəbər çiçək.
Dəstə-dəstədir hər çiçək,
Daşdan çıxan ruzu,güldür.
Qaçanda yuxusu qızın,
Çıxar səsinə qu qızın.
Çiçək aldığım bu qızın,-
Ürəyində gözü güldü…
Müəllif: Əlirza Həsrət
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru