Biz bilirik ki, sükut nə sözlərin manipulyatorudur, nə də işgənəçi. O, hörmət oyadan ağrıya bənzəyir; biləyimizin çayı, damarlarımızın dənizi kimidir. O, bizi müşahidə edən və bizə saf enerji qaytaran dosta oxşayır; sümüklərə işləyən pası yumşaldan bir yağlayıcıdır, kölgəyə çevrilənədək. Çox vaxt detektiv rolunu oynayır: “kukla”nın ipini toplayır, zamanı yükləyir və peşmanlıqları ilə birlikdə geri qaytarır, rejissorun əfsanəvi səhnəni çəkdiyi kimi onu dəyişdirir. Yazıçı, əzab, ağrı və gözlənti ilə söz arasında həqiqi bir bağ yaranır, əgər işıq sehrli fənər kimi çıxış edirsə və onun intensivliyini tutub şeirə, nəqlə, fabula və şah əsərə çevirirsə. Qaranlıq qanımızın çırpınmasını hiss edir və bizi nigarançılıqdan uzaqlaşdırır; o, daxili vaxtımız, xarizmatik bir varlıq olur. Şübhənin sübhü qapını döyür; ən dərin çapıq cazibədar bir varlığa çevrilir; göy üzü bədənimizi və düşüncəmizin düyünlərini çılpaq göstərən bir ekranın işığını daşıyır. O gizli profilimiz, uzun müddət – hətta ictimai və mədəni mühitdə də – taxdığı “maskadan” nəhayət azad olur.
“İskelet”, hadisələrin vəhşiliyinə baxmayaraq, yavaş-yavaş yenidən çiçəkləməyə başlayır; sanki yabanı küləkdən döyülmüş, baltayla budaqları kəsilmiş ağacın qol-budaqları kimi. Söz bir ikonaya çevrilir, oxucularının qarşısına zərifliklə çıxır; onun baxışı aydındır, şəxsi izi, təbii istedadı vardır: incə texnika, qafiyələrin zərifliyi, həyatın ağırlığı, illər boyu şöhrətin zərbəsinə dözmək məcburiyyəti, həm də paxıllığın soyuqluğu. Zaman keçdikcə insan anlayır ki, yanlış ata bel bağlayıb, amma yenə də mübarizə aparmaq, məğlubiyyətdən sonra rinqdə ayağa qalxmağı bacarmaq lazımdır. Heç vaxt duyğularımızın etimadını satmamaq, “ölü” və keçici hüceyrələrdən qurtulmaq. Uzun illər boyu çəkilmiş pislikləri “tabuta” möhürləmək – zəriflik və təmkinlə. Zaman hər zaman düşmən deyil; o, sabahımızdır, bu günümüz və keçmişimizdir, həm də bir ata kimidir – əgər şeirə olan heyranlıq öz kimliyimizi yaratmaq istəyilə qarışırsa. Xəyal – yaradıcılığın rəng palitrasıdır; zamanla sevinclə sevilən bir tabloya çevrilir. O, sözdən qabaq doğulur və ona həyat verir. Onu qarşımıza alanda yeni hekayələrin qapısı açılır, sanki pəncərəni küləyə açıb otağı işıqla doldurmaq kimi. Xəyalın özü də qaranlıqdan qorxmur, əksinə, qaranlığın sinəsini yararaq ona nəfəs olur. O, bizə unudulmuş səsləri xatırladır: babamızın yorğun barmaqlarıyla tar çalmasını, bir ananın dizində yatarkən eşidilən ninni səsini, uşaqlıqda küləyə qarşı qoyulmuş çığırtımızı. Hər bir xəyal, sükutun qaranlıq bədənində doğulmuş işıqdır. O işıq sözə toxunduqda, şeir olur; musiqiyə qarışanda, ahəngə çevrilir; daşın üstündə dayananda, abidəyə dönür. Amma ən dərin xəyallar çox vaxt qovulmuş qaçqın kimidir: bizdən uzaqlaşmaq istəsə də, içimizdə gizlənərək yaşamağa davam edir. Onlar gündüzün işığında görünməsə də, gecənin ən tənha çağında birdən qarşımıza çıxır, bizi öz güzgümüzə baxmağa məcbur edir. Yazıçı üçün isə bu xəyallar – həm dost, həm də düşməndir. Dostdurlar, çünki bizə yazmaq üçün qanad verirlər; düşməndirlər, çünki gecələrimizi oğurlayır, qəlbimizi parçalayır, bizdən həmişə daha çox səmimiyyət tələb edirlər. Tarix – sadəcə daş kitabələrdə oyulmuş yazı deyil, o həm də insan ruhunun əbədi xəyallarında yaşayır. Bir millətin xatirəsi, əslində, onun gördüyü və qoruduğu yuxulardan ibarətdir. Əgər xəyal olmasaydı, qədim şəhərlərin qapıları yenidən açıla bilməzdi; şairlər öz səslərini gələcəyə əmanət edə bilməzdilər. Xəyal – zamanın dərinliyində gizlənmiş bir körpüdür: dünənlə sabahı birləşdirən, bizi özümüzə qaytaran gizli yol. O, bəzən susar, amma heç vaxt ölməz. Bir uşaq təbəssümündə, bir qoca baxışında, bir qadının dualarında yenidən boy göstərir. Elə bil, hər bir xəyal – tarixin öz qəlbindən bizə ötürdüyü səssiz məktubdur. Biz oxuduqca, o məktubun sözləri genişlənir: bir gün şeirə çevrilir, başqa gün musiqiyə, və bir gün gələcək nəsillərin yaddaşına hopur. Beləcə, tarix – keçmişin daş yaddaşı deyil yalnız; tarix – insan xəyalının heç vaxt sönməyən alovudur.
Maria Teresa Liuzzo, italyan şairəsi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, “P. Benintende” Lirik-Drama Assosiasiyasının Prezidenti, “LE MUSE” ədəbi jurnalının baş redaktoru
Tərcümə: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Arlington Milli Məzarında yerləşən və heç kimin həyatını risk etmədən yaxınlaşa bilməyəcəyi qədər təhlükəli bir məzar var. Bu məzar, 1961-ci ildə baş verən və ABŞ nüvə enerjisi tarixində ən şok edici qəzalarından biri olan SL-1 reaktor qəzasının qurbanı Rişard Leroy Makinliyə aiddir.
SL-1 Qəzası
SL-1, ABŞ-ın Aydaho Dövlət Laboratoriyasında yerləşən kiçik bir hərbi nüvə reaktorudur. 3 yanvar 1961-ci ildə reaktorun nüvə çubuqlarından biri qəfildən çıxarılır və kritik vəziyyət yaranır. Bu, ani nüvə partlayışı ilə nəticələnir. Partlayış zamanı üç işçi həlak olur, onlardan biri də Rişard Leroy Makinlidir. Qəza o qədər ciddi idi ki, partlayış zamanı buraxılan radiasiya onların bədəninə ölümcül dozada təsir etdi. Makinlinin bədəni o qədər çox radiasiya udmuşdu ki, onu adi üsullarla basdırmaq mümkün deyildi. Buna görə də nüvə mühəndisləri dünyada bənzəri olmayan bir məzar hazırladılar:
Məzar metrlərlə yerin altında yerləşir və təbiət şərtlərindən tam izolyasiya olunub. Çoxqatlı Tabut Sistemi: Makinlinin bədəni ilk metal tabuta qoyulur, sonra bu tabut bir neçə əlavə tabutun içində yerləşdirilir. Hər bir tabut pambıq, plastik və xüsusi naylon qatları ilə vakuumda möhürlənir. Son qat isə qurğuşunla örtülmüş tabutdur, radiasiyanın yayılmasını minimuma endirir.
Təhlükəsizlik: Məzara icazəsiz yaxınlaşmaq qeyri-mümkündür. Məzarlıq qoruyucuları və xüsusi protokollar radiasiya təhlükəsini önləmək üçün hazırlanıb. Makinlinin bədəni hələ də radiasiya yayır, bu səbəbdən məzar “dünyanın ən təhlükəli məzarı” adlandırılır.
Bu məzar, nüvə enerjisinin gücünü və təhlükəsini xatırladan bir xəbərdarlıq rolunu daşıyır: Atomun gücü bağışlamır və bəzi şeyləri zaman belə basdıra bilmir.
SL-1 qəzası və Makinlinin məzarı nüvə təhlükəsizliyi sahəsində dərs oldu. Qəza nəticəsində gələcək reaktor layihələrində təhlükəsizlik protokolları gücləndirildi, işçi təhlükəsizliyi və radiasiya izolyasiyası standartları ciddi şəkildə yeniləndi.
Bir neçə gün əvvəl illər öncə də xeyli müzakirə olunmuş Tereza Ananın şəkilləri qarşıma çıxdı. Dedim, əlüstü bir az araşdırım bunu. Baxdım ki, “mərhəmət mələyi” kimi tanınan bu qadın haqqında həm heyranlıq dolu yazılar, həm də kəskin ittihamlar var. Maraqlıdır, həqiqətən o, insanlara şəfa gətirən bir mələk idi, yoxsa sadəcə mifləşdirilmiş bir sima?
Tereza Ananın rəhbərlik etdiyi “Missionaries of Charity” – “Xeyriyyə bacıları” təşkilatı illərlə kasıblara və xəstələrə yardım mərkəzi kimi təqdim olunub. Amma müxtəlif illərdə yayılan şahid ifadələri və araşdırmalar bu “xeyirxahlıq evlərinin” arxasında tükürpədici mənzərə olduğunu göstərib. “Lancet” tibb jurnalının baş redaktoru Robin Foks 1994-cü ildə “Ölüm evi” adlanan müəssisəni araşdırarkən yazıb ki, xəstələr döşəməyə salınmış köhnə matraslarda yatır, tibbi alətlər bir neçə dəfə yuyulmadan istifadə olunur, ağrıları azaltmaq üçün isə yalnız aspirin verilirdi. Könüllülərin sözlərinə görə, orada sanitar qaydalar demək olar ki, yox idi, insanların çoxu “dua və təslimiyyət”lə ölümə tərk edilirdi. Könüllülərdən biri müsahibəsində deyib: “Orda 15 yaşlı bir oğlan vardı. Böyrəkləri ağrıyırdı, antibiotik vermədilər. Ağrısı gücləndi, əməliyyata ehtiyac vardı. Mən dedim, onu xəstəxanaya aparmaq lazımdır. Cavab verdilər ki, birinə kömək etsək, hamı istəyəcək.” Araşdırmalar göstərir ki, Tereza Ananın fonduna daxil olan milyonlarla ianə çox vaxt ehtiyac sahiblərinə yönəldilməyib. Dünya mediasının yazdığına görə, pulların böyük hissəsi Vatikan strukturlarına və yeni missioner mərkəzlərin açılmasına sərf olunub. Düşünün ki, bu Vatikana 3 milyard dollardan çox gəlir gətirib. Bəziləri hesab edir ki, onun “müqəddəs” elan olunması sırf dini yox, həm də siyasi – iqtisadi məqsədlər daşıyıb. Britaniyalı jurnalist Kristofer Hitçens uzun illər Tereza Ananın fəaliyyətini tədqiq edib və nəticədə “Hell’s angel” “Cəhənnəm mələyi”adlı sənədli film hazırlayıb. Film Tereza Ananı fırıldaqçı kimi təsvir edir. Hitçensin fikrincə, Tereza Ana kasıbların əzabını azaltmaq istəmirdi, əksinə, bu əzabı “Allahın iradəsi” kimi qəbul edərək müqəddəsləşdirirdi. Bu baxış bir çox Qərb mediasında rezonans yaratdı. Əvvəllər “mərhəmət simvolu” kimi təqdim edilən Tereza Ana, getdikcə dini fanatizm və riyakarlığın təcəssümü kimi görünməyə başladı. 2005–2010-cu illərdə Bikash Bhattacharya da Tereza Ananı sərt tənqid edənlərdən biridir. Onun sözlərinə görə, Tereza Ana xəstəliklərə qarşı çıxmaq əvəzinə, onları təbliğ edib. Kasıblığın səbəbləri ilə deyil, görüntüsü ilə məşğul olub. Bu fikirlər Hindistanda böyük müzakirələrə səbəb olub. Bəzi hind alimləri hesab edir ki, Tereza Ananın fəaliyyəti Qərbin “aşağı baxışını” gücləndirib, yəni Hindistanı kasıblıq və acizlik ölkəsi kimi təqdim etməyə xidmət edib. İtalyan jurnalist Giorgio Brusko isə həbsdə olan zaman onun kanonlaşdırıldığını eşidib belə demişdi: “Əgər Tereza Ana müqəddəsdirsə, mən İsa Məsihəm.” Bu ifadə son illərdə onunla bağlı yaranan inamsızlığın simvoluna çevrilib.
Mənimlə söhbətə başlayanda, Vətən müharibəsi qazisi Seymur Məmmədovun baxışlarından dərhal anlamaq olurdu ki, onun qəlbində hələ də müharibənin səs-küyü, toz-torpağı, barıt qoxusu yaşayır. O sanki hər kəlməsi ilə məni də o günlərə aparmaq istəyirdi. Danışmağa təmkinlə başladı, elə danışdıqca səsində həm qürur, həm də dərin kədər hiss olunurdu: “Mən o günlərdə həm sevincli, həm də kədərliydim”, – dedi. “Sevinirdim, çünki torpaqlarımız işğaldan azad olunurdu. İllərlə həsrətində olduğumuz yurd yerlərinə qovuşmaq hissi adamın damarlarında qanı qaynadırdı. Amma eyni zamanda kədərli idim, çünki silah yoldaşlarımızın şəhid xəbəri gəlirdi. İnanın ki, o qarışıq hissi ancaq yaşayan bilər. Bir tərəfdən qürur, digər tərəfdən içində izaholunmaz bir boşluq”. Bir anlıq susur, dərin nəfəs alır. Sonra isə gözlərimə baxaraq əlavə edir: “İlk döyüş təcrübəsi insanın yaddaşına silinməz iz qoyur. Mən də bunu yaşadım. Həm qorxu, həm də qürur eyni vaxtda insanın ürəyində yuva qurur. Elə bir andır ki, insanı kökündən dəyişdirir. Mən müharibədən əvvəlki Seymur deyildim artıq. Hər şeyə başqa cür baxmağa başlamışdım”. Qazinin yaddaşında qalan ən ağır döyüşlərdən biri Füzuli rayonunun Çanaxçı kəndində baş verib. O hadisəni xatırlayanda sanki sözləri boğazında düyünlənir: “Ən çətin tapşırığımız orada oldu. Həmin yerdə üç şəhid verdik, dörd yaralı oldu. Çanaxçı döyüşü bizdən həm güc, həm də böyük dözüm tələb edirdi. Hər an ölümlə üz-üzə idik. Amma o ağır tapşırığın da öhdəsindən gəldik. Qardaşlarımızın qanı bahasına olsa da, uğur qazandıq. Söhbət əsnasında o, bir xatirəni bölüşür: “Bir silahdaşımız ağır yaralanmışdı. “Mənə bir az su verin, içim…” – dedi. Mən hələ də o anı gözümün önündən silə bilmirəm. O suyu içməyə macal tapmadan şəhid oldu. Bilirsiniz, insan o an öz acizliyini anlayır. Heç nə edə bilmirsən, sadəcə, baxırsan…” Müharibə bitəndən sonra onun həyatında yeni bir mübarizə başlayıb. Bu dəfə özü ilə, içindəki yaralarla. O, söhbət zamanı bunları gizlətmədi: “Döyüşdən qayıdandan sonra mənim də yaralarım, travmalarım oldu. Hələ də o günlərin ağrısını içimdə daşıyıram. Psixoloji problemlərim davam edir. Xüsusilə də xidmət yoldaşlarımın şəhid olmalarını qəbul edə bilmirəm. İnsana ən çox təsir edən odur ki, dostun, yoldaşın sənin yanında can verir, sən isə əlindən heç nə gələ bilmədiyini görürsən. Bu, insanın içində ömürlük iz buraxır”. Onun sözləri məni də dərindən sarsıdır. Elə bil, qarşımda oturan müharibədən sağ qayıtmış bir xatirədir. Sonra sözünə davam edir: “Ən böyük dərsi də orada öyrəndim: insan sevdiklərinin qədrini bilməlidir. Hər günü son günümüz kimi yaşamalıyıq. Çünki sabahımızın olub-olmayacağını heç kim bilmir. Müharibə insana bunu öyrədir”. Mən onu dinlədikcə anlayıram ki, müharibənin əsl siması döyüş meydanında yox, insanın qəlbindədir.
Alatoran Yayınlarında çıxan son kitablardan biri haqqında xüsusi olaraq danışmaq istəyirəm. Bu Niderland yazarı Ilja Leonard Pfeijffer-in “Grand Hotel Europa” romanıdır. Ilja Leonard Pfeijffer hazırda Niderlandın ən çox tərcümə olunan və Avropa miqyasında postmodern və humanist baxışları birləşdirən aparıcı müəlliflərindən biridir. Onun əsərləri çox vaxt Umberto Eco, Milan Kundera və Claudio Magris kimi yazıçılarla müqayisə olunur. “Grand Hotel Europa” romanı 2018-cı ildə nəşr olunandan sonra qısa vaxt ərzindən 15-dən çox dilə tərcümə olunub. Təkcə Niderlandda deyil, bütün dünyada tanındı, bestseller oldu, bu günədək 250.000-dən çox nüsxə satılıb.
Roman Avropanın simvolik portreti kimi qiymətləndirilir, tənqidçilər onu “XXI əsrin böyük Avropa romanı” adlandırdılar.
Pfeijffer həm şair, həm esseist, həm də roman yazarı kimi tanınır. O, klassik filologiya üzrə təhsil alıb (Leiden Universiteti), antik ədəbiyyata və Avropa mədəniyyətinə dərindən bələd olduğu üçün əsərlərində mədəni irs, qloballaşma, kimlik və nostalgiya mövzularını fəlsəfi, eyni zamanda ironik tonda işləyir. “Grand Hotel Europa” — müasir Avropa ədəbiyyatının ən iddialı və çoxqatlı romanlarından biridir. Əsər həm şəxsi hekayə, həm də mədəni-fəlsəfi manifest kimi oxunur — keçmişin cazibəsi ilə qloballaşan dünyanın reallıqları arasında sıxışmış Avropanın portretini yaradır.
Onun dili zəngin, bəzən teatral, bəzən şeiriyyətlidir – oxucunu həm intellektual, həm duyğusal səviyyədə cəlb edir. Azərbaycan dilinə çox yaxşı tərcümə olunub (ingiliscədən), ciddi redaktor baxışından keçib.
Roman üzərində beynəlxalq film layihəsi hazırlanır (ssenari mərhələsindədir).
Qısaca desək, Ilja Leonard Pfeijffer hazırda Niderlandın ən çox tərcümə olunan və Avropa miqyasında postmodern və humanist baxışları birləşdirən aparıcı müəlliflərindən biridir.
Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi
Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli ruhun, vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin bədii ifadəsini yaradan sənətkarlar arasında Zaur Ustac xüsusi yer tutur. Onun yaradıcılığı həm bədii dəyəri, həm də ideya-mənəvi məzmunu ilə xalqın yaddaşında əbədi yaşayacaq dəyərli bir məktəbə çevrilib. Ustac poeziyasında Böyük Zəfər, yəni 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, yalnız hərbi hadisə kimi deyil, milli oyanışın, mənəvi birliyin və tarixi ədalətin bərpasının poetik simvolu kimi təqdim olunur.
Zaur Ustacın qələmi ilə yaranan hər misra xalqın ürəyindən doğan, igidlərin qanı ilə yoğrulan bir tarix dastanıdır. O, Zəfəri təkcə səngərlərdə deyil, ruhların dərinliyində, qəlblərin dirçəlişində, millətin yenidən doğuluşunda axtarır. Onun “Ustacam”, “Dağlar”, “Üç qardaş” , “Qardaş”, “Vətən oğlu” kimi poetik nümunələrində söz, məna və duyğu birləşərək vətənpərvərlik ideyasını ucalıq zirvəsinə qaldırır.
Zaur Ustac üçün Böyük Zəfər yalnız bir qələbə günü deyil, Azərbaycan xalqının minillik mübarizəsinin bəhrəsi, şəhidlərin arzusunun gerçəkləşməsi, ədalətin haqqı tapmasıdır. Onun şeirlərində Qarabağ torpağı “müqəddəs ana qucağı”, Şuşa “millətin qürur qalası”, şəhidlər isə “haqqın əsgərləri” kimi tərənnüm olunur. Bu obrazlar həm xalqın tarixi yaddaşını dirildir, həm də gələcək nəsillərə mənəvi örnək yaradır.
Zaur Ustacın poeziyası özündə həm müasir bədii ifadə, həm də klassik ənənələrin davamını daşıyır. O, Füzulinin qəlb yanğısını, Əhməd Cavad və Səməd Vurğunun vətənpərvərlik ruhunu bu günün reallığı ilə birləşdirərək yeni bir estetik cığır açır. Ustacın poetik dili sadə, lakin dərin mənalıdır — hər sözü bir amalın, hər misrası bir ruhun səsini daşıyır.
Böyük Zəfərin tərənnümündə şairin üslubu bir çağırış, bir nida kimidir:
“Hər səngər məbədidir, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!”
Belə misralar yalnız poeziya deyil, xalqın ruhunun səsi, Vətən sevgisinin andı kimidir.
Zaur Ustac yaradıcılığı ilə təkcə bir dövrün bədii salnaməsini yazmır, həm də qələbənin mənəvi fəlsəfəsini formalaşdırır. Onun poetik baxışında Böyük Zəfər – azad torpaqların dirçəlişi ilə yanaşı, insan ruhunun azadlığı, millətin öz kimliyinə qayıdışı deməkdir.
Buna görə də Zaur Ustacın yaradıcılığı bu gün ədəbiyyatımızda Zəfərin bədii dastanı, Vətən sevgisinin müasir manifesti kimi dəyərləndirilir. Onun misralarında Azərbaycan əsgərinin iradəsi, xalqın duası, bayrağın əbədi qaldırılması inamı yaşayır.
Zaur Ustacın poetik yaradıcılığı Böyük Zəfərin tərənnümündə milli düşüncənin, mənəvi dirənişin və ədəbi irsin təntənəsidir. Onun şeirləri xalqın birliyini, şəhidlərin müqəddəs xatirəsini və azadlığın ucalığını əks etdirən bədii bir abidədir:
“Ustacam, vətənim vətən içində,”
və ya
“Hələ nə zəfərlər gözləyir bizi,”
Zəfərin bu poetik səlnaməsi gələcək nəsillərə bir mesajdır: “Bu torpağı qorumaq, onu sevmək, onun uğrunda yaşamaq – Zəfərin əsl mənasıdır!”
Biz bu nidanı onun təkcə şeirlərində deyil publisistik məqalələrində həmişə hiss edirik.
Böyük Zəfəriniz mübarək, Zaur bəy! Gözlədiyiniz bütün zəfərləri görmək-qazanmaq nəsib olsun!
“Mücrü” nəşriyyatı “Yol” adlı sanballı və lazımlı bir kitab nəşr edib. Kitabın xeyli iddialı təqdimatı var və haqq üçün deyim ki, bu iddia xeyli əsaslıdır: “Həyatı və özünü dərk etməyə çalışan hər kəs üçün bir düşüncə səyahəti… Xoşbəxtlik nədir? Həyatın mənasını necə tapa bilərik? Kitab aktual suallar qoyur, dilemmalara toxunur, zehnimizdəki gizli mexanizmlərə diqqət çəkir, beyin fırtınası keçirməyə çağırır”. Kitabın müəllifi Simran Qədimi tanıyıram, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, romanlar, publisistik yazılar müəllifidir. Fiziki məhdudiyyətlərə səbirlə sinə gərib həyatını mütaliəyə və yazmağa həsr edən əzmkar bir gəncdir. Ləng fiziki gücünün əksi olan iti beyni, sərrast müşahidə qabiliyyəti və ağıllı təhlilləri heyranlıq doğurur. Kitabı oxuduqca müəllifin zəngin mütaliə və müşahidə dairəsi ilə tanış olur, gəldiyi qənaətlərin, çıxardığı nəticələrin dəqiqliyinə təəccüblənirsən. Həm də istər-istəməz düşünürsən: bir otaqdan çıxmadan, kitabların gücüylə belə aydın düşüncəyə, ağıllı qənaətlərə sahib olmaq axı necə mümkündür? Kitabı “7 dayanacağ”a bölən müəllif şəxsiyyətin formalaşmasından tutmuş, ecazkar layihə mərkəzi adlandırdığı elmi yeniliklərə, informasiya burulğanından süni zəkaya, robotlaracan psixoloji dalğalanmaların havasında minillik suallara cavab axtarışına çıxır. Hər “dayanacaq”da da təəccübləndirməyə, rəğbət qazanmağa davam edir. “Buddizmə görə, xoşbəxtlik əzabın olmamasıdır. İstəklərimizi azaltsaq, ruhi-mənəvi dincliyə – nirvanaya çatarıq. Konfutsiçiliyə görə, xoşbəxtlik insanpərvərlikdir. Daosizmə görə, həyatın təbii axarı ilə barışmaqdır. Stoiklərə görə, xoşbəxtlik xeyir əməllərdir”. Bəs bu minillik qənaətlərdən sonra, çağdaş dövrün ab-havasında bu suallara kitabda necə cavab verilir? Müəllifin qənaətləri ilə tanış olmaq üçün kitabı oxumaq lazımdır. Oxusanız, peşman olmayacaqsınız. Bəlkə kitablara marağın azaldığı indiki zəmanədə Simran öz düşüncələrini həm də qısa-qısa sosial şəbəkədə, öz profilində paylaşsa, daha çox diqqət çəkə bilər. Naşir Müşfiq Xana ayrıca təşəkkür edirəm. Bu kitabı nəşr etməklə savab iş görüb. Təbliğini və reklamını da qurmaq lazımdır. Bədbin deyiləm, ən xaotik, qarmaqarışıq, ağız deyəni qulaq eşitmədiyi tiktokvari zəmanədə də ağıllı fikirlərin, dərin düşüncələrin sakit beyinlərdə reaksiya doğuracağına çox inanıram. Simrana isə güc, enerji və sonsuz şövq arzulayıram.
Doğu Türkistan’ın İli Nehri üzerindeki Gulca Kentinde, 4 Temmuz 1919′da dünyaya geldi. 1932′de öğrenimine İstanbul’da devam etti. Almanya’da Berlin Üniversitesi’nde ve İstanbul Teknik Üniversitesi’nde inşaat yüksek mühendisliği okudu.
Almanca, Rusça, İngilizce, ve Türk lehçeleri (Tatarca, Özbekçe, Başkurtça, Tarançıca, Kaşkarlıkça (yani Uygurca), Kazakça, Kırgızca, Azerice, Türkiye Türkçesi ile kendi ana lehçesi olan, Tümenlikçe) dışında Yunanca, Latince, İtalyancayı meslek araştırmalarına yarayacak kadar bilen Mirşan, hayatının büyük bir kısmını Türk tarihi ile ilgili yeni tezler ortaya atarak büyük tartışmalara yol açtı.
Etrüsk Yazısını dünyada ilk defa okuyan Mirşan, Orhon-Selene Yazıtları üzerinde de incelemelerde bulundu. Atlantis olarak bilinen mitolojik uygarlığa ilişkin yeni iddialar ortaya attı. Bunun yanında Türk tarihiyle ilgili tartışma yaratacak yeni teoriler öne sürdü.
Yaşamı boyunca;
Etrüsk Yazısını dünyada ilk defa okudu. Orhon-Selene Yazıtları üzerinde eşşiz incelemelerde bulundu. Onbinlerce yıllık Türk tarihini aydınlatıcı çalışmalar yaptı. Sölgentaş Mağarasında Türkçenin 16.000 yıllık izlerini buldu.
Çeşitli Savları
Yazı M.Ö 16.000 yılında Türkler tarafından icat edildi.
Kürtçe’nin Ön-Türkçe’den sözcükler barındırdığı gibi bu sözcükleri Arapça ve Farsça’ya da taşımıştır.
Anadolu’da da Ön-Türkçe yazıtlar bulunmaktadır.
Latin, Yunan, Fenike ve Kril alfabelerinin Ön-Türkçe’den oluşmuştur.
Roma’nın küllerinden kurulduğu medeniyet olan Etrüskler Türk’tür. (Etrüskçe yazıtlar ilk defa 2004 senesinde Kazım Mirşan tarafından çözümlenmiştir.)
Etrüskçe Türkçe’dir
Skandinavya ve Avrupa’da 5000′den fazla Türkçe yazıt bulunmaktadır.
Mısır’daki eşteşlerinden 2000 yıl daha eski ve iki kat daha büyük olan ve şu anda yasaklanmış bölgede bulunan piramitler Türkler tarafından yapılmıştır.
Eserleri Türkçe
1966: Türk Metriği
1970: Prototürkçe Yazıtlar
1978: Altı Yarıq Tigin (182)
1983: Prototürkçe’den Bugünkü Kürtçeye
1983: Urgun-Selene Yazıtları için Kabul Olunan Tarih Tespitlerinin Yeniden Gözden Geçirilmesi
1985: Anadolu Prototürkleri
1990: Prototürk Bilginlerine Göre Astrofizik
1991: Bolbollar
1993: Prototürkçe Yazıtlar Hakkında Konferans
1993: Yazı İşretleri
1993: Alfabetik Yazı Başlangıcı ve Glozel Yazıtları
1994: Alfabetik Yazı Başlangıcı
1992: Tatarcanın Türk Alfabesi İle Yazılması (12)
1995: Side Bitigtaşları
1995: Öztürkçe “-sal” eki
1996: Preportekiz Bitigtaşları
1996: Barış Yolunda Eğitim
1997: Bugünkü Avrupa Dillerinde Prototürkçe İzleri
1996: Fiillerin İsim Ve Mastar Halleri İle Sıfat-Fiil ve Zarf-Fiil Alanlarında Bugünkü Avrupa Dillerinde Etrüskçe İzleri
1998: Dinlerin Gelişimi, Erken Türk Dininden Doğan Dinler, Side, Pre-portegiz, Glozel, Pre-Mısır, Etrüsk, Protpgrek ve Hinduizm, Tevrat, İncil, İslam
1998: Etrüskler, Tarihleri, Yazıları ve Dilleri
1999: Türk Takvimi
1999: Erken Türk Devletleri ve Türük Bil
2000: Sölgentaş Mağarası
2000: Bilge Atun Uquq: Türük Bilge Qağan Nine Bitig
2000: Moğulstandaki Kısa Yazıtlar
2000: Hiyeroglifler
2000: Avrupa,Sibir ve Orta Asyadaki En Eski Yazıtlara Dayanılarak Deşifre Edilen Pra-Mısır Hiyeroglifleri
2001: Makaleler
2003: Erken Türklerin Skandinavya Yazıtları
İngilizce
1986: Univerzum bir çerçeve gibi Statik bir sistemidir?
1992: Anadoludan Piktogrammlar, Petroglifler, ISUB-ÖG ve UW-ON yazıtları
1992: Prototürk Bilginlere göre Kozmik invariansların Manipülasyonu
1996: Fiillerin İsim ve Mastar Halleri ile Sıfat-Fiil ve Zarf-Fiil alanlarında Bugünkü Avrupa Dillerinde Etrüskçe İzleri
2000: Avrupa,Sibir ve Orta Asyadaki En Eski Yazıtlara Dayanılarak Deşifre Edilen Pra-Mısır Hiyeroglifleri
2002: Eski Türk Bilginlerine göre Fizik ve Astrofizik Bilimi [The Science of Physics and Astrophysics According Old Tukish Scholars]
2003: Erken Türklerin Skandinavya Yazıtları
2003: Erken Türklerin Anadolu Yazıtları
Almanca
1968: Hiperstatik Sistemlerin Eşdeğer Yükler ile Hesabı
1973: Proto-Grekçe Yazıtların Deşifre Edilmesi
1993: Alfabetik Yazı Başlangıcı ve Glozel Yazıtları
1993: Prototürkçe Gramer
1996: Pro-Portekiz Yazıtları
1996: Türlü Dillerde Proto-Türkçe İzleri
1997: Etrüsk Yazıtları
2003 Erken Türkler Anadolu yazıtları
Türk tarihi yeterince araştırılmamıştır. Ne yazık ki Araştırmaların pek çoğu da Çin Rus ve batı kaynaklıdır. Türk Tarihi konusunda Prof. Dr. Kazım Mirşan hocanın incelemeleri çok önemlidir. Her insanımızın Kazım Mirşan hocamızın eserlerini okumalarını öneriyorum.
Kimileri Türk Tarihini İslam sonrası 1000 yıla kimileri 2200 yıla sığdırmaya çalışıyor . Kimileri ise Anadolu’ya gelisimizi ve Anadolu’da ki varlığımızı da 1071 Malazgirt zaferine bağlamaktadır.
Artık bu kısa ve eksik tarihe mahkum olmaktan kurtulmalıyıq.
Yağış üçüncü gün idi ki, dalbadal tökürdü. Onlar çətinliklə də olsa evə soxulan onayaqlı dəniz xərçənglərini eşiyə qovurdular. Pelayo çubuqla xərçəngləri vurur, sonra su basmış həyətə daşıyır, daha sonra isə dənizə tullayırdı. Ötən gecə təzə doğulan körpənin qızdırması qalxdı. Görünür, nəmişlik və üfunətdən idi. Çərşənbədən bəri külli-aləm qəm-qüssəyə bələnmişdi, göy və dəniz sanki bozumtul, kül rəngli kütləyə dönmüşdü. Adətən martda xırda qum dənəcikləri üstündə işıldayan sahil və çimərlik indi palçıqlıydı, onurğasız, yumşaq cəmdəkli çürümüş heyvanların sulu horrasına çevrilmişdi. Günün günorta çağı hava elə qaranlıq oldu ki, Pelayo həyətdəki ləmin küncündə tərpənən və yanıqlı-yanıqlı inildəyən şeyə baxmağa macal tapa bilmədi. Bir qədər yaxına gəldi, gördü ki, bu, həddən artıq qocalıb əldən düşmüş bir məxluqdu, üzüqoylu palçığın içinə düşüb; görünür, ayağa durmağa cəhd edib, lakin nəhəng qanadları buna imkan verməyib. Pelayo bu kabusdan qorxdu, xəstə körpəsinin alnına yaş sarğı qoyan arvadı Elisəndini çağırmağa qaçdı. Onlar ikilikdə palçığa batmış bu qəribə məxluqa kirimişcə baxdılar, elə bil hər ikisini don vurdu. Qorxunc məxluq dilənçi kökündəydi. Onun rəngsiz tükləri yalın alnına tökülmüşdü, ağzında demək olar ki, bir dənə də dişi qalmamışdı, bütün vücudunda böyüklükdən əsər-əlamət yox idi. Amma qırğınınkına bənzəyən yekə, zavallı qanadları bu yarımbədbəxt həyətin keçilməz palçığında batıb qalmışdı. Pelayo və Elisəndi bu məxluqa uzun müddət diqqətlə tamaşa etdi, nəhayət, onun qəribə görkəminə alışdılar. Qəribə məxluq onlara hardasa tanış kimi də gəldi. Daha sonra ər-arvad ürəklənib hətta onunla danışmağa başladı. Lakin o, anlaşılmaz hansısa şivədə cavab verdi, səsi xırıltılı dənizçi səsinə bənzədi. Pelayogil məxluqun qanadlarını unudub dərhal düşündülər ki, bu, fırtına zamanı dənizdə batan hansısa xarici gəmidən düşmüş matros ola bilər. Hər halda, onlar hər iki dünyanın işlərindən başı çıxan çoxbilmiş qonşu arvadı çağırdılar. Qonşu arvad qorxunc məxluqa baxan kimi onların ehtimallarını alt-üst elədi, dedi:
-Bu mələkdir, yəqin, onu uşağın dalınca göndəriblər, amma yazıq o qədər qocalıb əldən düşüb ki, belə leysana tab gətirməyib… yerə yıxılıb… Çox keçmədi ki, Pelayonun doğruçu mələk tutması barədə xəbər hər yerə yayıldı. Çoxbilmiş qonşu arvad deyirdi ki, müasir mələklər nəsə başqa cür olur. Guya onlar lap qədimdən Allaha qarşı sui-qəsddə iştirak edib, buna görə də göylərin qəzəbindən qaçaraq yerdə daldalanıblar. Buna baxmayaraq, bu mələyi öldürməyə heç kəsin əli qalxmadı. Pelayo və arvadı günün qalan hissəsini mətbəxin pəncərəsi önündə qanadlı qoca mələyi izləməklə keçirdilər. Pelayo hər ehtimala qarşı əlində kəndir də tutmuşdu. Axşamçağı mələyi palçığın içindən dartıb çıxartdı, onu toyuq hininə salıb qapısını bağladı. Gecə yarı yağış kəsdi. Pelayo və Elisəndi hələ də xərçənglərlə əlləşirdilər. Az sonra uşaq yuxudan durdu, yemək istədi, qızdırması düşmüşdü. Ər-arvadın ürəyi mərhəmətlə doldu. Onlar qərara aldılar ki, mələk üçün sal düzəltsinlər, ona üç günlük su və ərzaq versinlər, sonra da onu dalğaların ixtiyarına buraxsınlar. Lakin sübh tezdən həyətə düşəndə gördülər ki, qəsəbənin demək olar ki, bütün sakinləri bura yığışıblar. Camaat toyuq hininin qapısı ağzında durub mələyə tamaşa edir, dəmir şəbəkəli qapının deşiklərindən xırda çörək parçalarını içəri tullayırdı. Elə bil göylərin məxluqunu deyil, zooparkda heyvan yedizdirirdilər. Saat yeddiyə yaxın Qonsak Ata gəldi. O, qeyri-adi xəbərdən çox təşvişliydi. Keşiş gələndə toyuq hininin qarşısına daha mötəbər adamlar yığışmışdı. Hamı əsir mələyin aqibətindən danışırdı. Sadəlövh qadınlar hesab edirdilər ki, qoca mələyi yer kürəsinin müdiri vəzifəsinə təyin edəcəklər. Daha dərrakəlilər güman edirdilər ki, mələyin bəxti gətirib, general olacaq, bütün müharibələri də udacaq. Bəzi xəyalpərvərlər isə məsləhət görürdülər ki, onu təbərrik kimi saxlasınlar, qoy bu mələk qanadlı və müdrik adamların yeni nəslini yaratsın. Bəlkə onlar dünyanı nizama salalar. Qonsak Atanın keçmişi odunçu olmuşdu. Hinin məftil şəbəkəli qapısına yaxınlaşanda hər şey dərhal yadına düşdü. O, bunu xristianların şəriət kitabından öyrənmişdi. Qonsak toyuqlar arasında donub qalmış taqətsiz qorxunc erkəyə yaxından baxmaq üçün xahiş elədi ki, hinin qapısını açsınlar. Keşiş iri qanadları olan məxluqa yaxınlaşanda o, küncdə oturmuş, səhər yeməyi qırıntıları arasında qalmış açılmış qanadlarını günəşə sarı tutmuşdu. Qonsak onu latınca salamlayanda ətrafda baş verənlərə tamamilə laqeyd olan qoca mələk az qala tor basmış gözlərini güclə açdı, öz şivəsində nəsə mızıldadı. Məhəllə keşişi özünü narahat hiss elədi. Gördü ki, məxluq Allahın dilini başa düşmür və Allahın qullarına hörmət etməyi də öyrənməyib. Keşiş ona diqqətlə nəzər yetirdikdən sonra anladı ki, bu yalançı mələk daha çox insana bənzəyir, ondan dözülməz pintilik iyi gəlir. Qoca mələyin qanadlarında xırda qurdlar qaynaşırdı, iri tüklərini külək yolmuşdu və ümumiyyətlə, onun xarici görkəmində yüksək mənsəbə layiq məlakəlik yox idi. Qonsak Ata hindən çıxdı, həyətə yığışan sadəlövh adamlara təhlükə barədə moizə oxudu. Keşiş camaata xatırlatdı ki, şeytanın maskalanmaq kimi zibil bir xisləti var; şeytan sadəlövh adamları azdırır. Və sonda ədalət naminə qeyd etdi ki, əgər qanadlar qırğıyla təyyarə arasındakı fərqi müəyyən etmək üçün əsas element deyilsə, deməli, ən azı mələklərin tanınma əlamətləri ola bilər. Bununla belə, o, söz verdi ki, Yepiskopa məktub yazacaq, qoy o da Primasa yazsın; Primas da öz növbəsində Roma Papasına yazsın. Son hökm ən yüksək instansiyadan gələcək. Keşişin ehtiyatlı olmaq barədəki çağırışları laqeydliklə qarşılandı. Əsir düşmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, bir neçə saatdan sonra həyət bazar meydanına döndü və hər an evi yerindən qopara bilən adamları dağıtmaq üçün ordu çağırası oldular. Elisəndinin zibil yığmaqdan beli ağrıdı, ağlına yaxşı bir fikir gəldi: həyəti çəpərləsin və mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş sentavo alsın. Camaat hətta Martinik qəsəbəsindən gəlirdi. Uçan akrobatı olan səyyar sirk də gəlib çıxdı. Bu akrobat bir neçə dəfə camaatın üzərindən vıyıltıyla uçmuşdu, lakin ona bir elə əhəmiyyət verməmişdilər, çünki onun qanadları gecəquşununku kimiydi, mələk qanadları deyildi. Karib dənizinin sahil boyu ərazilərində yaşayan ümidsiz xəstələr də şəfa tapmaq ümidiylə gəldilər; uşaqlıqdan öz ürəyinin döyüntülərini sayan, artıq bu döyüntülərin sayını itirən bədbəxt bir qadın, Yamaykadan guya ulduzların səsindən heç vəchlə yata bilməyən bir əzabkeş, daha sonra hər gecə yuxudan durub gündüz düzəltdiyi şeyləri dağıdan bir lunatik və beləcə, digər az təhlükəli xəstələr axışıb gəlmişdi. Yeri də titrədən bu basırıqdan Pelayo və Elisəndi usansalar da, özlərini rahat hiss edirdilər. Onlar bu bir həftə ərzində yaxşı pul yığıb döşəklərinin içinə doldurdular. Mələyə baxmaq üçün növbə gözləyən zəvvarların sayı isə azalmaq bilmirdi… (ardı var) İngiliscədən tərcümə: Kamran Nəzirli