
Q.Əhmədov M.Mərdanovun kitabının üz qapağında
Adını ibtidai sinifdə oxuduğum illərdə babamdan eşitmişdim. Həm təhsilə marağımızın oyanması, həm də yaxşı insan olmağa çalışmağımız üçün Qoşqar Əhmədovdan danışardı.
Görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, Böyük Vətən Müharibəsi iştirakçısı Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.
1930-33-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə F.Dzerjinski adına Hərbi Akademiyanı bitirmişdir. O, 1950-ci ildə fəlsəfə doktoruluğu, 1960-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1961-ci ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.
1942-1946-cı illərdə Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini, 1946-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində assistent, dosent, dekan müavini, 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteqral tənliklər kafedrasının müdiri, 1970-1972-ci illərdə Mexanika-riyaziyyat fakültəsinin dekanı işləmişdir.
Əhmədov Moskva Riyaziyyat Cəmiyyətinin və keçmiş SSRİ Ali Təhsil Nazirliyi nəzdnində Riyaziyyat üzrə Metodik Şuranın üzvü olmuşdur.
AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov 1975-ci ildə Bakıda vəfat etmişdir.
Məlumatı hazıladı: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
Pərvanə Bayramqızı digər mənbələrdə
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru