
NAXÇIVANDADIR
Xəyalım dolaşır Araz boyunca,
Haqqa əmanətim Naxçıvandadır.
Dağları sədd çəkib, ucadan-uca,
Qürur, əzəmətim Naxçıvandadır.
Sevdim çəmənini, sevdim düzünü,
Gördüm sinəsində Nuhun izini,
Tarixə həkk etdin, söhbət, sözünü,
Dosta sədaqətim Naxçıvandadır.
Zirvələr buludla edir həsbi-hal,
Zümrüd bulaqların suyu baldı, bal,
Nur saçır qoynuna gecələr hilal,
İlahi zinətim Naxçıvandadır.
Torpağı, dağ-daşı inci, mirvarı,
Qoynuna sığıbdır sərvəti, varı,
Cənnət bağlarının bəhəri, barı,
Ruzi-bərəkətim Naxçıvandadır.
Burda igidlərim at oynadıbdır,
Dahilər zirvəyə burda çatıbdır,
Amal məhəbbətin burda tapıbdır,
Qədərim, qismətim Naxçıvandadır.
İnsana hörmətim Naxçıvandadır.
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru