Qadın istərsə

“QADIN İSTƏRSƏ”

Söz dünyamızın dəyərli simalarından biri olan şairə Sevil Ülvi, poeziyasevərləri uzun zamandır gözlənilən xoş xəbərlə sevindirdi. Müəllifin ilk qələm təcrübəsi və böyük əməyinin bəhrəsi olan “Qadın istərsə” kitabı nəfis tərtibatda işıq üzü görərək oxucuların ixtiyarına verildi.Bu ilk nəşr müasir Azərbaycan ədəbiyyatı və poeziya xəzinəsinə tamamilə yeni bir nəfəs, təravətli bir töhfə bəxş edir.Müəllifin duyğu və düşüncələrini böyük ustalıqla misralara köçürdüyü bu əsərdə həm fəlsəfi dərinlik,həm də səmimi bir bədii dil hakimdir. Kitabın ana qayəsini qadının daxili qüdrəti, onun yaradıcı gücü və cəmiyyətdə tutduğu uca məqam təşkil edir. Şeirlərdə türkçülük ideyaları, soy-kökə bağlılıq, vətənpərvərlik və milli birlik motivləri xüsusi poetik coşğu ilə tərənnüm olunur. Vətən sevgisi, təbiətin gözəllikləri, dostluq, humanizm və yüksək mənəvi meyarlar müəllifin özünəməxsus poetik baxış bucağından oxucuya çatdırılır.

Sevil Ülvinin ilk kitabı olan “Qadın istərsə” oxucunu təkcə zərif duygulara qərq etmir, həm də insanlığı, milli kimliyi və mənəvi dəyərləri yenidən kəşf etməyə səsləyir.

Müəllifin bu dəyərli ilk addımının ədəbi mühitdə geniş əks-səda doğuracağı, poeziyasevərlərin və böyük oxucu kütləsinin dərin rəğbətini qazanacağı şübhəsizdir.

Məlumatı hazırladı: Leyla Mahirqızı

SEVDA SƏFƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir