Əbilin gündəliyindən

Əbilin gündəliyindən:
27 iyul 2007: İndi Az.tv-də Azər qağa (Əbilin əmisi Azər Turan) danışırdı.Qərbləşmək mövzusuna toxundu və dedi ki,alman Hegel Şərqdən yazır.Avropanın -Qərbin Şərqdən çox şey götürməli olduğunu qeyd edir.Biz özümüz şərqi cəhalət dünyası adlandıranda,qərbin ən böyük alimi Şərqdən yazırdı.Demək Şərq heç də tam mövhumata bürünməmişdi.Verməyə yaxşı dəyərləri həmişə olub,indi də var.Sadəcə biz üzümüzü Avropaya tutmuşuq və gözümüz qarşısında canlanan hədsiz gözəlliyi tək varlıq kimi qəbul edirik.Ancaq gəlin unutmayaq,İsgəndər uca Himalay dağın aşıb vadidəki Hindistana can atırdı.
Bizim bu günki halımız, arxasında işıq yanan adamın üzünü çevirdiyi tərəfə bənzəyir.Adamın arxasında işıq yanır və önündəki uzaqlığı aydınladır.Bu uzaqdakı işıqlı dünya qərbdi.Bir az yaxına gəldikdə isə öz kölgəmizi görürük.Əslində biz üzümüzü- səmtimizi dəyişsək bu dəfə başqa cür olacaq.Bizim arxamızı çevirdiyimiz tərəf Şərqdi.Bizim xəbərimiz yoxdur ki,əsl nur qaynağı Şərqdədir.Məhəmməd İkbalın bir sözü var: Qərb zahirə baxıb mənaya baxmamış,Şərq isə mənaya baxıb zahirə baxmayıb.
Hər halda günəş Şərqdən doğur.Ən azından indilik.Çünki böyük gündə- qiyamət günü günəş Şərqdən doğmayacaq,qərbdən doğacaq.Təsəvvüf inanışında da itirilmiş cənnət məhz Şərqdədir.Qaf dağının Simurğu hər səhər qərbdən göyə qalxır ki, bu cənnəti tapsın.Ona da inanılır ki,bu cənnəti yalnız Simurq tapacaq.Ona görə də lazımdır ki,bu cənnəti tapmaq üçün Simurqla sən də göylərə qalxasan.Buna görə də ilk öncə Simurğun yaşadığı Qaf dağının yerləşdiyi qərbə getməlisən.Qaf dağının yerini tapdıqdan sonra,yalnız bu zaman Herman Hesse’nin dediyi kimi “Şərq Səfəri”nə başlaya bilərsən.
Rəvayıtə görə Simurğu tapmaq üçün 30 quş göndərirlər.Bütün dünyanı gəzən bu quşlar sonda öyrənirlər ki, 30 quş- si murğ olduğu üçün,yənu 30-si, murg -quş (farsca) Simirğ elə bu quşların özləridir.
Simurğu axtaran Kamillik zirvəsinə qalxanda anlayacaqlar ki,Simurğ onların özləridir.İtirilmiş cənnəti axtardıqları üçün Simurğ özləri olduğu üçün demək itirilmiş cənnəti də özlərində axtarıblar.Və sonda Arif olan cənnəti öz içində tapır.
Azər qağa bir də Mövlanədən sitat gətirdi.Mövlanə deyir: İnsanın sevdiyi hər şey gözəldir,lakin hər gözəli sevmək olmaz.Sevgidə də dərəcə olmalıdır.Hz.Əlinin bir sözü var,deyir,bir adamın gözünü sevdiyi şey örtər…Eyni zamanda Ərzurumlu İbrahim Hakkı da deyib ki,”Eşq insanın ona zərər olanı sevməsidir”. Həqiqətən,Pərvanənin mumun alovunu sevməsi gözəldir.O sevgisi uğrunda canından keçib özünü oda atır.Bu,sevgi də irəliyə (məhvə) gedən yoldur.Alova atıldığı zaman pərvanənin həyatı bitir,əvəzində əfsanəsi doğulur.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir