
MƏNİM TUNAR BALAM
Nəvələrin uğuru ən böyük sevincimizdi.
İndi hərəsi 10 yaş böyüyüblər…
Hər övlad payının öz dadı olur,
Oğul dadı olur, qız dadı olur,
Amma bir nəvənin yüz dadı olur,
Mənim Tunar balam, bəxtiyar balam.
Tanrıdan bəxtimin ağı gəlibdi,
Arxamın vüqarlı dağı gəlibdi,
Yaşımın babalıq çağı gəlibdi,
Mənim Tunar balam, bəxtiyar balam.
Nuray, Tural, Turan, Məryəm var olsun,
Dedim bu nəvəm də qoy Tunar olsun.
Arzumdu adına bəxtin yar olsun,
Mənim Tunar balam, bəxtiyar balam.
Vallah, nəvələrlə gözəldi dünya,
Ulu babalardan əzəldi dünya.
Gəldin, gəlişinlə düzəldi dünya,
Mənim Tunar balam, bəxtiyar balam.
Xalqıma oğulam Qəzənfərimlə,
Yaşadım ömrümü alın tərimlə.
Azərbaycan qurdum nəvələrimlə,
Mənim Tunar balam, bəxtiyar balam.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru