Firuz Mustafa – Söz yaradıcılığı

BİLİRDİNİZMİ?
Dil mozaikası

Лапша.
Bir sıra türk dillərində, o cümlədən uyğur dilində işlədilən lapça sözündən götürülüb. Mənası: kiçik hissələrə doğranmış parça, hissə, əriştə, ləpik.

*
Балбес.
Bu sözün kökünü çoxu bilmir. Ruslar cahil, nadan mənasında işlədir. Düz də edirlər. Amma bu, təmiz turk sözüdür. Mənası azərbaycanca-BİLMƏZ, tatarca BİLMES, qırğızca BİLBES.
Bir sözlə, qanmaz, anlamaz… deməkdir.
Ta qalan sinonimləri özünüz əlavə edə bilərsiz….

*
Ералаш . Bu söz, rus dilçilərinin yazdığına görə, türkcə “aralaş” sözündən götürülüb. Araqarışmış, qatmaqarışıq, hərcmərclik, səliqəsizlik.
«Что это у тебя, братец, в голове всегда ералаш
такой?». Гоголь.

*
Бирюкова́тый. Rus ədəbi dilində işlənən sözlərdəndür. Əsasən qurd, yalquzaq, canavar mənasını verir. Daha çox tənhalığı sevənlərə, aztəhsilli olanlara, habelə ciddi hərbi xarakteri olan kəslərə belə ayamalar qoşulur.
Əslində isə bu soz, yəni «бирюкова́тый» kökən türkcədir. BÖRÜ, yəni canavar. Ç.Aytmatovun «Ölüm kötüyü”ndəki Akbarını (və eləcə də Daşçeynəri) xatırlatmaq kifayətdir.
Türk xalqlarında BÖRÜ (AKBARI) sözünü ad –soyad kimi götürən şəxslər də çox olub.
Mərhum sənətşünas Ənvər bəy özünə “Börüsoy” təxəllüsünü götürmüşdü.

*
Изъян Mən desəm ki, rus dilindəki Изъян sözü “ziyan” (fars köklü türkizmdir) sözündən, Артель “ortaq” sözündəndir”, Таракан sözü türk -çuvaş dilindəki tar-aqan — tez qaçan, («убегающий») sözündəndir…. heç kəs rus dilinin halına ağlamaz. Əksinə, bu sözlərlə qonşularımızın dili zənginləşib.
*
Kарый
…Hələ карый sözü….Desəm ki, «чёрный» sözü elə bu karıy,dandır, təəccüb etməzsiz. Niyə də təəccüblənməliyik? Hələlik yarımmənbə deyirəm: (грамм. 1391–1428 гг.), заимств. из тюркск.; ср.: тур. kara, башк. ҡара, тат. кара, казахск. қара «чёрный». Sözün qısası, карый sözü “qara” sözündən götürülüb.
Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir