
Sumqayıt
Doğma şəhərim! O şəhər ki …
Səninlə bir xoşbəxtliyim ucalır,
Sevinir, sevincim göylərə qalxır,
Pərvaz edərək qəlbdə dolanır,
Doğmalıq hər zaman adında olan,
Yaşlansa da cavan qalan Sumqayıt!
Əziz şəhərim! O şəhər ki …
Küçələrin, döngələrin, yolların,
Şahid olub ürəklərin sözünə.
Gülür sakinlərin gülər üzünə,
Yaşlansa da cavan qalan Sumqayıt!
Sülh şəhərim! O şəhər ki …
Sevgi dolu hər qarışı, havası,
Göyərçinlər qanad çalan səması,
Dillərə dastandır, səsi, sədası,
Yaşlansa da cavan qalan Sumqayıt!
Gənc şəhərim! O şəhər ki …
Daim önəm verən elmə, təhsilə,
Alır nəsillərdə bu tərz silsilə,
Camal, çiçəklənir hər ildən-ilə,
Yaşlansa da cavan qalan Sumqayıt!
22 Noyabr, 2024.
Müəllif: CAMAL CƏFƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru