Zeynəb Cəmaləddin – KƏLƏĞAYI

KƏLƏĞAYI

Bizə nənələrdən qalıbdı miras,
Bir namus, bir ədəb, bir kələğayı.
İpəyi sərvinaz, xonçası atlas,
Butası, qonçası tər kələğayı.

Torpağa bağlıdı çeşmənin gözü,
Süzülər bayatı, qoşması, sözü,
Natavan könlündə alışan közü,
Mirvarid qəlbində gör, kələgayı.

Tomrisi, Nigarı ellər anası,
Həcər, Arəstəsi igidlər xası.
Evinin qadını, göllər sonası,
Döyüşdə, savaşda ər, kələğayı.

Turan tarixindən xatunlar keçib,
Ərlik çeşməsindən onlar su içib.
Sərvi boy, bel incə, üzükdən keçib,
Topuğu, biləyi şir, kələğayı.

İsmi Sara xatun, böyük Turanla,
Adını anıram çox ehtiramla.
Sözüylə sağlayıb* sülhü, aramla,
Sülhə qanad açan hürr kələğayı.

Şamama, Bəsti… Var adı-sanları,
Əmək meydanının qəhrəmanları.
Hünərvər, zəhmətkeş.. Gördüm onları
Ağ alın üstündə tər, kələğayı.

Zeynəbəm, deməyə ürək sözüm var,
Bir soyuq qış keçdi, bir ilıq bahar.
Mənə də anamdan qalıb yadiğar,
Ürəyi oxşayan bir kələğayı…

20.05.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir