
Bilən deyil o
Nə qədər əmək versən, faydasızdır müxənnətə,
Vuracaq zəhmətini yerlərə,bilən deyil o.
Unudub keçmişini, olacaqdır asi sənə,
Nə abır eyləyəcək, utanıb ölən deyil o.
Ver çörəyi çörəkçiyə, qiymətini versin onun,
Qədirbilməz buğda nə,arpa nə bilən deyil o.
Nə qədər cəhd eləsən, mət eyləsən xeyri olmaz,
Qozbeli məzar sıxa, yenə düzələn deyil o.
Nadan alim belinin yükü ilə yol yürüyər,
Ulağa bənzəsə də heç zaman bilən deyil o.
Qartalın zirvəsini fəth eyləmək istəyənin,
Qarğa misalı təki, heç də yüksələn deyil o.
Öz burnunda uzağı görə bilməyən o kəsin ,
Ətrafında parlayan günəşi görən deyil o.
Ər olan dost qapısın, ər kimi mərdanə açar,
Yoxsa ki, tək qalacaq, dostluğu duyan deyil o.
Haqq yolunu tutana,ehtiram etmək yerinə,
Özünü rüsvay edən, sözünü bilən deyil o.
Ayağı dəymədiyi o mübarək məkandakı,
Oturduğu masanın, qiymətin bilən deyil o.
Şair aslan kükrəsə milçək şirəsinə gələr,
Öz milçək xislətini anlayıb duyan deyil o.
Alışıb pərvanə tək içindən yanan kəslərin,
Allahın qüdrətini anlayıb, qanan deyil o.
06.03.2026