www.bitik.az tərəfindən yazılmış bütün yazılar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

Əziz soydaşlar, dəyərli həmvətənlər!
Sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqını milli-mənəvi bütövləşməyə çağırış günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Tariximizə və mədəniyyətimizə dərin kök salmış Həmrəylik Günü dil, əqidə, əməl birliyimizin rəmzinə çevrilmişdir. Biz bu günü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi, onları daha da artıraraq gələcək nəsillərə ötürmək əzmində olduğumuzu ifadə edirik.
Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirir, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə otuz üç il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı getdikcə daha geniş vüsət alır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə milli birliyin misilsiz əhəmiyyət daşıdığını dərindən dərk edirlər. Azərbaycan icmaları və diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işində yaxından iştirak edirlər.
Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına dəstək verilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Ötən bir ildə Azərbaycan Respublikası yeni böyük uğurlara nail olmuşdur. Ölkəmizin siyasi, iqtisadi və hərbi potensialı daha da artırılmışdır. Əhalinin yaşayış səviyyəsi yüksəlmişdir. Dövlətimizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra ölkəmizin bütün ərazisində azad və ədalətli Prezident və parlament seçkilərinin keçirilməsi dövlətimizin sülh və sabitlik şəraitində demokratik inkişafında yeni mərhələ açmışdır.
Dünya miqyaslı tədbir olan COP29 konfransının Bakıda keçirilməsi ölkəmizin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən beynəlxalq səylərdə liderliyini təsdiq etmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən Zirvə görüşündə Azərbaycanın yekdil qərarla D-8 təşkilatına üzv qəbul edilməsi dövlətimizin xarici siyasətinin yeni böyük uğuru olmuşdur.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğundan Asiyada, Avropada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyinin sayılıb-seçilən üzvlərindən birinə çevrilməsindən məmnunluq duyurlar.
Yeni tarixi dövrün astanasında Azərbaycan xalqı yeni imkanlara və nailiyyətlərə hazırdır. Keçmişdə qarşılaşdığımız çətinliklər bizi daha güclü etmişdir. Şübhə yoxdur ki, xalqımızın yeni dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin milli-mənəvi birliyinin möhkəmlənməsindən keçir.
Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, milli hüquqlarımızı qorumaq, hər sahədə bir-birinə dəstək olmaqdır.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti, firavanlıq arzulayır, doğma Azərbaycanımıza nurlu gələcək diləyirik!

Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi.

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 29 dekabr tarixli iclasında qəbul edilmişdir.)

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ

YAZARLAR.AZ

Həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi

Həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

Əsədov Zülfiqar Sərdar oğlu

Rəhimli Aydan Vaqif qızı”.

YAZARLAR.AZ

Latın qrafikalı Azərbaycan dilində ilk yazı

Səfəvilər dönəminə aid nadir bir əlyazma:

“Həzrəti Heissanın Mesia İncili necə ki yazdı Matte oniki Mesianın şagirdlərindən biri” –
“Məsihin on iki şagirdlərindən biri olan Matte tərəfindən yazılmış Həzrəti İsa Məsihin İncili”.

Bu, unikal tarixi əlyazma, İncilin azərbaycancaya tərcüməsindən qısa bir hissədir.

Tərcümə, 16-17-ci əsrlərdə Səfəvi dövründə İsfahanda, latın əlifbası ilə və fransız orfoqrafiyası əsasında yazılıb. Bu incə sənət əsəri, 1680-ci ildə isveçli səyyah tərəfindən Moskvada satın alınıb və indi İsveçdəki Uppsala Universitetində qorunub saxlanılır.

P.S. Demək ki bu, azərbaycan dilində latın qrafikası ilə yazılmış ilk əsərdi.

Mənbə: Şücaət Əhmədzadə

Mustafa Müseyiboğlu adına kitabxana

Bu gün Mustafa Müseyiboğlunun anım günüdür! Allah rəhmət eləsin, ruhu şad olsun. (01.12.1952, Ağdam – 29.12.2018, Bakı) Amin.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================


<<<< WWW.YAZARLAR.AZ
 və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Şamilli – AMANSIZ ƏCƏL

AMANSIZ ƏCƏL
25 dekabr təyyarə qəzasına həsr olunur

Qalxmışdı səmaya xoş duyğularla,
Hər kəsin arzusu,niyyəti vardı.
Bir də gördüllər ki,zamansız əcəl,
Heç aman vermədi ,canları aldı.

Xalqımız bu gün də matəm içində,
Yenə bir faciə səs-səda saldı.
Əzizlər ,döğmalar yol gözləyirdi,
Onlardan geriyə külləri qaldı.

O qədər insanın nəydi günahı?
Məhv oldu həyatlar,tamam soldular.
İldırımmı çaxdı,ulduzmu axdı?
Alışlb yanaraq mələk oldular.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR ŞEİRİN TARİXÇƏSİ

BİR ŞEİRİN TARİXÇƏSİ
Bir yas mərasimində böyük şairimiz Şahmar Əkbərzadənin xanımı təklif etdi ki, gəlin əzizlərimizin ruhu şad olsun deyə sevdiyimiz şeirlərindən səsləndirək. Və icazə verin elə özümdən başlayım:
“Şahmarla bir dəfə düz üç ay küsülü qaldıq… Uşaq məktəbdə sözə baxmamışdı. Şikayət etdim…Şahmar da məni danladı nə danladı…. mən bir az da üstünə getdim..Ömründə çırtma vurmayan Şahmar bir şillə çəkdi…nə çəkdi….vallah fırlandım.. Üç ay kabinetdə divanın üstündə nazik örtüklə yatdim. Evə gələn kimi qaçıb gizlənirdim… Bir gün sübh vaxtı hiss etdim ki, kabinetə tez girib çıxdı… Hə xanımlar, stolun üstündə bu şeiri gördüm. Hikkəmdən bir-iki saat əl vurmasam da sonra oxudum.. Bununla da hicrana son qoyduq”
Həmin şeiri təqdim edirik:

AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm, günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

Müəllif: Şahmar ƏKBƏRZADƏ

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

Aktrisa Zərifə Ağayevanın doğum günüdür – Təbrik!

Bu gün teatrımızın – Ağdam Dövlət Dram Teatrının – aktrisası Zərifə Ağayevanın ad günüdür. Rəhbərliyimiz və yaradıcı kollektivimizin adından Zərifə xanımı təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Mənbə: Ağdam Dövlət Dram Teatrı

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq yazıçısı Anara “Türk Dünyası Ədəbiyyat Ödülü” təqdim edildi

Xalq yazıçısı Anara “Türk Dünyası Ədəbiyyat Ödülü” təqdim edildi

Dekabrın 20-də Türkiyənin paytaxtı Ankara şəhərində, Türk Dövlətləri Təşkilatı və Türk Dil Qurumunun işbirliyi ilə, “Dildə, fikirdə, işdə birlik” devizi altında növbəti “Türk Dünyası Ədəbiyyat Ödülləri”nin təqdimat mərasimi keçirilib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə gerçekləşən mərasimdə Türkiyənin Mədəniyyət ve Turizm nazirinin müavini Sərdar Çam, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu rəhbəri Dərya Örs, Türk Dil Qurumu rəhbəri Osman Mert, müavini Harun Şahin, eləcə də Türk Tarix Qurumu rəhbəri Yüksəl Özgən, Atatürk Mədəniyyət Mərkəzi sədri Zəki Ərarslan, Atatürk Araşdırma Mərkəzi sədri Əhməd Qılınc və başqa rəsmi şəxslər, Türkiyə elmi və mədəni ictimaiyyətinin tanınmış nümayəndələri, alim və ədiblər iştırak ediblər.
Mərasim Ankara Musiqi və İncəsənət Universitetinin “Türk dünyası musiqiləri topluluğu konserti” ilə başlayıb. Daha sonra, Binəli Yıldırım, Dərya Örs və Osman Mert çıxış ediblər.
Rəsmi hissədən sonra ödüllərin verilməsi mərasimi keçirilib. İlk mükafat Binəli Yıldırım tərəfindən Azərbaycanın Xalq yazıçısı Anara təqdim edilib. Daha sonra Qazaxıstandan Dauren Kuatov, Özbəkistandan Nazar Eşankulov, Türkmənistandan Dövlətgəldi Annamıradov, Şimali Kipr Türk Respublikasından Osman Güvənirə mükafatlar təqdim olunub.

Tədbirdən sonra qonaqların şərəfinə ziyarət verilib.

Mənbə: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli – Sevgimin payız pöhrəsi

Sevgimin payız pöhrəsi

Mənim gülüm , dünən səni,
Yolumun üstündə gördüm.
Korun korun yanmağını
Burulan tüstündə gördüm.

Mənim gülüm olduğunu
Nəfəs-nəfəs ahdan bildim,
Təzə açılmış səhərdə
Günəşsiz sabahdan bildim.

Ürəyindən qopan sözlər
Yana- yana gəlir gördüm.
Od gətirir sinəm üstə ,
Duyğuların gülür gördüm.

Küləklədin ocağımı,
Közlənən qorum oynadı.
Silkələdin budağımı,
Yarpağım , barım oynadı.

Könlümün payız yerinə,
Sevgi pöhrəsi bitirdin.
Taleyimin qədərinə
Bir şirin ümid gətirdin.
27.12.2024

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağcabədidə təqdimat mərasimi baş tutub

Təqdimat mərasimi

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsinin təşkilatçılığı ilə Ağcabədıli tanınmış şair Zahid Avşar Eloğlunun yenicə işıq üzü görmüş “Yer ilə göy arasında” kitabının təqdimat mərasimi keçirilib.Tədbirə adıçəkilən bölgədən olan yazarlar, ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər qatılıblar. Təqdimat mərasimində millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, şair Tahir Rzayev iştirak edib.


Sözügedən mərasimdə millət vəkili şair Tahir Rzayev, araşdırmaçı yazar Mahir Ağayev, əməkdar müəllim Zəhra İbrahimova, yerli yazarlardan Tofiq Zeynal, Eldar Qarqarçay, Vəli Qurbanoğlu, Eyvaz Avşar, Mübariz Məmışoğlu, ziyalılardan Mürşüd Quliyev, Rövşən Bayramov, Vaqif Qarayev və başqaları çıxış edərək şair Zahid Avşar Eloğlunun “Yerlə göy arasında” kitabı haqqında fikir və mülahizələrini bildirib, səmimi ürək sözlərini bölüşüb, qələm sahibinə yaradıcılıq uğurları arzulayıblar. Mərasim iştirakçılarına Ağcabədi şəhər 1 və 3 saylı tam orta məktəbləri şagirdlərinin ifasında şair Zahid Avşar Eloğlunun şeirlərindən ibarət kompozisiya təqdim olunub. Sonda şair Zahid Avşar Eloğlu söz alaraq təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü və minnətdarlığını bildirib, sualları cavablandırıb.
Axırda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

– bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!

A Y B-nin Qarabağ Bölməsi

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAŞIN SAĞ OLSUN, CAN AZERBAYCAN!

BAŞIN SAĞ OLSUN, CAN AZERBAYCAN!

Azərbaycan hava yollarının faciəyə uğradığını eşitdiyimdə dərin kədərə batdım…
Bu cür faciələr insanı dərin kədərə və ümidsizliyə salır. Bundan əlavə, bizi hər birimizə ehtiyatlı və diqqətli olmağımıza çağıraraq, bir-birimizə mərhəmətli olmağımızı da xatırladır…
Hər bir insanın həyatı qiymətlidir.
Bu ağır faciə yalnız Azərbaycanı deyil, qardaş Özbəkistanı da kədərləndirdi.
Ürəyi qardaş və dost olan birinin evində kədərli bir gün yaşanarkən, bizim də ürəyimiz yaralanır.
Həqiqətən, biz bir-birimizi dəstəkləyərək, çətin anlarda bir-birimizə kömək etməliyik.
Azərbaycan xalqının bu ağır sınaqdan çıxması bizim də birləşərək, sükunət, səbr və mərhəmət göstərməyimizə bağlıdır.
Öz dərin hüznümü bildirərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm.
İtirilmiş hər bir insanın ailəsi üçün çox böyük kədər hiss edirəm.
Hər bir insanın ölümü, onun ailəsinə böyük izlər qoyur.
Amma, bizlər bu faciələri düşündükdə, bir insanın həyatı onun zəhməti, arzuları və keçmişi ilə əlaqəlidir.
Biz buna görə də bu çətin günlərdə, Azərbaycan xalqının mərhəmətini, birliyini və səbrini görmək istəyirik.
Həmçinin, yaralananlara tezliklə sağalmaq, onların ailələrinə dəstək və güc diləyirəm.
Onların sağalması və yenidən həyatın gözəlliklərindən bəhrələnmələri üçün hər şeyə hazırıq.
Hər bir yaralı insanın arxasında o ailənin və cəmiyyətin böyük bir yükü olduğunu unutmamalıyıq.
Bizim dəstəyimiz onlara güc, səbr və ümid verəcəkdir.
Allahdan dualarımı bildirirəm, Azərbaycan xalqını bütün bəlalardan qorusun, onlara güc və qüvvət versin.
Azərbaycanın yalnız bu gün deyil, gələcəkdə də sülhü, sabitliyi, rifahı və bəxti üçün də dua edirəm.

Dərin hüznlə: Cahangir NAMAZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Lobar RUSTAMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir NAMAZOV,
YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.