
BAXIR
(Güzgüdəki «mən»ə)
Oy, bu gözlər mənimdimi?!
Mənə yaddaşlardan baxır.
Sevinci yox, kədəri yox, —
Ürəyi daşlardan baxır.
Qanadlanıb, milyon kərə
Uçuşu çırpılıb yerə.
Bəlkə, bəlkə buna görə
Həsrəti quşlardan baxır?!
Nitqi bağlı dildir daha,
Ağlaya da bilmir daha.
Axıb gildir-gildir daha,
Quruyan yaşlardan baxır.
Nə şövqü var, nə həvəsi,
Nə meyardı, nə tərəzi.
Hara dönsə, savaş gəzir, —
Ağılsız başlardan baxır.
Müəllif: Firuzə MƏMMƏDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru