Sona Amal – Sevdim

SEVDİM

Sabah – fevralın 14-ü – “Sevgililər günü”dür. Mən bütün sevənləri kiçik bir şeirimlə təbrik edirəm. Allah sevənləri ayırmasın!

Elə ki, göz açdım, mən bu dünyaya,
Ulu Yaradanı – Allahı sevdim.
Vuruldum Günəşə, Ulduza, Aya,
Ata-analıykən sabahı sevdim.

Sevən sevdiyiylə olar tarazı,
Dörd fəsil içində baharı, yazı,
Qaval, tar, kamanı, üçtelli sazı,
Qəlbləri göynədən “Segahı” sevdim.

İllərlə oduna oldum pərvanə,
Rəsmi önümdədir, dönsəm hayana,
Fərqi yox, dəli de, ya da divanə,
“Məhəbbət” bildiyim “günahı” sevdim.

İnsanı güldürən qədərdir, qədər,
Ha çalış, ha vuruş, hədərdir, hədər,
İki qəlb bir olsa, neylər qəm, kədər?
Qəlbimi kəşf edən səyyahı sevdim.

Uymadım şöhrətə, dövlətə-vara,
Hər kəs dəyər versin, namusa, ara,
Amalam, nə deyim, mən bəxtiqara?
Yeddi rəng içində siyahı sevdim.
Haqdan gələn ümid, pənahı sevdim.

13 fevral 2025

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir