ANA DİLİ GÜNÜ

ANA DİLİ GÜNÜ
Dilsizlər yığışıb dildən danışdı –
Hibritdi, hütütdü, ağzıyanmışdı.
Dedilər layladan doğulub bu dil,
Ana südü ilə yoğrulub bu dil,
Qoymayaq uymağa yad təsirlərə,
Etibar etməyək bədəsillərə.
Danışanda ağzı köpüklənən kim,
Alışıb ocaqtək körüklənən kim…
Dedilər qüsurdan qorunmalıdır,
Yad sözlər bu dilin oğrun malıdır.
Gəlin, düz danışaq, təmiz danışaq,
Nə “spik”, nə “qovor”, nə də “konuşak”…
Sən demə, birinin ad günü imiş,
İldə bir yol olan şad günü imiş.
Xorla oxudular “Həppi birthdey”,
Xudmani bir yerdə başlandı “ley-pey”.
Səhərki iclası tam unutdular,
Doğma kəlmələrə divan tutdular.
Vurdular dil topuq vurana qədər,
Gördüm dil davası hədərmiş, hədər.
“Şot”u “sobrazim”lə bağlatdı dostlar,
Dilin anasını ağlatdı dostlar.
Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir