
BU MƏMLƏKƏTDƏ
Bir udum havadır ömür, yiyəsi,
Dərə, bir cür ölür bu məmləkətdə;
Çətin cavab verər gedən kəs çürə,
Çərə bir cür ölür bu məmləkətdə.
Oldu ki, sevgini çevirdik kinə,
Bir dərdi üç halda ağrıyır sinə.
Yaşamaq deyirik, qalsa əslinə,
Hərə bir cür ölür bu məmləkətdə.
Hər söz eyhamdısa, hər səs himdisə,
Dönər iniltiyə dinən simdisə.
Adamdı, Adəmdi, düşər kimdisə
Şərə, bir cür ölür bu məmləkətdə…
İndi üsul ayrı, fənd ayrıdırsa,
Vətən şəhər ayrı, kənd ayrıdırsa,
Pusu başqadısa, bənd ayrıdırsa,
Bərə bir cür ölür bu məmləkətdə.
Ölmüsən bildirmi, yoxsa bayaqmı,
Gündə neçə dəfə, atıb sayaqmı?
Yaxşı, inanaqmı-inanmayaqmı,
Zərə, bir cür ölür bu məmləkətdə.
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru