
PAYIZA DÜŞƏR
Fəsillər yarışar növbəli cənglə,
İşarə səslənər bircə tüfənglə,
Yarpaqlar qızılı, qırmızı rəngdə,
Fəsillərin nuru payıza düşər.
Baharda vardırsa ayrı təravət,
Sıcaqlıq yaydadı, ondadı şiddət,
Payızda cücələr sayılar, əlbət,
Çalşmanın zoru payıza düşər.
Gəlincə gətirər barı- bəhəri,
Kəndlilər lap sübhdən açar səhəri,
Məhsullar “su yolu ” etcək şəhəri,
Sorulan son soru payıza düşər.
Yağlanar mal- heyvan, yağlanar davar,
Südü də yağından götürər avar,
Sağılıb olunca nəhrəyə süvar,
Motalı, yağ- şoru payıza düşər.
Soyuqla, sazaqla qışda qar olar,
Gülləri açılar yaz bahar olar,
İstisi tükənər, yay çıxar olar,
Fəsillərin varı payıza düşər!
2024.
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru