
ƏBƏDİ RUHUN PAYI
(Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabı haqqında düşüncələrim)
Arzu Əyyarqızı milli dəyərlərimizi sözlərlə yaşadan nadir səslərdəndir. O, ən adi əşyada belə müqəddəslik və ruh görməyi bacarır. Arzu xanımın qələmi həm incə, həm də dərin mənalıdır. O, milli ruhumuza sözlərlə qida verən, milli ruhda yaşadan nadir müəllifdir. Şairə xanım, hər cümlədə hiss və tarix toxuyan bir sənətkar olmaqla bərabər, həm də qələmi ilə sükutu danışdırır, ruhu oyadır.
Bəzi dəyərlər var ki, onları sözlə izah etmək çətindir. Onlar nə əşya, nə də sadəcə ənənədir. Onlar yaddaşdır, ruhdur, kökdür. KƏLAYAĞ da məhz belə bir dəyərdir. O, qadının başını örtən parça deyil, o qadının taleyini, ana dualarını, xalqın min illik mənəvi tarixini çiyinlərində daşıyan müqəddəs bir paydır.
Bəzən bir parça bir ömür qədər ağır olur. Kəlayağ da belıdir. O, ipəkdən deyil, ana nəfəsindən qadın səbrindən, min illərin sükutundan toxunub. Başlara örtülən kəlayağ əslində, qəlblərin üstünü örtür, dağılmasın deyə, sınmasın deyə.
Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlayağ” kitabı bir əşyanın deyil, bir mədəniyyətin taleyinin hekayəsidir. Kitab bir xalqın kövrək yaddaşının kitabıdır. Səhifələrdə danışan sözlər yox, danışmayan analardır. Burada hər kəlayağ bir taledir – sevincini içinə axıdan, kədərini susaraq daşıyan qadın taleyi. Hər ilməsində ana nəfəsi, hər rəngində qadın göz yaşı, hər naxışında millətin sükutla dediyi sözlər yaşayır.
Kəlayağ Azərbaycan qadınının həyat yolunu müşayət edən səssiz şahiddir. O, sevincdə başa bağlanıb, kədərdə göz yaşı silib, toyda ümid, yasda təmkin olub. Qız anasının sandığından kəlayağ götürəndə təkcə parça deyil, nəsildən-nəsilə ötürülən bir etibar olub. Bu mənada kəlayağ ana ilə qız arasında qurulan görünməz bir körpüdür; sözsüz, amma möhkəm.
Arzu xanım, bu kitaba belə bir ad qoymaqla kəlayağını milli kimliyin poetik simvoluna çevirir. Müəllifin dili elə toxunur ki, oxucu kəlayağının ipəyini deyil, ruhunu hiss edir. Bu yazılarda tarix quru fakt kimi deyil, qadın talelərinin içindən süzülən canlı həqiqət kimi danışır. Burada mədəniyyət muzey vitrini deyil, ev OCAĞIDIR – İSTİ, KÖVRƏK VƏ MÜQƏDDƏS.
Kitabın adı bizə xatırladır ki, milləti yaşadan təkcə torpaq deyil, dəyərlərə göstərilən ehtiramdır. Kəlayağ qorunduqca qadının hörməti, ananın haqqı, ailənin bərəkəti də qorunur. Ona görə də kəlayağ bu kitabda yalnız keçmişin xatirəsi yox, gələcəyin məsuliyyəti kimi təqdim olunur.
“Ən müqəddəs pay kəlayağ” kitabı oxucuya sadəcə oxumaq üçün deyil, düşünmək, hiss etmək, köklərə qayıtmaq üçün yazılıb. Bu kitabda müxtəlif mövzular, ayrı-ayrı şeir adları olsa da ,hər cümlə sükutla danışır, hər fikir insanı öz ana nənəsinin sandığına aparır. Və insan anlayır ki, bəzən bir xalqın bütün tarixi bir kəlayağ qədər incə, bir o qədər möhkəm ola bilər.
Kitabda adı çəkilən kəlağaya verilən dəyərin sözə çevrilmiş formasıdır. Bu sözləri oxunduqca kəlağay yenidən yaşayır – başlarda deyil, qəlblərdə.
Kəlayağı qadının susqun dilidir. O, qız vaxtı ümid olub, gəlin vaxtı səbr, ana vaxtı dua, qoca vaxtı xatirə. Toyda ağ olub sevincini gizlədib,vyasda qara olub dərd ucaldıb. Kəlayağ qadının ağrısını göstərməyən, amma hamısını bilən sirdaşdır.
Arzu Əyyarqızı kəlağayını sandıqdan çıxarıb tarix kitabına deyil, oxucunun qəlbinə qoyur. Elə buna görə də bu kitab oxunmur – hiss edilir.
Kitab bizə xatırladır ki, millət həm bayraqla, həm də ana başındakı kəlağayla yaşayar. O, düşməsə, xalq da düşməz. O, unudulsa, yaddaş susar. Kitab kəlağaya yazılmış söz deyil, kəlayağın öz duasıdır. Oxucu onu oxuyarkən səsini qaldırmir, çünki müqəddəs şeylər pıçıltı ilə danışılır.
Bu kitab bitmir – kəlayağ kimi, oxucunun yaddaşında başa dolanıb qalır. Bir gün sözlər unudular, amma bu kitabdan sonra kəlayağ heç vaxt adi parça olmayacaq. Kəlayağ başdan düşə bilər, amma bu kitabdan sonra yaddaşdan düşməz. Kitab oxunulur, kənara qoyulur, amma oxucunun iç alımində, ruhunda kəlayağ qalır. Sözlər bitir, amma müqəddəs pay daim qalır.
Kitabda müxtəlif mövzulu şeirlər qəlbin sükutunda danışır. Sözlər sadə, amma ruhda əbədi iz buraxır. Kitabdakı şeirlər milli ruhun və qadın talelərinin səssiz şahididir. Hər misrada tarix, hər sətirdə sevgi yaşayır.
Oxucu sükutu dinləyir, şeirlər isə eşqi yaşayır. Şeirlər kəlağay kimi incə, ruh oxşayan duyğular oxucunu zamanın içindən keçirir, keçmişi hiss etdirir, gələcəyə yol göstərir. Hər sətir bir dua, hər misra bir ömrün əksi kimi yazılıb. Kitabı oxuyarkən yalnız sözləri deyil, anaların səbrini qadınların taleyini və xalqın ruhunu hiss edir. Hər şeir bir yol göstərir; tarixə, yaddaşa, duyğulara. Burada hər söz milli ruhun bir əks-sədası, hər misra isə qadın taleyinin parlaq işığıdır.
Arzu Əyyarqızının bu kitabındakı hər şeir bir ömürdür – qısa, amma iz buraxan. Sevgi şeirləri ən ülvi duyğularla, böyük məharətlə sevgi dünyasına qonaraq sevən aşiqlərə sevginin sehrini, alovunu, ehtirasını ali sevgi misraları ilə qələmə alınmışdır.
Və nəhayət, kitab oxunularaə sona çatır. Amma müqəddəs payın hekayəsi ruhda əbədiləşərək…
14.12.2025
Ehtiram Sevənli,
“Qızıl Qələm” Medi Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist
EHTİRAM SEVƏNLİNİN YAZILARI