Cahangir NAMAZOV – DÖNÜŞÜM

DÖNÜŞÜM

Həyatımda elə böyük dönüşlər oldu ki, bunlar ruhuma çox dərin təsir etdi.
Bir zamanlar sıx etibar edib, ürəyimi açdığım insanlar, əslində saxta və xain olduqlarını göstərdilər.
Nə qədər böyük zərbələr aldığımı hiss etdiyimdə, ruhumun tamamilə itirdiyini hiss etdim.
Bir zamanlar həqiqət bildiklərimin yuxu olduğunu başa düşmək, daxili aləmi tamamilə alt-üst etdi.
Dünya sanki qararmış və hər şeydən uzaqlaşdım.
Başqa sözlə desəm, həyatımda birdən-birə bir dəyişiklik oldu və mən bunun öhdəsindən gələ biləcəyimə dair heç bir inamım və gücüm yox idi gözümə…
Amma zaman keçdikcə, yalnız zərbələr yox, həmin zərbələrdən alınan dərslər də ruhumu, qəlbimi cilalayaraq daha güclü şəkildə formalaşdırdı.
Özümü itirdiyimi hiss etdiyim vaxtlarda, çətinliklər və sınaqlar ərzində bunu anladım: “Heç bir şeyə baxmayaraq, həyat davam edir və bu həyatda ən vacib şey – daxili güc və inamdır.”
O anda, Allahın mərhəmətindən başqa heç nə məni ümidsizlik girdabından çəkə bilməzdi.
Şükürlər olsun ki, RəbbiM məni heç vaxt tək buraxmadı.
O, mənə bütün bağlı qapıların yerinə çoxlu böyük və xeyirli qapılar açdı.
Bu qapılardan gələn nur, qəlbimi yenidən canlandırdı.
Özümü hər zaman kədərlərdə gördüyümdə, bir daha inam qazandım: “Həqiqətən də, Allahın mərhəmətindən başqa heç nə yoxdur. O, bütün çətinlikləri aşmağım üçün mənə güc verdi, təkliyimi və zəifliyimi isə mərhəməti ilə doldurdu.”
Mənim bütün sevinclərim və kədərlərim, arzum və diləklərim elə bir nurla sulandı ki, o nur mənə yeni güc verdi.
İndi yalnız O’na ümid bağlayıram, yalnız O’na güvənirəm.
O zaman nə qədər böyük bir səhv etdiyimi, nə qədər yanlış yolda olduğumu başa düşdüm.
O zaman Allah kimi qüdrətli və mərhəmətli bir varlıq varkən, zəif və qüvvəsiz, sədaqətsiz insanlara etibar edib, ümid bağladığımı…
Mevlana Cəlaləddin Rumi deyib:
“Ağaca etibar etmə, çürüyər. İnsana etibar etmə, ölür. Əlini Rəbbinə aç, səni yalnız O eşidər.”
Bundan sonra heç kimə ümid və etibar bağlamayacağam.
O, hər zaman bizi çətinliklərdən keçirir və ən yaxşı dərsləri öyrədir.
Və ən önəmlisi, bunu anladım ki, hər hansı bir halda yalnız Allahın yolunda getmək və Ona etibar etmək mənə həqiqi xoşbəxtlik və sülh gətirəcək.
Buna görə də, özümü və dünyanı fərqli görməyə başladım.
İlk dəfə həqiqətən daxili bir sükunət hiss etdim.
Həyatda dönüşümlərin yalnız bir keçid dövrü olduğunu başa düşdüm.
O dönüşümlər mənim üçün yeni bir başlanğıc idi.
Bu başlanğıc isə Allahın mərhəməti və sevgisi ilə dolu idi.

Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov haqqında

Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov Böyük Vətən Müharibəsində həlak olduqdan sonra tank korpusunun komandiri, general-leytenant K.Sviridovun anası Gülsüm xanıma yazdığı məktubdan sətirlər: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən- kəndə, şəhərdən – şəhərə qovduq…Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı…İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün öz həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”.
Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunması xəbərini artıq vermişdi. “Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. “İgidliyə görə” medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin—mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…”
Nəcəf Nərimanov 1943-cü ildə, 23 yaşında həlak olmuş, atası kimi o da vətəndən uzaqda – Volnovaxada dəfn olunmuşdur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

En antologi om moderne dansk poesi er blevet udgivet i Aserbajdsjan

En lille antologi med titlen “Moderne Dansk Poesi” er blevet udgivet i Aserbajdsjan som en del af serien “Yeni DƏB” fra forlaget Zərdabi Nəşr. Antologien samler digte fra 12 anerkendte danske digtere fra det 20. århundrede, som stadig er aktive i dag, herunder Knud Sørensen, Benny Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandby Nielsen, Henrik Nordbrandt, Niels Hav, Marianne Larsen, Pia Tafdrup og Thomas Boberg.

Siden 2005 har over 25 bøger med verdenslitteratur været udgivet i serien “Yeni DƏB”, som blev grundlagt af Səlim Babullaoğlu under Azerbajdsjans Forfatterforening som et tillæg til tidsskriftet “Dünya ədəbiyyatı” (Verdenslitteratur). Efter en midlertidig pause er serien blevet genoptaget under AYB’s Center for Kunstnerisk Oversættelse og Litterære Relationer.

Antologiens oversættere er den dansk-tyrkiske digter og oversætter Hüseyn Duyğu samt Səlim Babullaoğlu (redaktør, sammenstiller og forfatter af forordet). Projektets konsulent er Əsəd Cahangir, koordinator er Rauf Aslanov, og forlægger er Elman Qasımov. Redaktionsteamet for “Yeni DƏB” inkluderer Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs og Fərid Hüseyn.

Bogens design er skabt af Emil Camalov og Məlahət Qənbərova.

Səlim Babullaoğlu, sekretær for Azerbajdsjans Forfatterforening, har meddelt, at yderligere fire bøger snart vil blive udgivet i samme serie.

Blandt seriens mediepartnere er tidsskriftet “Dünya ədəbiyyatı”, avisen “Ədəbiyyat qəzeti”, magasinet “Ulduz” samt nyhedsportalerne www.mustaqil.az og www.yazarlar.az.

I anledning af udgivelsen har “Ədəbiyyat qəzeti” offentliggjort to digte af Niels Hav.