Sözündən dünyaya boylanan şair

Sözündən dünyaya boylanan şair

Çağdaş Azərbaycan poeziyasının ünlü simalarından biridir tanınmış şairimiz Təranə Dəmir! Hələ illər öncə dövri mətbuatda, Yazıçılar Birliyinin ədəbi orqanlarında şeirlərini sevə- sevə oxumuşam.Yaradıcılığına bələd olmağım isə sosial şəbəkələrdən başlayıb.Poeziya hər keçən an, hər keçən gün həyat reallıqları üzərində çəkilmiş rəsmə bənzəyir.İnsanın taleyi, bəxti, zamanın ağrı, acıları bu lövhədə çəkilmiş rəsmlərə öz rəngini qatır.Və bütün bunlar şairin qələmə aldığı hər bir şeirində duyulur, hiss olunur.Bir az boz, bir az ağlı, qaralı, bir az da sarımtıl payız rəngində.Bir gün feysbukda gözümə bir yazı sataşdı.Yaradıcılığıma həsr olunmuş” Könlündən bahar keçən şair” adlı bu yazı o qədər gözəl və isti yazıydı ki, dostlarım bu yazıya görə Təranə Dəmirə təşəkkürlərini çatdırmağımı məndən xahiş etdilər.Hətta dostlarımdan biri səni bu yazıdan sonra təzədən kəşf etdim qardaş, deyə sevincini gizlətmədi.Təranə xanımın bütün şeirlərində duyğu, həyəcan və ruh var.Təxminən qırx il öncə mərhum xalq şairimiz B. Vahabzadə, tanınmış şair dostum, manasşünas alimimiz Adil Cəmilin “Aylı gecə nağılı” kitabına yazdığı ön sözdə yazırdı:
Bəzən şeir adıyla yazılmış bir mənzuməni oxuyub görürsən, sözlər ilk çəkisini və ilk rəngini, yəni öz lüğəti mənasını saxlamış, rəqəmə bənzər quru sözlərdir, səni isitmir, həyəcanlandırmır. Baxırsan ki, bu yazıda şeir üçün lazım olan bütün zahiri elementlər- qafiyələr tutmuş ölçülərə qədər hamısı var, amma şeir yoxdur. Niyə? Bəs burada nə çatmır? Kəlmələrin duyğu, həyəcan yükü.Allah məzarını nurla doldursun böyük şairimizin.
Mənə görə ən gözəl şeir oxuyub kövrəldiyin, təsirləndiyin şeirdi.Həm də şeir heyrətləndirmək bacarığıdır.Bir də hər hansı bir şeiri oxuyandan sonra içindən zəmi uğultusu keçirsə və deyirsənsə ki, kaş bu şeiri mən yazaydım duyğusu ruhuna hakim kəsilirsə, demək müəllifin uğuru göz qabağındadır.Təranə Dəmirin poetik trayektoriyasını cızmaq, ölçmək mümkün deyil.Ürəyindəki azadlıq duyğusu söz- söz, misra- misra şeirlərinə hopub. Elə bir şeirinə rast gəlməmişəm ki, şairə utanc gətirsin. Şeirlərinin ömrü dünyanın ömrü qədər olacaq. Səsi yüz illiklərə, min illiklərə gedib çatacaq. Mən cəsarətlə və mübaliğəsiz bu gözəl şairimizin ədəbi enerjisini Günəşə bənzədərdim.Səmimiyyətimlə deyirəm, bu enerjinin insanda olmağı Allahın həm lütfüdür, həm də möcüzəsi. Şair nədən yazır yazsın, həmişə öz ampulasındadı.Geniş oxucu kütləsi var. Hər halda sevənləri, onu sevməyənlərdən çoxdu. Təpədən dırnağa şairdi Təranə Dəmir! Mövzu qıtlığından əziyyət çəkmir. Həyata, anaya, torpağa, dağa, şəlaləyə, bir sözlə hər şeyə özünün baxış bucağı var. Prinsipləri və dəmir xarakteri onu çinar kimi başını uca tutmağa sövq edir. Bayırda yağan yağışı ona qar kimi sırımaq çətindı.Çünki həqiqət bildiyi hər işdə israrlıdır.Dizinin kişilərə xas bərkliyinə və mərdliyinə təəccüblənməmək olmur. Sadaladığım bu keyfiyyətlər kökündən, tayfasından gəlir. Kolanı tayfasındandı axı.Ailəsinin, elinin, obasının, vətəninin təəssübünü necə çəkirsə, sözün də təəssübünü eləcə çəkir.Sözündən boylanıb dünyaya baxan şairin poeziyası sərhəd tanımır. Normadan artıq həssas, hissiyyatlı və duyğusaldır.Mənə elə gəlir Təranə Dəmirin dünyası gördüyündən böyükdü.Qəlbindəki qatı açılmamış sözlər, pak ruhuyla varaq arasında canlı bir ünsiyyət yaradır.Təranə xanımın şeirlərində bir qəribə səma ənginliyi, özünə məxsus ədəbi ləngər, rənglərin əlvanlığı, pərvazlanmaq duyğusu, yaxamızdan əl çəkməyən müqəddəs kədər- hər şey var. Sonda bu kiçik əsərimin böyük qəhrəmanına həmişəki kimi gələcəkdə yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Yazın, yaradın. Sizə yazmaq, yaratmaq yaraşır. Həm də yaratmaq gözəl hissdir.

    1. 2025.

Hörmətlə: Fəxrəddin Teyyub

Fəxrəddin Teyyubun yazıları

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Azərbaycanım

FƏXRİ ADIM, MÜKAFATIM

Qəlbimi nurla dolduran
Yurdumun dağı, düzüdü.
Dünyanı gözəl göstərən
Hikmət, bəsirət gözüdü…

Adi daşdı bil, altun da!
İlanlar var gül altında,
Mənim qəlbim kül altında
İşaran həsrət közüdü…

Şahə qalxıb ilham atım,
Gərək zirvələrə çatım!
Fəxri adım, mükafatım
Azərbaycanın özüdü…
22.11.2019

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fərman Kərimzadə, İsi Məlikzadə və Əlibala Hacızadə – Foto

Azərbaycan ədəbiyyatının üç sevilən yazıçısı bir fotoda: Fərman Kərimzadə, İsi Məlikzadə və Əlibala Hacızadə. Onlar gənclik illərindən ömürlərinin axırına qədər bir-birinə çox yaxın, səmimi və mehriban olublar. Hətta tələbə vaxtlarında bir evdə yaşayıblar…
Fərman Kərimzadə “Qarlı aşırım”
İsi Məlikzadə “Yaşıl gecə”
Əlibala Hacızadə “İtkin gəlin”

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Valeh Bərşadlı haqqında

1992-ci ildə istefa verməyinin səbəbini belə izah edib:

“- Bu torpaqları ermənilərə verəcəklər… istəmirəm ki, adım tarixdə qara hərflərlə yazılsın!… Dəvənin ovşarını (ipini) eşşəyin quyruğuna bağlayırlar! Məni Rəhim kimi savadsızın tabeçiliyinə veriblər, o da mənim əməliyyat planımda düzəliş edir”.

Müstəqil Azərbaycan Respublikasının ilk Müdafiə Naziri- əslən Qubadlı rayonundan olan Valeh Bərşadlıya Allah Rəhmət eləsin. Amin.

Natəvan Uğurlu – Danışır şeir!

Danışır şeir!

“Danışır şeir!” Başlığı oxuyan kimi mətnlə tanış olub, şeirin nə danışdığını bilməyə tələsdim. Maraqla oxudum. O qədər gözəl yazıdır ki, təhlil etməyə, oxumayan oxuculara söhbətin nədən getdiyini xəbər verməyi qərara aldım. Kitabxanaçının vəzifəsi budur – yaxşı əsəri mütləq təbliğ edir. Odur ki, Pərvanə Bayramqızının “Danışır şeir!” adlı yazısını oxumağı hər kəsə tövsiyə edirəm.

Danışır şeir! – Pərvanə Bayramqızı yazır


Özünü “Yaza bilməyən yazıçı” adlandırır, amma o həm gözəl yazıçı, həm də peşəkar oxucudur. Mətni oxuyanda bəlli olur ki, Azərbaycan ədəbiyyatında demək olar ki, bütün şeirlərlə tanışdır. Şeir haqqında fikirlərini elə elə gözəl ifadə edib ki, onun mətnini oxuduqdan sonra adam gedib ordakı şeirlərin hamısını tapıb oxumağa çalışır. Şeirə münasibətini bu cür ifadə edir:
“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir. Elə şerlər oxuyursan, elə bilirsən ki, düşüncələrini haçansa şairə söyləmisən, o da bunları öz adından yazıb”.
“Quş dili bilən deyiləm, heç itin də dilin bilmirəm” deyən yazıçı bu dünyada bircə şeir dilindən anladığını yazır. Yazıda ən çox diqqətimi çəkən şeirlərin bir-biri ilə maraqlı formada əlaqələndirilməsi oldu. Pərvanə xanımın şeirə sevgisindən yazdığı bu yazı saytlarda, ədəbi dərgilərdə maraqla oxunur .
M.F.Dostoyevski qadın psixologiyasını bildiyi kimi, şair də insan psixologiyasını gözəl bilir.
“Söhbət şeirdən gedirsə Nüsrət Kəsəmənlisiz keçinmək olmur” yazır. Halbuki ilk sətirlərdə “Sən demə, yenidən sevmək olarmış” şerinə görə onu az qala düşmən elan etdiyindən bəhs etmişdi. Sonradan Nüsrət poeziyasından şerindən bir bəndi duyğuların sayəsində gözəl təhlil edib:
Dəlitək daş atdıq,bir sakit gölə ,
O daşı geriyə qaytarmaq olmur .
Bu bəndin əvvəlində və sonunda yazılan cümlələrə diqqət edək:
“Təsəvvür edin sakit günlər keçirirsən, iş gücünlə məşğul olursan…beləcə yaşadığın sakit günlərin birində Nüsrət Kəsəmənlinin şerindən gələn şappıltıya diksinirsən … Sən də daş atırsan dəlitək. Atdığın daş hara düşəcək bilmirsən. Atılan daş geri qayıtmaz, yalnız topuğa dəymə şansı var”. “Daldan atılan daş topuğa dəyər” misalını yerində işlədən yazıçı Məmməd Arazı da unutmur: “Bir daş da var ey, nərdtaxtada olur. Onu da zərlə idarə edirsən. O zər qoşa düşməsə oyun daşını yerindən tərpətmək olmaz. Gölə atdığın daş da ona bənzəyir.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik .
Bu iki şairin şerlərindən bəndi birləşdirməklə, “Məmməd Araz, sən bir zərsən” deməklə o zərin qədrini bilən zərgər rolunda olduğunu sübut edir.
Əsasən məhəbbət mövzusunda şerlərə müraciət edən müəllif Cabir Novruzun “Ay gecikən Məhəbbətim”şerini təhlil etmək üçün çox uğurlu bənzətmə seçib:
“Bir də məclisin sonunda gələn adamlar kimi ömürə gecikən sevgi də var. Necə ki gecikən adam gələndə diqqət ona yönəlir, eləcə də vaxtsız sevgi insanların marağına səbəb olur:
Sən məni hec zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.
deyir, sevimli şairimiz. Doğrudan da nə zaman gələcəyini bilmirsən, gözləyirsən və bir də görürsən ki, gəlib həyatına özündən xəbərsiz dünyanın ən ağır yükü sayılan gecikmiş məhəbbət”.
Amma Kəmalə Abıyeva bunun əksini deyir:
Axı sevgi ömrümüzün baharı,
Nə vaxt gəlsə ömrümüzə bəzəkdir.
Ürək ki var məhəbbətə möhtacdır,
Hər vaxt hər an ona sevgi gərəkdir .
Aydın Canıyevin fikri də diqqətimi çəkdi:
“Ən gözəl sevirəm sözü hələ deyilməyəndir.Sevirsən (qadın kişini kişi qadını),ilahinin belə razı qaldığı təmənnasızlıqla,gözəlliklə,heyrətamizliklə.Fəqət heç vaxt sevgini sevirəm sözünə çevirmirsən.”Sevirəm”deyənlərin hamısını toplam yaşadığı xoşbəxtliyini hamının misli qədər artığıyla yaşayırsan,amma və lakin o sevgi sözə çevrilmir,heç bir halda!Təkcə son nəfəsdə əlin əlində deyirsən ki “səni sevirəm”, həyatında eşitdiyin son söz olur “O”ndan. Son nəfəsinəcən sevdiyindən əmin olursan və bilirsən, o indi hardadır. Cəmi bircə dəfə deyirsən sevirəm sözün, bir ömrün sevgi simfoniyası olur” .
Şamil Ənvəroğlunun haqqında yazıçının dediyi sözləri də ürəkdən bəyəndim:
“O da sanki özündən yox, başqasından yazır. Elə yazır ki, bizə təzədən nəsə deməyə söz qalmır…
Varsa bu dünyada ,bir anlayanın,
Demək danışmağa səbəbimiz var.
Varsa bu dünyanın içində sevgi,
Demək yaşamağa bəhanəmiz var.

Təhlil Ayaz Arabaçının şeri ilə bitir:
Salxım gülüşlərini,
Unuda bilər ləbin.
Acısını dadmağa,
Hazırsanmı bu həbin,
Bir çevrədə zamanı,
Qovan üç boz əqrəbin
Heç ağlına gəlməyən,
Anında ayrılıq var .
“Şeirli gecələr, şeirli anlar uzaqda…indi şeir şeirlərinin zamanıdır. Bu şeirləri onda sevdim. Yazmaqla vidalaşmaq istəyəndə.
O gecə saat beşə işləmiş bitdi son cümlə. Altı tamamacan yata bilmədim. Özümlə mübarizə aparırdım. Bacaracaqsan. Özümü inandırmağa çalıçdım. Elə bildim ki, etməyə məcbur olduğum işin öhdəsindən gələcəm. Yazmamağı deyirəm …”
Olmayacaq, Pərvanə xanım. Yazı-pozu adamları yazmağı dayandıra bilməzlər. Axı onları yaşadan yazmaqdır.
Və nəhayət son şerdən əvvəlki son cümlə:
“Özümüz olsaydıq ən gözəl qismət yazardıqmı özümüzə? Xeyr, yaza bilməzdik, yazmağı hər kəs bacarmır. Ona görə başqalarının yazdığına möhtacıq. Yazıları anlamaq da hər hərf tanıyana məxsus qabiliyyət deyil. Yoxsa bu şeirlər insanların mənəvi dünyalarını gözəlləşdirərdi. Yoxsa hər kəs yaşadıqlarını özü şerləşdirərdi. O hissi özümüz yaşamırıqsa, oxuyaq və duyaq ! Yaza bilmiriksə, susaq və dinləyək!
Danışır şeir!”
Həqiqtən yazmağı hər adam bacarmır, Pərvanə xanım. Sizlər seçilənlərdənsiniz. Bizsə – yaza bilməyənlər isə sizin yazılarınıza möhtacıq. Siz yazın, biz oxuyaq. Yazınız şeiri mənə təzədən sevdirdi. Yaradıcılıq uğurlarınız bol olsun .

Müəllif: Natəvan Uğurlu

Natəvan Uğurlunun yazıları

Axıdılmış qanın izi ilə” əsəri haqqında

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru