Şəlalə Camal – Sən

SƏN

Mənim ürəyimə çəkdiyin dağda,
Yığıb veş vüşümü ev düzəltmişəm.
Arada baş çəkib halıma bax da…
Bar verməz dağında bağ düzəltmişəm

Yolların daşını gözümə sərib,
Mən bu yurd yuvanı sağ düzəltmişəm.
Ölsəm vəsiyyətdə yazacam belə:
“Sən nə istədinsə, bax, düzəltmişəm”

Sındırdın qəlbimin incə telini,
Bir ömür bilmədim sənin dilini.
Kaş qaçıb yanına sıxıb əlini
Deyəydim, hər şeyi bax, düzəltmişəm.

*****

Pambıqdan da yumşaq ürəyimi sən
Necə daş elədin, danış qoy bilim.
Həyata sevgiylə baxan gözləri
Necə yaş elədin, bircə-bircə de.

Bəxtimin payına nə düşdü, denən,
Utanma, mən səni darda qoymaram.
Danış, rahat-rahat çəkinmə məndən,
Bir Allah bilir ki, nə çəkirəm mən.

*****

Daha mən əvvəlki uşaq deyiləm,
Oturub nağıla qulaq da asım .
Bütün bəlaların içindən keçib,
Deyirsən, yenidən mən qucaq açım?

İçimdə bir uşaq vardı, öldürdün,
Nağıllar danışıb sonra gülürdün.
Sən mənim eşqimi niyə söndürdün?
Deyirsən, sevgidən biryolluq qaçım?

Qayıtma, yolları bağladım artıq,
Köhnə qapıları açan deyiləm.
Sevgi bir dəfədir, yanılır insan,
Mən daha əvvəlki adam deyiləm.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir