
İstəyər
Erkən yazda tək çiçəyi ,
arının mini istəyər …
Solub gedən tər arzumu,
xəyalım yeni istəyər.
Qaranquşlar yazın varı ,
qartalın var dağ azarı ,
hər könülün öz şikarı ,
sərçələr dəni istəyər .
Zər qanadlı kəpənəklər,
kol dibində çiyələklər ,
sığal çəkən meh, küləklər,
güllü çəməni istəyər .
Külək əssə veyil-veyil,
dağ buluda salsa meyil ,
günəş yağsa, yağış deyil,
təbiət çəni istəyər .
Gözüm çöhrəni xoşlayar,
duyğu-duyğu naxoşlayar,
darıxma fəsli başlayar ,
ürəyim səni istəyər…
Müəllif: Mahir Diniyev
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru