“I Uşaq Teatr Festivalı”nın silsilə tamaşa təqdimatları davam edir
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Teatr Xadimləri İttifaqı Emedia Group media təşkilatının təşkilatçılığı ilə “l Uşaq Teatr Festivalı”nın silsilə tamaşa təqdimatları davam edir. Festivalın son nümayiş Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” və “Şirinlər” komandaları uğurla çıxış etdilər. Təqdim olunan tamaşalar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildi . Festivalın münsiflər heyətində teatrşünas Dağlar Yusif, Yazıçı, dramaturqlar Gülzar İbrahimova və Pərvin Nurəliyeva, modelyer dizayner Xəyalə Məsimli, rejissor Nicat Rüstəmov, aktyorlardan Şamil İbrahimov və Vahid Orucoğlu yer alıblar. “I Uşaq Teatr Festivalı” çərçivəsində 6 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi , 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, İncəsənət Gimnaziyası və 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Ruhulla Axundov adına Mədəniyyət evinin “Tumurcuq” kollektivi, Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəbin “Hop-hop” kollektivi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” və “Şirinlər” komandaları tamaşalarını festivalda təqdim ediblər.
Qeyd edək ki, festival 10-17 mart tarixlərini əhatə edəcək. Festival boyunca müxtəlif tamaşalar nümayiş edilib.
Women & Youth in Global Leadership: International Women’s Day 2025 Webinar Successfully Concludes
The Institute of International Peace Leaders successfully hosted a dynamic and insightful webinar on International Women’s Day 2025, centered on the theme “Women & Youth in Global Leadership.”
The event brought together renowned speakers, policymakers, and young change-makers from across the globe to discuss the vital role of women and youth in shaping leadership, policy, and innovation.
Key Highlights:
Guest of Honor: Maria Veneke Ylikomi, the General Secretary of IIPL and Country Director for Sweden, delivered the welcome and thank-you notes. She emphasized the significance of empowering women and youth as future leaders and the collective responsibility to create inclusive opportunities.
Breaking Barriers & Overcoming Gender Bias: Experts, including Vera Paja, Dr. Mishal Sikandar, Patricia Kabia, and Catharina Van Stravaran, shared strategies for advancing gender-inclusive leadership.
Women in Politics & Policy-Making – Panelists Fegana Zulfugarova and Aernan Joy emphasized the role of women in global advocacy and decision-making.
Youth-Driven Innovation & Leadership – Young leaders like Ayesha Khan, Dr. Asfa Bukhari, and Angel Maemu highlighted how the next generation is transforming global leadership through innovation and activism.
Bridging Generations in Leadership – Discussions led by Laraib Javed and Anica Dahoua focused on fostering mentorship and collaboration between women and youth.
Key Takeaways: The urgent need for mentorship and policy reforms to enhance women’s and youth participation in leadership.
The power of global partnerships and advocacy in creating inclusive leadership opportunities.
A call to action for governments, organizations, and individuals to support women and youth in leadership through education, empowerment, and equity.
Hira A. Siddiqi Spokesperson for IIPL, delivered the opening and concluding remarks, reaffirming IIPL’s commitment to promoting peace, inclusion, and equal opportunities for women and youth worldwide.
The interactive Q&A session allowed participants to engage directly with speakers, making the event a truly impactful and inspiring exchange of ideas.
With participants from multiple regions, this webinar reinforced the global urgency to empower women and youth as the next generation of leaders.
Thank you to all speakers, participants, and organizers for making this event a success!
Stay connected for future initiatives Institute of International Peace Leaders
Orta məktəbdə mükəmməl bir riyaziyyat müəllimim olub. Bütün müəllimlərimizdən seçilirdi Valeh müəllim. Məktəbi doğulduğu Borçalıda oxumuş, ali təhsilini isə Bakıda almışdı. Bizə dərs dediyi vaxt həm də dissertant idi, namizədlik dissertasiyası üzərində çalışırdı.
Çox səliqəli idi, zövqlə geyinirdi, italyan aktyorlarına bənzəyirdi. Dərs başlayanda sinfə özündən əvvəl odekolonunun qoxusu “girirdi”. Hər şeyi fərqli idi Valeh Hacıyevin – danışığı, çantasından çıxardığı özəl qələmləri, təbaşiri tutması, muncuq kimi xətti…
Dərs demirdi o, öyrədirdi. Buna görə də Valeh müəllim türklərin sözü olmasın əsl “öyrətmən” idi. “Öyrətmən” kimi də qəribə idi. Məsələn, riyaziyyata həvəsi olanları seçir, onların suallarını daha ətraflı cavablandırır, diqqətini ancaq o uşaqlara verirdi. Digərlərinə isə…elə-belə… Riyaziyyatı sevməyənlərin, zəif olanların adlarını yadında saxlamırdı… Sevdiyi uşaqlara sevgi ilə baxırdı, əsirgəmirdi yaxşı münasibətini. O gözəl Borçalı ləhcəsi ilə arada bir-iki misra şeir də deyirdi. Səməd Vurğun heyranı idi.
Mənə riyaziyyatı atam sevdirsə də, Valeh müəllim də həyatımda böyük rol oynayıb. Əgər onlar olmasaydı, həyatım çox maraqsız və sönük olardı…
Məzun olduqdan çox-çox sonra hardasa oxumuşdum ki, ən yaxşı riyaziyyat müəllimləri təbaşirlə yazı taxtasında düzgün çevrə çəkənlərdir. Valeh müəllim də gözəl çəkirdi, o dərəcədə ideal və qüsursuz idilər ki, sanki pərgarla çəkirdi.
Üçüncü ayın on dördündə Valeh müəllim düşdü yadıma. Mart ayının on dördündə sinif otağımız canlandı gözümdə…
Valeh müəllim yazı taxtasına inanılmaz gözəllikdə bir çevrə çəkir. Uşaqlardan kimsə yerindən “nə qəşəng dairədir” deyir. Üzünü sinifə çevirmədən narazı şəkildə “sən hələ də dairə ilə çevrənin fərqini bilmirsən” deyir. Sonra çevrənin diametrini çəkir. Ardınca da mənə hələ də sehirli görünən gözəldən gözəl bir hərf yazır – π… Məktəbdə Pi ədədini öyrənəndə martın 14-ü hələ “Beynəlxalq Pi günü” elan edilməmişdi;
Mən o zaman nə amerikalı astronom Karl Saqanın adını eşitmiş, nə də onun “Əlaqə” romanını oxumuşdum. Və təbii olaraq əsərdəki elm adamlarının π ədədinin vergüldən sonrakı rəqəmlərini müəyyən edərək Yaradanın gizli mesajlarını üzə çıxardıqlarını bilmirdim;
Valeh müəllim yazı taxtasında “π = 3,1415926535…” yazanda Darren Aronofski özünün “Pi” filmini (1997) hələ çəkməmişdi və mən filmin qəhrəmanı, istedadlı riyaziyyatçı Maks Koenin bütün birjaların qiymətlərinin dəyişdiyi universal rəqəmsal kodunu tapmaq və deşifrə etmə təşəbbüslərindən bixəbərdim; Mən Pi-yə məftun olanda “Ulduz yolu” (Star Trek) serialı çoxdan çəkilmişdi, ancaq sovet tamaşaçısı serial nədir bilmirdi və təbii ki, Spokun kompyuterə mane olub xaos yaratmaq istəyindən də anlayışım yox idi, Spokun “Pi ədədinin sonuncu rəqəmini tap” deyənə kompyuterin partlamasını eşitməmişdim…
O vaxtı məktəblinin bildiyi tək bir şey var idi – bir çevrənin uzunluğunun onun diametrinə olan nisbəti π ədədinə bərabərdir və o, bir riyazi sabitdir. Valeh müəllimin yazı taxtasında çəkdiyi çevrə ilə diametr, eləcə də Kiril əlifbasındakı hərfin başına qoyulan “dalğalı papaq” işarəsi məni heyran etməsindən başqa bir şey yox idi. Bütün bildiklərimi sonra – Tətbiqi riyaziyyat kafedrasında oxuyanda və bir də aspirant illərimdə öyrənmişdim. *** Riyazi simvol kimi π-nin ilk qeyd edilmiş istifadəsi Uelsli riyaziyyatçı Uilyam Consun 1706-cı ildə yazdığı “Synopsis Palmariorum Matheseos” adlı əsərində olmuşdur. Cons yunan dilindəki περιφέρεια (periferiya) sözününü baş hərfini – π-ni götürmüşdür.
O, belə yazmışdı: “3,14159 və s. = π”. Bununla belə, π-nin yayılması onu 1737-ci ildə mənimsəyən başqa bir riyaziyyatçı – Leonard Eyler tərəfindən populyarlaşdırdıqdan sonra başlamışdır. Eyler Elm tarixinin ən nüfuzlu və ən məhsuldar riyaziyyatçılarından biri idi və o, π-dən özünün hesab, ədədlər nəzəriyyəsi, həndəsə və fizika sahəsindəki işlərində istifadə edirdi. Dahi riyaziyyatçı belə yazırdı:
“Qoy π simvolu çevrənin uzunluğunun diametrinə nisbəti göstərsin”. O vaxtdan bəri π universal bir simvol kimi dünyada ən tanınan və ən məşhur riyazi sabitlərdən birinə çevrildi… *** Öyrətmən, yəni öyrədən müəllim. Hər müəllim öyrədəndirmi?.. Valeh Hacıyev öyrədən müəllim idi…
O, ilk dəfə “Bahar” romanı ilə oxucuların görüşünə gələndə, təkcə yaz qoxulu, qanadlı sözlərlə onları ovsunlamamışdı, həm də özünə solmayan söz çələngi hörmüşdü. İllər keçdikcə bu çələngin ətrini qoxulamağa, onun min bir rəngə çalan gözəlliyini görməyə gələnlərin sayı da durmadan artdı. O da qazandığı oxucu sevgisindən ilhamlanaraq onları yenidən “Alın yazısı”nı oxumağa dəvət etdi. Bu, təkcə əsərdəki qəhrəmanlarının yox, həm də hər birimizin yaşadığı, amma heç vaxt oxuya bilmədiyi alın yazısı idi. Şükufə İbrahimova gənc olsa da, onu oxumağa çalışmışdı, öz bildiyi, duyduğu, dərk etdiyi kimi. O, bununla da kifayətlənmədi, “Bahar”da çıxdığı yola, “Alın yazısı” ilə seçdiyi qismətə bir də “Ən şirin yuxu”sunu qatdı.
Bu gün “Novella” Kitab Evinində gənc yazar Şükufə İbrahimovanın “Ən şirin yuxu”’ romanının təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər real hadisələr əsasında qələmə alınan əsərin məziyyətlərindən danışıblar. Bildirilib ki, bu əsər sevgi, xəyanət və güclü qadın iradəsi kimi dərin mövzuları əhatə edir. Romanda günümüzün ayrılmaz hissəsi olan sosial şəbəkələrin insan həyatına müsbət və mənfi təsirlərinə toxunulub, ünsiyyət mənbəyi olan bu şəbəkələrin bəzən təhlükəli bir alətə çevrildiyi, lakin belə olan hallarda nə etmək lazım olduğu ilə bağlı maarifləndirici məlumat verilib.
Romanın süjet xəttində belə bir məqam var: “Yanaşı duran iki qəbrin önündə dayanmışdı. Onun üçün həyat bu qəbiristanlıqda bitmişdi. Üçüncü bir qəbir qazıb həyat yoldaşı və oğlunun yanında uzanmaq istəyirdi. İllər sonra elə bu qəbiristanlıqda həyata yenidən başlayacaqdı, amma bunun üçün əvvəlcə onu tapmalı idi”.
Vurğulanıb ki, əsərdə bir-birlərindən uzaq və fərqli həyatlar yaşayan, həyatın onlara qurduğu planlardan xəbərsiz, öz dərdləri ilə qovurulan Fərhad və İlaydanın taleyi oxucuların gözlərini yaşadacaq. Ona görə ki, cəmiyyətimizə qətiyyən yad olmayan bu obrazların həyatı və yaşadıqları bir çoxumuzun ətrafdan eşitdiyi hadisələrə dərindən işıq salır.
Qeyd edilib ki, Bakı şəhərində anadan olan Şükufə İbrahimova 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca mühasib olsa da, ədəbiyyata olan marağı onu elə ədəbiyyatın içinə gətirib çıxarıb. Rəqəmlərlə sözlərin oxşarlığını tapıb, onların bir-birini tamamlaması üçün hər iksini ustalıqla yerində işlətməyi bacarıb.
“YAZARLAR” jurnalı tərəfindən “Ən şirin yuxu” kitabının işıq üzü görməsi münasibətilə gənc yazara “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı “Yazarlar” adından “Novella” Kitab Evinin nümayəndəsi Səbinə xanım təqdim edib.
Sonda kitabsevərlər müəlliflə xatirə şəkil çəkdirərək imzalı kitab əldə ediblər. Fotolar:
Şükufə İbrahimovanın “Ən şirin yuxum” kitabını “Novella” Kitab Evindən ala və ya kirayə götürüb oxuya bilərsiniz.
“H.Əliyev dedi: “Anar, indi çox şeyləri açıqlamaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içindən, biri gəlirdi, deyirdi, bu pantürküstdür, biri deyirdi, bu Türkiyənin casusudur, biri deyirdi bunun babası sovet hökumətinin əleyhinə olub…”
“Həmişə öz vicdanıma arxalanmışam. Düşünməmişəm ki, bu mənə xeyir gətirəcək…” ANAR
Keçən il Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 ili tamam oldu. Doxsan ilin 53 ilini ziyalılarımız o vaxt İttifaq adlanan Azərbaycan Yazıçılar Birliyinin zaman-zaman sədri olublar. İxtissaca filosof olan Məmməd Kazım Ələkbərli, yazıçılar Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, İmran Qasımov və İsmayıl Şıxlı. Sonradan bu yazıçılardan ikisi -Məmmədkazım Ələkbərli və Seyfulla Şamilov 37-ci il qanlı repressiyanın qurbanı olacaqdılar.
Doxsan ilin 37-si Xalq yazıçısı Anarın qismətinə düşüb.
1987-cildə AYB-nin fövqəladə Qurultayı keçirildi və İsmayıl Şıxlı səhhətində yaranmış problemlərlə bağlı öz ərizəsiylə cəmi iki il işlədiyi AYB rəhbərliyindən istefa etdi.
ANS Şirkətlər qrupunun “El” jurnalında şef-redaktor olarkən İsmayıl Şıxlının oğlu Elçin Şıxlıdan götürdüyüm müsahibəni və o müsahibədə kiçik bir dialoqu xatırlayıram. Mən Elçin müəllimə sual verdim ki, nəyə görə İsmayıl müəllim cəmi iki il Yazıçılar Birliyinin sədri oldu? Elçin müəllim belə cavab verdi: “Atam sədr seçiləndən sonra çox vaxt evə qanıqara gəlirdi. Və bir gün dedi ki, istefa verəcəm. Anam dərhal dedi ki, ay İsmayıl, niyə istefa verirsən, qal işlə də… Atam anama qayıtdı ki, istəyirsən ürəyim partlasın, ölüm?”
İsmayıl Şıxlı öz yerinə Anar müəllimin namizədliyini təklif etdi.Və səs çoxluğuyla Anar Azərbaycan Yazıçılar Birliyinə sədr seçildi. 37 il. Bu da bir igidin ömrüdür. Təsadüfdirmi? 37 rəqəmi sanki Anar müəllimin bu illərdə yaşadığı, çəkdiyi ağrı-acılardır həm də. Bu illərdə haqsız “hücumlara” çox məruz qalsa da, ancaq öz təmkiniylə, iradəsiylə güclü olduğunu göstərib, Yazıçılar Birliyini qoruyub saxlayıb.
Yazıçı olmağın acısı şirinindən çoxdur. Yazıçılıq o vaxt daha əzablı olur ki, milli dəyərləri, Ağrı Yaddaşını daim ürəyinin başında gəzdirəsən. Anar müəllimin ürəyində, genində olan o Ağrı Yaddaşı yazdığı bütün əsərlərinə hopub. Alman filosofu Nitşe deyirdi ki, “Qanını qanıma batır yaz, görəcəksən ki, qan ruhdur.” Anar müəllimin hər bir əsəri onun öz ruhudur, canıdır. Professor Nizaməddin Şəmsizadə isə deyir ki, “Anar müəllimin bütün əsərləri qədim və ulu türkün qan yaddaşından süzülüb gəlir…” Ruhu şad olsun!
Mən Anar müəllimin yaradıcılığı haqqında danışmaq istəmirəm, çünki ən böyük söz adamları Anar müəllimin əsərləri haqqında yazıblar, təhlil ediblər, bu gün də yazırlar və heç şübhəsiz ki, yazıçının ruhu, canı əvəzi olan əsərləri gələcək nəsillər üçün də tədqiqat materialları olacaqdır. Anarın əsərləri müxtəlif dillərə tərcümə olunub, filmlər çəkilib.
Mən kinoşünas Ayaz Salayevlə söhbətimi və Anarın “Mən, sən, o və telefon” əsərini xatırlayıram. Ayaz müəllim deyirdi ki, dünya şöhrətli rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kino ulduzu Tom Henskin oynadığı “Sizə məktub var” (You ve Got mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə bir səbəb də o vaxt hekayənin Amerikada çap olunmasıdır. Əslində bu həqiqətdir, çünki Anar müəllimin o hekayəsinə qədər dünya dünya kinosunda bu mövzuda film çəkilməmişdi. Bizdə də, daha doğrusu, Türkiyədə Anarın bu hekayəsi əsasında film çəkildi, amma çox gec. Film 2009-cu ildə İctimai televiziyada verildi.
Anar hələ çox gənc ikən Moskvada Ali ssenari kursunda oxuyanda böyük Mirzə Cəlil yanğısıyla “Anlamaq dərdi”essesini yazdı. Bu esse o zaman çox məşhur olan və dünya arenasına çıxan “Drujba narodov” jurnalında dərc olundu. Esse çox böyük maraqla qarşılanmışdı. O zaman çoxları heyrətə gəldi: totalitar bir rejimdə bu cür milli ruhlu bir esse yazmaq hər yazıçının cəsarəti deyildi. Düşünürəm və heç şübhəsiz ki, əgər Anar müəllim də Çingiz Aytmatov kimi, fransız yazıçısı Lui Araqonun da dəyər verdiyi eşq haqqında bir hekayə yazsaydı və bu hekayə o vaxt çox dillərə tərcümə olunsaydı, Anar müəllim indi tanındığından daha çox tanınardı. Ancaq Anar müəllim milli dəyərləri daha üstün tutdu və məhz buna görə də sonradan başı “çox ağrıyacaqdı”. Qəribə də olsa, sovet rejimi tərəfindən yox, özümüzünkülər tərəfindən.
Esse jurnalda çıxandan sonra jurnalın redaksiya heyətinin üzvü olan Çingiz Aytmatov yazırdı: ”Anar ilk dəfə olaraq müasir səviyyədə rus və ümumittifaq oxucusunu Azərbaycan klassikinin yaradıcılığı və çətin taleyi ilə tanış edirdi…” Həmin essedən bir abzas: “Cəlil Məmmədquluzadə rus xalqını sevirdi, amma rus imperiyasının təbəəsi kimi yox…” (Anar “Anlamaq dərdi”) “Anlamaq dərdi” Anar üçün bu dərdi milli dərd kimi yaşamaqdır həm də. Necə ki, keçən əsrdə bu dərdi Mirzə Cəlil yaşayırdı. Xalqı üçün yaşayırdı o dərdi. Anar müəllim Anlamaq dərdi”ndə məhz bunu göstərmək istəyir: ey xalq, sənin yolunda nə qədər başı bəlalar çəkib Mirzə Cəlilin. Nadanlar üçün isə anlamaq dərdi çox çətin işdir…
Hərdən düşünürəm, indi söz deməyə nə var ki? Sovet senzurasının güclü olduğu bir vaxtda dünya miqyaslı sovet jurnalında cəsarətli söz yazmaq, söz deyə bilmək asan məsələ deyildi. Hər sətirdə, hər misrada millətçi axtarırdılar. Halbuki Anarın ilk hekayəsi çıxan kimi Mosvadan deyil, özümüzünkülər tərəfindən yuxarıya danoslar yazılmağa başladı. Təəccüblənmirəm. Çünki 37-ci ildə də beləydi. Yazıçı Manaf Süleymanovun dediyi kimi, “o vaxt ziyalılar özləri bir-birlərini tutdururdular”.
Anar müəllimə qarşı “hücumlar”ədəbiyyata gəldiyi vaxtdan, elə ilk qələm təcrübələrindən başladı. Yazıçının dedikləri: “İlk hekayəm çıxan kimi komsomol mətbuatında yazdılar. İlk gündən təzyiqlə qarşılaşdım. Həmişə öz vicdanıma arxalanmışam. Düşünməmişəm ki, bu, mənə xeyir gətirəcək. “Şəhərin yay günləri” əsərimin üstündə “qara buludlar” əsəndə Azad Şərifov köməyimə çatdı, Heydər Əliyevə məlumat verdi, o da gəlib baxdı, bəyəndi. Az sonra “Ağ liman”ı yazanda dedilər ki, Anar tənha qadınlar haqqında yazır. Yəni ictimai rəy yaradırdılar cəmiyyətdə. Amma sonra bu əsərə mükafat verildi.”
Və həmin mükafatı Anara Heydər Əliyev şəxsən özü təqdim etdi.
Sonradan 1997-ci il oktyabrın 30-da Azərbaycan Yazıçılarının X qurultayında H.Əliyev Anara müraciətlə dedi: “Anar, indi çox şeyləri açıqlamaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içindən, biri gəlirdi, deyirdi, bu pantürküstdür, biri deyirdi, Türkiyənin casusudur, biri deyirdi, İranın casusudur, biri deyirdi, bunun babası sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Mənə gəlib deyəndə ki, “Şəhərin yay günləri” bizim quruluşun əleyhinədir, gəldim baxdım, çox da təriflədim, mükafat da verdim…”
Anar müəllimin sonradan yazdığı “Otel otağı” əsərində bir epizod düşür yadıma: əvvəcə əsərin qəhrəmanına qarşı çıxanlar, onu “pantürküst”, “casus”, məmmədəminçi adlandıranlar sonradan Ankarada Məmməd Əmin Rəsulzadənin məzarı önündə “göz yaşı” axıdacaqdılar… Və rəhmətlik Manaf Süleymanovun 25 il əvvəl dediyi “yazıçılar özləri bir-birlərini tutdururdular” sözlərini bu günə qədər unuda bilmirəm. Allah Heydər Əliyevə də qəni-qəni rəhmət eləsin! Sənətə, sözə, yazıçıya dəyər verən Dövlət başçısı, böyük şəxsiyyət idi!
Bəli. Anar tarixdir və ədəbiyyata gəldiyi ilk gündən sözünü deyə bilib. Anar müəllim hələ sağlığında Sözlə özünə abidə ucalda bilib. Bu danılmazdır!
Mən Anar müəllimin film qəhrəmanları ilə söhbət etdikcə bunun bir daha şahidi oluram, Anarı yenidən tanıyıram, yenidən kəşf edirəm. Onları dinlədikcə söz tapa bilmirəm… Rasim Balayev: “Anar bu gün Azərbaycan ədəbiyyatında, Azərbaycan incəsənətində bir imicdir, bir möhürdür.” Fəxrəddin Manafov: “Anar toxunulmazdır! Onun qədrini bilməliyik!” Mehriban Zəki: “Anar fenomendir. Anarı qorumaq bizim boynumuzun borcudur!” “Təhminə və Zaur” əsərini tamaşaya qoyan rejissor Mərahim Fərzəlibəyov: “Anar müəllim böyük şəxsiyyətdir, yazıçıdır, ictimai xadimdir, dramaturqdur, rejissordur, ssenaristdir, nəinki Azərbaycanın, bütün türk dünyasının fəxridir. Anar müəllim bu gün Yazıçılar Birliyi kimi təşkilata rəhbərlik edir. Yazıçılara ev verir, mükafatlar verir, onların yaradıcılığı üçün imkanlar yaradır. Anardan sonra kim gəlsə, sıfırdan başlayacaq. Ümumiyyətlə, bu yazıçılar çox mürəkkəb insanlardı. Onları başa düşməkdən ötrü bir on il də gedəcək. Bəzilərinə asan gəlir, amma oranı idarə eləmək asan deyil. Dövlət də bunu bilir. Allah Anar müəllimə cansağlığı versin. Nə qədər o orda oturubsa, deməli Yazıçılar Birliyi etibarlı əllərdədir! Yaxşı yazıçılara Anar müəllimin qapısı həmişə açıqdır. Onlara kömək edir. Və Anar müəllim heç vaxt qələmi omayan yazıçıya yol açmır.”
Sonuncu cümləyə diqqət edi: Anar müəllim heç vaxt qələmi omayan yazıçıya yol açmır. Bu həqiqətən belədir və mən şəxsən bunun şahidiyəm. Anar müəllim istedadlı yazıçılara həmişə dəyər verir, onlara yol açır, dəvət edir, söhbət edir. Lap o yazıçı Anar müəllimin əleyhinə getsə də, palaz-palaz yazılar yazsa da, yenə ona kömək edir. Faktlar çoxdur. və mən bunları sadalamaq istəmirəm. Yenə Rasim Balayevdən misal çəkəcəm “Çalışırlar ki, öldürələr. Amma maşallah, səbrli adamdı. Mən oxuyuram, onun yerinə əsəbləşirəm. Şəxsən mən dözmərəm.” Çünki Anar müəllimin Ağrı Yaddaşında qüdrətli bir gen dayanır. Anar müəllimin babası, yəni Rəsul Rzanın atası Rza kişi təkcə Göyçayda deyil, bütün Şirvan bölgəsində dövrünün sayılıb-seçilən hörmətli şəxslərindən olub. Rəsul müəllimin baba tərəfi məşhur Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, o vaxt Göyçay qəzasında Çiyni və bir sıra kəndlərin mülkədarı olmuş Məmmədxan Məmmədyar oğlu ilə baglıdır. Bayat boyundan, Şahsevən tayfasından olan və XIX əsrin ortalarında yaşayan Məmmədxan kişi çox millətsevər, vətənpərvər bir kişi olub. Məmmədxanın nəticəsi, Rəsul Rzanın babası İbrahim də dövrünün tanınmış savadlı insanlarından olub. O vaxt Göyçayda həm mirzəlik edər, eyni zamanda ticarətlə məşğul olaraq ailəsini dolandırırmış. Anar müəllimin ulu babası Məmmədxan kişinin haqsızlıqlara dözümü yoxuydu. Bir gün bölgədə olan rus əsgərlərinin özbaşınalığına etiraz edir, buna görə də onu həbs edərək zindana atırlar. Zindanda isə Məmmədxan kişini zəhərləyərək öldürürlər. Anar müəllim “Əsrim, əslim, nəslim” adlı romanında “Məmmədxanlılar” bölümündə yazır:
“Bir gün Məmmədxanın yanına qonşu kənddən çapar gəlir. Xanın ayağına yıxılır. -Başına dönüm, xan-deyir. Bizə kömək elə. Kəndimizə urus soldatı gəlib. Yerləşdirdik. Əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadın verin, gəlinlərinizi, qızlarınızı gətirin. Umudumuz bir sənədir. Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən. Məmmədxan bir qədər fikrə gedir. Sonra çapara deyir ki, get de ki, bu saat gətirəcəyik. Çapar kor-peşiman qayıdır. Məmmədxan oğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul (Məmmədxanın yeddi oğlu və bir qızı olub-A.) atalarıyla birlikdə silahlanıb həmin kəndə gəlirlər. Deyilənə görə, soldatlardan bir nəfər də varsa, qaçıb qurtara bilmir. Hamısını qəlıncdan keçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub gətirən adama böyük ənam vəd edir. Vaxt keçir, Məmmədxanı tutmaq ruslara nəsib olmur. Günlərin bir günü Məmmədxanı Şamaxıda Mahmud ağa qonaq çağırır. Bundan xəbər tutan ruslar evi əhatəyə alıb Məmmədxanı ələ keçirirlər. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu qazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonra oğulları hərəsi bir tərəfə qaçır. Təkcə böyük oğlu Mahmud ağa vətəndə qalır. Məmmədxanın kəndlərini isə müsadirə edib Təbətəbaiyə verirlər…”
Çox acı faktlardır və zamanında rus imperiyasının əmr qulları bu xalqın ən dəyərli, qoçaq oğullarını məhv edib sıradan çıxarıblar. Qalanları isə müxtəlif ölkələrə dağılıblar.
Mən Anar müəllimin babaları haqqında əbəs yerə misal çəkmədim. Bunlar Anar müəllimin həmin babalarıdır ki, onlar haqqında yuxarıya-həm KQB-yə, həm də MK-ya danoslar gedirdi, deyirdilər ki, quruluşun əleyhinə olublar, özü də elədir və bunu dahi şəxsiyyət H.Əliyev 1997-ci ildə yazıçıların qurultayında söyləyəcəkdi.
Bu kişilər qoçaq, qeyrətli kişilər olublar. “Bizə qadın verin, qızlarınızı, gəlinlərinizi gətirin”-deyən urus soldatlarına və zabitlərinə qarşı bütün obanın namusuna görə vuruşublar. Və Heydər Əliyev də bunu yaxşı bilirdi.
Anar müəllim həm ata, həm də ana tərəfdən belə şərəfli bir nəslin ziyalı övladıdır . Rəsul Rza və Nigar Rəfibəyliyə qarşı sovet dönəmində olan təzyiqləri, “hücumları” o insanların həyatlarını araşdıranlar yaxşı bilirlər. Nigar xanım əsl mübarizə simvoludur! Rəfbəylilər nəslində iki xanımdan biriydi ki, soyadını sonacan dəyişmədi. Baxmayaraq ki, o vaxt Nigar xanım və Rəfibəylilər çox təzyiqlərə məruz qaldılar, Nigar xanım əyilmədi, sınmadı. Sonacan öz kübarlığını qoruyub saxladı. Nəsilsə pərən-pərən düşdü.
Nigar xanımın Türkiyədə yaşayan dost-doğma qardaşı Kamil bəylə illər sonra görüşü də çox təsirlidir…
Nigar xanım da, Rəsul Rza da babaları kimi, hələ sovet dövründə haqsızlıqlara qarşı sözünü cəsarətlə deyirdilər. Onların mübariz ruhuna Salam olsun! Ata və anasından Anar müəllimə keçən çox genetik yaddaşlar var, biri də məhz mübariz, cəsarətli olması, öz sözünü deyə bilməsidir.
1989-cu ildə Moskvada mərkəzi tribunada cəsarətlə çıxış etdi, ermənilərin soydaşlarımızı yurd-yuvalarından zorla çıxartdığını deyərkən Qorbaçov yazıçının sözünü yarıda kəsmiş və imkan verməmişdi ki, sözünü tamamlasın. Yadımdadır ki, milyonlarla tamaşaçı kimi mən də bunu televiziyadan həyəcanla izləyirdim. Mən bunu təkrar yazıram ki, o illərdə və daha sonra doğulanlar bunu unutmasınlar! Asan deyildi ermənilərin və ermənixislətlilərin, “keqebeşniklərin” qaynaşdığı bir zalda tribunaya qalxıb o sözləri söyləmək… Anar tarixdir!
Kafka deyirdi ki, “mənim yalnızlığım insanlarla doludur.” Və heç şübhəsiz ki, yaşadığı bu 87 ildə Anar Rəsul oğlu da öz həyatında çox acılar yaşadı, ata-babaları kimi heç vaxt təmkini itirmədi. Yazıçılar Birliyini bu günəcən qoruyub saxladı.
Anar müəllim elə bir vaxtda Yazıçılar Birliyinə sədr seçildi ki, artıq nəhəng sovetlər ittifaqı dağılmaq üzrəydi və hər sahədə olduğu kimi ədəbiyyatımızın da başının üstünü qara buludlar almağa başlayırdı. Söz azadlığından istifadə edən, senzuranın artıq tarixə çevrildiyi bir dövrdə bəzi söz qəhrəmanları meydanı boş görüb irəli atılırdılar. Və təəssüf ki, həmin dövrdə Azərbaycan Yazıçılar Birliyini parçalamaq istəyən qüvvələr də vardı…
Üstəlik, öz doğma ocaqlarından günahsız yerə didərgin düşmüş minlərlə evsiz-eşiksiz insanların Bakıya axını. Onların bir çoxunun özlərinə ümid yeri, sandığı AYB-yə üz tutmaları və s. Belə bir zamanda Yazıçılar Birliyinin rəhbəri olmaq çox çətin və məsuliyyətli bir iş idi. Aradan illər keçsə də, biz Anar müəllimin bu xalq üçün, ədəbiyyatımız üçün etdiklərini heç zaman unuda bilmərik!
Bu gün də, bəli, məhz bu gün Azərbaycan Yazıçılar Birliyi nə qədər mənəvi hücumlara məruz qalsa da, yaşayır, öz fəaliyyətini davam etdirir. Bu gün fəxrlə deyə bilərik ki, AYB-nin sükanı etibarlı əllərdədir!
Doxsan il. Kimlər gəldi, kimlər getdi?
Hər dəfə üçüncü mərtəbəyə qalxanda repressiya qurbanları haqqında “Gedənlər” adlı xatirə lövhəsinin qarşısında dayanıb 37 –ci il repressiya qurbanlarını ehtiramla anır və vaxtilə Yazıçılar İttifaqının ilk sədrləri olmuş Məmmədkazım Ələkbərli və Seyfulla Şamilova rəhmət oxuyuram. Çox möhtəşəm monumental əsərdir! Və qeyd edim ki, bu əsəri repressiya qurbanı yazıçı Seyfulla Şamilovun oğlu rəssam heykəltəraş Elcan Şamilov işləyib. Çox təəssüf ki, onun da ömür yolu yarıda qırıldı, cavankən dünyasını dəyişdi. Gedənlərə min rəhmət, qalanlara Salam olsun!
Bu yaxınlarda Natəvan klubunda bir tədbirdə Anar müəllimi seyr edir və düşünürdüm: Dünya bir də bu cür əzəmətli duruşun, bu cür nurlu simanın və məhz bu görüşün şahidi olacaqmı?
Min illərin sərhədini mən aşacam, Yaşamışam, yaşayıram, yaşayacam! (Anar. “Yaşamaq haqqı”)
Əziz Anar müəllim! Siz yaşamağa ən layiqli insanlardansınız!
Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu. Nigar xanım Şıxlinskaya ilk azərbaycanlı şəfqət bacısı və ilk ali təhsilli azərbaycanlı qadındır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.