
ÇIX PAYIZ YOLUNA
Yağış buludların gümüşü simi,
Torpağın əlinə bir ovu düşür.
Qara saçlarıma hədiyyə kimi
Payızın sonunun qırovu düşür.
Xəzan yarpaq-yarpaq yazır şeirini,
Yerlər qaralama dəftərə dönür.
Göylər şəfəqlərdən alır xeyrini,
Damcılar ulduztək parlayır, sönür.
Gümanlı kəslərə xoş xəbər sıza,
Bahar tələsəcək, yeyin gələcək.
Yolumu gözləyən qara göz qıza-
Payız yolundadı-deyin- gələcək…
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru