
Yol açmısan zəfərlərə çatmağa!
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə
İgidlikdə, cəsarətdə sənin tək,
Gərək olmur öz xalqına hər oğlu.
Bu gün millət sənin ilə öyünür,
Ey vətənin, ey yurdunun nər oğlu!
Qisas üçün öz əhdində dayandın,
Bir örnəkdi, hər bir kəsə bu andın.
Ölümünlə ölməzliyi qazandın,
Yaşa sən ey, türk oğlu, azər oğlu!
Görməmişdi yağı belə tamaşa,
Döyüş etdin düşmən ilə başbaşa.
Hələ yenə səsləyəcək savaşa,
Vətən sən tək neçə-neçə ər oğlu.
Vətən adlı bir zirvədə qarsan sən,
Milyon qəlbə doğmasan sən, yarsan sən.
Nə qədər ki, bu dünya var varsan sən,
Unudarmı millət hünərvər oğlu!
Yol açmısan zəfərlərə çatmağa,
Qarabağa bayrağımı sançmağa.
Qoymayacaq qanınızı batmağa,
Baş komandan ər İlham, Heydər oğlu!
6 noyabr 2010-cu il