www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Dünya Türk Dili Ailəsi Günü

Tərcümə etüdləri
(aktual)

15 dekabr Dünya Türk Dili Ailəsi Günü

“World Turkic Language Family Day” (Dünya Türk Dili Ailəsi Günü)

Məlum olduğu kimi, UNESCO 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etmişdir.
“Gün”ün adı Azərbaycan dilində rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” adlanır.
İngilis dilində – “ World Turkic Language Family Day”.


Rus dilində “Всемирный день тюркских языковых семей”. Amma “Всемирный день тюркских языков” kimi də yazılır (Dünya Türk Dilləri Günü).

Doğrusunu bilək, düzgün yazaq!

Qeyd: Buradakı “Turkic” sözü heç “Turkish” də deyil.

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

GÜNƏŞ NƏ ZAMAN DOĞACAQ

150 AZƏRBAYCANLININ QƏTLƏ YETİRİLMƏSİNDƏN 80 İL ÖTÜR

GÜNƏŞ NƏ ZAMAN DOĞACAQ

1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur

Bu sözlər Türkiyə istehsalı olan “Günəş nə zaman doğacaq” adlı filmin sonluğudur. Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə sığınan o 150 nəfərsə azərbaycanlıydı. Bu hadisədən 80 il ötür.

Dövlətlər arası münasibətə, kapitalist və sol blok arasında yarana biləcək daha böyük ixtilafların qarşısını almaq üçün azərbaycanlı mühacirlər SSRİ-yə təslim edildi. Halbuki, onların başına nə gələcəyini bilirdilər. Amma dövlət marağı, dərin siyasət o insanların həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə böyük basqısını da nəzərə almaq lazımdır.

Bu film Türkiyə siyasi səhnəsində böyük dəyişikliklərə, terrorun daha da artmasına, sonda isə ölkədə hərbi çevrilişə rəvac verən bir amilə çevrildi.

Zaman-zaman bu olay Türkiyədə sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:

“1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır və Türkiyəyə sığınır. Azərilər öz qardaşlarının yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd polisinin komandiri gözlərinə inanmır. Azərilər türk əsgərlərinin ayaqlarına düşür. “Nə olar bizi siz öldürün, amma onlara təslim etməyin” deyirlər. Azəriləri təslim edirlər. Sərhəddə türk əsgərlərinin gözləri önündə azərilər öldürülürlər. Komandirin də hadisədən sonra intihar etdiyi deyilir. Amma biz Azərbaycana da, Suriyaya da, Qəzzaya da köksümüzü irəli verərək gedə bilərik”.

Həmin azərbaycanlılara həsr edilən film 1977-ci ildə çəkilib. Daha çox şovinist və millətçi ruhda olan kino Türkiyə solçuları arasında böyük narazılıqla qarşılandı və toqquşmalara rəvac verdi.

Hər nə qədər azərbaycanlılara həsr olunsa da, film SSRİ tərkibində olan digər türk xalqlarından – Krım türklərinin həyatından, mücadiləsindən bəhs edir. Filmin Türkiyə siyasətində yer almasına əsas səbəbsə Maraş qətliamıdır. Zatən film kinoteatrda izlənilərkən terror aktı törədilmişdi.

Film sosialist bir ölkədə təzyiqlərə dözməyərək iki türkün həyatını verir. Bunlardan biri Alp Giray Türkiyəyə qaçmaq üçün illərlə öz kimliyini gizlətmiş və dövlət vəzifəsində yüksək mövqeyə sahib olmuşdu. Yavuzla birgə Türkiyəyə qaçmaqlarına baxmayaraq sovet kəşfiyyatı onların izini buraxmır.

Film azan səsiylə başlayır. Görüntüdə isə dini qadağalar və qapısı kilidlənmiş, hasarlanmış məscid. Yavuz kilidi qırır, minbərə çıxır və azan oxuyur. Əslində isə Yavuz azan oxumur, bu simvolik olaraq möcüzə kimi qeybdən oxunan kimi verilmişdir. Gizli azadlıq mücadiləsi aparan Alp Giray Nuriyev KQB-də polkovnik rütbəsinə kimi yüksəlmişdi. Buna baxmayaraq o, əsl kimliyini gizlətməyi bacarmışdı.

Azana görə həbs olunan Yavuz böyük işgəncələr görür, dəli damğası ilə KQB-nin otaqlarında əzab çəkir. Lakin Anqolaya xidmət üçün göndərilən KQB polkovniki Apl Girayın sayəsində qaçaraq Türkiyəyə sığınırlar. Onların Türkiyə sərhədlərinə çatması “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısı ilə süsləndirilib.

Onlar azad olan Türkiyənin xəyallarındakı kimi cənnət olduqlarını görmürlər. Bir növ yanıldıqlarının fərqinə varırlar. Əxlaqi keyfiyyətlər məhv olmuş, qardaş-qardaşı vəzifə, pul üçün öldürür, cinayətlər törədir. Qəzetlər SSRİ kimi ölkələri vəd edilmiş cənnət kimi təqdim edir. Bununla belə erotik mətbuatlar, aclıq, içki, işsizlik, haqsızlıq bir-birini qarışıq formada əvəz edirdi. Türkiyə kəşfiyyatı tərəfindən agent olub-olmadıqlarını yoxlanılarkən, bir tərəfdən də SSRİ onların geri verilməsini tələb edir. SSRİ-də anasını qorumaq üçün iki sovet əsgərini öldürən Yavuzun geri verilməsi qərara alınır. Bir-birindən ayrılmaq istəməyən Nuriyev və Yavuz bu kərə türk polisindən qaçmağa məcbur olur.

Bu qaçaqaçda onlar qəssab Mehmet və qızı Cəmilə ilə qarşılaşırlar. Solçu və SSRİ tərəfdarı olan Cəmilə Yavuzun sayəsində SSRİ-nin heç də cənnət olmadığını, türklərin əsir və yurdlarının müstəmləkə olduğunu anlayır. Zaman keçdikcə Cəmilə Yavuzun sayəsində millətçiyə çevrilir və dünyanın hər yerində yaşayan türklərin azadlığını hayqıran birinə çevrilir. Alp Giray Türkiyədəki KQB agentləri tərəfindən öldürülür. Yavuz isə tutularaq sərhəddə sovet əsgərinə təslim edilir. O isə, elə körpü üzərində rus əsgərləri tərəfindən güllələnir.

“Yeşilçam” 1970-lərin ikinci yarısında erotik filmləri çəkməyə daha çox meylli olduğundan tam əksinə, bu cür filmin ortaya çıxması ayrı bir detal nümunəsidir. Filmin ingilis alt yazısı ilə ayrıca verilməsi də onun daha çox xarici bazar üçün hesablandığını deməyə əsas verir.

Bu filmdə Türkiyənin məşhur, film tarixində imzasını həkk etdirmiş aktyorlar rol oynayıb. Aydemir Akbaş, Oya Aydoğan və Cüneyt Arkının adlarını çəkmək bunlara bariz sübutdur.

Filmdə Allahsızlığı yaymaq bürosu başqanıyla uşaqların görüşməsi, onların beyninin yuyulması da xüsusi qeyd edilənlər arasındadır. Kommunist rəhbərliyin dəbdəbəli həyatı, zövqlü içkilər, əyləncəli həyatına nisbətən işçi sinfinin aclıq çəkdiyi film boyu göstərilir.

Bu film 1978-ci ilin dekabrında Türkiyə tarixinin ən böyük qətliamlarından biri olan Maraş qətliamının əsas səbəbi kimi göstərilməkdədir. Film göstərildiyi kinoteatrlarda və ya onun ətrafında tez-tez terror aktları baş verirdi. Maraşdakı ilk izlənim zamanı filmin ortasında bomba partladılır.

Filmin göstərildiyi yerlər MHP-nin mitinq və ya təbliğatına çevrilirdi. “Günəş nə zaman doğacaq” filminin ortaya çıxmasından sonra sağ və sol blok arasında dərinləşmə daha da artdı və bir millət fanatikcə bir-birini düşmən görməyə başladı. Terror aktını isə qızılbaş ələvilərin törətdiyi xəbəri tezliklə ölkədə yayılır. Daha sonra bunu digər sol düşüncəli insanların etdiyi də bildirilir. Eyni zamanda Sovet kəşfiyyatının barmağı olduğunu hər kəs bildirməyə başlayır. Amma daha maraqlısı isə 2006-cı ildə Bülənt Ecevitin arxivindən çıxan sənədlərə əsasən, bu qətliamları əslində Milli Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən törədilməsiydi.

Bir il davam edən Maraş toqquşmaları zamanı 111 nəfər ölür, 1000-dən artıq insan yaralanır. Bu hadisədən sonra 13 vilayətdə fövqəladə vəziyyət elan edilir, 835 nəfər ittiham olunaraq məhkəmə önünə çıxardılır.

İki il sonrasa ölkədə hərbi çevriliş baş verdi…

Bu hadisələr zamanı bombadan istifadə etdiyi sübut olunan Ökkeş Şendillerin məhkəmədə edamı istənilir. Qəribədir ki, o, möcüzəvi formada azad edilir və 1991-ci ildə millət vəkili kimi Türkiyə parlamentinə daxil olur.

Filmin rejissoru Mehmet Kılıç, ssenari müəllifi isə Tufan Günerdi.

“Günəş nə zaman doğacaq” sualını verən filmdən 14 il sonra Azərbaycana günəş doğdu. Krımdasa günəş hər zaman buludların arxasında gizləndi.

Müəllif: EMİN PİRİ

EMİN PİRİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Nadir Sülymanov

Əziz dostlar, dekabrın 15-i fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Sülymanovun doğum günüdür.

Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olmuş, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmiş (“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda buraxılış diplom işinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci mükafatı verilib), 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: məşhur alim Georgi Yevgenyeviç Şilov), 1975-1977-ci illərdə doktorantı olub. 1964-cü ildə ADU-da “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1982-ci ildə Lomonosov adına MDU-da “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1965-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, 1965-1970-ci illərdə həmin institutda baş elmi işçi, 1970-1984-cü illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1984-1990-cı illərdə professoru, 1990-2000-ci illərdə ehtimal nəzəriyyəsi kafedrasının müdiri, 2012-ci ildən 2015-ci ilə kimi BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor-məsləhətçi vəzifəsində işləmişdir.
2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

Professor Nadir Süleymanov dəfələrlə Respublika Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rektorluğunun fəxri fərmanları ilə təltif olunmuş, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası çap olunmuşdur. Həmin monoqrafiya haqqında görkəmli riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının akademiki Moskva Dövlət Universitetinin professoru V.A.İlyin geniş resenziya yazıb və onu “Pure and Applied Mathematics” jurnalında çap etdirmişdir.
Nadir Süleymanov xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə mütəxəssisdir. 80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və bir kitabın müəllifidir. O, 24 oktyabr 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

ВЗГЛЯДЫ ДОЛЖНЫ ИЗМЕНИТЬСЯ

ВЗГЛЯДЫ ДОЛЖНЫ ИЗМЕНИТЬСЯ
(сокращенно)

Что только я не видел за годы своей жизни, многое услышал. А в последние годы действия людей с узким кругозором, осуществляющие негативные поступки, заставляют задуматься человека, который осознаёт происходящее. Те, кто полагаются на кого-то, думают, что жизнь для них всегда будет идти своим чередом. Но нет, рано или поздно они должны будут ответить за свои поступки, которые осуществляли скрытно. В жизни я встречал немало людей, которые, занимая должности, или спустя несколько лет после ухода с должности, отвечали перед законом. В последние годы аресты нескольких глав исполнительного комитета — тому подтверждение. Кто бы мог подумать, что Рамиз Мехтиев, проработавший многие годы в Администрации Президента, когда-нибудь будет привлечён к ответственности? Конечно, никто. Но что произошло? Даже были допрошены те, кого защищал Рамиз Мехтиев.

…Каждый министр, глава Исполнительного Комитета по каждому району, человек, занимающий ответственную должность, выделяется своей работой, руководительскими способностями. Будь то образованные, или необразованные люди, все они между собой анализируют работу тех, кто находится на должности, и хорошо понимают, кто хороший, а кто плохой, и каких принципов они придерживаются. А назову умным человеком того, кто, занимая должность, относится к своей работе ответственно, не допускает бюрократизма, несправедливости, фальсификации, местничества. Когда беседуешь с людьми разных профессий, становится очевидно, что большинство из них недовольны руководителями учреждений, в которых они работают. Наблюдая жалобы в социальных сетях, у сознательного, честного человека болит сердце. Выясняется, что некоторые чиновники защищают льстецов, тех, кто угождает им, выполняет их приказы, не задавая вопросов. Даже если такие работники совершают ошибки или нарушают закон, руководители всё равно защищают их. А вот если ты далёк от лести, подходишь к своей работе ответственно, говоришь руководству в лицо о его ошибках, то такие люди оказываются в “черном списке” у руководства, и если у тебя будет хотя бы небольшая ошибка, то руководитель постарается унизить тебя, и, если это возможно, разрушит твою репутацию. А иногда случается и так, что правого объявляют виновным, а виновного — правым.

Почему некоторые руководители выходят за пределы дозволенного? Почему они без страха и стеснения воплощают свои грязные принципы в жизнь, которые не вписываются ни в какие моральные нормы? Почему они ищут способы очернить людей, которые умнее, рассудительнее и образованнее их самих, и у них получается это? ПОЧЕМУ? Кто в этом виноват?

Как известно, в учреждениях многие вопросы кадры решают на месте. И поэтому выбор кадров на ответственные должности имеет огромное значение. При назначении кандидатов на должность, нельзя учитывать только их высшее образование. Кадры, занимающие ответственные должности, должны быть не только с высшим образованием, но и культурными, воспитанными, хорошими специалистами, знающими свою работу, а главное — неалчными людьми. А иногда же при назначении кадров на должности эти качества игнорируются. И в результате это наносит ущерб работе. Бывают даже случаи, когда на должность руководителя назначают человека без опыта. Как сказал поэт Габиль:

Мы несчастны тогда,
Когда не на своём месте мы…

Когда лицо, занимающее ответственную должность не на своём месте, в этой области появляются фальсификации, взяточничество и несправедливость. При назначении кого-либо на должность не должны учитываться такие факторы, как кумовство, дружеские связи, землячество и другие негативные моменты.

Я очень уважаю людей с чистым сердцем. К сожалению, таких людей мало. Когда я писал эту статью, мне вспомнились строки поэта Хагани Ширвани, который много лет назад написал следующее наставление:

Коль хочешь чистое сердце, как зеркало,
Десять пороков должен изгнать из груди:
Грех, сплетни, злость, зависть, жадность,
Ложь, лицемерие, ненависть, злобу и обман…

Некоторые люди должны изменить свои взгляды. Из памяти некоторых людей следует «стереть» – шантаж, ложь, хитрость, враждебность и мошенничество. Не должно быть допустимо – защищать низших чиновников, которые являются подчиненными высокопоставленных людей.

Фархад Аскеров (Рамизоглы),
писатель-журналист

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məmmədbəyova Sona Arif qızının doğum günüdür!

Məmmədbəyova Sona Arif qızının doğum günü
Hər bir insanın ömür yolu onun elmi, əxlaqı, mənəvi dünyası və cəmiyyətə verdiyi töhfələrlə ölçülür. Elə insanlar var ki, onlar tutduqları vəzifədən, daşıdıqları addan daha çox, qəlblərinin işığı ilə tanınırlar. Belə nurlu simalardan biri də Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müəllimi, filoloq, ziyalı xanım Memmedbəyova Sona Arif qızıdır.
Sona xanım elmin, sözün və düşüncənin müqəddəsliyinə inanan, filologiyanı sadəcə ixtisas deyil, həyat fəlsəfəsi kimi yaşayan dəyərli ziyalıdır. Onun pedaqoji fəaliyyəti gənc nəslin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəyə malik mütəxəssislərin yetişməsində mühüm rol oynayır. Beynəlxalq Əlaqələr kimi məsuliyyətli və strateji sahədə çalışaraq, tələbələrinə yalnız bilik deyil, həm də düşünmə mədəniyyəti, etik yanaşma və humanist baxış aşılayır.
Sona Arif qızının filoloq kimi elmi baxışları, sözə verdiyi dəyər, dilin incəliklərinə olan həssas münasibəti onun şəxsiyyətinin əsas cizgilərindəndir. O, dili yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın ruhu, tarixi yaddaşı və mədəni kodu kimi dərk edir. Bu baxış onun həm elmi, həm də pedaqoji fəaliyyətində özünü aydın şəkildə göstərir.
Lakin Sona xanımı fərqləndirən yalnız elmi uğurları deyil. O, eyni zamanda gözəl qəlbə malik, mərhəmətli, səmimi və dərin duyğulu bir insandır. Ana kimi qayğıkeşliyi, dost kimi sədaqəti, insan kimi vicdanı və dürüstlüyü onun ətrafında olan hər kəsin hörmətini qazanıb. Onun varlığı insanlara güvən, sözləri isə ruhlara sakitlik bəxş edir.
Doğum günü bir insanın ömür kitabında yeni bir səhifədir. Bu səhifə ötən illərin müdrikliyini, yaşanan təcrübələrin dəyərini və gələcəyə olan ümidləri birləşdirir. Sona Arif qızının bu yeni yaşında da elmi uğurlarının, pedaqoji nailiyyətlərinin və insani keyfiyyətlərinin daha da zənginləşəcəyinə inanırıq.
Bu əlamətdar gün münasibətilə dəyərli Sona xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy onun yolu daim işıqlı, qəlbi daim sevgi ilə dolu olsun, yetişdirdiyi tələbələr və toxunduğu talelər onun adını hər zaman ehtiramla yaşatsın.
BU GÜN
Bu gün bir günəş doğub yenidən,
Adı Sona — nuru düşüb hər kəsə.
Qəlbi sevgi, özü mərhəmət dolu,
Varlığın rahatlıq gətirir hər kəsə.
*  *  *
Ömrün çiçək açsın bahar tək bacım,
Kədər yol tapmasın qapına bacım.
Sağlıq, səadət, ruzi-bərəkət,
Allah qorusun səni hər zaman bacım.

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Çağdaş təmsil nümunəsi

VİRTUAL DOSTLUQ
(təmsil)

Maral ilə bir Cüyür
Virtual dost oldular,
Meyillərin daha çox,
Şəbəkəyə saldılar.
Nəhayət ki, bu işdən
Sıxıldılar bir qədər,
Gördülər ki, burada
Gedir xeyli vaxt hədər.
Onlar canlı görüşmək
Qərarına gəldilər,
Bunu daha faydalı,
Həmdə doğru bildilər.
Ancaq Cüyür görərkən
Tanımadı Maralı,
Sıçrayaraq kənara
Durdu xeyli aralı.
Dedi: “Qorxunc buynuzun,
Həmin Maral deyilsən.
Mən təsəvvür edənə
Oxşamırsan qəti sən.
Yox-yox, istəmirəm tay
Dostluq edəm sizinlə.
Bu halını görərkən
İnanmadım gözümə”.
Maral dedi: “Ey Cüyür,
Etmə peşiman məni.
Bilirsən ki, doğma tək
Əziz bilirdim səni.
Ancaq bu gün olanlar
Məni qorxuya saldı,
Çox pis hallara düşdüm,
Əlim-üzümdə qaldı.
Gərək yox imiş sizə
Bağlanmağa bu qədər,
Bizim qiyabi dostluq
Mənə yaşatdı kədər”.
İbrət götür, ey insan,
Yaxşı tanı yoldaşı,
Bil ki, virtual dostluq
Bəzən ağrıdır başı.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Dağlara qar yağanda alma ağacım çiçək açmışdı…”

“Dağlara qar yağanda alma ağacım çiçək açmışdı…”
Tamaşada sual doğuran məqamlar var… Cavabı tapmaq isə bizim-tamaşaçıların öhdəsinə buraxılıb sanki…
Daxili təlatüm, insan laqeydliyi, mənəvi saflaşma, ilahi əmanət, nemətlərə qarşı nəfsin mübarizəsi… Təranə Vahidin müəllifi olduğu mətnin sirli-sehrli səhnə həlli tamaşaçı diqqətini çəkir, bəzi məqamlar sual doğurur… Bəs bu sualların cavabını tapa bilirikmi?… Bilmirəm… Amma buna cəhd edirik… Düşünürük… Bəzən səhnənin sehrinə düşüb düşünməyi belə unuduruq… Sadəcə ruhi təmizlənmə yaşayırıq… Bu halı katarsis adlandırmaq olarmı?… Deməzdim… Çünki klassik tamaşa həllində tamaşaçı ağlayır, konkret bir hiss yaşayır niyə ağladığını, nəyə ağladığını bilir… Amma bu tamaşada hansı hala düşdüyünü özün də dərk etmirsən… Sadəcə orada, daxilində nələrinsə baş verdiyini hiss edirsən… Bu nələrsə daxili xaus, təlatüm, bəlkə də sakitlikdir… Qəribədir, çox qəribədir…
Qəribəliyin özü də qəribədir…
“Sənin qəlbində bir səs var, Allahın sirri…” Həmin sirri öyrənmək üçün istəklərini, arzularını söndürməyə çalışmalısan, bu əlbəttə ki, öz nəfsinlə mübarizə idi… Çünki insan nəfsi, daim hansısa arzuların ardınca qaçır, nələrsə istəməklə məşğuldur… Amma bütün bunlardan qurtulmağı bacarsa, özünü dinləməyə başlayacaq, MƏNini dinləməyə, içində var olan həmin o MƏNi…
Yunus Əmrə demişkən “Bir mən vardır məndə məndən içəri…”

Quruluşçu rejissor Əbdülqəni Əliyev

Mətnin müəllifi
Təranə Vahid

Aktyorlar:
Qasim Nagi
Nata Qeybani
Tarana Ocaqverdieva
Elgun Hemidov
Elşən Əskərov
Ləman Mərrih
AYSU TÜRKEL


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ehtiram Sevənli,

ƏBƏDİ RUHUN PAYI
(Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabı haqqında düşüncələrim)

Arzu Əyyarqızı milli dəyərlərimizi sözlərlə yaşadan nadir səslərdəndir. O, ən adi əşyada belə müqəddəslik və ruh görməyi bacarır. Arzu xanımın qələmi həm incə, həm də dərin mənalıdır. O, milli ruhumuza sözlərlə qida verən, milli ruhda yaşadan nadir müəllifdir. Şairə xanım, hər cümlədə hiss və tarix toxuyan bir sənətkar olmaqla bərabər, həm də qələmi ilə sükutu danışdırır, ruhu oyadır.
Bəzi dəyərlər var ki, onları sözlə izah etmək çətindir. Onlar nə əşya, nə də sadəcə ənənədir. Onlar yaddaşdır, ruhdur, kökdür. KƏLAYAĞ da məhz belə bir dəyərdir. O, qadının başını örtən parça deyil, o qadının taleyini, ana dualarını, xalqın min illik mənəvi tarixini çiyinlərində daşıyan müqəddəs bir paydır.
Bəzən bir parça bir ömür qədər ağır olur. Kəlayağ da belıdir. O, ipəkdən deyil, ana nəfəsindən qadın səbrindən, min illərin sükutundan toxunub. Başlara örtülən kəlayağ əslində, qəlblərin üstünü örtür, dağılmasın deyə, sınmasın deyə.
Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlayağ” kitabı bir əşyanın deyil, bir mədəniyyətin taleyinin hekayəsidir. Kitab bir xalqın kövrək yaddaşının kitabıdır. Səhifələrdə danışan sözlər yox, danışmayan analardır. Burada hər kəlayağ bir taledir – sevincini içinə axıdan, kədərini susaraq daşıyan qadın taleyi. Hər ilməsində ana nəfəsi, hər rəngində qadın göz yaşı, hər naxışında millətin sükutla dediyi sözlər yaşayır.
Kəlayağ Azərbaycan qadınının həyat yolunu müşayət edən səssiz şahiddir. O, sevincdə başa bağlanıb, kədərdə göz yaşı silib, toyda ümid, yasda təmkin olub. Qız anasının sandığından kəlayağ götürəndə təkcə parça deyil, nəsildən-nəsilə ötürülən bir etibar olub. Bu mənada kəlayağ ana ilə qız arasında qurulan görünməz bir körpüdür; sözsüz, amma möhkəm.
Arzu xanım, bu kitaba belə bir ad qoymaqla kəlayağını milli kimliyin poetik simvoluna çevirir. Müəllifin dili elə toxunur ki, oxucu kəlayağının ipəyini deyil, ruhunu hiss edir. Bu yazılarda tarix quru fakt kimi deyil, qadın talelərinin içindən süzülən canlı həqiqət kimi danışır. Burada mədəniyyət muzey vitrini deyil, ev OCAĞIDIR – İSTİ, KÖVRƏK VƏ MÜQƏDDƏS.
Kitabın adı bizə xatırladır ki, milləti yaşadan təkcə torpaq deyil, dəyərlərə göstərilən ehtiramdır. Kəlayağ qorunduqca qadının hörməti, ananın haqqı, ailənin bərəkəti də qorunur. Ona görə də kəlayağ bu kitabda yalnız keçmişin xatirəsi yox, gələcəyin məsuliyyəti kimi təqdim olunur.
“Ən müqəddəs pay kəlayağ” kitabı oxucuya sadəcə oxumaq üçün deyil, düşünmək, hiss etmək, köklərə qayıtmaq üçün yazılıb. Bu kitabda müxtəlif mövzular, ayrı-ayrı şeir adları olsa da ,hər cümlə sükutla danışır, hər fikir insanı öz ana nənəsinin sandığına aparır. Və insan anlayır ki, bəzən bir xalqın bütün tarixi bir kəlayağ qədər incə, bir o qədər möhkəm ola bilər.
Kitabda adı çəkilən kəlağaya verilən dəyərin sözə çevrilmiş formasıdır. Bu sözləri oxunduqca kəlağay yenidən yaşayır – başlarda deyil, qəlblərdə.
Kəlayağı qadının susqun dilidir. O, qız vaxtı ümid olub, gəlin vaxtı səbr, ana vaxtı dua, qoca vaxtı xatirə. Toyda ağ olub sevincini gizlədib,vyasda qara olub dərd ucaldıb. Kəlayağ qadının ağrısını göstərməyən, amma hamısını bilən sirdaşdır.
Arzu Əyyarqızı kəlağayını sandıqdan çıxarıb tarix kitabına deyil, oxucunun qəlbinə qoyur. Elə buna görə də bu kitab oxunmur – hiss edilir.
Kitab bizə xatırladır ki, millət həm bayraqla, həm də ana başındakı kəlağayla yaşayar. O, düşməsə, xalq da düşməz. O, unudulsa, yaddaş susar. Kitab kəlağaya yazılmış söz deyil, kəlayağın öz duasıdır. Oxucu onu oxuyarkən səsini qaldırmir, çünki müqəddəs şeylər pıçıltı ilə danışılır.
Bu kitab bitmir – kəlayağ kimi, oxucunun yaddaşında başa dolanıb qalır. Bir gün sözlər unudular, amma bu kitabdan sonra kəlayağ heç vaxt adi parça olmayacaq. Kəlayağ başdan düşə bilər, amma bu kitabdan sonra yaddaşdan düşməz. Kitab oxunulur, kənara qoyulur, amma oxucunun iç alımində, ruhunda kəlayağ qalır. Sözlər bitir, amma müqəddəs pay daim qalır.
Kitabda müxtəlif mövzulu şeirlər qəlbin sükutunda danışır. Sözlər sadə, amma ruhda əbədi iz buraxır. Kitabdakı şeirlər milli ruhun və qadın talelərinin səssiz şahididir. Hər misrada tarix, hər sətirdə sevgi yaşayır.
Oxucu sükutu dinləyir, şeirlər isə eşqi yaşayır. Şeirlər kəlağay kimi incə, ruh oxşayan duyğular oxucunu zamanın içindən keçirir, keçmişi hiss etdirir, gələcəyə yol göstərir. Hər sətir bir dua, hər misra bir ömrün əksi kimi yazılıb. Kitabı oxuyarkən yalnız sözləri deyil, anaların səbrini qadınların taleyini və xalqın ruhunu hiss edir. Hər şeir bir yol göstərir; tarixə, yaddaşa, duyğulara. Burada hər söz milli ruhun bir əks-sədası, hər misra isə qadın taleyinin parlaq işığıdır.
Arzu Əyyarqızının bu kitabındakı hər şeir bir ömürdür – qısa, amma iz buraxan. Sevgi şeirləri ən ülvi duyğularla, böyük məharətlə sevgi dünyasına qonaraq sevən aşiqlərə sevginin sehrini, alovunu, ehtirasını ali sevgi misraları ilə qələmə alınmışdır.
Və nəhayət, kitab oxunularaə sona çatır. Amma müqəddəs payın hekayəsi ruhda əbədiləşərək…
14.12.2025

Ehtiram Sevənli,
“Qızıl Qələm” Medi Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist
EHTİRAM SEVƏNLİNİN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – Xalq Şairi Məmməd Araza

Xalq Şairi Məmməd Araza

Buyruqlara sığmayan o inadı,
Ver, bu yolu mən də keçim, ay ustad!
Bayquşları yorğun salan qanadı,
Ver, qartal tək mən də uçum, ay ustad!

Ulduzlara daş atdığın o gecə,
Çalxalandı xan Arazın ah, necə!
Bu oyunda gəlməməkçün heç-heçə
Nola edəm doğru seçim, ay ustad!

Qayaları çatladan o qüdrəti,
Şimşəkləri sındıran o cürəti,
Xalqı daim oyaq tutan qeyrəti,
Göndər nifrət-kini biçim, ay ustad!

İçimizdən bizi yeyən güvədir,
Nəfsin adı təhlükəli nüvədir,
Qara günün yükün çəkən dəvədir,
Sevincisə bircə içim, ay ustad!

Demə, xalqım yenə giley-güzarda,
At da, it də bizdən baha bazarda,
Elin əli qələmlisi azarda,
Bal ağzımı necə açım, ay ustad?!

Öz ağlıma yad olubdu yaddaşım,
Xəzər olub göz yaşımın sirdaşı,
Məni yaman daşlayıbdı qardaşım,
Qardaşımdan necə qaçım, ay ustad?!

Araz boyu sürülərim qışladı,
Dərd sinəmi sola-sağa xışladı
İndi bütün sevgilər də turş dadır,
Xatirələr ağrım-acım, ay ustad.

Vətən sənə oğul dedi, – yubandı…
Harda sıxdıq gözümüzü – su yandı…
Tut əlimdən, yollar çəndi-dumandı,
Çoxdu sənə ehtiyacım, ay ustad!

14.12.2025

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yarpağın ruhundakı həyat motivasiyası

Yarpağın ruhundakı həyat motivasiyası

​Həm dini, həm də elmi cəmiyyətlər arasında bilinən, amma tam anlaşılmayan bir anlayış var ki, adına ruh deyirik. Ruh (və ya mənlik qavramı, adı nə olursa-olsun) ümumi anlamda ətrafı izləyən amilə deyilir. Ruhun nə olması barəsində bir çox fərziyyələr vardır. Bəs tam olaraq Ruh nədir? Elm sahəsində bütün suallar sübut istər. Ruhun sübutu varmı? Bu mövzunu aşağıda bir necə qısa başlıqla araşdırmaq gərəkdir.
​​Yarpağın ruhu exspermenti: Aparılan bir təcrübədə yarpağın müəyyən hissəsini kəsmişlər və daha sonra həmin yarpağı mikroskop altında incələmişlər. Və şahidi olunan mənzərədə yarpağın kəsilmiş hissəsinin də görüntüsünün olduğunu müşahidə etmişlər. Yəni, realdan kəsilmiş olan, artıq yarpaqla əlaqəsi olmayan hissənin ruhsal cəhətdən hələ də yarpaqla birgə olmasıdır. Təcrübənin sübutu olaraq aşağıdakı şəklə nəzər yetirək:
Hüceyrə ruhu: Ruhu hüceyrəsəl anlamda incələsək, hər bir hüceyrənin ibtidai şüura sahib olduğunu və bir araya gələrək müəyyən bir orqanizm formalaşdırmağa qadir olduqları məlumdur. Hüceyrələrin ibtidai ölçüdə bir ruhu vardır. Ruhu öyrənmək istəyiriksə, o zaman hüceyrədən, yəni ən ibtidai ölçüdən başlamalıyıq. Bu anda hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabında ruh barəsində yazdığı bir fikrini qeyd etmək önəmli olar. Fikir bu tərzdədir: “Kainatın parçalarıyıq. Hüceyrənin beyni olan hüceyrə membranı ətraf siqnallara qarşılıq verdiyində hüceyrədə hərəkətlənmələr başlayır. Əslində, vücudumuzdakı hər fəaliyyətdə olan protein ətrafda mövcud olan bir siqnalın tamamlayıcı görüntüsü olaraq yaranmışdır. Əgər, bir proteinin uyğunlaşdığı tamamlayıcı bir siqnalı yoxdursa, protein fəaliyyət göstərə bilməz. Yəni, hər şeyin mənə aydın olduğu o anda düşündüyüm kimi vücudumuzdakı hər protein ətrafdakı bir şeyin fiziksəl ya da elektromaqnit tamamlayıcısıdır.”
​Bruce H.Liptonun qeyd etdiyi fikir ruhun ətraf fəza olmasını və maddəyə (yəni insanlara və ya digər canlılara) isə enerji tezlikləri səviyyəsində uyğunluq olduğunda gəldiyini bildirməkdədir. Ruhun ətraf fəzanın özü olmasını Allah Quranda da qeyd etmişdir (Yaradılış və mən qavramı, ruh anlayışı məqaləmdə izah olunmuşdur). Odur ki, ruhu, yəni mənliyi bütün fəza olaraq qəbul etməliyik. Bizlər bədənlə məhdud varlıqlar deyil, kosmik canlılarıq. Vücudumuzu isə sadəcə olaraq maddi dünyaya giriş üçün istifadə etməkdəyik. Kosmik ruh olaraq bizlərin tamlığını heç kəs silə bilməz. Əksinə insanlıq mübahisə etdikcə, bir-biri ilə əks düşüncədə olduqca kosmosa neqativlik yaymaqdayıq. Bədənimiz də atomlardan oluşduğu üçün, yəni kosmosdan formalaşdığına görə həmin neqativlik yenidən həyatlarımıza öz təsirini göstərməkdədir. Hər zaman sevgi içində olmaq isə sağlamlıq göstəricisidir.
​Yarpağın ruhu təcrübəsindən də öyrəndiyimizə əsasən nə olsa da, ruhumuz, mənliyimiz tam qalmaqdadır. Həyatda hadisələr olmaqda, zamanla insanlar bu hadisələrdə müəyyən üzvlərini itirməkdədirlər. Bir çox insan bu hal qarşısında depressiyaya girməkdə və həyatı gözlərində söndürməkdədirlər. Amma, heç də belə deyildir. Yarpağın ruhu təcrübəsi bizlərə hər hansı bədən üzvümüz olmasa belə, yenə də kosmik ruh cəhətdən tam olduğumuzu göstərməkdədir. Müəyyən bədən üzvünü itirmiş və ya müəyyən bədən üzvü olmadan dünyaya gəlmiş bir çox insanlar var ki, həyatda böyük uğurlar əldə etmişlər. Qısacası, maddi cəhətdən itirilmə ruhsal tamlığı pozmamalıdır. Bizlər Tanrıdan gəlməkdəyik və kosmosun, bütün kainatın özüyük. Özümüzü bədənlə məhdud bilməyimiz sahib olduğumuz ego səbəbindəndir. Ego “bu mənimdir” duyğusunu yaşamaqdır. Cisimlərə qarşı “bu mənimdir” duyğusunda olmaq, bizim özümüzü də istəmədən cisimlər sırasına salmışdır. Amma, tam əksidir.

Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l