SƏNİ UNUTMAQ OLMUR 23 avqust sənin doğum günündür. Yaşasaydın, 79 yaşın tamam olacaqdı. Amma əcəl “Göyçək Fatmaya” heç 50-ci ildönümünü də qeyd etməyə imkan vermədi. Amansız xəstəlik onu caynaqlarına alıb apardı…
Atamız Oqtay müəllim cəmi-cümlətanı 47 il yaşadı. Sevgi ağacının ilk meyvəsi, övlad nübarı olan Fatması ilə bağlı o qədər arzuları vardı ki! Yaşamadı, görmədi, sərin yaylaqlarından, buz kimi bulaqlarından, elindən, obasından ayrılalı Mil düzündə çox yaşaya bilmədi. Ağır keçirdiyi ürək xəstəliyi onu bu düzəngahda yarı ilə tikdiyi yuvasından qamarlayıb apardı…
Ailəmizin ilki, mavi gözlü, gül çöhrəli, şirin təbəssümlü, saf, məsum təbiətli bacım, qapqara ölümün acısını ikinci dəfə bizə sən yaşatdın…
Heç bilmirəm, vəfatından 30 il sonra səni necə vəsv edim, həyatının hansı məqamını yada salım ki, bu ağrıyan ürəyimə toxdaqlıq gəlsin… Heyf ki, haqqında ancaq vəfatından sonra nələrsə yazdım. Səni itirdiyimiz o iyul gecəsinin qəlbimizi qarsan kədərini göz yaşı içində yazıya gətirdim. Sağlığında bir dəfə sıxıla-sıxıla, utancaq bir tərzdə dedin ki, haqqımda mətbuatda çox yazılıb, amma həmişə ürəyimdən keçirmişəm ki, beş-üç kəlmə sən yazasan. Dedim, bacının öz bacısı haqqında yazması yaxşı səslənməz…
Amma yoxluğundan sonra peşmançılıq hissi qəlbimi didib dağıtdı. Axı, yazılası o qədər uğurların, təhsildə qazandığın müvəffəqiyyətlər, fəxri adlar, medallar, digər təltiflərin vardı ki! O zamanlar zəhmətinin müqabilində ömrünə nəqşlər salacaq rənglərə azacıq işıq çiləsəydim, dünya qopmazdı ki!
Gərək, elə səni itirdiyimiz o günlərin acısını gecələr göz yaşı içində çəkdiyim vaxtlardamı qələmə sarılaydım… Bir gecə yatağımda qovrulduğum anda qəfl səsinə oyandığım zaman qalxıb gözlərimi ovuşduraraq acılar içində yazı masama çökəndə bildinmi nələr yaşadım, gecənin içində söz-söz necə əriyib kiçildim?..
Yadıma düşəndə o halımı bu gün də kədərlə xatırlayıram. Yazırdım: “…Acı fikirlərin göynərtisi içində nə vaxt yuxuya getdiyimi bilmədiyim anda qulağıma qəfl çatan azan səsinə diksindim. Hələ hovu-həniri çəkilməmiş qarabasmaların içində key, donuq halda dolabın üstündəki saata baxdım. Obaşdan beş tamamdı. O bəzəkli gözlərindən vücuduna nur çiləyən baxışlarınla üzbəsurət dayanmışdıq. Elə bil səsini də eşitdim: Nə yatırsan, oyan, dilləndir məni, məzar evim buz kimi soyuqdu, üşüdürəm, titrədirəm axı… ” Beləcə deməyinlə çəkilib qeyb olduğunu gördüm…”
Acı, isti kədərin içində yanğımın alov rəngində çəkdiyim şəklini də xatırlayıram: “Ailəmizin ilki, nazlı mələyi bir quş olub göylərə çəkildi. Gözü yaşlı ana, tablaş görüm bu yoxluğa!
Qardaş, başının tacı bacın karvanını sürüb getdi. Necə dözəcəksən bu ağrıya?! Dəsti pozulmuş Sevil, Şəfəq, Təranə bacıları, dizimizə ha döyək, səfimizi təzədən düzə bilərikmi!”
Ondan sonra hər dəfə metrodan çıxıb, iş yerimə sarı yol gedəndə Fatmanın sanki arxadan iki köz təki kürəyimə sancılan gözləri ağrıdırdı məni. Az qalırdım ona sarı çevrilib qışqıram, haray çəkib deyəm ki, məndən nə istəyirsən bacı, ürəyim deşildi axı! Qayıt axirətdəki evinə. Gec-tez mən də yanına gələcəm…
Onun ruhu uzun zaman məndən əl çəkmədi. Elə hey arxamca gəzdi. Öz-özümə deyirdim, sağlığında layiq olduğun beş-on kəlməni yazsaydım, bəlkə də indi ruhun məni azad buraxardı…
Beyləqan rayon 1 saylı orta məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris etdiyin vaxtlarda dövri mətbuatda (“Təşviqatçı”, “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Azərbaycan müəllimi”, “Xalq qəzeti”…) pedaqoji görüşlərin, metodiki tövsiyələrin, iş təcrübəndən bəhs edən 100-dən çox məqalənin dərcini, respublika elmi-praktik konfranslarda, seminar və müşavirələrdə rus dilinin tədrisi ilə bağlı səsləndirirdiyin dəyərli fikirləri, televiziyadakı çıxışlarını yazıya gətirsəydim elə sevinərdin ki…
Bəs, Azərbaycan müəllimlərinin VII qurultayına, eləcə də Ümumittifaq müəllimlər qurultayına nümayəndə seçilməyin, oradakı çıxışında səsləndirdiyin gözəl fikirlərin, təkliflərin, qurultaydan sonra Moskva mətbuatının haqqında dərc etdiyi yazılar barəndə qələmə alacağım bir yazıya rövnəq verməzdimi…
Zaman-zaman əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, Fəxri fərmanlarla təltif olunmağın, sosializm yarışlarının qalibi, metodist müəllim, Qabaqcıl Maarif Xadimi, adlarına layiq görülməyini, 1987-ci ildə “Əməkdar müəllim” fəxri adı ilə mükafatlandırılmağını bir mükəmməl yazının mövzusu etsəydim… bilirəm, kövrələcəkdin. Etmədim, dodaqlarından qopacaq “sağ ol, bacı”, “mükafatından” özüm özümü məhrum etdim…
Eh, bacı, təhsilimizin inkişafına töhfə verəcəyin nə qədər arzular yarımçıq qaldı…
Yaşasaydın övladlarının həyat yollarının axarından xəbərdar olacaqdın. Bizə əmanət olan üç balanın uğurlarından qanadlanacaqdın…
Yaxşı ki, ailəndə sənətinin davamçıları yetişdi. Qızın Nərgiz, üzünü belə görmədiyin nəvən Nəcibə də Bakı Slavyan Universitetini bitirərək müəllim sənətini şərəflə davam etdirirlər. Böyük oğlun Ceyhun həmin Universiteti bitirsə də polis sistemində fəaliyyət göstərir. Uşaq vaxtı şirin səsli mahnılarla qəlbini sevindirən sonbeşiyin, gözəl səsli Dəyanətin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasının Vokal şöbəsini bitirdi…
Yaşasaydın, üzdəniraq, qaniçən erməni qəsbkarları tərəfindən işğal olunmuş Qarabağımızın Müzəffər Ali Baş Konandan Prezident İlham Əliyevin rəhbərliyi altında döyüşən Şanlı Ordumuzun əsgər və zabitləri tərəfindən azad olunduğunu görər, sevincin gül açar, gülüstanlıq yaradardı. Arzusunda olduğun azad Şuşaya sarı qanadlanardın…
Yaşasaydın, vaxtilə dərs dediyin şagirdlərindən bu gün çoxlu sayda davamçılarının uğuruna fərəhlənərdin.
Yaşasaydın, Azərbaycan təhsilində müqtədir müəllimlərin sırasında adının çəkildiyini eşidincə, qədirbilən el-obanın, Beyləqan camaatının sənə olan sonsuz sevgisindən, minnətdarlığından qəlbin rahatlıq tapardı…
Ancaq həyatın belə bir düsturu var: gələn qalmaz, gedən dönməz. Bir də kimlərinsə yaşamından bir iz belə, qalmır, onçun da tez bir vaxtda unudulur. Kimlərin də həyatda çəkdiyi zəhmət, elmə, təhsilə, mədəniyyətə verdiyi töhfələr, mənəvi dəyərlər yaddaşlarda zəmi kimi dalğalanır.
Azərbaycanın Əməkdar müəllimi, Fatma Oqtay qızı Məmmədova, sən ikinci həyatını xatirələrdə yaşayırsan. Axirətdə mövludin mübarək, bacı!
Narahat ömrün səhifələri Kimin ki, təbiətində, mühitində, xalqına, torpağına bağlılıq var, kimin ki , insana xas olan və insanın özünü qoruyan keyfiyyətləri var, demək onun ucalığı var. Bu sözlər bütövlükdə Rövşən Atakişi oğlunun fonunda cəmlənib. Qürurlu duruşu, qeyrəti, isməti, abır-həyalı, mədəniyyəti, məğrur baxışı, təmkini, təvazökarlığı ilə fərqlənən Yazarmız! Mən bu yazını çox fərqli yazmaq istəyirdim. Həmişə mənə dəstək olan tələbə yoıdaşım. Söz vermişdim ki, haqqınızda yazını qələmə alanda fikirlərimi sizinlə çözəcəm. Lakin səhhətinizlə bağlı bu mümkünsüz oldu. Qrupumuz ürəyinə açılan bir pəncərə oldu. “Məni cağıran var”, “Ayaq torpaqdan üzüləndə”, “Yolum dağlara sarıdı”, “Ruhu gileyli anam” kimi töhfələri Rövşənin şəxsiyyətini tamamlayır. Yəni yaradıcılığı özünə bənzəyir. Şairi bizə sevdirən söz, şəxsiyyət və əməl bütövlüyüdür.. Onun üçün vətən, yurd sevgisi bütöv sevgilərin fövqündə dayanır. Rövşən müəllimin şeirlərinin kökü dərindir. Onun hər misrasında vətənpərvərlik, vətəndaşlıq durur. Nəsirdən danışan nasirimiz yazılarınız ötən illərin xatirələri, yanğılı, o geridə qalan günlər gözlərimiz qarşısına gəldikcə nələr keçdi könlümüzdən. Sanki bir bələdçi tək bizi o Laçınlı, Güləbirdli günlərə apardınız. Sizə yol yoldaşı olub, o günlərin şahidi olduq. Yaxın görünən kəndə bələdçi lazım deyil Rövşən müəllim “Sizi çağıran var” o yerlərə. “Yolunuz dağlara sarı düşsün. Qaradağlı şamlığı, Gəyə dərəsi, İncirli dərə, Çömcəli bulaq, Cabbarın kahaları, Novruzlular kəndi, Firidin tutları ., Orta oba, İşıq bulaq, Soltanlı yurdları, Mərdan bulağı, Qoşa günbəzlər, Məlik, Əjdər türbəsi sizi gözləyir. Siz çox hörmətli, savadlı insansınız, Dağlar oğlu ! O yerlərdən sizə. düz ilqar, vüqar qalıb. Vətən torpağına üzü ağ vüqarla gedin Rövşən müəllim. Nakam gedən Zəridə xanımın,”Qabaqçıl Maarif xadimi ” olan Atan -əmin Atakişi müəllimin ruhu şad olar. “Ayaq torpaqdan üzüləndə “sözə, şeirə sarılrmısınız. Əsas missiyanız da oxucunun ruhunu saflaşdırmaq, təbiətinə təsir göstərmək olur . Ovqatımıza gözəl hisslər aşılayır, varlığımızı duruldur. Şeirləriniz qəlbimizdə əbədi heykəl ucaltmışdı. Həmişə bu ucalıqda, bu zirvədə qalasınız Rövşən müəllim, gözəl ata, gözəl baba, gözəl şair, gözəl nasir . Minə qədər bayatılarınız var. Yazmamağa haqqınız yoxdur. Bu Sarı Aşığın örnəkliyindən , Güləbirdin torpağından, suyundan irəli gəlir. İnşallah , çap olunar bu elimizin, dilimizin yaddaşı, folklor çeşməsi. Şeirlərinizi aforizim və hikmətli kəlmələr daha rövnəqli edir. Ağrılı, yanğılı bir ömür yaşayan , üzündə sevinc, içində kədər, küskünlük olan, qayğılarla yüklənən, fiziki yorğunluqdan, yaşı gözlərdə gilələnən şair sanki şeirlərində bir obraz n, süjet xətti yaradır. Burada metaforlar, epitetlər, fəlsəfi fikirlər, dərin mənalar, təkrirlər, inversiyalar öz yerli yerində işlənir. Bir şirinlik, bir istilik var bu poetikalarda. Ömrümü , günümü xərclədim getdi. Qalan nədirsə qalanı sənin! Təzəsin, tərin dərib getdilər, Bağışla, əzizim məni bağışla, Səbətdə güllərin olanı sənin. Ömrünü, gününü xərcləyən şair. Sənin hər misran bizə doğmadır. Ən çox dəyər verdiyim tələbə yoldaşımız Rövşən müəllim. Düşünün bir az. Ömrünün anasız, ürəyinin yağı olmayan, gödək uşaqlıq cağların, acılı -şirinli dəqiqələrin, mənalı-mənasız günlərin səni sonsuza qədər rahat qoymayacaq. Qələm götürüb sözə bağlanan şair. Səni bizə bağlayan tələbəlik cirpıntıların, qəlbimilzdə yer alan dostluğun, sayğın, ehtiramın, şeiriyyətin, zarafatın, gülüşün ən bariz insanı keyfiyyətlərin oldu. Əqidəsi, məsləki, düşüncə tərzi, təfəkkürü, sözü, söhbətilə bizi heyran edən Rövşən Atakişioğlu. Narahat ömrün səhifələrini vərəqlədikcə nəyə qadir olduğunuzun şahidi olduq. Sözləriniz göz qamaşdırır. Qələminizlə sanki qızıl xirdalamısınız. Sözü -sözə calayıb yeni sözlər meydana. gətirmisiniz. Məzun -78 Gəncə qrupuna gəlişinizdə qeyd etmisiniz ki , bir də qələmə sarılmaq şövqünü, ilhamını tələbə dostlarımdan aldım. İçimdə bir şair mürgüləyirdi Onu silkələyib siz oyatdınız Dilinə bal yaxdınız, şəkər qatdınız Başına gül səpib , çiçək atdınız Şairlik çox gözəldi. Onu uca tutmaq, şeirə, sözə dəyər vermək, yaradanı tək səcdə etmək və qüdrətinə inanmaq keyfiyyətlər daşıyıcısı olan Rövşən müəllim tək şairləri bizə sevdirdi. Onun şeirləri bizi saysız- hesabsız xatirələrə, yurd -oba sevgili bir aləmə sürükləyir.. “İçimdə bir şair mürgüləyir ” şeiri öz məzmun və qayə baxmından qrupda daha böyük maraq yaratdı. İçimdə bir şair mürgüləyirdi Möhtəmən qan gəldi, ruhuma can Elə həmən coşqu, həmən həyəcan Gözümdə, könlümdə tək Azərbaycan. Rövşən müəllim ! Sizin yaradıcıllığınıza bələdciliyimiz var. Yazı maneranızda müraciət etdiyiniz mövzularda oxşarlıq motivləri çoxdur. Kədərli pafoslu fəlsəfi şeirlərnizdə qüvvətli bir xətt var. Bu xətt yaradıcıllıq mündəricatınızı daha da zənginləşdirir “”Üzüldüm, getdim”” hüzünlü, sızıltılı şeiri zamanın gərdişindən baş çıxaran sayıq, həssas ürəkli bir vətən oğlunun gördüyü, eşitdiyi haqsızlığa qarşı bir mərdanə etirazıdı. Yanmış məftil kimi əriyən, qədlənən, yonulan, nazilən, kələfi dolaşan, yetim tək dodağı bükülən, Ürəyi üzülən bir obrazı görürük. Yanmış məftil kimi əyin, oturun, Bağrımda yarama dəyin, oturun, Mənə mağmın, əməl dəyin, oturun Qədləndim, yonuldum, nazildim, getdim. Bu cizgi motivləri şair həyatının əksidi desək yanılmarıq. Burada coşqun həyəcanlar, Ürək cırpıntıları, ata qəlbinin arzu istəkləri, əhəmiyyətli mətləblər bədii ifadələrlə işlənmişdi. Bu dağı aşmağa dirəş, ürəyim, Tənha yeriməyə öyrəş, ürəyim. Oturma, dayanma, əlləş, ürəyim, Məni çox geydilər, süzüldüm, getdim. Şeirdə üzünə dost qapıları bağlanan, ağrıları sinəsinə yığılan “Məni çox geydilər, süzüldüm ” deyən təmiz qəlbli, saf niyyətli, ağlı-qaralı ömür yaşamış bir insanın tale yüklü yolları göstərilmişdir. Dağ ürəkli, yanar ürəkli olun Şair! Kökü eldən olanın başı ərşə çatar. Bu gün gör-götür dünyasıdı. İnamınız ümmana dönsün, arzularınız çin olsun. Siz mərd adamsınız Rövşən müəllim! Mərdin yerişi də, görüşü də, sözü də düz olar. Həmişə bu məsləkdə qalın. Həyatda tanrım sizə bir də üzülüb getməyi nəsib etməsin Rövşən Atakişi oğlu! Rövşən müəllim qələmini poeziyanın hər calarında sınayıb o, qeyd edir ki, eşq, həvəs insana xüsusi güc, qüvvət verir. Gücü, qüvvəti eşqdən olan Şairimiz ! Lirik “mən” o qədər sizi özünə bağlayıb ki, belə gözəl poetik şeirlər yaranıb. “Sənsiz yaşamaq ağırdı, Sən məni məndən elədin” deyən şair. Canı candan, halı pərişan, bu yaşda şairi peyman edən o yar , o ilham pərisi olmasaydı belə şeirlər yaranmazdı. Tanrım sözüm sənədi. Neçə ay, neçə sinədi Vallah, Rövşən bir dənədi Gedərəm, səndən gedərəm! “Ömrünü gününü xərcləyən insan” , olan -qalanı sənin deyən, əhdi düz, peymanı təmiz olan Rövşən Atakişi eşqdən sinəsində od yaxıb , köz eyləmişdi bu misralar tutumunu artırmaq da olar. Mən öz fikirlərimi tələbə yoldaşlarım olan publisist, natiq İpəknaz və Ofelya xanımın Rövşən müəllimin şeirləri haqqında təhlilləri ilə aparmaq istəyirəm. “Sözünə qurban”, “Küsmə, ürəyim küsmə”, “Sən məni məndən eylədin”, “Gözlərin”, “Bircə kərə can demədin”, “Özündə yazıqsan, mən də yazıqam”, “Könül “, “Ömrün ən şirin payı sən oldun” , “Mənim ürəyimi hardan biləsən. “Kimi incilərində məhəbbət duyğularİ əks edilb. Bütün varlığı ilə sevən hicrandan iztirab çəkib, vüsaldan dünyalar qədər sevinən, insanlara sevgi dolu qəlbinin nikbin gözləri ilə baxan şair. səmimi bir aşiqdir. Hər qaşa , hər gözə uymadın könül, Hər Qönçə çiçəyə qıymadın könül! Nəfsinin köləsi, qulu olmadın, Hər nazı, işvəni duymadın könül! Könlü hər nazı, işvəni bəyənməyən şair narahat qəlbinin notlarını, bakir insanın sevgi hisslərində tapmışdır. Yüz Kəbə səvabı gəlişə alqış, Yuxusun görmüşdüm keçən. ilki qış Daha, ay Rövşən, nə din, nə danış, O dindi, danışdı sözünə qurban. Şeirdə yuxusunu gördüyü, danışanda sözünə qurban olduğu duyğular aləmini həssas və zərif eşqin əhval-ruhiyyəsi aydın duyulur və burada Rövşən öz fikir və hissələrini canlı, təsirli, poetik zövqlə verə bilir… Sevəndə sevəsən dəlilər kimi, Bir mələk baxışda ağıllanasan, Düşəsən ellərdə dilə, ağıza, Bir az dastanlaşıb, nağıllanasan. “Könlünə ruhuna qələminə sağlıq şair! Dəli kimi sevib ellərdə dilə, ağıza düşüb dastanlaşan, nağıllaşan sevgilər var olsun!. Dünyanı dolanan sevgi yağışına düşənlər, tüstülənə -tüstülənə sevgi otağında bişənlər.Məcnun, Kərəm, Fərhad misalını bir sevginin məhkumu olanlar sevginin ucalığı, əzəməti gücü ilə qocalığından qaçıb gedənlər var olsun. Sevgi ürəkdən ürəyə yoldur. Sevgi məhəbbətin öz adı, ünvanı, sevgi yaşadır bütün dünyanı . kainatı, dünyanı , bəşəriyyəti yaşadan sevgİ, sevgi. Qardaşım, Məhəbbət qocalmır. Ürəyindəki məhəbbətin həmişə ilhamlı, coşqulu olsun”Bu sözlər İpəknaz xanımın şeirdən aldığı duyğu hissləridir. Qalxasan göylərin yeddi qatına, Sevgi yağışına düşüb gələsən, Od dola içinə tüstülənəsən Sevgi ocağında bişib gələsən “Bu qatardan yarımçıq düşənlərdə var” -dedi dəyərli qurup yoldaşımız, danəndə danışığı ilə bizi heyrətə qoyan bacımız Ofelya…. “Bu qatarı minməyə peşman olanlardı., . bu qatarı hələ ki sona dək gedənlərdə var. Rövşən müəllim, qələminə, zehninə, ürəyinə sağlıq. Gənclik illərinə qaytardın bizləri. Sevginin də mərhələləri var, ürəyin də. Bu mərhələlərdən üzü ağ çıxmağı arzulayıram hər birinizə. Sevgi bu dünyanın ucalığıdı, Ey könül, gəl. enmə ucalığından! Geriyə baxanda sevgi görərsən, Qaçasan, gedəsən qocalığından! Gənclik eşqi, sevdası, mərhələləri ilə döyünən Rövşən müəllim! Bizi elə gözəl notlarla məhəbbətin simlərinə toxunaraq köklədiniz ki.. Bu dünyanın əzəli də, sonu da eşqdi sevgidir. Doğrudan da , insanın ümid qapısı sabahıdı. İstər yaradıcı insanlar, İstər oxucular yaratdıqlarını söz prizmasindan keçirir. Xüsusi istedad sahiblərinin öz mərtəbəsi var. Çox güclü belə yazarlardan biri də Məzun-78 Gəncə qrupunun ən dəyərlisi Rövşən Atakişİ oğludur.Onun yaradıcılığında yurd, vətən şeirləri də yaradıcılığı rəngarəngdir. Onu belə qəbildən olan şeirləri içərisində məhəbbət mövzusu xüsusi yer tutur. Onu şeirləri dəsti-xətti ilə seçilir. İlahi eşq, qəlbləri inlədən şeirdi duyğular, nakam məhəbbət hissləri aydın sezilir. “Necəsən pərişanım, necəsən? şeirindəın cıxardıgım nəticə budur.. Oxuduğum şeirlnin nə axarı var, nə də baxarı. Hicranı çox, vüsalı az. . “Ah ! Mən də bir ürək , bir ürək ki, var içi sevgi dolu məhəbbət dolu”” deyən ürəyin var olsun. “Küsmə ürəyim, küsmə” Sevdiyinə xitabən deyirsən ki, din! dinə bilməz axı!.. Bəlkə də bu şeiri şeiriyyatlarda. hicranı çox olduğu üçün bizi bizdən qoparır, qiymətli olur. Bəzən bir söz bizi o qədər ovsunlayır. Bizi gəncliyə qaytarır. Sevgi hisslərinin qidası klassiklərdən Nizamidən, Füzulidən bəhrələnib. İnsan bəzən hansı yaşda olur olsun qulağında daha çox xoş sözlər duymaq istəyir. Sevgidən söhbət düşəndə torpaq altından qalxan boynu bükük bənövşəni xatırladır Rövşən müəllim ! İlham pərin heç tükənməsin. Yazdığın şeirlər gözə nur, ürəyə təpərdir.Sevgini məhəbbəti duymayan insanı tanrının yaratdığı gücsüz , dayaqsız təni bədəndən ayrı təsəvvür etmək olar. Çünki, həyatın mənası bu iki əza ilə dəyərləndirilir. Məni özümdəm çıxar, gör sevgi nədir, məhəbbət nədir? Ömrümün ən şirin payı sən oldun”_” deyir şair. Elə böyümüsən ürəyimdə ki. Eh, Sənin yanında bu dünya nə ki? Vallah, illərimin mən tərəfdəki, Paylanan ən şirin payı sən oldun! Tanrı sizə istedad , bir ümid çırağı verib. Ümid çırağın həmişə şölələnsin. Allah görən gözünüzü nurlu etsin. İlahi nurunuzla qəlblərə yol tapan Rövşən müəllim!. Sizə yaradıcılıq uğurları diləyirəm. Güləbird dumanında qalan səs . Bu səsdə biz nələr eşitdik, nələr duyduq. Sonaxanım Aslanova bizləri bu səsin sehrinə saldı”Hər bir şairin yaradıcılığı onun ruhunun xəritəsidir . Bu xəritədə itirilmiş yurd yerlərinin həsrəti, illərin gileyli, ana məhəbbəti və bitməyən vətən sevdası varsa, o zaman sözün ömrü əbədi olur. Uzun illər doğma Laçının-doğuldugu Güləbirdin daşına, torpağına həsrət qalan, ömrünü bu nisgillə bəzəyən dəyərli tələbə yoldaşım Rövşən Atakişiyevin yaradıcılığı da məhz belə ağrının, həm də bədii ucalığın ifadəsidir. Rövşən müəllim ruhun ağrısını kağıza köçürməyi bacaran böyük bir ürək sahibidir . Müəllifin dünyadan gileyni sətir- sətir bəyan edən “Axı, mən dünyaya neyləmişəm ki?… “şeirindəki sualı sadəcə bir insanın yox, bütöv bir nəslin vaxtsız ağaran saçlarının, qəribsəyən insanların dünyadan gileyli taleyinin acı fəryadıdır. Laçın torpağının -Güləbird kəndinin havası, suyu ilə böyüyən, lakin ömrünün ən erkən çağında -cəmi on yaşında taleyin ən ağır zərbəsini alan -anasını itirən Rövşən Atakişiyev yaradıcılığında ana mövzusu sadəcə bir xatirə deyil, ruhun bitməyən monoloqu, zamana və məkana sığmayan bir həsrətin fəryadıdır. Onun “Ruhu gileyli anam ” hekayəsi və “Anamla xəyali söhbətlərimdən -cavabsız suallar! ” şeiri bu ağrının bədii pasportudur. Bu sarsıdıcı, həm də müqəddəs mövzu -on yaşlı bir uşağın qəlbində əbədi yara olmuş otuz yaşlı gənc bir ana itkisi-bədii təhlilin onurğa sütunudur. Cəmi otuz bahar görmüş gənc bir ananın on yaşlı uşağın gözü önündə dünyasını dəyişdiyi o bədbəxt gün və müəllifin yetkinlik dövrünün təfəkkürü birləşərək oxucunu sarsıdır. Hekayəni oxuyan hər kəs sətirlər arasında Laçının Güləbird kəndində dumana bürünmüş bir səs eşidir. Bu səs. on yaşlı, dili ana haraylı körpə Rövşənin səsidir. Şeir xəyali bir dialoq üzərində qurulub. Şairin ağsaqqal yaşının zirvəsindən boylanıb hələ də özünü on yaşlı uşaq kimi hiss etməsi şeirin psixoloji dramatizmidir. Rövşən üçün zaman anasının öldüyü gündə dayanıb. Müəllif soruşur, qəlbinin səsini anasına yetirmək istəyir, lakin cavab əvəzinə yalnız sükutun əks-sədası gəlir.Xəyalında Laçından Bakıya gələn anasına çoxlu suallar verən şair anasına çoxlu suallar verən şair anasından heç bir cavab ala bilmir: Gəlişinə qurban olum ay ana, Laçından Bakıya necə gəlmisən? Yaxud da: Bəlkə eşitmisən, xəsdələnmişəm, Bəlkə də acımı duyub gəlmisən?!
Şairin nə məktubuna , nə həsrət dolu suallarına anadan cavab gəlmir. Onun xəyali məlul- məlul baxır, pərişan halda geri dönür, “qürub günəşi tək sönüb qayıdır”. Bu taleyin qaçılmaz reallığı qarşısında insanın -müəllifin çarəsizliyidir : Anam məlul -məlul baxdı üzümə, Pərişan -pərişan dönüb qayıtdı. Bircə sualıma cavab vermədi, Qürub günəşitək sönüb qayıtdı. Şeirin sonunda ananın xəyalının suallara cavab verməməsi, dönüb getməsi şairin yaradıcılığının fəlsəfi bir zirvəsidir. Dəyərli Rövşən müəllim, , bu əsərnizlə bir sənətkar kimi insan ruhunun ən incə tellərinə toxuna bilmisiz. Sətirlərinizin arasından məlul-məlul boylanan o məsum ana xəyalının qarşısında mən də ehtiramla baş əyirəm. Bu əsərnizlə bizi təkcə öz ananız la yox, hər birimizin ruhumuzda uyuyan o doğma xatirələrlə yenidən görüşdürdünüz. “” Narahat bir ömrün həyat hekayəsini , bir ürəyin Laçın nəğməsini danışdı Məzun 78 . Gəncə qrupunun ulduzu İpəknaz müəllimə. Məni qarışdırma hər qarışığa, Nə toy adamıyam, nə də aşığam. Boyum da kiçilib, çəkim də düşüb Əridim, süzüldüm bircə qaşığa. Mən Laçın dəlisiyəm. Söhbət bu ağrılı -acılı, həsrət dolu misraların müəllifi Məzun 78 Gəncə qrupunun fəal üzvlərindən biri, yaradıcılığında həyat həqiqətlərini olduğu kimi söyləyən, dürüst, mükəmməl fikirləri ilə seçilən kamil bir insandan , çox hörmətli, dəyərli tələbə yoldaşımız -şair publisist Rövşən Atakişi oğlundan gedir. Seçmirsən üzümdə yolu -yamacı? Xəyali dərdimdi, ağrısı tacım. Atamdı -anamdı, əmim dayımdı. Qayası qardaşım, çiçəyi bacım. Mən Laçın dəlisiyəm. Rövşən müəllim Məzun 78 qrupunun fəal yaradıcı üzvlərindən biridir. Öz təvazökarlığı, səmimiyyəti, sadəlikdə böyüklüyü, açıq fikirliliyi, dostcanlılığı ilə, səmimi etirafları, maraqlı düşündürücü söhbətləri, gözəl yaradıcılıq nümunələri ilə məzun qrupunun, bacı-qardaşlarının sevimlisi oldu. Narahat bir ömrün yolçusudur Rövşən müəllim , Öz narahat, ona silahdaş, qardaş olan ürəyi ilə, ömür yollarında ona yoldaşlıq edən təmiz vicdanı ilə, Qəlbinin Laçın həsrəti ilə, doğulub boya-başa çatdığı Güləbird arzusuyla, coşub -çaxlayan Həkəri nəğməsiylə. Heç vaxt hamar olmayan, enişli -yoxuşlu, daşlı-kəsəkli bir həyat yolu keçib. Qarabağın başını qara buludlar alanda Rövşən müəllim işlədiyi Güləbird kənd məktəbindən Şuşaya təzəcə gəlmişdi. Pedoqoji Universitetin Şuşa filialında işə düzəlmişdi, gələcək elmi işi üzərində işləyirdi. Vətən sevgisi, yurd sevgisi hər şeyə üstün gəldi. Qələmi yerə qoyub silaha sarıldı. Onun yeni həyatı-ölümlə üzbəüz işğal olunmuş torpaqlarımız uğrunda mübarizə həyatı başladı. Gözünün qabağında dosdları, dərs dediyi şagirdləri şəhid oldu. Söhbətlərində həmişə ürək ağrısıyla xatırlayır şahidi olduğu bütün olanları… Qaçqınlıq, köçkünlük onun da keşmə-keşli taleyinə yazıldı. Talan olunmuş elindən obasından, isti ocağından qərib düşdü. Bakıda yerləşən Xocalı məktəbində müəllimlik fəaliyyətinə başladı. Amma doğma yurd, el-oba həsrəti bir an belə onu rahat buraxmadı. Həsrət, intizar, qəriblik dolu məktublar göndərdi talan olunmuş, xarabaqalmış, suyu zəhərlənmiş elinə-obasına, yurduna, sönmüş ocağına… Qəriblik sıxdı onun çırpınan, narahat ürəyini. Yurduna yazdığı, əsən yellərlə göndərdiyi məktublarıyla az da olsa təsəlli tapdı. Ruhların yaşadığına, varlığına inancıyla yazdı bu məktubları. Kədəri ilə, qəribliyi, ahlarıyla, çin olmayan yuxularının təkidi və istəyi ilə, puç olan arzularının göz yaşlarıyla yazdı bu məktubları. Qərib qəbrinə, ruhuna darıxdığı Aşıqdan bircə çimdik, bircə tikə Vətən -Laçın-Güləbirdi torpağı istədi yazdığı məktublarında. Ürəyi doldu -boşaldı, göz yaşları ilə qubar bağlamış könlünün hönkürtüsiylə yazdı məktubları. Qəbri düşmən tapdağında olan, ruhu narahat, gileyli 29 yaşlı çiçək anasına, onun uyuduğu məzara. Həyatın bütün sınaqlarına, çətinliklərinə rəğmən Rövşən müəllim yaşadığı ömrü iradəsinin, ağlının, cəsartin, məsləkinin, əqidəsinin, qürurunun, mərdliyinin gücüylə, insanı ləyaqətinin sonsuz sevgisinin , gözəlliyin , narahat ürəyində əbədi məskən salmış Laçın sevdasının, Güləbird arzusunun gücüylə yaşayır, yazır,yaradır. Çox şükürlər olsun ki İ, bu gün Qarabağımız azaddır. Düşmən tapdağından azad olmuş torpaqlarımız rahat nəfəs alır. Gör neçə illərin dustağı idim, Ruhum paramparça, can didim-didim. Özümdən çıxmışdım , özümə gəldim, Gəldim, qardaşlarım, nə yaxşı gəldim! Bu xaraba evim, üzümə güldü, Özümü dünyanın xoşbəxti bildim. Yerdəki son daşla yaşımı sildim, Gəlmişəm , ay evim, nə yaxşı gəldim! Rövşən müəllim azad olmuş doğma yurduna Laçını görmək istəyinə çatdı. Məzun 78 Gəncə qrupuna ünvanladığı hər birimizə xitabən yazdığı 15bəndlik şeri ilə bizi Laçına dəvət etdi “Yığışın başıma gedək Laçına ” dedi. 34illik həsrətdən sonra 21 iyun 2026 -cı il bizim də, onun da doğma elinə-obasına ziyarət günü ,. əziz, unudulmaz bir xatirə kimi yazıldı ömür kitabına. Ziyarətdən sonra Rövşən müəllimin səhhətində bir az narahatlıq yarandı. Əlbəttə, 34 illik həsrətdən vüsala qovuşduğu gün … Vətən fədaisinin gördüyü yurd yerləri, bir -birinə söykənən əzəmətli dağlar, coşub -çağlayan Həkəri ucu -bucağı görünməyən meşələr , qayalardan qaynayan buz bulaqlar, Güllü -çiçəkli çəmənlər əsrarəngiz təbiət daha nələr, nələr.. onun. narahat onun, həssas ürəyini tərpətdi.Allah böyükdür, şəfaverəndir. Dualarımız həmişə onunladır. Allahın köməkliyilə tezliklə sağlamlığına qovuşar , növbəti ziyarəti doğma ocağı Güləbirdə olar İnşallah: Qəlbində Vətən sevgisi, dilində Laçın nəğməsi qələmində Vətən tərənnümü, Güləbird arzusuyla yaşayan qardaşımıza ulu Tanrıdan, möhkəm can sağlığı, bərəkətli, mənalı ömür, bol-bol yaradıcılıq uğurları, Laçınlı, Güləbirdli günlər arzulayıram! “… Mən bir qürub günəşiyəm, Əvvəlki odum qalmayıb Bayadıyam yemək kimi, Dünənki dadım qalmayıb. Gülsəfa müəllimə çoxdan yazıb bu ürəkdən gələn səmimiyyət poetikasını .O qeyd edib ki , Rövşən müəllim bir qurub günəşi deyil, səhər günəşidir. Onun pedoqoji fəaliyyəti ilə bərabər bədii yaradıcılığı da dəyərlidir. Dünyanın rəngləri, gülünün -çiçəyinin ətirli mənzərələri bir -birindən fərqlənir. Çünki hər qəlbin öz sözü öz hissi var. Amma bunları birləşdirən Vətən həsrəti , yurd niskilidi Rövşən müəllim bir şair kimi təbiət sevərdi, incəqəlblidi. O uca dağları sərin yaylaqları səfalı yerləri yada saldıqca könlü quş kimi o obalara qarşı qanadlanır. Onun bu yurd həsrəti həm də vətənpərvərliyin əks etdirir. Gəzdiyim oylaqlar , Xınalı daşlar , Kəklikli qayalar , qartallı daşlar , Məni gözləmirdi, . o qaranquşlar Heç hara getmirəm , atam balası!… Bu təbli adamlar hər kəsə keçmişi unutmamağı , mərdliyi qorumağı xatırladır. Onun şeirlərində dünyadan şikayət , narazılıq da qəmli notlarla verilir. Həssas qəlb sahibi haqq ədalət axtarır dünyanın vəfasızlığını xatırladır. Kim doyub ki, mən də doyam dünyadan Heç hara getmirəm atam balası Yaşlandıqca bala dönür bu dünya, Heç hara getmirəm, atam balas! … Onun şeirlərində həsrətin ən ağır çəkiləsi dərd olmadığı xatırlanır. Yurdu da ona həsrət qalan sakini kimi fərqlidir. Onun görmədiyi müqəddəs bildiyi dağlar dədə-babadan ziyarətgah ocaq kimi əzizdir. Bu dağlar ona müqəddəs olduğu qədər də doğmadır. Dağlar göylərə yaxındı babalarmızın inanclarını yaşadır. Yurd müqəddəs məkan kimi ürəklərə həkk olur. Burada şairin Vətən yurd sevgisi tükənməzdi. Dağ gəzdin , Aran keçdin, Xan Çoban Saran getdi Yarını apardılar Qar , yağış tufan getdi O poetik istedadına malik yaradıcılığında müxtəlif şeir janırlarını cəmləşdirən şairdi. Yaradıcılığında məcburi köçgünlük, Vətən torpaq itgisi şerlərinin yaranmasında əsas amildir. Laçın havalıyam, Vətən haylıyam Mən harda qışlayım harda yaylayım Soruşsan haralıyam Qaradağlıyam Məni bu yollarda dərdim gəzdirir Rövşən müəllim Sarı Aşığın yurdundan olduğu üçünı bayatıları da könül açandır. Sarı aşığın yerlisi olmaq şairi onu ruhda şeir və bayatı yazmağa, duymağa, düşünməyə vadar edir. Kəkliklər daşa çıxdı Quzular döşə çıxdı Nökər başı boş gördü Yüyürdü başa çıxdı Siz həqiqət adamısınız çünki zaman dəyişir , həqiqət isə dəyişmir, Rövşən müəllim! ” Nuriyyə xanım deyir :”Bu da bir ömürdür. Ömürdən keçən günlər vərəqlədikcə nələr keçir ürəymizdən. “Rövşən müəllim haqqında çox söz demək olar. Rövşən müəllim Məzun -78 qrupuna bir az gec daxil oldu, amma qrup üzvləri ilə, tələbə yoldaşlarla çox tez xoş ünsiyyət qura bildi. Özünün vətən, yurd, doğma el oba həsrəti ilə, ürəkyanğısı ilə yazdığı şeirlərlə ürəklərə yol tapdı, ruhları oxşadı. Maraqlı söhbətləri ilə, qrupda apardığı diskussiyalarda qrupu yaşatmağa çalışan fəallardan biri oldu. Hər səhər tələbə dostlarını salamlayıb xeyir dua göndərdi, Rövşən müəllimin uzun illərdən bəri məcburən tərk etdiyi vətəni doğma Laçin görmək arzusu ilə dediyi “Yığışıb başıma gedək Laçına “sözləri Məzun -78 qrupunun üzvlərindən o müqəddəs torpaqları ziyarət etmək arzusu yaratdı və şükürlər olsun bu arzu gerçəkləşdi. Bəlkə də uca tanrı Rövşən müəllimin xəstələnməsi üçün əvvəlcədən imkan yartdı ki, o vətəni Laçına gedib, o yerləri ziyarət eləsin. Allah Rövşən müəllimə şəfalar versin, tezliklə sağlamlığına qovuşsun. Əliağa müəllimin ürək sözləri :”Məzun -78 Gəncə”” qrupuna illlərdən sonra görüşümüzlə əlaqədar olaraq mən bir şeir yazdım. Sən demə yanılmışam. Bir azdan Habil öz dəsti-xətti ilə qrupa qoşuldu və səbəbini bilmədik qrupdan çıxdı. Sonra Səməndər çox böyük enerji ilə mükəmməl şeir və qəzəlləri ilə qrupda təlatüm yaratdı. Qazi kişinin nəvəsi Qivaminin çox keçmədi ki, onun da sadə, çox axıcı, məna yüklü şeirləri qrupa bir coşqu gətirdi. Az sonra Tahir çox maraqlı bir yazı manerası ilə qrupa yeni ruh verdi. Ən nəhayət, bir fikir var e… gec olsun, güc olsun. Rövşən qardaşım qrupa gec qoşuldusa tez bir zamanda öz istedadını, öz poetikasını büruzə verdi. Kişinin oğlu yazır də… Ən sonda deyirəm “Sizi verənə şükür” Mən onun”” Ürəyim oldu.. ” şeirini sizlərə ərmağan edirəm. Ürəyin həmişə coşqulu olsun, torpaqlarımız alındı. Hər iş öz axarına düşər, inşallah Mənim bu dünyada ən yaxşı dostum, Ən yaxşı sirdaşım ürəyim oldu. Bir o tab gətirdi zərbi zoruma, Bir o axıracan qardaşım oldu Və ya. Ağrımı acımı yüklədim ona, Anamı atamı yüklədim ona Dağ boyda bacımı yüklədim ona. Ən yaxşı yurtdaşım ürəyim oldu. Rövşən, sağ ol, var ol ! Sənin şeiriyyətin, sözü ipə -sapa düzməyin başqa bir aləmdi. Sözlərin axıcılığı o qədər gözəldir ki, onlara bənd-bərə lazım deyil, o özü axıb ürəyə dolur. Yaz, yarat! Allah köməyin olsun.. “ Şairə publisist Mehriban Ələkbərova demişdir. “Vətən həsrətli, yurd nisgili, qardaşım 30 ilin həsrəti səni çox sınaqlara çəkdi. Əlinə silah alıb ölümü göz önünə gətirərək döyüşlərə atıldın, qələmini mürəkkəblə yox, ürəyinin Laçın yaralı qanına batırıb ürək sirlərini misralara düzdün. “İçində bir şair mürgüləyən “, qardaşım, mürgülü gözünü açıb dünyaya tələbə yoldaşlarının -qardaş və bacılarının məhəbbəti ilə baxdın. İçimdə bir şair mürgüləyirdi Ona qaytardınız itən eşqini Dağlarda nərgiztək bitən eşqini Yığıb bağladınız Vətən eşqini. İllər bir -birini əvəz etdi. Haq -ədalət Ali Baş Komandanın dərin, uzaqgörən siyasəti, igid ərənlərmizin Vətən məhəbbəti xalqın dar günündə birliyi bir dəmir yumruğa dönüb düşmənin başını əzdi. Torpaqlarımız azad oldu. O azadlığa qovuşan torpaqlarımızın biri də buz bulaqlı, yaşıl ormanlı, axar -baxarlı Həkəri çaylı Laçin idi. Qartal yuvasıdır uca dağların Gülür təbiətin, baxça,bağların Geriyə qayıdıb gözəl çağların Ay mənim Laçınım, gözlərin aydın! Bu sevinc Laçın balasını -Rövşən qardaşmızı riqqətə gətirdi, gəlib Vətən məhəbbəti ilə çırpanaraq bizləri o gözəl oylaqları, dağları, daşları, zümrüd meşələri, axar gur çayları, bir sözlə, Allahın bizlərə bəxş etdiyi Vətən gözəlliklərini görməyə səslədi. “Yığışın başıma gedək Laçına! “-dedi. Qızların İpəyi, Mehrisi gəlsin Toması, Həyatı, Gülüsü gəlsin Durub yol başlasın Sonası gəlsin Yığışın başıma gedək Laçına! İlahi, bu çaxrışa neçə biganə yanaşmaq olar? Şair qardaşımız bizləri-tələbə yoldaşlarını Laçına-igidlər oylağına, Sarı Aşığın yurduna səsləyir. Bir gün ömrümüzə Laçın canlansın, Qalya qanad açsın, söz havalansın, İradə yuxudan erkən oyansın Yığışın başıma gedək Laçına! Allahım , yol boyu o, doğma torpaqlara necə həsrətlə baxırdı, həsrət göz yaşları yanağına axırdı. Bir yandan da yol bizləri hara aparır, daha hansı gözəllikləri görəcəyik, bir uşaq sevinci ilə deyirdi. Yığışaq başına toy-düyün quraq Həsrətin ağzına bərk möhür vurqa Tanrıdan diləyib,biz möhlət alaq Birləşib Laçına köçürək səni Ataq qəlbindəki nisgili, qəmi. Sanki qardaşımızın bu gəlişinə Həkəri çayı da sevinib coşub daşırdi, bu gəlişə nəğmələr qoşurdu. Yurdun şən olsun, qardaş, qəlbi Vətən məhəbbətli, qardaş. İndi rahat nəfəs al, ulu babalarmızdan sizlərə əmanət olan o torpaqlar əmin əllərdədi. İgid ərənlərimiz və bir də babalarmızın ruhları o torpaqları qoruyacaq, bir daha düşmən ayaqları o torpaqlara dəyməyəcək.” Sadəlik, səmimilik poetikasından danışdı şairə Qalya Azəri. “Vətən həsrətli, torpaq sevdalı, sinəsi sözlü, dili bayatılı şair, publisist, yazıçı Rövşən Atakişioglu haqqında bir neçə söz. də mən demək istəyirəm. Rövşən bizim tələbə yoldaşımız olub. Bir il olar ki, ” Məzun -78 -Gəncə ” qrupuna qoşulub. Amma buna baxmayaraq elə ilk gündən duzlu söhbətləri, gözəl bayatı və şeirləri ilə hamının diqqətinin cəlb edib. Sadə, səmimi, cəfakeş, çox duyğusal bir insandı Rövşən müəllim. O, adi sözləri elə nizama düzür bədiiləşdirir ki, insanı düşündürür, qəlblərə toxunur. Rövşən qardaşımızda diqqətimi çəkən ən çox işlənmiş, istifadə olunmuş sözlərin onun poeziyasında yenidən parlamasıdır. Vaxtı ilə Uilyam Şekspir yazırdı: “-Sadəlikdən, səmimilikdən uzaq olan şeirlər, yağlanmamış təkərlərin cırıltısından daha çox əsəbləri pozur. “ Məsələn: Əyilmiş qaşa neynim, Gözümdə yaşa neynim. Ağlıma gəlməyənlər, Gəlibdi başa neynim. Və ya : Ay qaraqaş, ay qara göz , Gələcəyəm, bir az da döz. Nə deyirsən, buna nə söz, Yaxşıya Aşıq gedirəm… Rövşən müəllim elinə, obasına, doğma Güləbirdə. Laçına, bütövlükdə Vətənə bağlı bir insandı. Bu vətənpərvərlik hissi onun yaradıcılığında bir qırmızı xətlə keçir. Şairin istər poeziyasından, istərsə də nəsrindən torpaq ətri, yurd qoxusu gəlir. Sağı Minkəndçayı, solu Şəlvə çay, Nə gözəl ərmağan, nə gözəl bir pay. Gölündə sonalar, dağda torağay, Soltan, bəy nəslidi, soyudur Laçın. Hər bulaq Arazım, Həkəri Kürüm, Yaxşısı ocağım, Aşığı pirim. Lölöyi -şəhvarım, şərəfinə, dürrüm, Qızılın özüdür, suyudur Laçın… Uzun müddət baş verən faciələr, yurd itgisi, müharibə, ailədə baş verən hadisələr şairi özü demiş əməlli, başlı ruhdan salmışdı.Nəhayət, “Məzun -78-Gəncə “qrupuna qoşulmaq elə bil şairə bir stimul verdi. Özü deyirdi ki,”İçimdə mürgüləyən bir şairi siz oyatdınız. Və beləcə qrup deyişmələrinə qoşuldu qardaşımız. Rövşən müəllim: Uzaq yollardan gəlirəm, Bir hovur dincəlim gedirəm. Yer ver mənə, zalım, yer ver, Bir hovur dincəlim gedirəm.
Gəlirəm şələ belimdə, Mənim bəlam öz dilimdə, Gəlmişəm başım əlimdə, Bir hovur dincəlim gedirəm. Səməndər Nəsibli: Rövşən sözü rövşən eylə, Gəl ələmə dərdi belə. Uzaqdan yox, gülə -gülə. Yaxından qopub gedirəm.
Çərxi fələyin çənləri, Qovhaqovdu Səməndəri. Dayanmağa yox sipəri, Oxumdan qopub gedirəm… Qalya Azəri: Ömür ki var, bizə paydı, Günlər ki var, ilə taydı. Nə olub ki, bu nə haydı, Bir hovur dincəl gedərsən.
Artıbdı giley -güzarım, Vətəndi dərdin, azarın. Ağdama düşsə güzarın, Bir hovur dincəl gedərsən… Onlarla belə deyişmələr var qrupda. Rövşən müəllimin. Yükün əysə, əl atırsan, daşın yox, Bu qismətdir, qismətimlə işim yox… Rövşən müəllimin bu şeiri çox təsirli şeirdi. Ə li Yerdən, Göydən üzülən bir adamın qəlb çırpıntıları, ağrısı, acısı öz əksini tapıb. “Sən ha boylan, Tanrı hələ gəlmir ha… “kimi uğurlu misralar bir -birini əvəz edir. Az -çox yazmağı bacaranlar da bilir ki, ən gözəl yazılar dərddən, qəmdən yazılır. Kədərdən, qəmdən uzaq olasınız Rövşən qardaşımız . Səndə bu dünyanın dadı qayıtdı Şirin baxışlaradan doymamışam mən Döndü, ürəyimin odu qayıtdı Hələ son nöqtəni qoymamışam mən. “Hələ son nöqtəni qoymamışam mən… “şeiri 2004-cü ildə yazılıb. İndi o vaxtdan 21-il keçir. Əvvəl də demişəm, indi də deyirəm, Rövşən müəllim, şeirlərnizdə özünə məxsus deyim tərzi, gördüklərini və yaşadıqlarınızın poeziya dili ilə təsviri gözəl alınır. Nəhayət , deyirəm bu dünyanı gözlərinizdə gözəlləşdirən, başınızın üstündə olan xəyallarınızı Yerdə nəğmələşdirənlər həmişə sizinlə olsun. Allah şəfanızı versin, yazın, yaradın , gözəl insan !.. Şairə Tamara Bədəlova Rövşən müəllimin səhhətində.olan ciddi xəstəlikdən təsirlənərək ona şeir ithaf edib. Görüşə, hamıdan erkən gələrdin. Sübh tezdən hər kəsə salam deyərdin. Yazılan hər sözə ürək verərdin . Gəl, yeni ürəklər yaz ay qardaşım. Şairə səmimiyyət poetikasında səhərlər qrup yoldaşlarını xoş ovqatla, şeirlə salamlamasını öz duyğuları ilə verə bilmişdir. Dostların sənincün edirlər alqış. Deyirlər deyilən kaş ola yalnış. Gəl bizə taledən ömürdən danış. Söylə ki, olacaq 100,ay qardaşım… “Biz gəlirik görüşünə, ay Laçın “, “Qardaşım” , “Həsrətinə dözənmədin”, “Oğlun dərdə düşüb, Laçın”, “Heç demədin , oğlun hanı? ” kimi şeirlərdə Rövşən müəllimə olan bacı məhəbbətinin tərənnümü geniş yer almışdir. Bu qəbildən olan şeirlərdən birini də şair, publisist Səməndər Nəsibli yazmış. ,tələbəlik illərinin yadigarı olan şair dostu 1-ci Qarabağ döyüşlərində batalyon komandiri olmuş Rövşən müəllimə səmimiyyət dolu sözlərini belə tərənnüm etmişdi. Rövşən, qatma aralığı, Aralıq belə qatılmaz, Hələ xeyli gərdişi var, Gərdiş qibləyə yatılmaz. Müdrik insan saymaz yaşı. Hikmət ilə bəzər daşı, Elm, ürfanla qatar başı, Zər, zəri ilə baş qatılmaz. Şöhrət Rövşən qızı Atabəyin ata haqqında düşcələri:” Rövşən Atakişi oğlu Atakişiyev -Əsl müəllim, pedaqoq, hərbiçi, müsavatçı, əsl ata, əsl kişi və ən vacibi təmiz insan. Bütün bu şərəfli titulları özü ləyaqəti ilə qazanıb. Biz atamıza “Qaqa” deyirik, bu da təsadüfi deyil. Qaqamız çox erkən ailə qurub, 21yaşında ata statusunu qazanıb. Mənim atamın qanından bizə əqidə keçib, şərəf keçib, dürüstlük keçib. Bunun üçün sənə minnətdarıq, əziz Qaqa! Övladların Fədail, Alidə, İlkanə və səni sevənlərin adından səni bağrımıza basırıq, sinə Allahdan sağlam ömür arzulayırıq. Növbəti illərini ürəyindəki diləklərinlə yaşamaq nəsibin olsun.Şöhrət müəllimə atasının ağır xəstəliklə üz-üzə qaldığı anlarda qələmə aldığı “Getmə” rədifli şeiri, bibisi kimi mənim ona yazdığım ümid və təsəlli xarakterli “Qardaşım qızı”şeiri, atanın bu ağrıya cavab olaraq yazdığı “Heç hara getmirəm atam balası” şeiri yalnız üç poetik ruhun misralara düzüldüyü sözlər deyil, narahat insan qəlbinin, duyan könüllərin ən kövrək, ən çətin anlarının canlı şahididir. Kimə neyləmisən, a sudan durum? Deyirsən yeri dəlim, göyü uçurum ?! Dayan, bir az dayan, kəcavən qurum, Gözünün qurbanı, hara gedirsən? “Getmə ” şeirinin hər bəndinin “Getmə! “nidası ilə bitməsi sadəcə bir xahiş deyil, atasına sarılan bir övladın ürək ağrısıdır. Rövşən müəllimin sevgi dolu bir cavabı. Bir az da qeyrət, bir az da, ömür, Alt -üst qıfıllandım, zirehim dəmir. Sİz ha qoca deyin, ürəyim dəmir, Heç hara getmirəm, atam balası ! Şeirdə Şuşa, Laçın, Həkəri çayı kimi müqəddəs məkanların adını çəkməklə Şöhrət müəllimə atasının əzəmətini, vüqarını həmin torpaqların əzəməti və vüqarı ilə eyniləşdirir Bu dostu, sirdaşı, qardaş -bacını, Başın ucalığı, şahlıq tacını, O gözəl Şuşanı, gözəl Laçını, Kimə tapşırırsan, hara gedirsən ? Getmə! Şeirin sonunda: Rövşənin qızıyam, Şöhrətdi adım, Dilimin şəkəri, ağzımın dadı, Bir ömür bir yaxşı günün olmadı, A qolum, qanadım, hara gedirsən? Getmə ! – deyərək atasının şeir, sənət dünyasının söz aşiqi olan bir ziyalının, bir şairin, nasirin qızı olduğunu vurğulayır və bu adla fəxr edir, Rövşənin qızı olması ilə qürur duyur. Baxın, qarşınızda, çəmənzar mənim,. Bülbülün çəkdiyi ahu -zar mənim. Dalğalı bu dəniz, bu Xəzər mənim, Heç hara getmirəm, atam balası! Şöhrət balamın yazdığı “Getmə” rədifli şeirindəki misralar mənim daxili dünyamda sanki bir təlatüm yaratdı, Məni çox kövrəltdi. Ona mənəvi dayaq olmağı, bir ümid, bir təsəlli verməyi özümə borc bildim: Ata bir çinardır, övlad budağı, Sönməsin heç zaman evin çırağı. Gülüşün bəzəsin hər an dodağı, Solmasın gül üzün, qardaşım qızı!
Şöhrətin şeirindəki misralar, o misralardakı ataya olan dərin duyğulu övlad sevgisi məni həm qürurlandırdı, həm duyğulandırdı, həm kədərləndirdi: Sona bibin qurban, a Şöhrət qızım, Şeiriylə qəlbimə, dünyama dolan, Sənə arxa, dayaq olacaq atan, Göynətmə qəlbimi, qardaşım qızı! Ata sevgisiylə alışıb yanan övladın “Getmə” yalvarışı , şair -nasir Rövşən müəllimin “Heç hara getmirəm, atam balası” adlı məğrurluqla yazılmış cavabının yaranmasına səbəb oldu. Bu çətin günlərində Uca Tanrımdan sizə can sağlığı, tükənməz dözüm, polad kimi iradə dizinizə təpər, gözlərinizə nur diləyirəm. İnanıram ki, sizin iradəniz, dözümlü ürəyiniz, yaşayıb yaratmaq eşqiniz qarşınıza çıxan bu ağır sınağınıza da qalıb gələcək. Rövşən müəllim sizin bir arzunuz var idi, Bu qismətdi, bu taledi, bu bəxtdi, Bu gün mənim, sabah sənin nobatdı, Çox danışdın, ay ürəyim, gün batdı, Səksəninə, doxsanına, ya qismət! Və ya : Yetmişə, səksənə vergüllə düzün, Doxsana doqquz bir qoyub gedərik. Boylanın bir az da qabağa, dostlar,.. Çox sağ olun. Nə gözəl arzudur.Arzularınız çin , dualarınız qəbul , ümid qapılarınız üzünüzə daim açıq olsun. Ötən ömrümüzə əlvida demək Qalan ömrümüzü yüzə yetirmək Yetmişdən, səksəndən rahat ötüşmək Nə gözəl arzudur yüzdə görüşmək. Rövşən müəllim bir şair -nasir deyil, həm də övladlarnızın, nəvələrnizin baş tacı, sönməz ocağı”Məzun -78″ Gəncə ailəsinin sevimlisi və fəxrisiniz. Sizi qarşıdan gələn ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Evinin mənası, dadı, duzusan, Ata ocağının sönməz közüsən. Oğlunun, qızının bəxt ulduzusan, Qardaşım, ad günün mübarek olsun!
Sona deyər, yetmiş yaşa, yüz yaşa, Qalan ömrü sağlıq ilə vur başa. Uca adın layiqdir hər alqışa, Qardaşım, ad günün mübarek olsun ! Həmişə Rövşən müəllim Məzun -78 Gəncə qrupundan səsiniz, ününüz gəlsin. Bu gün qardaş bacılarınız sizə salama. gəlib. Şair, siz necə demişdiniz : İllər keçib, görünəni görmüşük. Sacımızı sığal -sığal hörmüşük. Dağdan, daşdan izimizi sormuşuq. Səksənə, doxsana ya qismət!…
Və ya. Əlim əldən üzülməmiş dur gedək, Arabacı, arabanı sür gedək, Muğan keçək, Araz aşaq, Kür gedək, Səksənə, doxsana, ya qismət. Bu şeirdən təsirlənən qrup yoldaşımız şair, publisist, 28 kitabın müəllifi, 1-ci Qarabağ müharibəsinin iştirakcısı polkovnik -leytenant Səməndər Nəsibli görək nə deyib. Rövşən , sənin dünya ilə nə dərdin. De, nə əkdin, nə becərdin, nə dərdin, Bu dünyada nə qazandın, nə dərdin. İndən belə payın coşa ya qismət. Rövşən müəllim! Mərdlik, qəhrəmanlıq, igidlik simvolu olan Şairimiz. Sizə dünyanın ən şirin neməti olan sağlığlı, mənalı, 100 -il ömür arzu edirik. Ailənizlə birlikdə uğurlarınız yol yoldaşınız olsun. Üzünüzdənki səmimiyyət, qəlbinizdəki sevinciniz heç vaxt sizi tərk etməsin. Evinizdən bərəkət, canınızda sağlamlıq, dilinizdə dualar, süfrənizdə bol nemət, qəlbinizdən mərhəmət , ürəyinizcə olan günlər nəsibiniz olsun Rövşən Atakişi oğlu ! Yetmiş yaşı haqlamısan çox şükür Səksəni keç, doxsan yaşa, ya qismət! Qələm sənin yol yoldaşın sirdaşın, Gedərsiniz qoşa-qoşa, ya qismət.
İllərin qanadında Səkkizinci sinifdə oxuyurdum. Sentyabrın biri idi. Eşitdik ki, bizə təzə müəllim dərs deyəcək. Bizi maraq bürüdü, görəsən, kimdir bu təzə müəllim? Zəng vuruldu, bir azdan direktorumuz Nurəddin müəllim (Allah qəni-qəni ona rəhmət eləsin) gənc müəllimə ilə sinifə daxil oldu. Qısa tanışlıqdan sonra bildirildi ki, bu gündən sizə Meysarat müəlllim dərs deyəcək, rus dili fənnindən. Direktor getdikdən sonra gənc müəllim sinif jurnalını götürərək, adlarımızı oxuyub bizimlə tanış oldu. Sonra sorğu apardı, yeni dərsi izah etdi. Beləcə, bir həftə keçdi, ona o qədər isinişmişdik ki… Növbəti dərsin olmasını intizarla gözləyirdik. Sinifdə fəal şagird kimi tanınırdım, yəni dərs əlaçısı idim. Digər fənlər kimi bu dərsdən də evə verilən tapşırıqları hər gün yerinə yetirirdim. Ancaq bəzi şagirdlər kimi diqqət mərkəzində olmağı xoşlamazdım. Meysarat müəllim dərsdən bir-iki dəqiqə vaxt ayırıb bizə dəyərli məsləhətlər verər, Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və xarici ölkə yazıçı və şairlərinin əsərlərini oxumağı tövsiyə edərdi. Mən də kitab dəlisi idim. Bədii kitabları oxumaqdan doymazdım. Sinif yoldaşım Rəisətlə kitab mütaliəsi yarışına girişmişdik. Azərbaycan, rus xarici yazıçılarının əsərlərini sevə-sevə oxuyardıq. Nə isə… Meysarat müəllim bir gün dərsimiz olanda dedi: —Uşaqlar, indi deyə bilərəm ki, aranızda kim tələbə olacaq. Sinifdə göz gəzdirdi: —Rəisət, İbrahim, Nizaməddin, Ömərpaşa… Ürəyim gup-gup gupuldayırdı, adımın çəkilməsini gözləyirdim. Amma o çevrilib mənə tərəf baxmadı. Elə bil adım çəkilməsəydi, tələbə olmayacaqdım. Az qala hönkürtü ilə ağlayım. Bir az fasilədən sonra mənə tərəf döndü. Sanki ürəyimdən keçənləri duydu və gülə-gülə: —Unutmuşdum, sən də tələbə olacaqsan, – dedi. Elə bil üstümdən ağır bir yük gotürüldü. Həqiqətən adlarını çəkdiyi şagirdlər tələbə oldular. O vaxtdan illər keçib, bəlkə yazdıqlarımı Meysarat müəllim unudub, çünki mənim kimi onun neçə-neçə şagirdi, yetirməsi olub, ancaq mən unutmamışam, unutmayacağam da… BDU-nun jurnalistika fakultəsini bitirdikdən sonra təyinatımı rayonumuzda nəşr olunan “Balakən” qəzetinə almışdım. Qəzet həftədə 3 dəfə nəşr olunurdu. Redaksiyada həftəlik plan tutulur hər əməkdaşa tapşırıq verilirdi. Bir dəfə letuçka olanda mənə qabaqcıl müəllim haqqında zarisovka yazmaq tapşıırldı. Ürəyimcə oldu, çünkü mövzu hazır idi. Fikirləşdim ki, müəllimin sevimli şagirdi, şagirdin də sevimli müəllimi olmaq böyük şərəfdir. Meysarat Qaysayeva kimi… Mən Meşəşambul kənd orta məktəbini bitirmişdim, haqqında yazmağı qərarlaşdıranda öyrəndim ki, ailə həyatı qurduqdan sonra Meysarat müəllim Qaysa kənd tam orta məktəbində çalışır. Yanına getdim elə əvvəlki müəlliməm idi, gülərüz, səmimi, mehriban… Haqqnda yazmaq istədiyimi bildirdim, təvazökarlıqla: —Nə yazacaqsan… Öz vəzifə borcumu yerinə yetirirəm. Ordan-burdan söhbət edə-edə ondan xeyli fakt “oğurla”dım. Müsahibənin sonunda ona sual verdim: —Həmişə gülürsünüz, çətinlikləriniz, problemləriniz olurmu? —Əlbətdə olur… Promlemsiz insan yoxdur, ən çətin anlarımızda belə özümüzü itirməməliyik, hətta göydə uçan sərçəyə baxıb ondan həzz almalıyıq. Onun bu sözü həmişə qulağımda səslənər. Yazını sevə-sevə hazırladım, redaktorumuz da çox bəyəndi… Meysarat Qaysayeva 1950-ci ildə Balakən rayonun Şambul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin Rus dili və Ədəbiyyatı fakultəsinə daxil olur. Kənd məktəbində müllim kimi fəaliyyətə başlayır. Az müddətdə bacarıqlı, səriştəli, şagirdlərin ürəyinə yol tapmağı bacaran bir müəllim kimi tanınır. Təkcə işlədiyi məktəbdə yox, rayonda təcrübəli müəllim kimi dəyərləndirilir. Savadı, fəallığı ilə seçilən Meysarat Qaysayeva rayon ictimaiyyətinin də diqqət mərkəzində idi. Tezliklə rəhbər vəzifəyə irəli çəkilir. Rayon İcra Hakimiyyətinin Qaysa kəndi üzrə ərazi nümayəndəsi seçilir. Bu çox məsuliyyətli bir iş idi. 20-ci əsrin 90-cı illəri hər kəs üçün ən çətin, məşəqqətli, ağrılı-acılı illər idi. Bütün çətinliklərə baxmayaraq canıyananlıqla hər işin öhdəsindən gəlməyə çalışıb. Hər bir kənd sakininə ana-bacı olur. Kənd ağsaqqalları, ziyalıları ilə ünsiyyət quraraq problemli işləri həll edib. Rayonumuzda güclü zəlzələ baş verdikdə, hər yerdə olduğu kimi Qaysa kəndində də neçə-neçə ev dağılır, qəzalı vəziyyətə düşür. O, yenə qollarını çırmalayaraq kənd sakinlərinə həyan olur. Onun dəstəyi və təşkilatçılığı ilə 53 ev tikilir, 100-dən artıq ev təmir olunur. Əvvəlcə, kasıb, çoxuşaqlı ailələrin evlərinin tikintisinə nail olur. Kəndin abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yolların asfaltlaşdırılmasında onun əməyi böyükdür. Azərbaycan Kənd İnvestisya Layihəsi ilə uğurlu əməkdaşlıq sahəsində “Kəndarası yolların bərpası”, “Cücə inkubator sexinin tikintisi” layihəsini icra edib. Onun kəndə verdiyi töhfəni sadalamaqla qurtarmaz. İşlədiyi müddətdə kənd mədəniyyət evinin fəaliyyətini diqqət mərkəzində saxlayıb. Xüsusən “Cahan” Avar folklor qrupunun repertuarının, respublika səviyyəsində tanınmasında onun dəstəyi böyük olub. Avar xalq mahnıları və rəqsləri qrupun repertuarında xüsusi yer tutur. Bu qrup təkcə rayonda yox respublika miqyasında keçirilən tədbirlərdə də iştirak edir. Respublikamızın ayrı-ayrı bölgələrində azsaylı xalqların festivallarında iştirak edərək uğur qazanıb. Nəhayət Bakıda keçirilən festivalda isə “Xalq kollektivi” adına layiq görülüb .Dəfələrlə respublika televizyasının ayrı-ayrı kanallarında çıxışları olub. M.Qaysayeva 24 il dövlətə xidmət edib. Hazırda dövlət qulluqçusu təqaüdçüsüdür. Respublika Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Həyat eşqi güclü olanda…
Təqaüddə olsa da, onda həyat eşqi, yaşayıb yaratmaq həvəsi güclüdür. Ömrünün bir anını belə işsiz təsəvvür edə bilmir. Hazırda “Novruz Qadın İnkişaf və Müəssisə” qrupunun sədridir. Bu qrup Azərbaycan Kənd Qadınları Assosiasiyasının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin texniki dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Pilot Qadın Kooperativləri” layihəsinin iştirakçısı olmaqla ölkədə yaranmaqda olan ilk 7 Pilot Qadın Kooperativlərindən biridir. Əsas hədəf işsiz qadınları işlə təmin etməkdir. Qrupun öz şirniyyat sexi var. Dadlı kökələr və tortlarla rayonda ad çıxarıb. Rusyadan belə sifarişlər alan qrup icma münasibətlərinə sosial yardımlaşmaya böyük önəm verir. “Novruz” aktivistləri aztəminatlı ailələrdə uşaqların geyim və məktəbli ləvazimatı ilə təmin olunması üçün kampaniyalar keçirib. Qadınlar üçün kollektiv gəzintilər təşkil edib. Kənddə ətraf mühitin qorunması, vaxtaşırı təmizlik və tullantıların daşınması, erkən nigah və məişət zorakıığına qarşı mübarizə Novruz Qrupunun həyata keçirdiyi tədbirdir. Şəhid ailələrinə qayğı qrupun diqqət mərkəzindədir. 44 günlük müharibədə şəhid olmuş Həybullah Əsdiyevin ən böyük arzusu idi həyatyanı sahəsində müasir isitxana tikmək. Artıq arzusu 3 ildir ki, rallaşıb. Novruz inkişaf qrupunun dəstəyi ilə böyük istixana tikilib. İstixana hər cür avadanlıq ilə təchiz olunub. Burada ilin hər fəslində müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Kənd sakinlərinə münasib qiymətə satılır. Şəhidin anası Nəzakət Əsdiyeva da qrupun fəal üzvüdür. Onu da qeyd edim ki, Meysarat xanım Azərbaycan Kənd Qadınları Assosiasiyasının təsisçilərindən biridir. Eyni zamanda rayonda fəaliyyət göstərən qrupların mentorudur. Söhbət zamanı dedi: —Qadın lider olmağın ən böyük üstünlüyü digər qadınları ruhlandırmaq və həvəsləndirməkdir. Bir çox insanlar idarəetməyə ancaq kişi işi kimi baxır. Uzun müddətdir, bu sahədə kişilər üstünlük təşkil edir. Bizdə üstəlik irəli gedən qadınlara qarşı kişilərin qısqanclığını da əlavə etsək, bu bir qadın üçün böyük mübarizə tələb edir. Ancaq qadınlar güclüdürlər, onlar əməkdaşlığa və kompromislərə daha açıq olurlar. Qadınların sosiallaşması və qərarvermədə iştirakı, iqtisadi müstəqilliyi və özgüvənliyinə qovuşması həmişə mənim hədəfim olub. Bunun üçün qadınların bacarıqlarının artırılmasına və onlara iqtisadi dəstək göstərilməsinə ehtiyac var. Dövlət qurumları və Beynəlxalq təşkilatların layihələrinə cəlb olunmaqla çox sayda qadınlar özləri özlərinə iş yeri yaratdı. 2018-ci ildə yaratdığımız “Novruz” Qadın Qrupu öz kollektiv biznesləri ilə təcrübə toplayaraq artıq hüquqi statusu olan Qadın Kooperativinə çevrilib. İndi Qaysa kəndində qadınlar ailələrə daha çox gəlir gətirir, kəndin xeyir və şərinə dəstək olur töhvə verirlər. Kollektiv bizneslər inkişaf edib möhkəmləndikcə qadınların nüfuzu daha da artır və bu məni çox sevindirir, mənə stimul verir. Çoxları sual verir ki, bütün bunları necə bacarırsınız? Uğurlu olmaq üçün ilk növbədə məqsədlərinizə inanmalı, prioritetlərinizdən möhkəm yapışmalı və onları müdafiə etməlisiniz. Hər şey insanın öz daxilindən gəlməlidir,yaxşılıq etmək, gözəllilk yaratmaq… Qaysa kəndində yaşayıram. Kənd təsərrüfatında çalışmaq bizim əsas peşəmizdir. Bizim ata-babalarımız çörəyi torpqadan çıxarıblar. Bu bizim profil işimizdir. Özümüzün həyətyanı sahəmiz, 1 hektar fındıq bağımız var. Onu da vurğulamaq istəyirəm ki, kəndimizdə öz halal zəhmətləri ilə dolanan, zəhmətkeş, səmimi, mehriban insanlar çoxdur. Məni həmişə düşündürən qadınlarımızın həyatı, onların rast gəldiyi çətinliklər, gender bərabərliyi olub. Kənd icra nümayəndəsi işlədiyim müddətdə qadınlarımızın rastlaşdığı problemləri aradan qaldırmaq üçün çalışmışam. Azərbaycan Kənd Qadınlar Assosiasiyası yaradıldıqdan sonra bu qadınlarımızın həyatında yeni bir mərhələ açdı. Bu təsisçilərdən biri mən idim. Çünki qadınların qrup şəklində birləşməsi, onların bir-birinə arxa durması, birlikdə biznez qurması evdar qadınların həyatını dəyişdi. Qabaqçöl qəsəbəsində yaratdığım “Novruz” şirniyyat sexində 8 nəfər qadın işlə təmin olunub. Onu da qeyd edim ki, kəndimizdə iməcliklər keçirmək ənənə şəklini alıb. Bu da işin gedişatına müsbət təsir göstərir. Fındıq mövsümündə qadınlarımız həm yığımda, həm də seçimdə bir-birilərinə yaxından kömək edirlər, barama qurdu saxlayanlara baramanı təmizləməyə, digər sahələr də buna nümunə ola bilər. Hazırda heyvandarlıq, quşçuluq, arıçılıq və digər kənd təsərrüfatı sahələrində çalışanlar üçün rəqəmsallıq təlimləri keçirilir. Qadınlarımız bu təlimlərdə fəal iştirak edirlər. Bu da onların gələcəyi, inkişafı, çalışdıqları sahədə daha böyük uğurlar qazanmağa kömək edəcək. Məqsədim o deyil ki, ətrafımda olan qadınları istədikləri məqamlara çatdırım, məqsədim odur ki, onların həyatı, inkişafı üçün zəruri olan məqamlara çatdırım. M.Qaysayeva ilə söhbət etdikcə ondakı həyat eşqi, qurub yaratmaq həvəsi, gələcək planları, adamda gözəl hisslər, xoş duyğular oyadır. Doğma kəndinin gələcəyi, inkişafı, hər bir kənd sakininə, həyan olması xüsusən evdar qadınlara dəstək verməsi onu hamının gözündə ucaldıb. Rayonumuzda belə 3 qrup fəaliyyət göstərir. 8 Mart Beynəlxaq Qadınlar Günündə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonumuzda fəaliyyət göstərən qadın qruplarının gördüyü işləri yüksək qiymətləndirərək təsisçiləri Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edib. Onların arasında Meysarat Qaysayeva da var. Kəndin ağbirçəyi olan Meysarat xanım gözəl ana, nənədir. Üç övladı, səkgiz nəvəsi bir nəticəsi var. Ömür-gün yoldaşını erkən itirsə də, gözəl övladlar tərbiyə edib. Hər üç övladının ali təhsil almasına nail olub. Bir nağıl kimi ömür yaşayıb. Ömrünün hər anı, günü, ayı, ili qayğılarla dolu olub. İllər onu öz qanadına alaraq nə qədər çətinliklərdən, sınaqlardan keçirib. Bax beləcə mənalı, yaddaqalan, şərəfli bir ömür yaşayıb, yaşayır Meysarat müəllim.
Bu gün cəmiyyətimizdə və ədəbi mühitimizdə, xüsusi ilə də Cəlilabad ədəbi mühitində öz imzası ilə seçilən, sevilən dəyərli bir insandan- fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadədən söhbət edəcəyik. İlqar müəllim sözün çəkisini insanın çəkisi ilə müqayisə edir. Və sözünün işığı olan hər kəsi gözünün işığı edərək təmənnasız dəstək olur. O, yaşından, vəzifəsindən asılı olmayaraq Cəlilabad ədəbi mühitinin nümayəndələrinin yanındadır. On ildən artıqdır ki, sırf cənub bölgəsində yalnız Cəlilabad xalqına xidmət edən , özünün yaratdığı və baş redaktoru olduğu “Həməşəra” səhifəsi və onun nəzdində “Həməşəra” fəxri diplomu, “Nizami Gəncəvi” fəxri diplomu, “Məhəmməd Füzuli” fəxri ödülü, “Turan Ödülü”, “Pəhləvan” fəxri diplomu, “Dədə Qorqud” ödülü, “Ustad Niftalı Göyçəli” ödülü, “Mahmud Kaşğarlı” ödülü və.s ödüllər təsis edərək, həm rayonun əzəmətini qaldırmış, həm də ədəbi mühitini ön sıralara çəkilməsinə böyük vəsilə olmuşdur. Bu gün Cəlilabad “ədəbi mühitin paytaxtı” adını almasında İlqar müəllimin böyük rolu vardır. O, respublika üzrə böyük yeniliklər etmiş, ilklərə imza atmışdır. Bunlara misal olaraq sırf Cəlilabad xanım yazarlarından ibarət olan ” Qələm tutan incə əllər” layihəsi və kitab təqdimatını, yalnız vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “Turan ellərinin söz çələngi” adlı layihə və kitab təqdimatını həyata keçirmiş, eyni zamanda da “Turan ödülü” nü təsis edərək bizləri ödülləndirmişdir. İlqar İsmayılzadə Azərbaycan ədəbiyyatı üçün gecə və gündüz əziyyət çəkərək, əsgər kimi ədəbiyyatın keşiyində dayanmış, bütün çətinliklərə sinə gərərək, əzmlə çalışmışdır. İlqar İsmayılzadə milli – mənəvi dəyərlərin yaşadılmasında misilsiz xidmətlərinə görə dövlət tərəfindən də diqqət mərkəzində saxlanılmış, 50 illik yubileyində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi! Mətbuat Şurasının sədri, “525”- ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini və Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid tərəfindən Azərbaycan Mətbuat Şurasının Diplomuna layiq görülmüşdür. Eyni ilə 50 illik yubileyi münasibətilə Milli kimlik mövzusunda yaradıcılığını qiymətləndirərək, Turan Yazarlar Birliyinin sədri , “Turan ödülü”, “Ustad Niftalı Göyçəli” ödülü və “Həməşəra” Fəxri Diplomu laureatı Türkoloq, aşıq, yazıçı – şair ustad Niftalı Göyçəli tərəfindən Turan Xalq Yazarı Fəxri adına layiq görülüb, “Turan Yazarlar Birliyinin” ödülü ilə təltif edilmişdir. 2024-cü ildə yazdığı əsərlərində milli-mənəvi dəyərləri təbliğ etdiyi üçün Media Araşdırmalar Mərkəzi və Azərbaycan Kütləvi İnformasiya vasitələri işçiləri Həmkarlar İttifaqı tərəfindən “Zəfər” Media mükafatına layiq görülmüşdür. Bu gün Cəlilabad ədəbi mühiti də öz ziyalısına təşəkkür edir.
ATLAZ RZAYİ “Turan Yazarlar Birliyinin” üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair
DÜŞÜNCƏ DƏRYASI…
Düşüncə, fikir insana məxsus ən yüksək nemətdir. Məhz bu əvəzsiz, yalnız insana məxsus olan nemətə sahib olmaq sahəsində insan “Təbiətin tacı” kimi ən yüksək səviyyəyə qalxa bilmiş, düşüncə sayəsində yer üzünün əsl bəzəyi olmuşdur. Düşüncə qüvvəsi onun başlanğıcla bərabər istiqamətləndirir. Çünki düşüncə, fikir-ən qüdrətli, ən ecazkar, yenilməz və qarşısı alınmaz qüvvədir. E.Delakryanın fikrincə, “Fikri nizamlamaq vərdişi insanı xoşbəxtliyə doğru aparan yeganə yoldur…” Mənə görə, həyatda və onun müxtəlif sahələrində düşüncəyə xüsusi yer verən insanların sırasında çox hörmətli İlqar İsmayılzadəni nümunə göstərmək olar. Hacı İlqar İsmayılzadə: fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisidir. İlqar İsmayılzadənin fikrinin, düşüncəsinin istiqamətləri sonsuzdur. Məhz elə buna görə də mən onun şeirlərini oxuduqda çox duyğulandım. Onun vətən, sevgi, ana, Tanrı ilə pıçıltı və s. şeirlərində olan misralarına diqqət yetirdikdə, hər bir misranı oxuyarkən beynimdə sanki təhlil olunurdu. Elə buna görə də mən onun şeirlərindən müəyyən bir hissəsini təhlil etmək qərarına gəldim. Təhlil olunduqca, təhlillər düşüncə dəryasından bəhs edirdi. Saysız – hesabsız fikirlər barəsində düşünürdüm. Heç şübhəsiz, doğru düşüncəmiz, düzgün fikrimiz bizim ən yaxın bələdçimiz, yol göstərənimizdir. Həyatın əzablı, sərt, dolaşıq yollarında düzgün istiqamət götürmək üçün düşüncə bizə əvəzsiz bir məşəl rolunu oynayır. İlqar İsmayılzadənin düşüncələri ümmana bənzəyir. Mən o ümmandan sadəcə bir neçə damlanı təhlil etmişəm. İlqar İsmayılzadənin əsərlərində dünyaya əxlaqi baxış, əxlaqi meyar düşüncəsi isə ən mühüm yer tutur. Belə düşüncələr hər bir insanda olmalıdır. Belə düşüncələrdən mərhum olmaq qaranlıq bir dünyaya qərq olub, daim zülmətdə dolanmaq, axırda isə şərəfsiz məhv olmaq deməkdir. Onun mənalı həyat düşüncəsi ömürdə fəaliyyət düşüncəsidir. Dünyanın görkəmli adamları fəaliyyətdən kənarda səadət və mənalı həyat düşünməmişlər. B.Q.Korolenko çox yaxşı demişdir ki, quş uçmaq üçün insan da xoşbəxtlik üçün yaranmışdır. Başqa sözlə desək, insan fəaliyyət üçün yaranmışdır. Burada fürsətdən istifadə edib İlqar müəllimə sonsuz xoşbəxtlik arzulayıram
Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. Göytəpə şəhəri.
İLQAR İSMAYILZADƏ Bu şəxsiyyətə dünyanın ən gözəl, ən möhtəşəm , ən ülvi sözləri layidir. 11-ilə yaxındır ki, “HƏMƏŞƏRA” mətbu orqanının təhsisçi və baş redaktoru vəzifəsini şərəflə daşıyan, bir çox yazar xanım və bəyləri tanıyaraq tanıtdıran, hər bir yazarın qəlbində öz ədəb-ərkanı ilə sevgi qazanan, gənc alim, dəyərli şəxsiyyət kimi tanınan, qələm əhlinİn yaxın dostu , səmimi insan, necə deyərlər, böyüklə böyük, kiçiklə kiçik olan ,əlindən gələn hər nə yaxşılıq varsa, təmənnasız həyata keçirən bu səmimi insanı sevməmək mümkün deyil. İnsani keyfiyyətlərini saymaqla tükənməz. İLQAR MÜƏLLİMƏ tutduğu bu ləyaqətli yolda uğurlar, yenə də uğurlar arzu edirəm.
Gülşən Şahmuradlı. Turan Yazarlar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı” ,Zəfər” Diplomu, “Həməşəra” Fəxri Diplomu, “TYB-nin xüsusi Ödülü” və “Turan Ödülü” laureatı, şair.
Əsil ad-san ona deyərlər ki, onu öz zəhmətinlə, istedadınla, elminlə qazanasan. Onda səni alim, müəllim, həkim və.s çağırarlar. Söz sahibi olmaq da belədir. Sözü şəraba oxşatmışlar. O həm məst edir, həm məsti ayıldır. Belə istedad, zəhmət ,söz sahiblərindən biri dəyərlimiz “Həməşara” mətbu orqanının təsisçisi və baş redaktoru, AYB, AJB, TYB-nin üzvü, “Qızıl Qələm” və “Zəfər”media mükafatları laureatı, Turan Xalq Yazarı teoloq, tərcüməçi, yazar-publisist İLQAR İSMAYILZADƏDİR. İnsan ilk növbədə əxlaqı, səmimiyyəti, təvazökarlığı ilə tanınmalıdır. Ona görə atalarımız “alim olmaq asandır, insan olmaq çətin” demişlər. Bəli, İlqar İsmayılzadə bütün insani xüsusiyyətləri özündə cəmləmiş bir vətənpərvər vətəndaş, etibarlı dost, savadlı alimimizdir. Təmənnasız gördüyü xeyirxah işlər, xüsusilə, Cəlilabad ədəbi mühitinin formalaşmasında,o cümlədən xanım yazar və şairələrin ədəbi mühitdə yer almasında, oxuculara tanıtım edilməsində, gənc və yaşlı istedadların aranıb üzə çıxmasında İlqar İsmayılzadənin danılmaz xidmətləri var. Qələmin iti, zehnin aydın olsun, dəyərlimiz İlqar müəllim. Qoy uğur karvanın həmişə yolda olsun. AMİN.
Adıgözəl Nuriyev. Veteran pedaqoq ,qiraətçi yazar TYB-nin üzvü “Turan ödülü” laureatı,”Həməşara”fəxri diplomu laureatı.
İNSANLIQ ADLI ZİRVƏ
Bəzi insanlar tutduqlarl vəzifə ilə deyil, daşıdıqları mənəviyyatla tanınırlar. İnsan ömrünün əsl dəyəri isə yaşadığı illərlə deyil, könüllərdə qoyduğu izlə ölçülür. Elə insanlar var ki, onların adı çəkiləndə ilk yada düşən dürüstlük, mərdlik, xeyirxahlıq və nəciblik olur. Böyük şəxsiyyətlər özlərini ucadan təqdim etmirlər. Onları ucaldan nə şöhrət, nə də vəzifədir. Onların ən böyük təqdimatı saf əməlləri, təmiz vicdanları və insanların qəlbində qazandıqları hörmətdir. İLQAR İSMAYILZADƏ də məhz bu ali keyfiyyətləri ilə seçilən, adı böyük ehtiram və sevgi ilə çəkilən insanlardandır.
Onun həyat yolu zəhmətin, sədaqətin və mənəvi kamilliyin işığında formalaşmış bir ömür yoludur. Hər addlmında məsuliyyət, hər sözündə səmimiyyət, hər əməlində isə insanlığa xidmət duyulur. Belə insanlar cəmiyyətin səssiz qəhrəmanlarıdır. Onlar görünmək üçün deyil, faydalı olmaq üçün yaşayırlar. Həyatın ən uca zirvəsi sərvət toplamaq deyil,insanların duasını almaq, hörmətini qazanmaq və xoş xatirələrdə yaşamaqdır. Əsl şəxsiyyət odur ki, onun haqqında danışanda insanların üzündə təbəssüm, qəlbində ehtiram yaranır .İlqar müəllimin simasında insan təvazökarlığının gözəlliyini, səmimiyyətin istiliyini və zəhmətin müqəddəsliyini görür. Həyat yolunda qazandığı hörmət nə təsadüfün ,nə də vəzifənin bəhrəsidir. Bu hörmət illərlə qazanılmış etimadın, vicdanlı əməyin və insanlara bəslənən saf münasibətin nəticəsidir. Onun fəaliyyətində zəhmətkeşlik, məsuliyyət və vicdan əsas prinsiplərdir. O, təkcə gördüyü işlə deyil, qazandığı etibarla da seçilir.Ən böyük ucalıq isə kürsülərdə deyil, sadə insanların qəlbində ucalmaqdır.Ən qiymətli mükafat isə alqış deyil, insanların səmimi rəğbətidir. Həyatın kəşməkeşli yollarında dürüstlüyünü qoruyub saxlamaq hər zaman haqqın və ədalətin yanında olmaq yalnız güclü iradəyə və sağlam mənəviyyata malik insanlara nəsib olur. Arzu edirəm ki, İlqar İsmayılzadənin ömür yolu bundan sonra da uğurlarla davam etsin,hər yeni günü yeni sevinclər ,yeni nailiyyətlər və yeni xeyirxah əməllərlə zənginləşsin .Uca Yaradan ona möhkəm can sağlığı, uzun ömür,ailə səadəti və insanların sonsuz hörmətini daim nəsib etsin. Zaman illəri dəyişir, nəsillər bir-birini əvəz edir. Ancaq, mənəviyyatı ilə seçilən , ləyaqəti ilə ucalan , insanlığı ilə könüllərə yol tapan şəxsiyyətlər heç zaman unudulmurlar. Onların adı həmişə sevgi ilə çəkilir , insanların qəlbində daima işıq saçan bir çıraq kimi yaşaylr.Bir də , adı hörmətlə çəkilən insan əslində,öz ömrünü deyil,öz mənəviyyatını yaşayır.Mənəviyyat isə zamanın köhnəldə bilmədiyi ən böyük sərvətdir.
ÖMÜR KEÇƏR ADLAR QALAR, YAXŞILIQLAR ƏSL NİŞANƏ. XEYİR DOLU ÖMÜR YAŞAYAN, ÇEVRİLƏR BİR ƏFSANƏYƏ.
EHTİRAM SEVƏNLİ “Turan Yazarlar Birliyinin” üzvü, “Qızıl Qələm” Media mükafatı, “Turan Ödülü” mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı yazıçı-publisist,şair.
İlqar İsmayılzadə – dəyərli dost, sadə və təvəzökar alim, elit ziyalı, tanınmış və sevimli qələm sahibi, peşəkar jurnalist, cəfakeş ədib, ədəbi mühütün yaxın və sadiq dostu. Allah sizi qorusun vətənpərvər şəxsiyyət İlqar İsmayılzadə. Qurban Əhməd.
İlqar İsmayılzadə: Bu gözəl insan və əsil şəxsiyyət haqqında çox söz yazmaq olar. Mən isə yalnız bunları qeyd edə bilərəm, İlqar İsmayılzadəni 1 ildən artıqdır ki, tanıyıram. Tanıdığım müddət az olsa da İlqar müəllimi əsil ziyalı kimi tanımışam.İlqar müəllimin çox gözəl bir xarakteri var. O, həmişə kiminsə rütbəsinə malik olduğu statusa deyil,əsil şəxsiyyətə önəm verir.İlqar İsmayılzadə çox zəhmətkeş,səbrli, diqqətli, təvazökar və çox zirək insandır.İlqar müəllim həmişə rayonumuzun şair və yazıçılarına, görkəmli şəxsiyyətlərinə dəyər verərək öz təmənnasız xidmətini göstərib və göstərməkdə davam edir.Şəxsən öz adımdan bunu deyə bilərəm ki, İlqar İsmayılzadənin mənim yaradıcılığıma dəyər verməsi məni daha da ruhlandırır.Nə yaxşı ki, doğma rayonumuzun İlqar İsmayılzadə kimi əsil ziyalısı və çox hörmətli alimi var.Ulu tanrıdan İlqar İsmayılzadəyə uzun, sağlam ömür arzu edirəm.Eyni zamanda İlqar müəllimə sözünün və qələminin kəsərli olmasını arzu edirəm.
Sevinc Şirvanlı Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, “Turan Ödülü”, TYB-nin xüsusi ödülü və “Tomris” Ödülü laureatı, şair.
On ilə yaxın söhbətidir,Cəlilabadın Maşlıq kəndinin məktəb direktoru, rəhmətlik İsrafil müəllimlə qədim abidələr haqda söhbət edirdik. Ətrafımızda bizim söhbətə müdaxilə eləməyən xeyli sayda müəllimlər vardı. Cavan bir oğlan,çox mədəni şəkildə, sakit səslə üzr istədi və bizim söhbəti dinləmək istədiyini bildirdi. Təbii ki, etiraz eləmədik və tanış olduq.Havanın qaralması səbəbindən tez ayrılası olduq. Amma, bu cavanın yüksək mədəni davranışı, danışmaqdan çox, dinləməyə üstünlük verməsi, müsahibinin sözünü kəsmədən dinləməsi diqqətimi cəlb eləmişdi. İlqar İsmayılzadə olduğunu və uzun müddət ilahiyyat təhsili aldığını, hətta fəlsəfə doktoru olduğunu öyrəndim. Ayrılanda bizə bir dərgi buraxdığını bildirdi, “Həməşəra”. “Həməşəra” nın müntəzəm oxucusu oldum və mütəmadi görüşməyə başladıq. Adamın yüksək intellekti, yüksək əxlaqı, müsahibinə qarşı aşırı dərəcədə sayğılı olması dərhal diqqət çəkirdi. Kitablarının təqdimatında iştirak elədim və bu insanı daha yaxından tanıdım!! İlqar bəy, Vətəni aşırı dərəcədə, təmənnasız sevən, dostlarına qarşı çox diqqətli olan bir dəyərli ziyalımızdır. Cəlilabadın tarixini araşdıran, dəyərli insanları ətrafına toplayan, harda bir kiçik qığılcım görsə onu alova çevirən (müsbət mənada) bir şəxsiyyətdir, İlqar bəy!! Adamın çox müsbət aurası var, söhbətilə insanı yormur!! Onu ətrafına sevdirən keyfiyyətləri, sadəliyi, mədəniliyi, yüksək əxlaqı, təmənnasızlığıdır. Hazırda böyük və müqəddəs bir yolun yolçusudur!! Bu yolda İlqar bəyə və onunla birlikdə bu yolu inamla addımlayanlara uğurlar arzulayıram!!! Uca Tanrı bizləri arzularımıza çatdırsın!!!!
Dadaş Bayramov “Həməşəra” Fəxri Diplomu laureatı, “Turan” ödülü laureatı, veteran pedaqoq.
Mən ilqar İsmayılzadəni demək olar ki, bir ildir tanıyıram. İlqar İsmayılzadə çox savadlı, istedadlı həm də səmimi bir insandır. O, bütün səmimiyyəti ilə çalışır ki, çətinlikdə olan insanlara kömək eləsin, rayonumuzun ədəbi abu-havasına aydınlıq gətirsin, gənc yazarların üzə çıxmasına dəstək olsun . Məsələn, Respublikası səviyyəsində iki hissədən ibarət olan “Qələm tutan incə əllər” kitabını öz şəxsi vəsaiti hesabına İlqar müəllim çap etdirmiş, bizləri o kitabın təqdimatına yığmış və hədiyyə etmişdir. “Həməşəra” mətbu orqanı və rəsmi Facebook səhifəsi ilə Cəlilabad yazarlarına xidmət etmişdir. İstedadı olan hər kəsi üzə çıxarıb, geniş şəkildə təqdimatını vermişdir. İlqar müəllim bizləri ədəbi mühitlə daha yaxından tanış edib. Rayon ziyalılarını üzə çıxarıb. Və bir növ ünsiyyət vasitəsi olub ilqar müəllim bizim üçün. Mən ondan bir yazar kimi çox razıyam. Bir insan kimi ondan çox razıyam. Allah canını sağlam etsin. Böyüklükdən əskik olmasın. Eyni zamanda da çox savadlıdır, gözəl danışıq qabiliyyəti var, çox gözəl yazıçılıq qabiliyyəti var. Onun yazdığı cümlələr səlis və səliqəlidir, mənalıdır, yığcamdır. Mən elə buna görə ilqar müəllimi hər zaman rayonumuzun savadlı ziyalılarından biri kimi görürəm. Və ilqar müəllim hər vasitə ilə də çalışır ki, o, rayonumuza və rayon ziyalılarına öz işi ilə kömək olsun, dayaq olsun, arxa olsun. Və etdiyi bütün bu yaxşılıqlar onun qəlbindən, könlündən, insani keyfiyyətlərindən irəli gəlir. İlqar müəllim haqqında daha geniş danışmaq olar. Onu cümlələrə, sözlərə sığdırmaq mümkün deyil. İlqar İsmayılzadə rayonumuzda adı fəxrlə çəkiləcək bir insandır.
Seylan Abbas. ” Həməşara ” fəxri diplomu, “Turan yazarlar birliyi ” – nin üzvü , ” Turan ” ödülü , Vətənpərvərlik mövzusunda yazdığı əsərlərinə görə “Fəxri Fərman “- mükafatları
İlqar İsmayılzadə, bu insan mənə başqalari ilə müqayisədə çox yaxındır.Həm eyni soyadın daşıyıcısıyıq, həm qohumluq əlaqəmiz, həm də rəhmətlik atası ilə böyük qardaşım eyni vəzifənin daşıyıblar və yaxın dost olublar.Allah hər ikisinə rəhmət eləsin. Zaman elə gətirdi ki,biz İlqar müəllimlə Cəlilabad ədəbi mühitində görüşməli olduq.Hacı İlqar gənc və istedadlı qələm sahibidir.O Ədəbiyyatımız üçün yorulmadan çalışan,ərsiyə gözəl və tarixlərdə iz qoyan samballı əsərlər yaratmaqda israrlıdır O, həm enerjili ,həm də yüksək intelektuallı bir gəncdir. Təmiz və saf qəlblidir. Qeyd edim ki,İlqar müəllimin atası rəhmətlik Əcəməli aqronom olmasına baxmayaraq ,vaxtı ilə gözəl şerlər yazıb.Şeirlər toplusu kitab şəklində məndə durmaqdadır. Mikayıl İncəçaylı.
Dəyərli ziyalımız, sözə, sənətə hörmət edən, ,qiymət verən, yazarlarımıza diqqət yetirən, hər kəlməni düzgün incələyən, fəlsəfənin özü olan İlahiyyatçı, dinə- imana sadiq olan İlqar müəllim, ədəbi aləmə atdığınız imzalar danılmazdır. Üz tutub getdiyiniz bu yol ədəbi mühitin ən gözəl ,ən parlaq daim uçalığa doğru yönələn əbədi bir yoldur və bu yolda bu yolun sakinlərinə diqqət və hörmət göstərdiyiniz üçün təşəkkür, minnətdarlığa, alqışa ,qürura layiqsiniz. Bu şərəfli yolda sizə uğurlar, yaradıcılığınzda ən uca zirvə, oxucu sevgisi , mənalı – məzmunlu, naliyyətlərlə dolu həyat, nikbin ruh,əbədiyyətə imza atan qələm ,can sağlığı sağlam ömür arzulayıram.
Şöhrəti-izzəti qazana bilməz Hər kəsin aldığı qara pul kimi Bu insan hörməti qazanıb ancaq Qəlbində doğulan duyğular kimi.
Gülcahan Xürrəm. “Həməşəra” Fəxri Diplomu laureatı və “Turan” ödülü laureatı.
Tanışlıqdan gələn dostluq
İlqar qardaşla mənim tanışlığım, deyərdim ki bir xoş təsadüfdən başlasa da bu tanışlıq yaxın dostluğa qədər yol gələ bildi. Tanrıma şükürlər olsun ki, həmişə qarşıma yaxşılıqla dolu insanları çıxardıb. Bunlardan biri də əzizimiz İlqar qardaşdı. Mənim şəxsim üçün etdiyi təmənnasız yaxşılıqlarını deməmək, görməzdən gəlmək insafsızlıq olardı.Bizi birləşdirən düşüncə, böyük “sözə” bağlılıq, ədəbiyyata vurğunluq, fikir mübadiləsi olsa da, adət- ənənələrinə sadiqlik, öz türk kökümüzə olan sevgimiz, Turançılıq məfkurəmiz bu dostluğu daha da möhkəmləndirdi. Düzdü, bəzən üst- üstə düşməyən fikirlərimiz olurdu, amma nəhayətdə ortaq məxrəcə gələ bilirdik. Onun bu yaxın zamanda yorulmaz səy və zəhmətlə ərsəyə gətirdiyi “Turan ellərinin söz çələngi” məcmuəsi, şərəfli türk milli kimliyimizə olan böyük sevgisinin gözəl nümunəsidir. Və qardaşımızın şairlərimizdən topladığı bu şeirlər məcmuəsi sanki türk dövlətləri birliyini simvolizə edərək, bizi bir amal, bir sevgi ətrafında toplaya bildi. Əziz qardaşımız elm adamı, tədqiqatçı araşdırmaçı alim olsa da hərdən duyğuları ilə baş başa qalmağı da bacarır. Belə ki, özü qədər səmimi və sadə şeirləri ilə könül dünyasının pıçıltısını şair dilində də ifadə edə bilir. Əziz qardaşıma bütün işlərində, yaradıcılığında uğurlar arzulayıram.
Hörmətlə: Turan Yazarlar Birliyinin üzvü”, “Turan Yazarlar Birliyinin” ödülü, “Həməşəra” Fəxri Diplomu laureatı və “Turan” ödülü laureatı Azər Mirzə.
Zənnimcə, 2023-cü ilin noyabr ayı idi. Telefonumun zəng çaldığını görərək, dəstəyi qaldırım. Dəstəyin o başından gələn səsdən hələ özünü təqdim etməmiş başa düşdüm ki, bu insanın səsində mədəniyyət, ziyalıya məxsus danışıq tərzi, eyni zamanda qayğıkeşlik duyulurdu. Ədəb-ərkanla özünü təqdim etdi: “İlqar İsmayılzadəyəm”- dedi. Çox keçmədi ki, haqqımda və yaradıcılığıma aid geniş təqdimatla təhsisçisi və baş redaktoru olduğu Həməşəra mətbu orqanının portalında təqdimat yayımlandı. O zamanlar mən Bakı ədəbi mühitində göstərdiyim faliyyətimə görə Cəlilabad rayonunda çox az tanınırdım. Məhz İlqar müəllim İsmayılzadənin təqdimatı nəticəsində həm rayon ədəbi mühiti məni, həm mən rayon ədəbi mühitini tanımağa başladım. Onu daha yaxından tanıdıqca gördüm ki, İlqar İsmayılzadə yolu tək təqdimatla bitmir. İlqar İsmayılzadənin rayon üzrə bir çox ilklərə imza atması hər birimizə təbii ki, yaxşı məlumdur. Bunlardan ilk olaraq, öz maddiyyatı hesabına, eyni zamanda çətinliklərə, qarşılaşdığı maneələrə baxmayaraq Cəlilabad yazar qadınlardan bəhs edən, “Qələm tutan İncə əllər” kitabı işıq üzü görmüş və ədəbi mühitə təqdim olunmuşdur. Yaxın zamanlarda isə Cəlilabad yazarlarının Türkçülüyümüzü göstərən, Turan sevdalı yazarların şeirlərindən ibarət, “Turan ellərin söz çələngi” poeziya kitabı ədəbi mühit xadimlərini sevindirdi. İlqar İsmayılzadə Cəlilabad ədəbi mühitinə saysız-hesabsız töhfələr verərək, fədakarlıqlar göstərməkdə davam edir desək, yanılmarıq. O, bir çox kitabların redaktoru, dilçi olaraq fars və ərəb dillərindən dilimizə çevirdiyi kitablar müəllifidir .Onun yazılarından da məlumdur ki, yüksək elmi biliklərə qadir, şərq filologiyasına yaxından bələddir. Buna sübut olaraq neçə-neçə şeirlər, hekayələr və roman şərq dillərindən dilimizə tərcümə etməsidir. Eyni zamanda müəllifi olduğu Quran Elmləri Ensiklopediyası -dini elminin geniş izahı kitabını göstərmək olar. Onun qədiım “Muğan” və “Həməşəra” tarixini göstərən “Yurdumun tarixi” adlı kitabı yurda, el-obaya nə qədər bağlı olduğunu göstərir. Mən Hicran Fuad Əhmədli olaraq doğulub, boya-başa çatdığım Cəlilabad rayonunda fəlsəfə üzrə fəlsəfə elmləri doktoru, yazıçı-publisist İlqar İsmayılzadəni tanıdığıma və onunla həmyerli olduğuma görə fəxr edirəm.
Hicran Fuad Əhmədli “Qızıl qələm” media mükafatı laureatı, “Zəfər” media mükafatı “Həməşəra” Fəxri Diplomu, “Turan ölkələri ilin ən yaxşı yazarı” , “Sarı aşıq” və “Sazlı-Sözlü Borçalı” ədəbi məclisinin üzvü. 4 kitab müəllifi.
Kitabxanamızın tədbirlərində bir şəxsin iştirakı həmişə maraqlı və ürəkaçan olurdu. Bu şəxsin çıxışları da maraq doğurur, düşündürür və natiqə olan marağı gücləndirirdi. Kim idi bu insan, bu şəxs? Fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə. Mən belə təqdim edirdim Yavaş yavaş idarəmizin gözlənilən, arzu olunan qonağına çevrildi. Söhbətlərimiz dunyəviləsdi. Və mən öyrəndim ki, İlqar müəllim “Həməsəra” ədəbi məcmusunu təsisçisu və baş redaktorudur. Təmənnasız xalqına, millətinə can yandıran, elinin, obasının sayılıb seçilən ziyalılarını tanıtmağa çalışan, yaşatmağa çalışan bir fenomendir desəm, yanilmaram. Cəlilabadın yazar qadınlarını arayıb axtaran, onların yazılarını işıq üzünə çıxaran, tanıdan və bu qadınlara öz dəstəyini əsirgəməyən İlqar İsmayılzadə təqdirə layiq insan, etibar olunası qardaş, savadlı alim, yerini bilən şəxsiyyət və dostdur. Mən İlqar müəllimi tanımağima görə olduqca məmnunam və məni Cəlilabad ədəbi camiyəsinə ailə üzvü kimi qəbul etdiyinə görə minnətdaram. Getdiyi bu məşəqqətli yolda ona uğurlar və səbr arzulayıram Hər kəs həyatda insanlıq üçün gözəl bir iş görürsə, bir insanı sevindirirsə, böyüklükdür. Böyüklükdən əskik olmayasınız,İlqar müəllim.
Müşahidə Nərimanova. Cəlilabad MKS-nin metodisti, “Həməsəra” Fəxri Diplomu laureatı , “Turan yazarlar birliyinin” üzvü.
Göy üzündən gələn uğultu bəlkə də səssizliyin öz nəfəsidir. Elə bir sükut ki, qulaqları yox, ürəkləri oyadır həm də özündən özünə qayıdır.
Bilirəm, Yoxluğumda adımı dodaqların hər gecə səssizcə təkrarlayır axı. Adım, dilininin ucunda deyil, həsrətinin içində yaşayır, axı.
Bilirəm, bilirsən ki, ucsuz-bucaqsız səhralarda şəhid anasının göz yaşları bulud olub dolanır; Bir gün yağış kimi enəcək, qanqalların yerində qırmızı lalələr, ağ çiçəklər bitəcək. Əlbəttə, torpaq qanı unutmur. Daş yaddaşını itirmir. Yalnız insan unudanda gecə uzanır.
Bəlkə də sənin unutqanlığın ürəyimə düşən ilk xaldır. Elə ona görədə Bu uğultu səssiz, ürəyim isə laldır.
əlbəttə, göy üzündən gələn uğultu yenə eşidiləcək. Amma o zaman hamı biləcək: ən böyük səs səssizliyin özüdür.
APARIR Baxıram ki, ömür gedir, canımızı an aparır, Mən kiməm, nəkarəyəm, geri dönüm, can aparır.
Dözəmmirik çətinliyə, qana düşüb yalvarırıq, Əl açırıq Yaradana, qoyma bizi qan aparır.
Saat-saat qocalırıq, aşıb daşan ruhumuzu, Üzümüzə xeyrə gələn, hər açılan dan aparır.
Zaman köhnə bir qatildi, aldığını geri vermir, Qınamayın yaşlı nəsli, əqlini zaman aparır.
Arı yazıq neyləsin ki, ömrü elə uzun deyil, Allah verən o qisməti çalışdığı şan aparır.
Yaxşı sözün, nəsihətin xiridarı artıq olmaz, Unutmayın bu söhbəti Murad adlı xan aparır.
GƏRAYLI Nə verdinsə, borca verdin, Zalım dünya, danmadım ki! Biləmmədim nədi dərdin? Ömür getdi, qanmadım ki!
Korluğunu, karlığını, Xoş günümdə darlığını, Bircə gün də varlığını Müvəqqəti sanmadım ki!
Bu gün varam, sabah yoxam, Bir qoydun ki, gendən baxam. Uşaqlıqdan gözü toxam, Səndən nəsə ummadım ki?!
Hey çalışdın qandırasan, Nə verdinsə andırasan. Çox aldatdın yandırasan, Mən odunda yanmadım ki?!
Demə, niyə rəngin solub? Murad bilir, yaşa dolub. Töhmətindən cızdağ olub, Sərt qışında donmadım ki?!
SABAH – MÜƏMMA Artıq yorulmuşam, lövbər salıram, Bezirəm həyatın keşməkeşindən. Gün keçir, ay keçir, geri qalıram, Dünən üç-dördündən, bu gün beşindən.
Dili yox danışa, soruşam, soram, Bu canın mənimlə öhdəliyi yox. Bilmirəm doğrusu nə qədər varam, Mən də köçməyəcəm gözü könlü tox.
Səbrim dara çəkib, kömək etməyib, Öhdəmə düşəni eləməmişəm. İstəyim nəfsimlə yola getməyib, Mən çox şey ummuşam, diləməmişəm.
Bütün günahların səbəbi özüm, Boynuma alıram, niyə gizlədim ? Məni incidəni görmədi gözüm, Qaranlıq tuneldə işıq gözlədim.
Sonu bilinməyən yoldu gedirik, Bu günə ümid var, sabah müəmma. Hər şeydən mənfəət, qazanc güdürük, Sabah nə olacaq bilmirik amma.
ÖLDÜRÜR Dözümsüzəm səsə-küyə, Daş səbrimi səs öldürür. Ruhum öləziyib deyə, Məni zil yox, pəs öldürür.
YUSUF DEMİRAĞ – Türkoloq, Şair, Azərbaycan sevdalısı Türk soydaşımızdır. Şeirlərini Türk, Azərbaycan və Fransız dilində yazan şairin əsərlərində humanist ruhun zərif poetikası öz əksini tapır. 15 avqust Şairin doğum günüdür, bu münasibətlə onu təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Müqəddəs torpaq
Lalələrin qurban getdi yolunda, Dalğalandı bayrağın Azad səmalarında… Şəhid qanı ilə vətən oldu Hər qarış torpağın, can Azərbaycan! Sən bizimdin, bizimsən Qəlbim Səninlə döyünür, Sən Xəzərdən Gəncəyə, Göyəzənə uzanan Odlar Diyarı… Qoynunda adı bilinməyən şəhidlərin də yatır, Qucaq açdın, Ana oldun onlara… İndi körpə fidanların oynayır Çiçəkli çöllərində… Sən, lalə ləçəklərinə Xəfif küləklərin sığal çəkdiyi Gözəl Gəncəsən, Mehriban, doğma diyar, Daim var ol, şad- xürrəm, bəxtiyar! Sən Cıdır düzündə azad qartal, Sən Laçında Həkərisən, Sahilində boy- boy yaşıl ağaçları… Sən Şuşada Xurşidbanu Nətəvanım, Üzeyirim, Bülbülüm, Vaqifimsən! Ürəyimdəsən daim, igid övladların məğrur Anası! Xəzəri yara- yara gedən Coşqun, nərə çəkən dalğalarımsan! Anamın duasısan… Sən, səssiz qalan uşağın Ruhuna güc verdin, həmdəm oldun Səni düşünməkdən yorulmayan O uşağın ürəyinə muğamınla məlhəm oldun… Musiqinlə böyüyüb Arzusuna çatan bir uşaq kimi, Xatirələrim yada düşür.. Uca Tanrımın güc verdiyi ulu torpaq, Röyamsan, hər gecə gördüyüm… Şeirimsən, Çanaqqaladan Bakıya Ağrıdağından Qarabağa Səs-səda salan qardaşlıq dastanımsan… Könlü bayatılı Nənələrin göz yaşlarısan… Anamın kəlağayısısan Rüzgarda çərpələng kimi qanad çırpan Natəvanımın qəzəlisən… Qarlı dağların igidlik zirvəsisən, can Azərbaycan!
Könül
Gözəl diyar, bir il keçdi Sənlə ilk görüşümüzdən… Xəzərin sahilindəki Nazlı qağayılarla Göz- gözə gəlişimizdən… İllər öncə torpağına ayaq basmaq istəyən O körpə uşaq böyüdü, arzusu gerçək oldu, Qucaq açdın, getdi, gördü can yurdu… Adını eşidən kimi gözü dolan həmin o uşaq Ürəyində yeni xəyallar qurdu… Nələri qurban verməzdim ki Səni yenidən görmək üçün…. O uşaq ki, Hava limanına çatar- çatmaz Buludların arasından Ağrı Dağını görən Təyyarə yerə enəndə torpağına sarılan O uşaq ki, Xəzərə baxanda ruhu dincələn… Asandırmı Sənli xatirələri unutmaq?! Başımın üstünd məğrur – məğrur Dalğalanan bayrağına baxanda, Ürəyim dağa dönmüşdü… Bir insan uşaqlıq arzusuna Bu qədərmi gözəl çatar?! Göy üzündə qaranquşlar qatar- qatar Müjdələdi xoş günləri… Əlbəttə, biz yenidən görüşəcəyik Gələn kimi, ruhumla qucaqlayacam varlığını, Can Laçından yadigar Bir ovuc torpağını saxladığım kimi Qəlbimdə yaşadıram Sənli, həzin xatirələrimi Yenə qovuşacağıq sənlə Can Azərbaycanım, Qədim, doğma diyarım…
Ağ göyərçinlər
(Milli Qəhrəman Hökumə Əliyevanın əziz xatirəsinə ithaf)
Üfüqdə qanad çırpıb yorulan quş Yuvasına çatanda necə şad olursa Eləcə sevinir evinə qayıdan insan… Bir də varlığını bu dünyaya ərmağan edən, Vətən üçün canından keçən Humanist qəhrəmanlar var… İsti ocağın, Doğma yurdun ətri üçün darıxsalar da Getməyi seçən qəhrəmanlar, Vətənin səmasında Boz buludlar görünəndə dünyası dar…
Gözəl yurdumuzun xəfif təbəssümünü, Qonaqpərvərliyini, Ana məhəbbətini yaşadan qəhrəmanlar Bir gün evlərinə qayıtmadılar… Ağ göyərçinlər kimi Qanad çaldı göy üzündə ruhları. Hər təyyarə enişindəki o alqışlar, Vətənə qovuşmağın sevinci, Evimizə dönməyin hüzurudur. Və əlbəttə, görmədiyimiz qəhrəmanlara olan minnətdarlıqdır. Buludların arasından gələn o səs onların səsidir… Bu səs “Hər şey yaxşı olacaq” söyləyənlərin səsidir…
Gözəl Laçın
Yamyaşıl dağlarında Küləklərə yoldaş olub Həzin nəğmə deyirəm Havasına, suyuna Canım qurban, gözəl Laçın! Yollar ruhuma məlhəm, Qarış- qarış cığırlarda gəzirəm… Qarabağın nəfəsi, Sevimli, doğma Laçın! Nazlı- nazlı rəqs edir Həkərinin buzlu suları, İllər sonra qürurla Salamlayır qonaqları… Həkəri Arazın kiçik qardaşı, Sanki can Laçının dostu, sirdaşı… Qartallı dağlarına, Gül- çiçəkli bağlarına Zəfər dolu çağlarına Canım qurban, gözəl Laçın! Addım- addım seyrə çıxdıq düzləri, O azad səması çox şad etdi bizləri, Yoxdur yer üzündə tayı, bənzəri… Canım qurban, gözəl Laçın!
AXIRINCI KİMDİR? (hekayə) Müəllimlərin məzuniyyət vaxtı idi. Kimisi evdə, kimisi isə istirahət mərkəzlərində, sanatoriyalarda dincəlirdi. İki-üç gündən sonra onlar bir-biri ilə tanış olur, söhbət edir, fikir mübadiləsi aparırdılar. Budur, ərazisi yaşıl ağaclara, gül kollarına bürünmüş istirahət mərkəzində ölkənin müxtəlif məktəblərində müxtəlif ixtisasları tədris edən qadın müəllimlər söhbət edirlər. Kişilər isə nərd atır, domino oynayır, arabir fikir mübadiləsi aparırlar. Ümumiyyətlə, müəllimlər əsasən nədən danışırlar: aldıqları əməkhaqqından, məktəb direktorlarının hegemonluğundan, müəllimlərlə davranışından, bəzi şagirdlərin etik qaydalara riayət etməməsindən, pedaqoji kollektivin nailiyyətlərindən, bəzi valideynlərin müəllimi şantaj etməsindən. Məktəb direktorunun alicənablığından, kollektivlə xoş rəftarından danışanlar da var. Söhbətlər müxtəlifdir. Artıq dörd gün idi ki, müəllimlər istirahət edirdi. Axşam yeməyindən sonra bir-biri ilə dostlaşan müəllimlər söhbət edirlər. Məleykə, Məsumə və Natəvan müəllimi hər gün bir yerdə görmək olardı. Onlar ölkənin müxtəlif məktəblərində işləyirdilər. İstirahət mərkəzində istirahət edənlər artıq onların yaxın rəfiqə olmalarından xəbərdar idilər. Məsumə müəllimin bu günkü söhbəti müəllimlər üçün daha maraqlı oldu: “Artıq 60 yaşım var. 40 ildir ki, yalnız bir məktəbdə işləyirəm. Bu illərdə üç məktəb direktoru olub. Məktəbimizdə 70 nəfər müəllim çalışır. Sonuncu məktəb direktoruna bütün müəllimlər nifrət edir. Belə ki, məktəbimizdə savadlı, təcrübəli müəllimlər olsa da, 45 yaşlı bir xanım direktor təyin olundu. Direktor öz danışığı, hərəkətləri, işi ilə müəllimlərə nümunə olmalıdır. Onun rəhbərliyi altında birinci pedaqoji iclas keçirilirdi. İlk söz təlim-tərbiyə işləri üzrə direktor müavininə verildi. O, təxminən on dəqiqə çıxış etdikdən sonra sözü direktora verdi. İnanın mənə, direktorun ilk sözü bu oldu: “Məktəb direktorları haqqında cəmiyyətdə müxtəlif sözlər eşidilir, güya onlar rüşvətxordurlar, işlərini lazımınca qura bilmirlər, yerlıbazlıq edirlər. Mənim üstümə baxın, hələ direktor təyin olunana qədər bunları mənim üçün ərim alıb. Həyat yoldaşım bir idarənin rəisidir. Hər ay maaşından əlavə 50-60 min dollar qazanır”. Bunu dedikdən sonra, o, boynundakı çəkisi təxminən 300-500 qram olan qızıl sepini, hər iki əlindəki yoğun qızıl qolbağı, hər iki əlində bir neçə barmağına taxdığı bahalı qızıl üzükləri müəllimlərə göstərdi. Və dedi ki, mən varlı insanam, mənim haqqımda müxtəlif sözlərin deyilməsini istəmirəm. Biz müəllimlər düşündük ki, yəqin yeni direktor bəzi direktorlar kimi fırıldaq yollarla pul qazanmaz. Lakin əksinə oldu: indiyədək məktəbdə min oyunlardan çıxır. Müəllimlər isə susmağı vacib bilirlər. Yazıqlar nə etsinlər, işdən çıxarılacaqlarından qorxurlar”. Məsumə müəllim bir neçə saniyə susdu, dərindən bir ah çəkdi: -Direktor işlədikcə iç üzünü, iç dünyasını yavaş-yavaş göstərməyə başladı. Vallah, mən çox xəcalət çəkirəm ki, işlədiyim məktəbin direktoru haqqında danışıram. Özü savadsız olduğundan, onun savadlı müəllimlərdən xoşu gəlmir. Həftədə 9 saat ibtidai siniflərə ingilis dili dərsi keçir. Amma hələ indiyədək onun dərs keçdiyini heç kəs görməyib. Onun dərslərini başqa bir müəllim keçir. Yazıq həm öz dərsini, həm də direktorun dərsini tədris edir. 9 saata görə olan maaşı direktor alır. Mən bir müəllim kimi düşünürəm ki, direktor yuxarı siniflərə dərs keçməlidir. Hələ bu harasıdır? Bir-biri ilə dostluq edən dostların, rəfiqələrin arasını vurmağı da bacarır. Adi bir misal deyim: Nurlanə müəllimlə Tofiq müəllim eyni fənni tədris ediyindən tənəffüs vaxtı məktəbin dəhlizində söhbət edirdilər. Məktəbin dəhlizlərində videokamera olduğuna görə, direktor bunu dəfələrlə görüb. Bir gün direktor Nurlanə müəllimi yanına çağırıb və deyib: “Tofiq müəllim mənə dedi ki, mən Nurlanə müəllimlə danışmaq istəmirəm, utanıram ona deməyə, bəlkə, siz ona deyəsiniz ki, mənimlə söhbət etməsin”. Sonra isə Tofiq müəllimi yanına çağırıb və deyib: “Nurlanə müəllim mənə dedi ki, mən Tofiq müəllimlə danışmaq istəmirəm. Amma o, məndən əl çəkmir. Xahiş edirəm ona deyin ki, mənimlə danışmasın”. Nə başınızı ağradım, müəllimlər, Nurlanə müəllimlə Tofiq müəllim bir müddət danışmırlar. Təxminən iki aydan sonra Nurlanə müəllim Tofiq müəllimə deyir: “Tofiq müəllim, sözünüzü mənə deməliydiz. Mənimlə danışmaq istəmirsinizsə, niyə, direktora şikayətlənmisiniz?” Nə isə, söhbətə aydınlıq gətirilir. Aydın olur ki, direktor onların arasını vurub. Söhbətə Məleykə müəllim qoşulur: “Məktəbimiz üç mərtəbədən ibarətdir. 120 müəllim çalışır. 15 il pedaqoji təcrübəsi olan bir kişi məktəbimizə direktor təyin olundu. Müəllimlər çox sevinirdilər ki, yəqin yeni direktor əvvəlki direktordan fərqlənər. Ancaq belə olmadı. 5 Oktyabr Müəllimlər günü yaxınlaşırdı. Direktor müavini Elnarə xanım müəllimlərə tapşırdı ki, hər biriniz Müəllimlər günü münasibətilə direktora 100 AZN verin. Əgər verməsəniz, sizi incidəcək, hər gün dərsinizi dinləyəcək, zəhlənizi tökəcək. Mən üçüncü mərtəbədə dərs keçirəm. Direktorun kabineti birinci mərtəbədədir. 5 Oktyabr tarixində birinci dərsdən sonra aşağı düşdüm. Direktorun kabinetinin qabağında on nəfər müəllim dayanmışdı. Hamı onunla görüşüb “təbrik etmək” istəyirdi. Direktor isə hər bir müəllimlə təxminən bir dəqiqə söhbət edirdi. Soruşdum – axırıncı kimdir? Müəllimlər gülüşdülər. Nə başınızı ağradım, zəng vuruldu, tez sinfə getdim. İkinci dərsdən sonra yenidən birinci mərtəbəyə düşdüm. Direktorun kabinetinin qabağında 14 müəllim dayanmışdı. Yenidən soruşdum – axırıcı kimdir? Nə isə, həmin gün beş dəfə birinci mərtəbəyə düşdüm, hər dəfə kabinetinin qabağında 7-8 müəllim olduğuna görə, onunla görüşə bilmədim. Ertəsi gün, ikinci dərsdən sonra direktorla görüşdüm, 100 AZN verdim. Bir-birimizə xeyir-dua verdik. Belə-belə işlər…” Natəvan müəllimi gülmək tutdu: “Vallah bizim məktəbdə də elədir. Məktəbimizə 60 yaşlı bir kişi rəhbərlik edir. İldə üç dəfə – ad günündə, Müəllimlər günündə və 8 Mart Qadınlar bayramı günündə onu bütün müəllimlər təbrik edirlər”. Müəllimlər gülüşürlər. Məleykə müəllim: -Başa düşmədim, bəs 8 Mart Qadınlar bayramında kişi müəllimi niyə təbrik edirsiniz? -Qayda belədir, direktorun xəstəxanada həkim işləyən həyat yoldaşını da təbrik edirik. Hansısa müəllim direktorun qayda-qanununu pozsa, gözümçıxdıya salınır. Hər ay bütün müəllimlər ona müəyyən məbləğdə pul verirlər. Belə ki, əgər mən həftədə 30 saat dərs keçirəmsə, keçdiyim dərsin üç saatının pulunu direktor müavini vasitəsilə ona göndərirəm. Eləcə də, digər müəllimlər də hər biri keçdiyi 3-4 saatının pulunu direktor üçün göndərir. Yazıq müəllimlər neyləsinlər, faktı sübut etmək çətin olduğundan şikayət etmirlər. Şikayətə baxan var ki. Arabir yuxarıdan yoxlama gəlir, məktəbin hər işindən razı qalır, rüşvətini alıb gedir. Bəzi rəhbər işçilərdə təfəkkür nə vaxt dəyişəcək? Məktəbimizin direktoru özündən savadlı, bilik və bacarıqları şagirdlərə vicdanla aşıladan müəllimlərdən xoşu gəlmir. Nə isə, müəllimlər, biz istirahətdəyik, bəlkə, başqa mövzu haqqında danışaq. Hamımız günahkar axtarışındayıq. Bəs onda günahkar kimdir? Elə özümüz. Nə qədər susmağı vacib biləcəyiksə, özümüzü karlığa, korluğa qoyacağıqsa, belə də davam edəcək. Ancaq ümidvar olaq ki, tədricən belə direktorlar vəzifədən uzaqlaşacaq, onların yerinə saf, şərəfini, ləyaqətini qoruyan əsl pedaqoqlar təyin olunacaq…
Azərbaycanda mətbuat sistemininin formalaşmasında dərgiçiliyin də rolu danılmazdır. Bu sistemi və onun layiqli nəslini formalaşdıran, peşə prinsiplərini yaradan maarifçilik ideyalarının daşıyıcısı, milli mətbuatımızın qaranquşu, 1875-1877-ci illərdə nəşr olunan, 300-400 tirajla yayımlanan, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın böyük ziyalısı, milli mənəvi dəyərlərin qoruyucusu Həsən bəy Zərdabinin işıqlı təxəyyülündən doğulan ilk vicdanlı söz və fikir qaranquşudur. “Əkinçi” xalqımızın dünyagörüşünün formalaşmasına, genişlənməsinə, mədəni intibaha qədəm qoymasına kömək etmək üçün gələn ilk mətbuat elçisidir.
Azərbaycan ədəbi-bədii mühitində öz mövqeyi, prinsipləri, nüfuzu, ilahi sözə vicdanlı münasibəti ilə seçilən “Ədəbi ovqat” ədəbi-bədii dərgisinin cəmi beş yaşı olsa da, zəngin və şərəfli yola möhkəm addımlar atdığını anlayır. Artıq dərgi təkcə Vətənimizdə yox, onun hüdudlarından kənarda da yaxşı tanınır, oxucular və müəlliflər, onunla əməkdaşlıq etmək arzusunda olanlar gündən-günə artmaqdadır. Beş il müddətində keçdiyimiz yola nəzər salanda qürur duyur, uğurlu sözə daha məsuliyyətlə yanaşmaq iş prinsipimizdi.
Peşəkarlığı, ədəbi sözün və dərgimizin nüfuzunu qorumaq ümdə vəzifəmizdi. Ədəbi sözə özfəaliyyət, əyləncə kimi yanaşanlar, sözü bizneslə eyniləşdirənlər, kiməsə yararlanmaq üçün sözə yarınıb fürsət axtaranlar həqiqi ədəbi nümunə yarada bilməzlər. Söz duyğulu və təmənnasız ürəyin, təbin və qələmin bəhrəsi olmasa heç kimdə ilahi hisslər yarada bilməz. Hissiz, duyğusuz “söz sənəti”nin meydan oxuduğu zamanlarda həqiqi ədəbiyyata çox böyük ehtiyac olub və olacaq. Biz sözə vurğunların mənəvi ehtiyacını ödəmək üçün cəfalı, inanırıq ki, həm də səfalı “uzun, incə bir yol”dayıq. Bu dərgi ədəbi mühitə, ilahi sözə biganə olmayanların yolunda yaşıl işığa çevrilib. Biz həqiqi sözün xidmətçisi kimi bir missiyanın daşıyıcısı olmağı qətiyyətlə qərara aldıq. Dərginin yaradıcılarının qarşısında bir prioritet vəzifə durur: ilahi sözün dəyərini həmişə müqəddəs və uca yerdə saxlamaq. Bu nəşri zövqlü sözsevərlərin sözə sevgisi səviyyəsinə qaldırmaq həm də oxucularımızdan asılıdır. Əlahəzrət həqiqətə tapınaraq biz SÖZün keşiyində ayıq-sayıq söz əsgəri kimi dayanacağıq. Bizi ruhlandıran, əqidəmizə, verdiyimiz sözə sadiq olmağa məcbur edən vicdanlı və istedadlı söz adamlarının qəlbinin, təxəyyülünün məhsulu ancaq bir amala – həqiqətə tapınan SÖZ olacaq…
Böyük elm və fikir dahisi Xudu Məmmədov deyirdi: “Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur”. Yəni söz ən dəqiq tənzimçidir. Biz belə söz axtaranlardanıq. Fərəhimiz, sərvətimiz uğurlu sözdür.
Həqiqi söz, fikir, ideya axtarışında olanların yolu heç vaxt hamar, asan olmayıb. Yaxşı anlayırıq ki, çətinlikdən qorxanlar bu yola çıxmırlar. Biz həqiqi söz yolçularıyıq. Qarşımıza o qədər “mən həqiqətəm!” hayqıran saxta sözbazlar çıxır ki, bəzən doğru və uğurlu sözlə yalanı saf-çürük eləmək çətinləşir. Biz o hay-küyün içində abır-həyasına qısılıb bir küncə sığınan həqiqi sözü axtarıb tapmaq, oxucularımıza tanıtmaq üçün bu yoldayıq. Sözə sevgi bu yolda bizim Simurğ lələyimizdi. Həyatın, sözün yolu nə qədər kələ-kötür olur-olsun, sözə, həqiqətə sevginin gücü bütün çətinliklərə qalib gəlmək üçün bəs edər. Həqiqətə xəyanət edənlərin yolunda qırmızı işıq kimi dayanıb, həqiqi sözü uğurlayan yaşıl işıq olmaq ümdə vəzifəmizdir.