
QALX AYAĞA
Qalx ayağa ulu millət,
Göstər gücün, məharətin.
Bitsin basqı, bitsin zillət,
Buna yetər cəsarətin.
Qalx ayağa ulu xalqım,
Bu gün, o gün, ayaqda ol.
Saldırırsa yurda zalım,
Silahla ol, bayraqla ol!
Daha bəsdi həqarətə,
cəhalətə dözdün, durdun.
Toplan, cəm ol şərafətlə,
İstiqlala yetsin yurdun.
Yürü millət, yürü xalqım,
Öz taleyin özün həll et.
Ol yurdunun hürrü xalqım,
Azadlığı qazan, bəll et!
Bitsin artıq bu rəzalət,
Boz qurd cəngə dalsın artıq!
Ya istiqlal, ya şəhadət,
Taleyimiz olsun artıq!
06.03.2026
Müəllif: Təvəkkül GORUSLU