1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı cəlladları keçmiş SSRİ-yə məxsus 366-cı alayın iştirakı ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum edərək dəhşətli terror aktı törətdilər. Bu qaniçən cəlladların vəhşiliyi nəticəsində cəmi 5 saat ərzində qədim Xocalı yer üzündən silindi, şəhərin yatmış sakinlərinə amansız divan tutuldu. Qana susamış ermənilər nə qocaya, nə qadına, nə də uşaqlara rəhm etmədilər.
Xocalı soyqırımı nəticəsində, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.
Bu qanlı faciədə 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə süngüdən keçirilərək bətnlərindəki körpə ilə birlikdə öldürülmüşdür. 27 ailənin yalnız 1 üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirmişdir. 487 insan şikəst olmuş, onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır. Əsir götürülmüş1275 nəfərdən 1165 nəfəri girovluqdan azad edilsə də 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi, bir tarix-diyarşünaslıq muzeyi, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmışdır.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan azad edilib.

Sım Kənd Mədəniyyət Evi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir