TANIYAQ və TANIDAQ

Milli Dəyərlər və Qlobal Vətəndaşlıq

Azərbaycan–Türkiyə Müştərək Beynəlxalq Layihəsi

           Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi, onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında peşəkar, səriştəli müəllim fəaliyyəti mühüm rol oynayır. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi dövlətin daim diqqət mərkəzindədir. Milli-mənəvi və bəşəri dəyərləri mənimsənilməsi gənclərin  bir şəxsiyyət kimi fəaliyyət göstərərək cəmiyyətdəki sosial-siyasi şəraitə, bazar iqtisadiyyatına, zəngin informasiya-kommunikasiya məkanına uyğunlaşması mühüm əhəmiyyət kəsb edir.   

      Müəllimlik şərəfli peşədir. Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   

 Müəllim ali xüsusiyyətlərə malik şəxsiyyətlərdəndir – ürəyaçıq, çox sadə, peşəsinin vurğunu, hər kəsi diqqətdə saxlamağı bacaran, ünsiyyətcil  insann ali sima, böyük nüfuz sahibidir  müəllim onun  əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, bizə  səbirlə   öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

        Bu gün sizlərə təqdim etdiyim Aynur Axundova 2 sentyabr 1986-cı ildə Qobustan rayon Cəyirli kəndində anadan olub.2002-ci ildə Qobustan rayon Cəyirli kənd R.Hüseynov adına ümümi orta məktəbinin 9 illik bazasını fərqlənmə şəhadətnaməsi ilə bitirib, 2004-cü ildə isə Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbin hümanitar təmayüllü sinfini bitirərək həmin il Şamaxı Humanitar Kollecinin “İngilis dili müəllimi və tərcüməçi” ixtisasına daxil olub. 2007-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirərək Qobustan rayon Cəyirli kənd A.Quliyev adına tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İlk dərs günündən müasir təlim metodları ilə dərslər keçən Aynur müəllimə 2014 və 2016-cı illərdə Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” müsabiqəsində “Ən yaxşı elektron sayt” və “Ən yaxşı müasir metodlarla təsis olnmuş dərs nümunəsi” nominasiyaları üzrə nominant seçilmiş, bir neçə dəfə rayon Təhsil Şöbəsi və dostluq görüşü ilə Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə nümünəvi  açıq dərslər təşkil edib. Aynur Axundova 2013-cü ildə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər fakultəsinə daxil olub və ikili diplom proqramına əsasən İsveçrənin Montreux  Business School ali məktəbinin Biznes menicmenti fakultəsini eyni vaxtda  bitirir. 2015-ci ildən Qobustan rayon Cəyirli bələdiyyəsinin sədri vəzifəsində çalışır və Azərbaycan Kənd Bələdiyylər Assosasiyasının idarə heytənin üzvüdür.

        12 may 2024-cü il Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil Sammitində Azərbaycan, Gürcüstan, Türkiyə və Hindistanın təhsil sahəsində çalışan rəhbər, müəllimlərin iştirak etdiyi tədbirdə Qobustan rayon Cəyirli kənd R. Hüseynov adına ümumi orta məktəbin Ingilis dili müəllimi Aynur Axundova təhsil sahəsinin nobeli adlanan Global Teacher Award (Beynəlxalq Müəllim Mükafatı ) mükafatına layiq görülmüşdür. Global Teacher Award mükafatı hər il Hindistanda AKS Education tərəfindən keçrilir ,dünyanın dörtbiryanindan 97 ölkədən minlərlə müəllim arasından seçilərək Beynəlxalq Müəllim Mükafatina layiq görülən Aynur Axundova Qobustan rayonunda bir ilkə imza atmışdir.        

     Aynur müəllimə eyni zamanda bir çox beynəlxalq mükafatlarada layiq görülmüşdür:

  2012 -ci il sentyabr ayında Türkiyənin Ankara şəhərində keçirilən EYUDER təhsil dərnəyinin təşkil etdiyi EYFOR II Beynəlxalq Təhsil Konfransında iştirak edərək “Anadolu və Qarabağ xalçalarının təhsilə inteqrasiyası” mövzusu haqqında məqalə ilə çıxış etmiş və həmin tədbirdə Türkiyənin ən nüfuzlu təhsil mükafatı olan  ‘Yılın Eğitim Yöneticisi’ adına layiq görülərək Altın Meşalə mükafatını ilk dəfə Azərbaycana gətirmişdir;

2022-ci ildə Böyük Britaniyanda Manchester Bolton Sheinspires dərnəyinin keçirdiyi mükafatlandırma tədbirində Rising Star kateqoraiyasi üzrə finalsit olaraq Azərbaycandan  seçilən ilk qadın olaraq ölkəmizi təmsil etmişdir.

Aynur müəllimənin növbnəti uğurları:

Elm və Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ,Şimali Karolina Universitetinin təşkilatçılığı ilə 6 ay davam edən ” İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar” adlı online magstr kursunu yüksək nəticə ilə başa vurmuş;

Bakı şəhərində ADA Universitetində təşkil olunmuş konfransda iştirak etmək hüququ qazanaraq həmin tədbirdə poster təqdimat üçün  seçilmiş 30 müəllim sırasında təqdimatçı kimi çıxış edərək , həm müvəffəqiyətli kurs iştirakçısı,həm də təqdimatçı sertifikatlarına layiq görülmüş;

2023-cü il  1-3iyun tarixlərində İspaniyada keçirilən eTwinning platformasında Qonşu ölkələr arasında inovasiya yolu ilə əlaqələr yaratmaq adlı Beynəlxalq konfransında iştirak etmişəmdir.Həmin konfransa Azərbaycan Respublikasının Elim və Təhsil Nazirliyinin dəstəyi və eTwinning platformasında elan olunan müsabiqədə qalibi olmuş,iki layhənin qurucusu olaraq çixiş etmişdir.

1JAS learn and joy adlı layihənin əsas məqsədi İngilis dilinin öyrənilməsi yolunda yeni veb alətlərinin tətbiqi və İngilis dilində vacib olan 4 bacarığın (dinləmə,oxuma ,yazma və danışma) inkişaf etdirilməsində yararlı olan veb altlərin tətbiqi;

2 My smart city (Mənim ağıllı şəhərim )adlı layihənin əsas məqsədi süni intellekt alətlərin köməkliyi ilə ağıllı şəhər planlaması yeni robotların dizaynı nəzərdə tutulmuşdur.

  -“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi, Microsoft Education portalının online kurslarının aktiv iştirakçısıdır. MİE Trainer, MİE Master Trainer proqramlarını uğurlar bitirmiş və MİE Expertəm  “Virtual Məktəb“ layihəsi üçün dərslərdə interaktiv texnologiyalardan istifadəyə dair video izahlar, online dərslərdə ağ lövhələrin tətbiqi mövzusunda çıxış etmiş;

28-30 iyun 2021 tarixlərində Türkiyə Təhsil Nazirliyi, Harran Universiteti və Avropa Birliyi tərəfindən keçrilən behnəlxalq “Eğtimdə Yapay Zəka” adlı konfransda;

Avstraliya Səfrilyinin Qızlar üçün STEM Robotik OPEN LAP təlimində, Code Week layihəsində iştirak edərək təşkilatçı sertfikatı əldə edib;

Müəllimlərin inkişafına yönəlik “Nərdivançı” layhəsinin fəal üzvü və “Ən yaxşı sual müəllifi” qalibi olub;

-Bir neçə beynəlxalq mükafat əldə etmiş, ECO Trainer İsveç ictimai layhəsinin keçirdiyi “2020-ci ilin ən yaxşı müəllimi” müsabiqəsində dünya üzrə ən yaxşı 100 müəllimdən biri seçilmiş,

Hindistan’ın IDYM foundation layhəsinin və Nalanda universitetinin keçirdiyi “Ən yaxşı elim təhsil işçisi” mükafatı, İnternational Woman Award mükafatını qazanıb;

Azərbaycan Gənc Műəllimlər Asossasiyasın Qobustan rayon ùzrə koordinatoru və Məktəb Mentoru kimi fəaliyyət gòstərir, 2021 -ci ildə T-Network və AGMA -nın birgə təşkilatçılıģı ilə keçrilən Fərq Yaradan Gənc mùəllim mùsabiqəsinin 10 qalibindən biri olmuşdur.

 Aynur xanım MIE Ekspert 2021 -2022 qalibi;

2021-2022-ci illər üzrə Azərabaycanın  ilk 4 Scientix səfirindən bir;

  – 2021-ci il üçün eTwinning kouç seçilərək Azərbaycan eTwinning komanda üzvü seçilmiş;  .

eTwinnerəm və 15 layihədən bir çox Avropa Keyfiyyət Etiketi və 16 layihədən Milli Keyfiyyət Etiketi qazanmışdır.

Bir çox elmi məqalələr və yazıları ölkədə və xaricdə qəzet və jurnallarda dərc olunmuşdur. Onun Nağılları STEM-ə necə çevirmək olar və Kodlaşdırma dərs planlarım Türkiyədə dərsliklərdə dərc olunub.

 “Müasir təhsil və STEM+A-ya inteqrasiya” adlı elmi-metodiki məqaləsi İbtidai təhsil elmi jurnalında,Azərbaycan Elim Mərkəzinin DOİ kodlu Elmi iş Jurnalının 9sentyabr 2023 cü il 9-cu buraxılışında Storytelling for all learning English Skills adlı ingilis dilində məqaləsi çap olunmuşdur.

      XV Respublika Müəllimlər Qurultayında iştirak etmişdir.Azərbaycanda Təhsil Ulduzu layihəsində iştirak edib  ən yaxşı 100 müəllimdən biri,İsveç Eko Tədris Mərkəzinin beynəlxalq layihəsinin həyata keçirdiyi ən yaxşı ətraf mühit müəllimi layihəsində 100 ən uğurlu müəllimdən biri seçilmişdir.

 Aynur Axundova EYUDER eTwinning Academy layihəsi üzrə Azərbaycanda təhsil və tərbiyə üzrə məsləhətçisi, Stem Akademiyasının Azərbaycandakı səfiri və Green Sport STEM Akademiyasının ölkə üzrə səfiridir.

  İngilis dili müəllimlərinin peşəkar inkişafı üçün ABŞ Dövlət Departamentı tərəfindən maliyyələşdirilən Baku American Centre -nin təşkilatçılığı ilə keçrilən 3aylıq America English live 13 seriasında uğurla iştirak etmiş ,.British Council -in təşkil etdiyi Online Teacher Community proqramının üzvü olaraq 3aylıq Peşəkar müəllim kursunu uğurla bitirmiş,European Schoolnet Academy kurslarından və European Schools Gateway-dən bir çox sertifikatlar almışdır.

       Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan “Milli Dəyərlər və Qlobal Vətəndaşlıq” adlı beynəlxalq layihə (Layihənin təsisçisi, moderatoru Aynur Axundova) iki ölkənin təhsil işçiləri və gəncləri arasında mədəni dəyərlərin təşviqi, milli kimliyin qorunması və qlobal düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Layihə 6-19 yaş aralığında olan məktəbəqədər təhsil, ümumtəhsil məktəbləri, lisey və universitet tələbələri ilə yanaşı, müxtəlif təhsil pillələrində çalışan müəllimlərin və təhsil mütəxəssislərinin iştirakı ilə online və könüllülük prinsipi əsasında təşkil olunur. Layihənin ilkin ideyası 2021-ci ildə Ankara şəhərində Türkiyə və Azərbaycan müəllimlərinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan nümayəndəsi Aynur Axundova (Milli dəyərlər və Qlobal vətəndaşlıq sosial məsuliyyət layihəsinin qurucusu və ideya müəllifidir )tərəfindən irəli sürülmüşdür.Layihənin praktiki mərhələsi isə 2024-cü ilin dekabr ayında sosial şəbəkələr vasitəsilə müəllimlərin bir araya gətirilməsi ilə başlanmış, rəsmi fəaliyyətə keçilmişdir. Bu layihə gənc nəsli həm milli ruhda tərbiyələndirir, həm də onları dünyəvi dəyərlərlə tanış edərək gələcəyin məsuliyyətli, tolerant və şüurlu qlobal vətəndaşları kimi yetişdirməyi qarşısına məqsəd qoyur.

 Aynur Axundova gənc xarici dil müəllimlər birliyi və ReadEng nəşriyyatı ilə 10-11 çi siniflər üçün test toplusu kitabının həmmüəllifi və eyni zamanda 5ci siniflər üçün Game Changer kitabına uyğun  Ingilis dili vəsaitinin,MIQ və Sertifikasiya Ingilis dili test toplusu kitablarının rəycisidir.

        Azərbaycan naminə  xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək gərəkdir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrükləşdirir, onu yaddaşlarda yaşadır. Təhsilimizə  bu gün öz töhfələrini verən Azərbaycam Müəlliminin əməyi təqdirəlayiqdir. Uğurlarınız davamlı olsun!

 Zülfiyyə Vəliyeva

ADPU ETM-nin Elmi işçisi

Respublikanın Əməkdar Müəllimi

Milli Dəyərlər və Qlobal Vətəndaşlıq

Proje yönetiçısi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir