Xalq yazıçısı Süleyman Rəhimov və şair, dramaturq Mirmehdi Seyidzadə. Ötən əsrin 70-ci illəri. Bu gün Süleyman Rəhimovun doğum günüdür. Kiminə görə onun çoxcildli “Şamo” romanı qəşəngdir, kiminə görə “Kəsilməyən kişnərti” əsəri, “Mehman”ı və digərləri. Mənə görə Süleyman Rəhimov yaradıcılığının gücü onun “Saçlı” romanında təzahür edir. “Saçlı” əsəri, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ən gözəl 10 romanı içərisində ilk sıralarda dayanır.
Тулатып жанымды сезімге, Кіндік қаным тамған, туған жер, Әкем-анам, бауырларым бутін боп, Табіғатың мінсіз, қушағың кең туған жер!
Бала болып есейдім, қушағыңда, Еркелеймін еркін болып, ара тұра, Мен өзіңмен мақтанамын туған жер, Кең жазира шөліңдеде маған мұра.
Даласы кең, өрісі бар, жайлауы, Нур шашады,таза ауа ашық аспан, Суы мөлдір ишсең миірің қанады, Жердегі жаннатым менің туған жер.
Саған тең келмиді еш бир теңеу, Сағынамын елге барып келсем дереу, Мақабатым бөлек өзіне шексіз, Мен айтатын марқайып-ғажап туған жер!
Жер асты байлығың халыққа мұра, Кең пейілді адамдары қонақжай сирә, Бир мезетке тоқтап меннен сұра Мен айтамын мақтанышпен адамдар, Мен туған жер алтын бесік, кең дала!
Таң атады кун сәулесін таратып, Талдардағы жеміс жідек, бар назарды қаратып. Гулдердің қош иісіне бөленген, Жердегі жаннатым менің туған жер!
DEKABR ÇİÇƏYİ Yaz yağışı onu da ağlatdı doyunca, Dözmüşdü sərasər beş-altı ay; Noyabrdan, qış boyunca… Böyük Çilədən gözü su içmirdi əvvəldən, Güvəndiyi Kiçik Çiləyə qar yağdı… Ümidləri suya düşdü… İslatdı yaz yağışı… Köhnə şəkillərə baxıb ağlamaq qaldı ona. Yenə o istədiyi soyuq olmadı… Qış isti keçdi… Arzusu gözündə qaldı… İliyinə işləyən o şaxta olmadı ki, Canı qızışa, Zoğları tumurcuq tuta… Bu il də çiçək açmadı Dekabr çiçəyi… Soyuğa həsrət qaldı… O istəyən soyuq olmadı… Təpədə bir qoz, Bir-iki, Təkəmseyrək qotur çiçəklə yola verdi qışı. Köhnə şəkillərə baxıb ağlamaq oldu işi… 23.03.2024.
…Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək “Ulduz”da hamı biləydi ki, Fərqanə iş başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə “Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək olurdu, səhər yeməyini Əhmədlidə, günorta yeməyini Salyanda, axşamı Gədəbəydə yeyən Fərqanənin həyatı civə kimi qaynayırdı… Xəbəri eşidən kimi mənə zəng vurdu, bacın ölsün, dedi. Öldü, dedim. İki gün sonra yenidən o idi, yas yerini soruşurdu, izah elədim. Məlum oldu ki, Fərqanə ayrı yasa gedib, orda ağlayıb, başsağlığı verib, pul da yazdırıb çıxanda… məni xəbər alıb – orda kimdi Qulu Ağsəs tanıyan?! Arxasınca maşın yolladım, Fərqanə yas yerinə girəndə üzündə günahqarışıq təbəssüm vardı…
Üstündən bir neçə ay ötməmiş özü o lənətəgəlmiş xəstəliyə yoluxdu, hər gün eyni sualı eşidirdim: “Bacın xərçəngə nə qədər tab gətirdi?” Hər gün onu inandırırdım ki, ondakı başqa şişdi, birtəhər qulağını doldurub İrana yolladıq, Təbrizdə əməliyyatı uğurlu alındı, ora gedib-gəldikcə oxucuları da artmağa başladı, hamı Fərqanəni evinə qonaq çağırırdı, kitabını da çıxardılar İranda, beləcə, Fərqanə yenə əvvəlki Fərqanə oldu: deyən, gülən, tədbirlər bəzəyi, ayaqqabısı ütülü, şeir qazanı dəmdə… Və bu dəmdə… korrektorumuz Rəfiqə xanım o lənətəgəlmiş xəstəliyə düçar oldu, tez də dünyasını dəyişdi… O vaxtdan Fərqanənin həyatı, ümidləri alt-üst oldu, oturub-durub özünə ölüm arzuladı, feysdəki statusları qara geydi, bir əlini bu dünyadan üzüb, o birini o dünyaya uzatdı. Yenə həkimlər, yenə diaqnostika, yenə Bakı-Təbriz yolları… Epikrizlərini mənə oxudurdu: “Gör burda nə yazılıb?..” “Doxsan il ömür!” “And iç, elə yazılıb?” “And içirəm!” “Sənə inanıram!” “İnan!” “Oğlumun toyunu görəcəm?” “Əlbəttə!” “And iç, elə yazılıb?” “And içirəm!” “Dəqiq oxudun?” “Dəqiq!” “Sənə inanıram!” “İnan!”
…Nə yaxşı ki, epikrizdə bir şey düz yazılıbmış: oğlunun toyunu görə bildi Fərqanə!.. Amma tək onu yox: nəvə sevgisini, oxucu rəğbətini, daha nələri, nələri! “Payızın yanında gözlərsən məni” kitabını mən redaktə eləmişdim, hər dəfə poçtuma bir şeir yollayırdı, kitabın adı üstündə neçə kərə çək-çevir oldu, axırda razılaşdı, təqdimatda uşaq kimi sevinirdi – hamı gəlmişdı deyə; Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da! Feysdə hamıya ürək şəkli qoyurdu – dost, düşmən bilmədən, bir yol hətta əleyhinə yazılan statusu da bəyənmişdi, bunu özü danışanda gülməkdən gözləri yaşarırdı. Mən işə getməyəndə votsapa mesaj yazırdı: “Töhmət alırsan!” Bu, o deməkdi ki, nigaranıq səndən, ona görə çəkilişə gedəndə mütləq Fərqanəyə xəbər eləyirdim, o da işdəkilərə: “Bu gün baş redaktora özüm icazə vermişəm!” “Ulduz”da qonaqlıq olanda Fərqanənin yeri başqaydı və başdaydı: şeir desin, oxusun, oynasın, amma yeməklə arası geniydi. Kefinin kök vaxtında qəfil halı pisləşərdi, “Doxsan!” deməyimlə rəngi üstünə gələr, təzədən həmin adam olardı. Yeddi il xərçənglə doyüşdü, yeddi günə təslim oldu… Şeirləri qalacaq, balaları, nəvələri onun xatirəsini yaşadacaq, biz də əlimizdən gələni edəcəyik. “Ulduz”un may sayını Fərqanənin şeirləri ilə açırıq, Fərqanəylə açılası hələ çox sabahlar var. İşdə yerinə adam götürmədik. O öz yerini özüylə apardı…
Son illərdə insanlarımız bir azara mübtəla olublar: qadınlı-kişili ehtiyac oldu, olmadı kreditə cumurlar. İndi krediti olmayanı barmaqla göstərmək olar. Əslində insanları buna görə qınamaq da insafdan deyil. İşsizlik, aşağı maaş və pensiya, uşaq pulunun olmaması və digər səbəblərdən ailələrdə problemlər aşıb-daşır. Belə vəziyyətdə kredit insanlara gözəllik ilahəsi Afrodita kimi görünür. (Bilməyənlər üçün deyim ki, Afrodita sözü yunanca “köpükdən yaranmış” mənasını verir ki, bu da elə “kredit” sözü ilə hardasa eyni anlama gəlir.) Əslində humanitar məqsədə xidmət etməli olan banklar fürsətdən yararlanıb insanların başını küt bıçaqla kəsirlər. Əsas bankın qapısından içəri keçməkdir. Bir anın içində sehrli bir məkana düşmüş kimi özünü hiss edirsən. Reklam lövhələri insanın bütün varlığına sahib çıxır. Adlar o qədər cəlbedicidir ki, seçim belə etməyə çətinlik çəkirsən. Bank işçisi də çox sakit və mədəni formada təklifləri ard-arda qulağına oxuyur: -Asan kredit, tək şəxsiyyət vəsiqəsi ilə kredit, zaminsiz kredit, faizsiz kredit, komissiyonsuz kredit, girovsuz kredit,… Və bir də ayılırsan ki, lupa ilə belə oxunması müşkül olan müqaviləyə artıq qol atmısan. Pulların ətri isə səni uzaqdan vurur. Elə ki, cibində pul bankdan çıxdın, sanki göyün yeddinci qatındasan. Bir-iki ay firavan yaşayırsan ki, sənə qalan da elə o olur. Sonrası nağıl kimi olaylar başlayır… Oğlunun kredit götürməyindən beş aydan sonra xəbər tutan Qafur kişi ilə bank işçisi arasında belə bir dialoq oldu: -Alo, salam. -Salam. -Sizi bankdan narahat edirəm. -Buyurun, eşidirəm. -Siz Rəşadın atasısınız? -Bəli. Nə olub ki? -Oğlunuz bankımızdan kredit götürüb, iki aydan çoxdur ki, ödəmə etmir.Telefon zəngimizə də cavab vermir. -Başa düşdüm. Oğlumun 30 yaşı var. Müstəqil adamdır. Bunu mənə niyə deyirsiz ki? -Ona görə ki, o sizin mobil nömrənizi verib və sizi zamin saxlayıb. -Necə məni zamin saxlaya bilər ki, mənim bundan xəbərim yoxdur. -Ağsaqqal fərq eləmir. Siz Rəşadın atası deyilsiniz? -Ay bala, atasıyam, amma axı mən ona zamin durmamışam. -Siz onun valideynisiz. Oğul sizindir. (Ciddi səslə). Onu tapın, deyin ki, banka borcunu ödəsin. Əks halda ikiniz də məsuliyyət daşıyacaqsız. -Mən sizə heç bir köməklik göstərə bilmərəm. Özünüz tapın və borcu tələb edin. -Ağsaqqal bu nə danışıqdır? Oğlunuza siz cavbdehsiz. -Ay bala, mən 30 yaşlı kişiyə necə cavabdeh ola bilərəm? -Cavabdeh olmalısınız. Uşağa vaxtında tərbiyə vermək lazım idi. Başlı-başına buraxırsınız, sonra öhdəsindən gələ bilmirsiz. -Mənim oğlumdan şikayətim yoxdur. -Görünür oğlunun bu hərəkəti sizin də ürəyinizcədir. Oğlun sizi eşitsəydi, sizdən qorxusu olsaydı belə etməzdi. -O boyda kişiyə mən neyləyə bilərəm ki. -(Ciddi,bir az da əsəbi səslə). Mənim belə oğlum olsaydı, başını kəsərdim. Ona elə bir dərs verərdim ki, ömrü boyu qarşımda faraqat dayanardı. Oğlan gərək atasından qorxsun. -Övladdı deyə heç nə etmək olmur, ay bala. Bir də ki, indiki gənclər fərqli yaşamaq istəyirlər. Valideyni eşitmirlər. Heç kimdən də qorxmurlar. -Eşitməlidirlər və qorxmalıdırlar ağsaqqal. Görünür siz yerində deyilsiniz. -Yəqin atan yaşında olaram. De görüm neçə uşağın var? -İki qızım var. -Allah saxlasın. Onda de görüm, atan harda işləyib? -Hərbiçi olub. -Sən özün necə uşaq olmusan? -(Bir anlıq sükut. Gülə-gülə). Çox dəcəl. Hər gün dava-dalaş, hər gün narazılıq, söz-söhbət. Məktəb əlimdən bezmişdi. Universiteti də demək olar ki, atam “oxudu”, diplomu mən aldım. Yazıq kişi əlimdən qan ağlayırdı. Elə mənim dərdimlə də öldü. -Allah rəhmət eləsin. -(Kədərli səslə) Hər həftə məzarı üstə gedib bağışlanmağımı xahiş edirəm. Bilmirəm, məni bağışlayıb, yoxsa yox. -Bağışlayar bala. Narahat olma . Gördün ki, övlada heç nə etmək olmur. Amma sən hər həftə atanın məzarını ziyarət elə. Bəlkə vicdanın rahatlıq tapar. -(Qüssə dolu səslə) Başa düşdüm. (Susur). Amma borcu ödəyin də… Xahiş edirəm. Lənkəran. 19.03.2025.
Qardaş ölkə Türkiyə Cümhuriyyətində dəyərli ziyalılarımızdan olan Cavid Aydının qurucusu və rəhbəri olduğu Eskişəhər Azərbaycanlılar Dərnəyinin (ESAZDER) “Türk Dünyasında Nevruz” adlı Novruz bayramı şənliyində yazıçı Turan Novruzlunun rəhbərliyi ilə dahi Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettasının və Novruz adətlərinin motivləri əsasında musiqili tamaşa göstərilmişdir. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşada Eskişehirdə təhsil alan tələbələr Yusuf Demirağ, Ayan Süleymanova, Xəyalə Ağayeva, müəllimə Mələk Yıldız, orta məktəb şagirdi Yusuf Yıldız rol almışlar. Daha sonra şənlik maraqlı musiqi nömrələri ilə davam etmişdir. Türk Dünyasının Novruzu mübarək olsun! Fotolar:
“YAZARLAR” olaraq, yaradıcı heyəti təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!
Bu gün onun anadan olduğu gündür… Yerin sonsuz kəhkəşanlar, məqamın uca, xeymən laməkandır, Qardaş!!! Əlçatmaz, ünyetməz səmanın ənginlikləribdə əbədi süzəcək həmişəcavan, güclü, yenilməz Qardaş!!!
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.