Narıngül Nadirin “Çilli qız” povestini oxudum

Kitab təqdimatından bir xeyli vaxt keçsə də, nəhayət ki, vaxt tapıb dəyərli yazıçı Narıngül Nadirin “Çilli qız” povestini oxudum. Bu mənim son vaxtlar oxumaqdan xüsusi zövq aldığım kitablardan biri idi. Əvvəlcə kitabın adı məni özünə çəkdi.Sonra kitabı oxuduqca müəllifin incə üslubu, təsirli təsvirləri çox xoşuma gəldi və bu gözəl, maraqlı kitabı bir gecədə oxuyub bitirdim.Müəllif sevgini çox gözəl təsvir edib və insan həyatına sevginin gücünün necə təsir etdiyini aydın şəkildə göstərib. Əsərdə bir kənd qızı öz xoşbəxtliyi uğrunda yola çıxır. O, bu yolda üzləşdiyi çətinliklərə baxmayaraq ayaqda durmağı bacarır, ruhdan düşmür və yoluna davam edir. İllər sonra həqiqi sevgisinə qovuşur.
Kitabda bir çox maraqlı hekayələr də yer alıb. Məncə kitabı oxumağa dəyər. Hər kəsə “Çilli qız”ı oxumağı tövsiyyə edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir