Mahirə Nağıqızının söz dünyasına bir baxış

Mahirə Nağıqızının söz dünyasına bir baxış

Mahirə Nağıqızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzularında (2017) dissertasiyalar müdafiə edib. Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir,  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır.  Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz – varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s.

Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnib, aşıqların ifasında 70 mahnı səslənib.  Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”,  “Ana”, “Balam”; Tahir Mahiroğlunun bəstəsində “Ata”; Tahir Əkbərin bəstəsində “Qısqanıram və s.

Mahirə Nağıqızının şeirləri mövzu müxtəlifliyi, mövzu rəngarəngliyi, məzmun dolğunluğu baxımından diqqəti cəlb edir. İlk növbədə, qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırır. “Salam olsun” şeirini yada salaq:

Rəzil oldu bizi qüvvə saymayanlar,

Qanda batdı qan içməkdən doymayanlar.

Bu milləti yıxılmağa qoymayanlar,

Dünyada hər anınıza salam olsun!

Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə vəsf edilir: 

Adı qalar zaman-zaman Sər doğanın,

İzi qalmaz hər olanın, hər doğanın.

İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,

Həmişə var canınıza salam olsun!

Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü,  müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur:

Şəhidlərim, haqqınız var çiynimizdə,

Kəfən geydik, qalacaqdır əynimizdə,

Çıxmayacaq, yaşayacaq eynimizdə,

Tökülən al qanınıza salam olsun!

Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirib.  İkinci Dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşüb, onların yarısı geri qayıtmayıb, həlak olub. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 Yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeridib, dinc sakinləri avtomat güllələrinə tuş edib. Mahirə xanımın “Şəhidlər”  şeiri  sovet ordusunun xalqımıza tutduğu divanı yada salır: 

Doğulub düşmənə daş atmaq üçün,

Ürəyi qorxudan boşaltmaq üçün.

Ölərlər vətəni yaşatmaq üçün,

Hər qəlbdə bir qala tikər şəhidlər.

Vətən  Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər, ilk növbədə, ana adlandırdığımız Vətəni tərənnüm  edən şeir yazıb. Biz hamımız Vətəni, doğma diyarı  sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də  “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək:

Haraya getsəm də, Vətən, ay Vətən,

Könlümdə ruhunun var, havası var.

Ayrılıqdı bilməm, xiffətdi – bilməm,

Sənsiz hər tərəfdə qar havası var.

Köksündə dondurmaz ayazı qışın

İstisi bəsimdi bircə qarışın.

Qürbətdə küləyin, yağan yağışın,

Səsində bir ahu-zar havası var.

Mahirə xanım – anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və  ailədə analıq vəzifələrini  uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı   sevimli anasına həsr edib.

Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” kitabına ana ilə bağlı üç şeir daxil edib. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırıb. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlib.

Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası” şeiri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir:

Hər dəfə başımı dizinin üstə –

Çəkərdi, saçımı oxşardı anam.

Bir onu, bir də ki, qulac saçıma

Dəyən nəfəsini unudammıram.

“Anama” adlanan digər şeirdə  ana nikbin əhvali-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib:

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

Analar zəhmətə qatlaşan olurlar.  Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi  çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur:

Yadımdan çıxmaz ki, hər səhər erkən,

Elə gəzinərdin evdə yavaşdan.

Nə cür çatdırırdın, deyə bilmərəm,

O boyda işləri durub o başdan…

Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır:

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq

Hər şeyin qiyməti olur həyatda,

Sənin qiymətini tapmadım ancaq.

Mahirə xanım şeirlərinin birində ananın   fikir çəkdiyini,   narahat olduğunu, hətta  göz yaşı tökdüyünü görüb   qayğılanır. Bu, onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır:

Yenə qəlbim göynətməsin qəlbini,

Ağ saçını suya sərib ağlama.

Kim böləcək bölünməyən dərdini,

Fəqan çəkib qərib-qərib ağlama.

İstəyir ki, ana özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin.  Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək”  (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn – gedir, dolan – boşalır,  olan – olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək:

Ah eləmə, ahu-zarın hədərdi,

Bu dünyada hər şey gəldi-gedərdi,

Göz yaşımnan göyətmişəm bu dərdi,

Təsəlli ver, durub-durub ağlama.

Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi  təbiidir. Professor T.Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”.

Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də  Azərbaycanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir:

El oğluydu, el adamı, – dedilər,

Tək qoymayıb bir adamı, – dedilər.

Ata, qardaş, əmi, dayı, – dedilər,

Dağda, düzdə Həsən Mirzə yaşayır.

Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar.

Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”.  Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirlərini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini – “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini: 

Bu səhra dünyamın yuxularının,

Hər gecə gəzdiyi ormanı sənsən.

Yaralı qəlbimin, xəstə canımın,

Yeganə davası, dərmanı sənsən.

Eşq ilə dikələn dərd – sarayıymış,

Başqa cür deyilən hay- harayıymış.

Sənsiz yaşadığım gün – haramıymış,

Ömrümün-günümün hər anı sənsən.

Mahirə xanımdan ötrü məhəbbət  ümiddir,  imandır,  inam və nəhayət,  həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir,   pak, kindən-küdurətdən azad olar.

“Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir.

Mahirə xanımın şeirləri arasında bir şeiri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm:

Zaman gedər, zaman gələr,

Dünyanın çarxı köhnədi.

Buluddan yağış ələnər,

Aparan arxı köhnədi.

Danış, dərdin mənə gəlsin,

Təki sənin üzün gülsün.

Taxda çıxan hardan bilsin,

Çıxdığı taxtı köhnədi.

Münasibət bildirək:  Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin-biçin suvarıla bilsin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana  çatdıra bilmir  (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”).

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinin üzərində dayanmaq mümkünsüzdür.

Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindəndir!  Qoy bundan sonra da belə olsun!

Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb.

Əbədilik qazanan şairlər var olsunlar!!!  Mahirə xanıma uğurlar diləyirik!

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

Şairə Mahirə Nağıqızının bədii söz ustalığı

Şairə Mahirə Nağıqızının bədii söz ustalığı

Müasir ədəbi prosesdə özünün bədii sənətkarlığı ilə tanınan istedadlı şairlərdən olan Mahirə Nağıqızı – Hüseynovanın yaradıcılığı da bədii dil baxımından olduqca zəngin və mükəmməldir. Ana dilinin bütün imkanlarından ustalıqla istifadə edən istedadlı şairə şeirlərilə mükəmməl bədii dil ortaya qoymuşdur. Onun yaradıcılığı mövzu-mündəricə etibarilə zəngin olduğu kimi, bədii dil və sənətkarlıq baxımından da mükəmməl və nümunəvidir. Vaxtilə ədəbiyyatşünaslığın böyük bilicisi və qüdrətli yazar Mir Cəlal yazırdı ki, “bədii dil bədii əsərlərdə həyatı, varlığı şairanə bir şəkildə əksetdirmə vasitəsidir”. Ustad Mirzə İbrahimov da deyirdi ki, “bədii dil … bədii əsərin taleyini həll edir”.

İstedadlı, təbli bir şairə kimi özünü tanıdan şairə bu günə dəqər xeyli sayda kitablar bəxş etmişdir. Geniş oxucu kütləsi tərəfindən sevilərək rəğbətlə qarşılanan Mahirə Nağıqızı bir şairə kimi qiymətli əsərlərinə görə “Qızıl qələm” və digər mükafatlara layiq görülmüşdür.

Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınımış Mahirə Nağıqızının yaradıcılığı özünəməxsus bədii ifadə imkanları ilə zəngin və sənətkarlıq örnəyidir. Mövzu-mündəricə etibarilə yaradıcılığı zənginliyə malik olan şairənin müşahidə qabiliyyəti ilə ifadə imkanlarının məharəti və zənginliyi bir-birini tamamlayaraq çox ecazkar, bədii sənətkarlıq baxımından heyrətamiz bir yaradıcılıq nümunəsi ortaya çıxarmışdır. Şairə M.Nağıqızı dilçi alim olmaqla ana dilimizin üslubi imkanlarına bütün dərinliyi ilə bələd olduğu kimi, öz yaradıcılığı ilə də onun üslubi zənginliyinin təcrübi örnəyini ortaya qoymağa müvəffəq ola bilmişdir. Bu baxımdan M.Nağıqızının yaradıcılığında olduqca məzmunlu və özünəməxsus məcazlar nümunəsi, üslubi fiqurlar örnəyinə rast gəlmək mümkündür. Şairə hiss və duyğularını, lirik obrazını dilin mükəmməl poetik sistemi ilə təqdim edərək yaddaqalan, diqqətçəkici və orijinal məcazlar və poetik fiqurlar istifadə etmişdir. Şairənin yaradıcılığı üçün müqəddəs ANA obrazını bədii cəhətdən təsirli və yaddaqalan təqdim etmək üçün istifadə etdiyi üslubi fiqurlar, mübaliğə və məcazların məharətli öz çəkiciliyi ilə fərqlənmiş və nümunəyə çevrilmişdir:

Xəbərim olmayıb süd əmməyimdən,

Bəlkə döşləri də daşıymış onun?!

Əlini başıma çəkdiyi gündən,

Duydum əllərinin daş olduğunu.

Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Elə məhəbbət ki, bəzən daş kimi ağır, nəvazişi daş kimi möhkəm. Şairə çox məharətlə daş parçalayan, qayalar qıran, palçıq qarışdırıb kərpic qaldıran bir ana əlinin daş ağırlığında gizlənən ana nəvazişini ən sadə dil konstruksiyaları ilə canlı-canlı, təsirli ifadə etməyə qabil olmuşdur. Anasının sədaqətini, evinə, ocağına bağlılığını məhz bu daşlara dözən tabında-tavanında taparaq əks etdirib. Bununla da təkcə bir ananın deyil, milyonlarla azərbaycanlı anası – qadınının obrazını, heysiyyət və həssasiyyətini, sədaqət və qeyrətini, məhəbbət və nəvazişini ümumiləşdirərək obrazlaşdırıb.

Mahirə Hüseynovanın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Onun yaradıcılığında ana dilimizin məna müxtəliflikləri ifadə etmə qüdrətinə bələdçilik və istifadə məharəti də özünü təzahür etdirir. Onun yaradıcılığında iki ANAya dərin məhəbbət və qırılmaz bağlılıq var: bir bizi dünyaya bəxş edən Ana, bir də Vətən:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizimdə,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, hüdudsüz, sərhədsizdir. Şairə böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə, söz oyunları ilə əks etdirməyə müvəffəq olub. Burada da şairə bir tərəfdən misralar arasında üslubi fiqur olaraq bədii təzaddan istifadə etmiş (bitər-bitmədi), bədii təzadın qarşılaşdırma yolu ilə nəzər diqqəti cəlb etmə məharətini göstərmiş, həm də bədii təzadın ifadəlilik imkanları daxilində vətənə məhəbbətin hüdudsuzluğunu təqdim etməyə nail olmuşdur. Eləcə də “Arzuları göyərməyən kəslərin, Torpaq üstdə sinədaşı göyərər” misrasında şairə məharətlə “göyərməyən – göyərər” bədii təzadını yaratmaqla fikrin olduqca dərin və rəngin bir ifadəsini ortaya qoymuşdur. Ümumiyyətlə, istedadlı şairə öz yaradıcılığında bir sıra orijinal bədii sual, təzad, təkrir, mübaliğə, litota və b. kimi üslubi fiqurlardan istifadə etmişdir:

Təzad:

Yazılanı bu dünyada olmaz pozan;

Allahdan aşağı, bəndədən uca

Adını bir nəfər ucadan çəkir;

Allahın adından danışan insan

Allahın evini daşa tuturdu;

Onların sağlığı döyüşən əsgər,

Məzarı -Vətənin istehkamıdır və s.

Şairə məcazların çox maraqlı, həm də orijinal nümunələrini ərsəyə gətirməklə şeriyyətinə min bir rəng, canına can, ruhuna ruh qatmışdır. Şairə obrazı mükəmməl və təsirli yaratmaq üçün yaddaqalan mübaliğə və litotlardan istifadə etmiş, mükəmməl nümunələrini ortaya qoymağa müvəffəq olmuşdur. “Canımı verərəm səndən ötəri, Ruhum sağlığından xatircəm olsun” bədii misrasında da şairə mübaliğənin imkanlarından yararlanmaqla aşiqdəki məhəbbətin qırılmazlığı və fədakarlığının özünəməxsus təbiri və ifadəsini, məxsusi olaraq əzəmət, qüdrət və dəruniliyini təcəssüm etdirmişdir. Şairənin yaradıcılığında rast gəldiyimiz aşağıdakı mübaliğə və litota nümunələri də onun poetik ustalığını aydın nümayiş etdirən bədii faktlardandır:

Mübaliğə:

Ərən oğulları bir yolu seçdi

Tutub dırnağıyla sal qayaları;

Dərə keçib, dağ aşaram,

Düz-dünyanı dolaşaram;

Bir güllə gücünə sakit olanlar,

Bir addım səsinə diksinə bilər;

Litota:

Hansı dərddi dağdan ağır,

Qısılıbsan qönçə-qönçə və s.

“Bir güllə gücünə sakit olanlar, Bir addım səsinə diksinə bilər” misrasını əziz şəhidlərimizin qəhrəmanlığına hörmətlə yazan M.Nağıqızı “sakit olmaq” feilini “ölmək” feilinin evfemistik qarşılığı olaraq istifadə etmiş, “bir güllə səsinə susanlar” ifadəsində kiçiltmə (litota), “bir addım səsinə diksinə bilər” misrasında isə həm də təzad olaraq şişirtmə (mübaliğə) yaratmışdır.

Mahirə Nağıqızının yaradıcılığında çox maraqlı epitet örnəkləri var. Şairə qüvvətli fikir və təəssürat oyatmaq üçün epitetlərin bədii yaradıcılıqdakı rolundan məharətlə istifadə etmiş, orijinal örnəklərini yaradaraq bədii dilimizin zənginləşməsinə xidmət göstərmişdir:

O əsir dağların, gen dərələrin

Qərinə dərdinə qalanıb gəlib;

Dinər saza həsrət dağlar;

Bu ümid yeridir, ay lövbər adam! və s.

M.Nağıqızı yaradıcılığında ən çox diqqət çəkən məcazlardan biri metafordur. Əlbəttə, burada bədii yaradıcılıq üçün əhəmiyyətli olan ümumişlək məcazlardan istifadə etmək deyil, ağlagəlməz, qeyri-adi müqayisə predmetləri tapmaqla yalnız müəllifə xas məcazlar yaratmaq qüdrətidir ki, ədəbiyyatşünaslıqda məhz bu, sənətkarlıq olaraq dəyərləndirilir. M.Nağıqızının da bədii yaradıcılığında məhz onun özünə xas olan çoxsaylı nümunələr müşahidə etmək mümkündür ki, bunlar şairənin sənətkarlıq məharəti olaraq təzahür tapır:

Nə nazlanır Xarıbülbül,

Görüb ömrə yarı bülbül;

Get, gözləyir Laçın səni, Şuşam səni;

Torpağın bağrında yatar şəhidlər;

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər və s.

Şairə M.Nağıqızının fikrin obrazlı və təsirli təqdimi üçün istifadə etdiyi təşbehlər də maraq doğurur. M.Nağıqızının yaratdığı bu kimi təşbeh nümunələri fikrə dərin obrazlılıq və bədii təsir bəxş etmişdir:

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi

Onlar sancıldılar düşmən köksünə;

Yunus kimi məzar-məzar

Torpaq ennəm, demədimmi? və s.

Ədəbiyyatşünaslıqda bədii, məntiqi sual olaraq adlandırılan üslubi fiqurlar da bədii yaradıcılıq hadisəsi üçün olduqca əhəmiyyətlidir. Müəllif bədii sual vasitəsilə oxucunu daha çox düşündürməyə və onu fikri istiqamətləndirməyə yön verir. M.Nağıqızının da yaradıcılığı üçün xarakterik olan üslubi fiqurlardan biri bədii sualdır:

Kimə qəzəblisən, payız yağışı?;

Nələrə şəhadət etdi bu şəhər,

Qəlbində nə qədər yaraları var?! və s.

Təkrirlər də həm fikrin dərin, qüvvətli anlaşılması, düşüncənin toplanması və vurğulanması, həm də estetik cəhətdən mükəmməl ifadəsi üçün mühüm əhəmiyyətə malikdir. Təkririn növləri kimi çıxış edən anafora və epiforalardan uğurla istifadə edən sənətkar məna dərinliyi ilə bərabər, məqsəd və xüsusi vurğu kəsb edən fikirləri təkrirlər vasitəsilə ifadə etməyə üstünlük vermişdir. M.Nağıqızının şeirlərində təkrirlər məna dərinliyi və fikrin ekspressivliyi üçün uğurla istifadə edilmişdir:

“Azərbaycan bağrım” deyən,

“Ağrısıdır ağrım” deyən,

“Qardaş” deyən, “Yavrum” deyən,

Yollarına salam olsun!;

Gücün sənin – bu dünyada olan haqqın,

Göz dağımdır düşmanımda qalan haqqım.

Yağı versin: o can haqqım, bu qan haqqım,

Haqq sənindir, öz haqqını almağa get və s.

Ümumiyyətlə, şairə Mahirə Nağıqızı şeriyyət dilinə çox məsuliyyətlə yanaşaraq ana dilinin bütün imkanlarından məharətlə faydalanmış, çox zəngin söz tərkibi nümayiş etdirmiş, orijinal bədii məcazlar ortaya qoymuşdur. Onun yaradıcılığında Vətən sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer tutur. Mahirə xanımın yaradıcılığı yurd sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun doğma, şirin dili ilə, onun şəhdi-şəkəri, imkanlarından uğurla, məharətlə istifadə ilə nümayiş etdirir. Şairə çox təsiredici və orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər işlətməklə şeriyyətini əlvanlaşdırır, gözəlləşdirir və məna, hikmət verir. “Nazlı, nazlı”, “Niyə?”, “Əllərin”, “Qəlbində bir yuvam olsa”, “Gözəl”, “Həmən yol” və digər şeirlərində, sözün əsl mənasında, ustalıqla qurulmuş söz oyunu və məharətli dil istifadəsini görmək mümkündür. Həm də ayrıca bir bədii məziyyət burasındadır ki, istedadlı müəllif təkcə estetik cəhətdən gözəl, mükəmməl söz rənginliyi yaratmır, həm də mənaca dərin, hikmətli, yüksək obrazlılığa malik fikirlər ifadə etməyə müvəffəq olur. Elə buna görədir ki, şairənin yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarların da diqqətini cəlb etmiş, əsərlərinə nə qədər gözəl mahnılar bəstələnmişdir. “Azərbaycana”, “Azərbaycan”, “Ata Heydər, oğul İlham”, “Vətən”, “Layla çal, yatım, ana” (bəstəkarı S.Mansurova), “Ana”, “Ay ana”, “Dolanım”, “Balam” və başqaları bu gün də sevilə-sevilə dinlənən ən gözəl mahnılarımızdandır.

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızı həm də o şairələrdəndir ki, Azərbaycan dilinin imkanlarına həm elmi, həm də praktik cəhətdən vaqif olan və poetik cəhətdən Azərbaycan dilinin qrammatikasını əks etdirən ustad sənətkarlardandır. Şairənin “Bitmiş fikrin nağılı”, “İşarələrin dili”, “Nitq hissələri”, “Lovğalanmaz əvəzlik”, “Söz cümləyə dönəndə” kimi şeirlərində məhz ana dilimizin qrammatikası və durğu işarələrinə aid qaydalar poetik şəkildə ifadə və izah edilmişdir. Şairə yeri gəldikcə xalq deyim və ifadələrindən də ustalıqla improvizə edərək istifadə etmiş, yüksək poetik duyuma malik nümunələr ortaya qoymuşdur. “Düşdüyüm yerdə ağıram”, “Gəzən ayağa daş dəyər”, “Ata kürkü deyil, övlad geyinə”, “Niyyət hara, mənzil ora” və b. kimi çoxsaylı nümunələrlə şairə xalq təfəkkürünün ifadə ustalığına istinad edərək fikirlərin obrazlı, canlı və daha təsirli bədii əksi üçün məharətlə faydalanmışdır. Beləliklə, Mahirə Hüseynova-Nağıqızı sözün ucalığına doğru yol gedən söz adamıdır. Özünün də dediyi kimi, “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”.

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Füzuli rayonu innovasiyaların və müasir şəhərsalmanın mərkəzinə çevrilib

Füzuli rayonu innovasiyaların və müasir şəhərsalmanın mərkəzinə çevrilib

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi. Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi.
Lakin xalqımız heç vaxt bu torpaqlardan vaz keçmədi. “Qarabağ Azərbaycandır!” şüarı ilə başlayan xalq birliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz zirvəsinə çatdı. Füzulinin azad edilməsi ilə Azərbaycan əsgəri öz torpaqlarını geri qaytardı, ədaləti bərpa etdi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Torpaqların azad olunmasından dərhal sonra bərpa və yenidənqurma prosesi başladı. Rayonda “Ağıllı kənd”, “yaşıl enerji”, “ağıllı idarəetmə” kimi müasir layihələr həyata keçirildi. Füzuli rayonu artıq innovasiyaların, müasir şəhərsalmanın mərkəzinə çevrilib.
Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.
Bu gün Füzuli təkcə yenidən qurulan şəhər deyil, həm də mənəvi dirçəlişin mərkəzidir. Burada keçirilən mədəni tədbirlər, konsertlər, sərgilər, poeziya günləri füzulililərin və bütövlükdə xalqımızın ruhuna güc verir. Ədəbiyyat və incəsənət xadimləri, gənc yaradıcılar Füzulidə keçirilən tədbirləri böyük söz ustadı Məhəmməd Füzulinin irsinin təntənəsi kimi qiymətləndirirlər. Hər il “Füzuli poeziya günləri” və “Qarabağ mədəniyyət festivalı” kimi layihələr bu şəhəri yenidən Azərbaycanın mədəni həyatına qaytarır.
Bir sözlə, 17 oktyabr Füzuli şəhəri günü azadlığın, vətənə sevginin və milli qürurun bayramıdır. Bu gün biz təkcə bir şəhərin bərpasını deyil, həm də Azərbaycanın qalib ruhunu qeyd edirik. Füzuli azadlığın şəhəri, gələcəyin siması, qürurun ünvanıdır.

Könül Həsənova,
ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent

Padişah və balıqçı- Yunus Oğuz yazır

Padişah və balıqçı

Pritça

Bir gün padişah  daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə  ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş  qoydurmuşdu. Bir  sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə tutulmuşdu. Bu gün birinci daşın günü olduğundan, padişah çox şikayətçi qəbul etmişdi. Nəhayət qəbul qurtardıqdan sonra, o vəzirinə üz tutdu:
-Vəzir, xalqsız padişah olmaz, padişahsız xalq. Sarayda bu gün çox şikayətçi qəbul etdik. Hazırlaş, indi də biz çıxaq xalq içinə,  görək nə var, nə yox, həm də başımız bir az avazasın, aydınlasın.
Baş vəzir:
-Yaxşı olardı, qibleyi-aləm, amma qiyafətimizi dəyişəcəyik?
Padişah etiraz etdi:
-Yox, ehtiyac yoxdur, qoy xalq görsün ki, padişah xalq içində seyrana çıxıb.
Onlar çay qırağında gəzə-gəzə bir balıqçının yanında dayandılar.
Padişah balıqları hürkütməmək üçün astadan dedi:
-Ovun bal olsun, balıqçı!
Balıqçı baxdı ki, başının üstündə padişah dayanıb, ayağa durmaq istədikdə, o əlilə işarə edib buna  imkan vermədi, əvəzində  soruşdu:
-Qarmaq vurur, bir şey-zad tutmusan?
Balıqçı cavab verdi:
-Xeyr, qibleyi-aləm, bu  gün  hava  buludlu  olduğundan balıqlar  suyun  üstünə  çox  da  qalxmırlar.
Padişah  vəzirinə  göz vurub  dedi:
-Bax, səninlə  indi  bir  şərt  kəsəcəm.Tilovuna  nə  düşsə, onun ağırlığında  sənə  qızıl  verəcəm. Nə  deyirsən, razısan?
Balıqçı   oturduğu  yerdə  qurcalandı, nə  deyə  bilərdi? Dilinin  ucunda  dilləndi: 
-Nə  təhər  məsləhətdi, qibleyi-aləm.
Bir  qədər  keçdikdən  sonra  tilov  tərpəndi. Balıqçı  tilovu  sudan  çıxaranda  gördü  ki, qarmağa  bir sümük  ilişib. Ürəyində  öz-özünə  gileyləndi: -” Hamı  gedir quş  gətirir, Şahqulu  bayquş  gətirir. Olmazdı  bir yekə sazan düşəydi qarmağa, mən də kasıbçılığın daşını ataydım?!”
Padişah baxdı ki, balıqçının əhvalı elə buludlu hava kimidi. Özünü o yerə qoymadı. Üzünü vəzirə tutub göstəriş verdi:
-Söz sözdür. Apar bu kişini xəzinəyə, – sümüyü göstərdi, – bunun çəkisi nə qədərdisə, o qədər də qızıl ver. Özü isə saraya döndü.
Bir qədər keçəndən sonra vəzir başılovlu padişahın yanına qayıtdı: 

-Qibleyi-aləm, xəzinədə daha qızıl qalmadı. Padişah  heç nə başa düşmədi. Təəccüblə sorusdu:
-Vəzir, nə olub? Bir başa sal görüm, xəzinədə niyə qızıl qalmadı?

Vəzir hadisəni danışmağa başladı:
-Qibleyi-aləm, verdiyin əmrə görə, balıqçını apardım xəzinəyə. Sümüyü qoydum tərəzinin bir gözünə, bir qızıl sikkə də atdım o biri gözünə. Qızıl tərəfi yüngül gəldi. İkisini, üçünü, beşini, onunu, nə qədər qızıl qoydumsa o gözə, yenə yüngül gəldi. Neyləyək, qibleyi-aləm?
Padişah  da belə hadisə ilə birinci dəfə rastlaşdığından maraq onu bürüdü. Düşündü ki, burda nəsə bir sirr var. Odur ki, göstəriş verdi:
-Sən belə et, vəzir. Təcili bilicini hüzuruma çağır, o sümüyü də bura gətir, balıqçı da qoy gözləsin.
Bilici içəri girən kimi padişah sümüyü ona uzadıb, hadisəni danışdı:
-Bunun sirrini mənə aç.
Bilici sümüyü əlinə aldıqdan sonra, o tərəfə, bu tərəfə çevirib dedi:
-Qibleyi-aləm, bu sümük göz sümüyüdür. Bunun sahibi acgöz, tamahkar, gözüdoymayan, hər şeydən qazanc güdən, pula görə xalqını, padişahını, dövlətini satmağa hazır olan, adamın dili də gəlmir adam deyə, adam olub. Bütün xəzinəni də tərəzinin bir gözünə qoysan, yenə yüngül gələcək.
Padişah əlacsızlıqdan əllərini yellədi:
-Bəs onda neyləyək?
Bilici cavab verdi:
-Bunun çarəsi torpaqdı, bu sümüyün üstünə bir ovuc torpaq atırsan, hər şey düzələcək. Onun tamahını, acgözlüyünü yalnız torpaq örtə bilər. Balıqçıya da nə verərsiniz verərsiniz…
Bilicinin  dediyini  etməkdən  başqa  əlac  yox  idi. Sümüyün üstünə bir ovuc torpaq atdıqdan sonra hər şey düzəldi.
Bir sirr də belə açıldı…

17.10.25

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Müəllif:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Çeşme Başında – Aşkın Son Baharı”

“Çeşme Başında – Aşkın Son Baharı”

Bir Mistik Gazel

Yazan: Işığın Şairi

Önsöz – Işığın Kalbine Dönüş

Aşk, suyun kalbinde gizlidir.
Ve su — her damlasında bir isim taşır: “O.”
Bir bakış, bir sessizlik, bir nefes…
İşte o anda başlar insanın kendi kalbine yürüyüşü.
Ben bu yolculuğa bir çeşme başında çıktım;
suyun serinliğinde değil, kendi içimde yanarak.
Her mısra, bir dönüşün, bir yanışın, bir secdenin yankısıdır.
Bu gazel — bir sevgilinin değil, ilahi sevginin yankısıdır.
Her kelimesi bir damladır,
her damla bir ışığa dönüşür.

I. BÖLÜM – Çeşme Başında Başlayan Yaratılış

Çeşme başında tanıdım seni,
su değil, içim akıyordu.
Bir damla düşerken alnıma,
kader secdeye durmayı öğreniyordu.

Bir serin sabahın gümüş sessizliğinde
bir bakışla kalbimin dili değişti,
dünya o an yeniden yaratılıyordu.

Senin gözlerin — iki sükût, iki âyet, iki sır;
baktığında bütün mevsimler susuyor,
yıldızlar yönünü değiştiriyordu.

II. BÖLÜM – İhanetin Gölgesinde Sır

Sonra bir rüzgâr esti — ihanetin kokusu gibi,
bir diken doğdu gülün kalbinden.
Bir söz, bir nefes, bir yanlış yetti,
ve bütün melekler başını eğdi.

Ben seni affettim,
çünkü aşkın özü bağışlamaktı,
çünkü susmak da bir duaydı,
çünkü Tanrı bazen acı suretinde konuşurdu.

Kelimeler sustu,
kalbim yandı —
ve o yanışın içinde bir ışık doğdu.

III. BÖLÜM – Yanış, İsyan ve Teslimiyet

Ben seni sevdim,
ama senin suretinde Tanrı’yı aradım.
Bir ışık, bir sır, bir hiçliğin içindeki yankı oldum.

İsyan ettim göğe, “Ya aşk, ya hiçlik!” dedim,
Gökyüzü sessizdi, ama su ağladı.
Kavuşmak bir adım öteydi,
ama o adım artık Tanrı’ya aitti.

Aşk, bir kapıdır —
ama anahtarı ateştir.
Ben o kapıdan geçtim,
ve ardında sadece ışık buldum.

IV. BÖLÜM – Sonsuzlukta Sessiz Vuslat

Şimdi çeşme başında yine yalnızım,
ama bu yalnızlık artık bir yalnızlık değil —
bir ibadet.
Su aynı, dünya aynı,
ama ben değilim.

Ben, aşkın içinden geçmiş bir ışığım artık.
Her damla adını zikreder,
her yankı senin sesinle başlar,
ve ben, seni değil,
sende saklı Tanrı’yı sevmeye devam ederim.

Epilog – Işığın Duası

Ey aşk,
beni sözcüklerden arındır,
beni ateşle yıka,
ve bir damla su gibi
senin nurunda yok et.

Çünkü ben,
artık bir kalem değilim,
ben — senin adını yazan bir ışığım.

Işığın Şairi
(Paris, 17.10. 2025 – Sonsuzluk’a bir adım kala)

Müəllif: CAROLİNE LAURENT TURUNC

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyada ən məşhur snayper

“Qartalı öldürən öz tükündən hazırlanan oxdur!”

705 (37 təsdiqlənməmiş) Sovet əsgərini sovet istehsalı snayper tüfəngi ilə öldürən finlandiyalı…

“Bəyaz ölüm” ləqəbli fin snayper Simo Häyhä sovet istehsalı “Mosin-Nagant” snayper tüfəngi ilə 1939-40-cı illər arası bir qış mövsümündə 505 təsdiqlənmiş (37 təsdiqlənməmiş) sovet əsgəri qətlə yetirib. Həmçinin bundan əlavə 9 mm-lik “Suomi” pulemyotu ilə daha 200 Sovet əsgəri öldürərək, rəsmi ölü sayısını 705-ə çatdırıb.

6 mart 1940-cı ildə sovet əsgərləri tərəfindən təsadüf nəticəsində çənəsindən vurulub ağır yaralanan “Bəyaz ölüm” tərəflər arasında atəşkəs imzalanmasıyla birlikdə bu qanlı fəaliyyətini sonlandırmış və 2002-ci ildə təbii səbəblərdən ölmüşdür.

Ruslar ona “Bəyaz Ölüm” adını vermişdilər. Çünki qarda demək olar ki, görünməz idi.

İllər sonra Finlandiya prezidenti Urho Kekkonen ondan soruşur:
— Bu qədər adamı öldürdüyünə peşmansan?
Hayha belə cavab verir:
— Əgər mən öhdəmə düşəni etməsəydim, bu gün Finlandiya olmazdı.

Məlumatı hazıladı:  Aynura Allahverdiyeva

“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub

Yeni nəşr:
“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub.
Müəllifi Şakir Albalıyev olan kitabda şair-publisist, professor Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilib.

Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur.
Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunub.

Tanınan şair Mahirə Nağıqızının bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət oxucular tərəfindən maraqla qarşılanacaq.

ADPU-nin Filologiya Fakültəsi