
Gəzirəm
Gəzirəm tənə üçün mürgü döyən künc-bucağı,
Birinin sahibi kor, digərinin od-ocağı…
Birinin şöləsi düşməz dibinə sayə kimi,
Birinin istisi qucmaz açılan tər qucağı.
Birinin şöhrəti küldən hörülən asma divar,
Birinin nəğməsi yeldən asılan gül budağı.
Birinin köksü dəlinmiş, bala vermiş yarası,
Birinin ağlını çalmış fələyin küt bıçağı…
Birinin bəxti yatıb, qapqara şal taca dönüb,
Birinin bağrıyanıq laləyə çatmış sorağı.
Birinin əhli-bəşər etmədədir “toy-düyün”ün,
Birinin gözlərini oymadadır el qınağı.
Birinin Naibətək sözləri naməhrəm olub,
Birinin həmdəmidir güllə döyən boş cınağı…
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru