Bu gün teatrımızın – Ağdam Dövlət Dram Teatrının – aktrisası Zərifə Ağayevanın ad günüdür. Rəhbərliyimiz və yaradıcı kollektivimizin adından Zərifə xanımı təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Xalq yazıçısı Anara “Türk Dünyası Ədəbiyyat Ödülü” təqdim edildi
Dekabrın 20-də Türkiyənin paytaxtı Ankara şəhərində, Türk Dövlətləri Təşkilatı və Türk Dil Qurumunun işbirliyi ilə, “Dildə, fikirdə, işdə birlik” devizi altında növbəti “Türk Dünyası Ədəbiyyat Ödülləri”nin təqdimat mərasimi keçirilib.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə gerçekləşən mərasimdə Türkiyənin Mədəniyyət ve Turizm nazirinin müavini Sərdar Çam, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu rəhbəri Dərya Örs, Türk Dil Qurumu rəhbəri Osman Mert, müavini Harun Şahin, eləcə də Türk Tarix Qurumu rəhbəri Yüksəl Özgən, Atatürk Mədəniyyət Mərkəzi sədri Zəki Ərarslan, Atatürk Araşdırma Mərkəzi sədri Əhməd Qılınc və başqa rəsmi şəxslər, Türkiyə elmi və mədəni ictimaiyyətinin tanınmış nümayəndələri, alim və ədiblər iştırak ediblər. Mərasim Ankara Musiqi və İncəsənət Universitetinin “Türk dünyası musiqiləri topluluğu konserti” ilə başlayıb. Daha sonra, Binəli Yıldırım, Dərya Örs və Osman Mert çıxış ediblər. Rəsmi hissədən sonra ödüllərin verilməsi mərasimi keçirilib. İlk mükafat Binəli Yıldırım tərəfindən Azərbaycanın Xalq yazıçısı Anara təqdim edilib. Daha sonra Qazaxıstandan Dauren Kuatov, Özbəkistandan Nazar Eşankulov, Türkmənistandan Dövlətgəldi Annamıradov, Şimali Kipr Türk Respublikasından Osman Güvənirə mükafatlar təqdim olunub.
Tədbirdən sonra qonaqların şərəfinə ziyarət verilib.
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsinin təşkilatçılığı ilə Ağcabədıli tanınmış şair Zahid Avşar Eloğlunun yenicə işıq üzü görmüş “Yer ilə göy arasında” kitabının təqdimat mərasimi keçirilib.Tədbirə adıçəkilən bölgədən olan yazarlar, ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər qatılıblar. Təqdimat mərasimində millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, şair Tahir Rzayev iştirak edib.
Sözügedən mərasimdə millət vəkili şair Tahir Rzayev, araşdırmaçı yazar Mahir Ağayev, əməkdar müəllim Zəhra İbrahimova, yerli yazarlardan Tofiq Zeynal, Eldar Qarqarçay, Vəli Qurbanoğlu, Eyvaz Avşar, Mübariz Məmışoğlu, ziyalılardan Mürşüd Quliyev, Rövşən Bayramov, Vaqif Qarayev və başqaları çıxış edərək şair Zahid Avşar Eloğlunun “Yerlə göy arasında” kitabı haqqında fikir və mülahizələrini bildirib, səmimi ürək sözlərini bölüşüb, qələm sahibinə yaradıcılıq uğurları arzulayıblar. Mərasim iştirakçılarına Ağcabədi şəhər 1 və 3 saylı tam orta məktəbləri şagirdlərinin ifasında şair Zahid Avşar Eloğlunun şeirlərindən ibarət kompozisiya təqdim olunub. Sonda şair Zahid Avşar Eloğlu söz alaraq təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü və minnətdarlığını bildirib, sualları cavablandırıb. Axırda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
– bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!
Azərbaycan hava yollarının faciəyə uğradığını eşitdiyimdə dərin kədərə batdım… Bu cür faciələr insanı dərin kədərə və ümidsizliyə salır. Bundan əlavə, bizi hər birimizə ehtiyatlı və diqqətli olmağımıza çağıraraq, bir-birimizə mərhəmətli olmağımızı da xatırladır… Hər bir insanın həyatı qiymətlidir. Bu ağır faciə yalnız Azərbaycanı deyil, qardaş Özbəkistanı da kədərləndirdi. Ürəyi qardaş və dost olan birinin evində kədərli bir gün yaşanarkən, bizim də ürəyimiz yaralanır. Həqiqətən, biz bir-birimizi dəstəkləyərək, çətin anlarda bir-birimizə kömək etməliyik. Azərbaycan xalqının bu ağır sınaqdan çıxması bizim də birləşərək, sükunət, səbr və mərhəmət göstərməyimizə bağlıdır. Öz dərin hüznümü bildirərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. İtirilmiş hər bir insanın ailəsi üçün çox böyük kədər hiss edirəm. Hər bir insanın ölümü, onun ailəsinə böyük izlər qoyur. Amma, bizlər bu faciələri düşündükdə, bir insanın həyatı onun zəhməti, arzuları və keçmişi ilə əlaqəlidir. Biz buna görə də bu çətin günlərdə, Azərbaycan xalqının mərhəmətini, birliyini və səbrini görmək istəyirik. Həmçinin, yaralananlara tezliklə sağalmaq, onların ailələrinə dəstək və güc diləyirəm. Onların sağalması və yenidən həyatın gözəlliklərindən bəhrələnmələri üçün hər şeyə hazırıq. Hər bir yaralı insanın arxasında o ailənin və cəmiyyətin böyük bir yükü olduğunu unutmamalıyıq. Bizim dəstəyimiz onlara güc, səbr və ümid verəcəkdir. Allahdan dualarımı bildirirəm, Azərbaycan xalqını bütün bəlalardan qorusun, onlara güc və qüvvət versin. Azərbaycanın yalnız bu gün deyil, gələcəkdə də sülhü, sabitliyi, rifahı və bəxti üçün də dua edirəm.
Dərin hüznlə:Cahangir NAMAZOV “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Dr. Rəhim Cavadbəyli təhsilini İran, Azərbaycan və Türkiyədə başa vurub. O, Azərbaycanda AMAKA İnstitutunda Hüquq və Beynəlxalq Hüquq üzrə bakalavr və ilk magistr təhsilini başa vurub. Türkiyənin Qazi və Hacı Bayram Vəli Universitetlərində Beynəlxalq Münasibətlər üzrə ikinci magistr və doktorantura təhsilini başa vurub. O, geniş arxiv təhqiqatlarını aparmışdır; Türk, fars və qismən ərəb tarixi mətnlərində üstünlük təşkil edir. 25 ildir ki, siyasət tarixini araşdırır. İran, Qafqaz, Yaxın Şərq, bütövlükdə Qərbi Asiya və Türk dünyası sahələrində dərin biliklərə malik mütəxəssis, siyasi tarixçi və strateq, eyni zamanda Xorasan /Azərbaycan Sivilizasiyası Yaradan Mədəniyyət Hövzəsi ideyasının müəllifidir. İran Türklərinin tanınmış və mühüm siyasi simalarından biridir. Bursaya Uzanan Ədəbiyyat Yolunda Dostluq və Qardaşlıq İstiqlalı Türkiyənin Bursa şəhərində keçiriləcək ədəbiyyat şöləninə qatılmaq üçün altı nəfərlik bir heyətlə yola çıxmışıq. Bu şölən bizim üçün böyük bir hadisədir, çünki qardaş ölkənin mədəniyyət mühitində iştirak etmək və Azərbaycan ədəbiyyatını təqdim etmək şansı qazanmışıq. Səfərimiz Ankaradan başladı. Uçaqla eniş etdikdən sonra metrobusa minib Bursaya doğru yol aldıq. Bu zaman bizi unudulmaz bir qarşılanma gözləyirdi. Hörmətli siyasətçi, araşdırmaçı və alim Rahim Cavadbəyli bizi dostları ilə qarşıladı. Rahim bəy Təbrizlidir və hazırda Türkiyədə yaşayır. O, bizim Bursaya gedəcəyimizdən əvvəlcədən xəbərdar idi və bu səbəbdən bizi qarşılamaq üçün təşəbbüs göstərmişdi. Rahim bəyin isti münasibəti, diqqət və hörməti bizi dərin təsir altında qoydu. Onunla görüşdə bir daha şahid olduq ki, Azərbaycanın və Türkiyənin mədəni əlaqələri təkcə tarixi bir miras deyil, həm də canlı bir dostluq körpüsüdür. Söhbət zamanı Rahim bəyin geniş biliyi, Təbrizin mədəni irsi və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı söylədikləri bizi çox təsirləndirdi. Bursa yolunda bizi belə dostluq və qardaşlıq hissləri ilə yola salmaq həm yolçuluğumuzu mənəvi baxımdan zənginləşdirdi, həm də bu səfərin nə qədər dəyərli olacağını bir daha göstərdi. Bu diqqət və səmimiyyət bizə unudulmaz bir təəssürat bəxş etdi. Bursa şəhərindəki ədəbiyyat şölənində Azərbaycanın zəngin ədəbi irsini qardaş Türkiyənin ədəbiyyatsevərlərinə təqdim etmək üçün səbirsizliklə gözləyirik. Yolumuzda qarşılaşdığımız bu səmimiyyət və dostluq isə bizə daha böyük ilham verdi. Eyni zamanda, Rahim Cavadbəylinin Azərbaycan mədəniyyətinə və dostluq münasibətlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirmək məqsədilə Bakıda onun üçün xüsusi bir seminar təşkil etməyi planlaşdırırıq. Bu seminar onun zəngin araşdırmalarına, quzeyli-güneyli bütöv Azərbaycana, umumiyyətlə İran ve İran Türklüyünə ve Avrasyanın mədəniyyət mərkəzi Təbrizə və Azərbaycan-Türkiyə əlaqələrinə dair dəyərli fikirlərini bölüşmək üçün mükəmməl bir platforma olacaq. İnanırıq ki, bu tədbir elm və mədəniyyət dünyasında yeni bir dialoqun başlanğıcı olacaq. Hörmətli Rəhim Cavadbəyli bir Azərbaycan alimi olaraq ortaya qoymuş olduğu Azərbaycan/Xorasan Sivilizasya yaradan Mədəniyyət Hövzəsinə dair doktrini, Azərbaycan dövlətini ve xalqını sadəcə bir Qafqazya xalqı və dövləti olaraq deyil, Avrasyanın mədəniyyət qütbü kimi çıxış etməsinə teorik zəmində şərayit yaradacaq bir dünya görüşüdür. Rahim Cavadbəyliyə və bizi sevgi ilə qarşılayan dostlarına dərin təşəkkürümüzü bildiririk. Bu səfər bizim üçün sadəcə bir yolculuq deyil, həm də mədəniyyətin və dostluğun möhtəşəm bir təzahürüdür. Yazıçı: SONA ABBASƏLİQIZI
“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.
XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63
96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb. Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir. Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur. Buyurun, sevə-sevə oxuyun!
Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) -Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına) -Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) -Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) -Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) -Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” -Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) -Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü” -Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) -Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)
24 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin qalibləri təltif olundu.
Qalib hekayələrdən biri də Tural Cəfərlinin “Yaşıl pencək” adlı hekayəsi oldu. Tədbir maraqlı keçdi. Qaliblərə və təşkilatçılara uğurlar arzu edirik!
Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib
23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar. Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın “QONAQ TEATR” layihəsindən danışıb. Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. Çıxış edənlər – Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
“Mücrü” nəşriyyatı 5 yaşı münasibəti ilə əsərlərini çap etdiyi müəllifləri mükafatlandırıb. Qiymətləndirmə aparılarkən son illərdə ən çox oxunan, habelə oxucu rəğbəti qazanan, o cümlədən redaktorlar tərəfindən yüksək qiymətləndirilən kitabların müəllifləri seçilmişdir.
Mükafatın 2024-cü il üçün yekun seçimləri başa çatmışdır. “Mücrü” nəşriyyatının İdarə Heyətinin qərarına əsasən adları göstərilən müəlliflərə “İlin Yazarı” mükafatı verilmişdir:
Anar Şamil
Ayaz İmranoğlu
Aydın Arslan
Aypara Ayxan
Aysel Xanlarqızı
Azad Qaradərəli
Azər Salayev
Cavid Zeynallı
Cəlil Cavanşir
Elvin Rzayev
Ədalət Qərib
Əli bəy Azəri
Əyyub Qiyas
Femida Nağıyeva
Hədiyyə Şəfaqət
Xanım İsmayılqızı
İlham Abbas
İlham Tumas
İlhamə Kədər
İmran Axundov
İsaxan İsaxanlı
Jalə İsmayıl
Kənan Hacı
Könül Fərmanzadə
Qoşqar Qaraçaylı
Qüdrət Kərim Sabit
Mehman Qaraxanoğlu
Məqsəd Nur
Məmməd Oruc
Mirağa Qafarzadə
Mirmehdi Ağaoğlu
Nizami Orucov
Ramil Mərzili
Ramiz Qusarçaylı
Rövşən Şərif
Ruzigar Ələkbər
Sara İbrahim
Sevinc Elsevər
Sevinc Yunuslu
Seymur Atilla
Signor Bayramlı Məhəmməd
Südabə Sərvi
Şahnaz Kamal
Təranə Dəmir
Turan Uğur
Vahid Aslan
Vüsal Yurdoğlu
Yaqut Dəmirov
Zaur Ustac
“Yazarlar” olaraq, “Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist Zaur Ustacı və digər laureatları bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!