
Bu gün böyük Vaqif Bayatlı Odərin doğum günüdür. Vaqif Bayatlı şeirlərində göyüzünə elə baxır, elə bil, öz evinin həndəvərinə baxır. Məncə o, sürət əsrində bizə elə hey eyni həqiqəti pıçıldayır: sevgi aram-aram, qətrə-qətrə olur, sürət, qaçhaqaç ehtirasın qohumudur.
“Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək.”
Məncə, Vaqif Bayatlı dillər əzbəri olan havalı şeirlərindən çox bu cür sadə misralarında gizlənib:
“…düşünürəm öz dalımca,
gözüm dolur.”
Məncə, onun bircə mövzusu var: mənəvi dincliyə, ruhani sakitliyə, könül rahatlığına çağırış. O deyir ki, bu dünyada şərlə bağlı nə olursa, hamısı “dünyanın tələsik yır-yığışından” olur…
Yüz yaşasın!
Mənbə: Qismət Rüstəmov
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru