Венгерский писатель Ласло Краснахоркаи получил Нобелевскую премию по литературе! Его антиутопии переведены на многие языки народов мира. Писатель живет а Берлине, но обычно часто путешествует. Самые известные романы – . «Сатанинское танго», «Последний волк», «Врйна и война» . Он не скрывает, что среди его кумиров был и Федор Достоевский. К сожалению , его произведений нет на азербайджанском языке, но на русский переведены многие романы и рассказы Автора. По его сценариям снято несколько фильмов. Безусловно он заслуживает Нобелевскую премию, как выдающийся писатель создавший свои неповторимые миры!
Milli poetik kodların çağdaş təzahürü: Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatı janrının interpretasiyası
Bayatı janrı poeziyamızın ən qədim, sadə və anlaşıqlı janrlarından biri hesab olunur. Müasir Azərbaycan ədəbiyyatında bayatı janrına müraciət milli ənənələrin davamı olmaqla yanaşı, bu janrın xalqın yaddaşında və mədəni kodlarındakı xüsusi yerinin ifadəsidir.Müasir poeziyamızın gənc nümayəndələrindən biri hesab olunan şair Elroman Əlizadə bayatılar silsiləsindən ibarət “Bayatınamə” şeirində bayatıların yalnız strukturuna deyil, eyni zamanda semantik kodlarına müraciət edir. Şeir milli poetik kodların, bayatı janrının müasir interpretasiyası kimi çıxış edir. Tədqiqat zamanı məqalədə əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Bayatı məhəbbət və ayrılıq mövzularını, dərin duyğuları, emosional yaşantıları daha aydın ifadə edə bilən poetik janrdır, xalqın ruhuna yaxınlığı ilə fərqlənir. Bayatının qafiyə quruluşu aaba şəklindədir, şeir dörd misralı, yeddi hecalıdır. Bu janrda yazılmış nümunələrdə zaman və məkan şərti xarakter daşıyır, eyni zamanda mətnin daxili aləmi keçmişə yönəlik olur, tarixiliklə fövqəlzamanlıq birləşdirilir. Bədii təfəkkürün məhsulu olan bayatılarda reallığın olması əsas şərtdir. Belə ki, şüuraltında kodlaşdırılan ənənələr cəmiyyətə nüfuz edir və mühit daxilində yaşadılır. Bu səbəbdən bayatılar sosial davranışların tənzimlənməsində və psixoloji gərginliyin minimuma endirilməsində mühüm rol oynayır. Zahirən monoloji, daxilən dialoji formada olan bayatılarda lirik qəhrəman daxili ikiləşmə prosesindən keçir, ikinci “mən”i ilə ünsiyyət qurur və ruhani aləminə yönəlir. Filologiya elmləri doktoru, professor Asif Hacılı “Bayatı poetikası: struktur, semantika, praqmatika” adlı monoqrafiyasında yazır: “Lirik qəhrəman kənarı daxildə, dünyanı özündə, həyatın qanunlarını öz ani yaşantılarında görür. Bayatının belə eqosentrik mahiyyəti nitq subyektini əsas qüvvə kimi ortaya çıxarır (eposda isə aparıcı qüvvə – müstəqil epik personaj və nəql edilən kənar hadisələrdir) və bayatı sintaksisi mətndəki subyekt tipi ilə təyin olunur”. Qapalı və ənənəvi janr hesab edilən bayatılarda fərdi hisslər real səhnələrlə yenidən mənalandırılır. Lirik qəhrəman (əsas subyekt-söyləyici şəxs) ümumiləşdirilmiş obraz və konkretliyini itirmiş fövqəlsubyektdir. O, özünü oxucuya üçüncü şəxs kimi təqdim edir, yəni “müəllif” ikiləşir, həm söyləyici, həm də lirik qəhrəman cildində çıxış edir. Asif Hacılının fikrincə, “Bu obraz formal olaraq mətn “müəllif”i ilə eyniləşir (təbii ki, şifahi sənətdə müəllif özünəməxsusluğu nəzərə alınmaqla). Lakin lirik “mən”lə müəllifin qovuşuqluğu mütləq deyil və bəzən bayatı mətninə “kənar” sözlər, başqa şəxslərin nitqi də daxil edilir. Ancaq bu “kənar” şəxslər də əslində “müəllif” obrazının – lirik qəhrəmanın fərqli psixoloji transformasiyalarının (metampsixoz), daxilən ikiləşməsinin nəticəsidir.Belə hallarda söyləyici özündən təcridlənir, özü haqqında başqa şəxs kimi danışır (ikinci və ya üçüncü şəxs kimi)”. Bayatılarda lirik qəhrəman ətraf aləmi antropoloji cəhətdən dəyərləndirərək, hər şeyi şəxsləndirir. (təşxis) Bu poetik nümunələrin daxili aləmi ənənəvi formullar (modellər) – ana, bacı, ata, qardaş, dost, düşmən, çay, dərə və s. əsasında qurulur. A. Hacılıya görə, “Formul konkret əsərdən üstün və əslində bədii mətni yaradan semantik amildir. Belə demək mümkünsə, bayatını elə bayatı (formul) yaradır, daha doğrusu, bayatı elə bayatı haqqında olur, formulun ifadəsi kimi gerçəkləşir”.
Müasir poeziyamızın gənc nümayəndələrindən biri olan Elroman Əlizadənin yaradıcılığında xalq ruhuna yaxınlıq, milli ənənələrə, keçmişə bağlılıq hissi, xalq mahnılarına (“Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Küçələrə su səpmişəm”) və atalar sözlərinə müraciət motivləri (“Axır qəmin olsun”, “Güvəndiyim dağlara qar yağdı”, “Atsan atılmaz, satsan satılmaz”, “Od olmayan yerdən tüstü çıxmaz”, “Cücəni payızda sayarlar”, “İnanan daşa dönsün”, “Ölənlə ölmək olmaz”) aydın şəkildə hiss olunur. Şair ritmik musiqi təsiri bağışlayan, paralellizm və təkrarlardan ibarət, sevgi, ayrılıq, yaddaş itkisi, tənhalıq kimi bir sıra mövzularla zəngin şeirlərin müəllifidir. Məsələn, “Altıncı hiss”, (və ya “Sevgi elegiyası”. Bədii dillə riyazi dilin sintezi, rəqəmlərlə poetik oyun, xalq mahnısının (“Sarı gəlin”) şeirə gətirilməsi, dəyər-dəyərsizlik qarşılaşması. (səni ucaldıb kitab edən, müqəddəs bilən, qoruyan birini səni kiçildərək, səninlə sıradan biri kimi davranıb sənə xitab edən birinə dəyişmisən) Şair şeirdə sevgidən sonluğa doğru geriyə saymağa başlayır, melodik və ritmik musiqi atmosferi yaradır, sevginin tədricən azalıb yox olmasına işarə edir. (dekreşendo-səsin tədricən azalması) Şairin həyatından gündüz, yəni işıq, nur getdiyi üçün gündüz, işıq onun üçün mənasını itirib, işığı da qaranlıq kimi qəbul edir) “Sənsizliyin baş hərfi”, (xatırlamaq və unutmaq dilemması, xatirələrdə yaşayan, (“kitabın arasında”) amma daha canlılığını, saflığını itirmiş (“qurudulmuş”) sevginin poetik təsviri, tənha qalan bədənin və duyğuların metaforik ifadəsi. Şair ayrılıq və boşluq hisslərini bir nöqtədə, yəni ilk hərfdə cəmləyir, yalnız fiziki deyil, həm də emosional tənhalığa işarə edir. Həmçinin, ayrılığı başlanğıc nöqtəsi kimi verməklə hər ayrılığın bir başlanğıc olduğunu da ifadə etmiş ola bilər. Şeirdə sanki “S” hərfinin səsi eşidilir və bu hərf leqato (fasiləsiz, axıcı və rabitəli ifa üsulu) səs effektini yaradır, “S” səsi səssiz, uzanan, ardıcıl bir melodik xətt kimi “yataqda tək qıvrılan bədən”lə paralel gedir və bu təsvir tənha ton və zərif toxunuş (“subtile”) yaradır. “S” hərfinin səs tembri incə və xışıltılı olduğu üçün oxucu şeirin hər misrasında bu səsi həm vizual, həm də akustik olaraq, duya bilir) “Axır qəmim”, “O qədər uzağıq ki”, “Məktub”, (burada ev metaforası daxili evə-ruha, ürəyə işarədir) “Ağac”, (“O qədər ağlamışdım, kirpiyim oruc olsa, cəhənnəmlik olardım”) “İki Tanrı”, (“İki tanrım var mənim, biri səndən üstündü,biri sənin büstündü”) “Tanrının gözü”, “Arzu”, (“Kim deyir ki, tabutu sevgililər daşımır? çiynimdə aparmışam. O gün tabut boş idi, səni geyib əynimə əynimdə aparmışam”) “Pəncərədən daş gəlir”, “Sənsizliyə riayət et”, “Bağışla”, “Qadınsan”, “Gedənlərin tanrısı”, “Unutqan”, (“Mənim dalğalarımda mənsiz niyə üzmüsən?”) “Bu bazar”, “Səhv sevgi”, “Bayatınamə”. Elroman Əlizadənin yaradıcılığı bugünə qədər akademik səviyyədə tədqiq olunmayıb. Tədqiqat zamanı əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Folklorun qəlbində müasir aşiqin səsi – ayrılığın laylası
Bayatı janrına müraciət edən şair Elroman Əlizadə “Bayatınamə” şeirində duyğularını, fərdi görüşlərini, milli poeziya ənənələrinə bağlılığını daha təbii və təsirli dillə ifadə edə bilir, sevgini və ayrılığı bayatının misralarına, poetik cövhərinə hopdurur, janrın çoxqatlı struktur imkanlarından istifadə edərək, ənənə ilə müasirliyi vəhdətdə təqdim edir. Onun yaradıcılığında bayatı sevgi və ayrılıq mövzularının poetik təqdimatı, təkrarlar və paralel strukturlar kimi ifadə olunur, folklor element və motivləri fərqli şəkildə işlənir. “Bayatınamə” şeiri bayatı formasında yazılıb, monoloq üzərində qurulub, nakam məhəbbət, hicran və ayrılıq duyğuları ön plandadır. Şeirin lirik qəhrəmanı aşiq obrazıdır. O həsrət çəkir, çarəsizdir, ümidlə ümidsizlik arasında çırpınır, daxilən tənhadır və bu vəziyyətlə barışmaq üçün mübarizə aparır, itki ilə barışmağa çalışır. Lirik qəhrəman daxili “mən”i ilə söhbətləşir, hisslərini ruhunun süzgəcindən keçirərək, yaşadığı duyğulara anlam verməyə və baş verənləri dərk etməyə çalışır. Bayatının klassik strukturu qorunub saxlanılır, lakin ona psixoloji və fəlsəfi qatlar əlavə edilir. Şeir poetik məktub təsiri bağışlayır, bədii dili axıcı, çağdaş və orijinaldır. Bayatı nümunələri arasında emosional bağlılıq və bütövlük mövcuddur. Bayatıları postmodernist kontekstdə işləyən müəllif janrı fərdi poetikasına və eksperimental axtarışlarına uyğunlaşdırır. Hər bayatı bir fikrin davamıdır. Heca vəzninin elementləri nəzərə çarpsa da şeir sərbəst vəzndə yazılıb, bayatı silsiləsindən çox kompozisiyalı şeiri xatırladır. “Bayatınamə” şeirinin ilk bəndində aşiqlə məşuqə həm cismən, həm də mənəvi olaraq, ayrılığın astanasında qalıblar. Lirik qəhrəmanın həyatının mərkəzində sevgi dayanır və sevgisizlik onun heçliyidir. O, sevgini o qədər müqəddəs və dərin duyğu kimi qəbul edir ki, onu “göy” ilə eyniləşdirir. (kosmik transpozisiya – insan sevgisinin kainata köçürülməsi, kainatla eyniləşdirilməsi) Şeirdə “göy” metaforik mənada ucalıq, sonsuzluq və müqəddəsliyin simvoludur. “Göy” məfhumu ilahiləşmiş sevgilidir, yəni İlahi güc “sən”də cəmlənib. “Göy” kişi (Tanrı) arxetipidir, yəni sevgi Tanrı ilə eyniləşdirilir. Lirik qəhrəmana görə, həyatın səsi də, ürəyin ritmi də, küyü də “sənsən”. (Nəsiminin “İnsanpərvərlik konsepsiyası”) O, başqasının toyunda öz ölümünü yaşayan bir “mən” olur. (“buxarlanmış” subyekt) Deməli, toy mərasimi məna yükünü itirir, çünki yalnız bir varlıq qalıb – O. Subyekt öz “mən”ini sevdiyi şəxsin varlığında əridir, özünü fəda edir. Bayatı nümunəsində sevginin məhvedici gücü, məşuqənin ilahiləşməsi və aşiqin metafizik ölümü ifadə olunub. (fədakarlığın semiotikası) Onun dünyasında sevgi “göy” kimi uca və toxunulmazdır, adi bir hissdən daha artıq – kainatı anlamağın açarıdır. (metafizik səviyyə) Sevgi varlığın mərkəzində dayanır: sevdiyi şəxs olmasa, nə “göy”ün, nə də yerin mənası qalar. Burada fantaziya ilə reallıq bir-birinə qarışıb, gerçəkliklə bağlantı qopur. Şeirin lirik qəhrəmanı tərk edilib və ruhən parçalanıb, özünü ölmüş biri kimi hiss edir, hətta öz ruhunu “dəfn edib”. Nəticədə “duasını oxumaq” da oxucuya qalar:
Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən. Sən indi göydəsənsə, deməli, göy də sənsən. Əzizim, göy də sənsən, Ən gözəl küy də sənsən. Mən ölmüşəm, toyunda Gəlin də, bəy də sənsən.
Lirik qəhrəmanın qəlbi həm yaralı, həm üsyankar, həm də həssasdır, dərin sevginin təsiri altında öz keçmiş “mən”indən uzaqlaşaraq hisslərini ifadə edir. Sevgi onun üçün həm ilham, həm də təlaş mənbəyidir. Bayatılarda ayrılıq ağrısı və insan psixikasındakı mürəkkəblik ustalıqla qələmə alınıb. Şeirdə işlənmiş “daş”, “yaş”və “baş” kimi elementlər göydən gələn əzabı, emosional ağırlığı və duyğuların fırtınasını simvollaşdırır. Şeirdə “meydan” ictimai həyatın və mövcud sistemin simvoludur. Belə ki, subyekt öz fərdiliyini itirir, ictimai qaydalara və gözləntilərə boyun əyməyə məcbur qalır:
Gedişinlə özünü öyə-öyə haqlısan Göydən yerə daş yağsa, yerdən göyə haqlısan. Əziziyəm, yaş yağar, Meydanlara baş yağar. Üzümü göyə tutsam, Göydən yerə daş yağar.
Lirik qəhrəman həyatının mənasını və ekzistensial varlığını belə sorğulayır, çünki sevdiyi insan ondan uzaqdadır. (coğrafi deyil, duyğusal məsafə baxımından) Sevgi hissi insanı yaşada da bilər, yox edə də bilər. Qəhrəmanın həyatının mərkəzinə qoyduğu sevgi hissi itdikcə, tədricən öz “mən”ini də itirir. İnsan ruhunun kövrəkliyi ilə bərabər, sevgi hissinin dağıdıcı tərəfi də şeirə güclü dramatik təsir qatır. O, sevgisiz özünü natamam və yarımçıq hiss edir, özgə ilə “bütövləşmək” istəyir, əsl sevgini tamamlanmaqda görür. Bayatıda sevgi anlayışı sərhədləri aşmayan, eyni zamanda bu sərhədlər olmadan da yaşaya bilməyən mürəkkəb bir sistem kimi təqdim olunur:
Həddi qədər sevmədi, həddini də yar aşdı, Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı. Əziziyəm, yar aşmır, Sərhədləri yar aşmır. Sənə mənsiz yaraşan Mənə sənsiz yaraşmır.
“Daşlaşmış” dualar – “yaşlanmış” hisslər
Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatılar insanın daxili mübarizəsini və təkrar dönüşlərini ifadə edir. Şeirin hər bəndində lirik qəhrəmanın dünyasında tərk edilmənin yaratdığı psixoloji dağınıqlıq və sarsıntı aydın şəkildə hiss olunur. O, sevdiyi şəxsi həyatının mərkəzinə qoyur, sevgi onu bu həyata bağlayan tək səbəbdir və bu səbəb də ortadan qalxanda qəhrəman depressiyaya düşür, “əyyaş”a çevrilir, həyatında psixoloji çöküş başlayır. Burada “əyyaş” mənəvi sərsəmliyin simvoludur. Şeirin əvvəlində sevgili göylə eyniləşdirilir, orta bəndlərdə əzablarını çəkinmədən dilə gətirən qəhrəmanımız sonuncu bəndlərdə bütün inamını itirir, sanki ümidi, hətta sevgisi, ruhu “daşlaşır”:
Dedin səni unudub ta ən başa dönmüşəm, Sən unudan yol üstə mən əyyaşa dönmüşəm. Əzizim, yaşa dönsün, Baharım qışa dönsün. Dedin başa dönmüşəm, İnanan daşa dönsün…
Gənc şair Elroman Əlizadə “Bayatınamə” adlı bayatılar silsiləsindən ibarət şeirində folklorun bədii-estetik yükünü şəxsi hisslər kontekstində dəyərləndirərək, bədii müstəviyə daşıyır və oxucunu həm yaddaşın, həm də duyğunun dərin qatlarına endirməyi bacarır. Şeirdə folklor elementləri müasir lirika ilə birləşərək, şəxsi duyğuların ictimai yaddaşla vəhdətini yaradır. Müəllif xalqın poetik yaddaşına, milli şüuruna söykənərək, həm bayatı janrının strukturunu qoruyur, həm də bayatıya lirik monoloq səviyyəsində fərdi, psixoloji və fəlsəfi məna yükləyir. Şeirdə ritmik musiqinin təsiri aydın sezilir, səs effektləri emosional kontrastları ustalıqla ifadə edir. (leqato, kreşendo – səsin tədricən artması) “Bayatınamə” şeirində “əziziyəm” ifadəsi konotativ mənada “başqasına görə mövcud olan, amma tanımadığımız və inkar etdiyimiz daxili “mən”imizdir. Semioloji kontekstdə “əziziyəm” ifadəsi ilə lirik qəhrəman özünü ifadə edir, başqasının dünyasında yerini müəyyən edir. “Əziziyəm” həm də mövcudluğun inkarı, özünütəsdiqin ifadəsi, emosional və ontoloji üsyanın assosiasiyasıdır. (“Mən sənə görə varam”) Lirik qəhrəman yalnız o vaxt özünü “əziz” biri kimi qəbul edir ki, o sevilir, əks halda o, ontolojj tənhadır. “Əziziyəm” həm də varlığın ikiləşməsi və kodlanmış arzuların ifadəsidir. “Bayatınamə” şeirində bayatı janrı poetik təfəkkürün fəlsəfi dərinliyi ilə birləşir, zaman faktoru kosmik-məcazi mənada işlənir, kosmik metaforlara (göy, daş, yağış) yer verilir. Bayatının formal çərçivəsinə uyğun yeni lirika nümunələri yaradılır. Şeirdə göy-yer qarşılaşması, toy mərasiminin ölüm mərasimi ilə əvəzlənməsi, (dualizm prinsipi) lirik qəhrəmanın “əyyaş”a çevrilməsi sevginin əzablı və metafizik qatlarını ifadə edir. (emosional fırtına) Lirik qəhrəman yalnız fərdi eksperimentlərini deyil, eyni zamanda xalqın emosional yaddaşına çağırış edir, milli poeziya ruhunu müasir formada yaşadır. Şeirdə folklor motivləri yenidən canlandırılır, folklor həm struktur, həm semantik baza kimi ifadə olunur, müasir poeziyamıza transformasiya edilir və nəticədə yeni poetik dil formalaşır. Bu baxımdan Elroman Əlizadənin “Bayatınamə” şeirini çağdaş poeziyamız üçün ciddi nümunə hesab edirik.
László Krasznahorkai has won the Nobel Prize in Literature, according to BBC.
The Hungarian author was recognised “for his compelling and visionary oeuvre that, in the midst of apocalyptic terror, reaffirms the power of art”.
He has written five novels and won numerous other literary prizes, including the 2015 Man Booker International Prize, and the 2013 best translated book award in Fiction for Satantango, a postmodern novel about the end of the world.
He is the second Hungarian author to pick up the award following the late Imre Kertesz, who won in 2002.
Born in 1954, Krasznahorkai gained recognition in 1985 when he published Satantango, which he adapted for the big screen in 1994.
The black-and-white drama, by Hungarian film-maker Bela Tarr, is notable for its seven-hour running time.
2025-cü il ədəbiyyat üzrə Nobel mükafatına Macarıstandan olan 71 yaşlı yazıçı, yəhudi əsilli Laszlo Krasznahorkai layiq görülüb.
“The times of İsrael” saytı yazır: “Yazıçı 2018-ci ildə bir yunan nəşrinə verdiyi müsahibədə deyib ki, “biz əslən yəhudiyik, bunu 11 yaşım olanda atam bizə ailə sirri kimi açdı. 1931-ci ildə babam “Korin” familiyasını “Krasnahorkai” familiyasına dəyişib. Sosializm dövründə bunu demək qadağan idi. Odur ki, mən əlli faiz yəhudiyəm, əgər Macarıstanda işlər yoluna düşsə, onda mən tam yəhudi olacağam”. p.s. Azərbaycan dilindəki orfoqrafiyası: Laslo Krasnahorkai (“Krasnahorkai” Macarıstanda qədim qəsrdir).
Agile (ingiliscə “çevik, elastik”) layihə idarəetmə və məhsul (xüsusilə proqram təminatı) hazırlama yanaşmasıdır. Əsas ideyası odur ki, layihələr kiçik, tez-tez təkrarlanan mərhələlərlə (sprintlərlə) planlaşdırılır və icra olunur. Hər bir mərhələdə (və ya “sprint”də) komanda real nəticələr üzərində işləyir, yekun versiyaları sınaqdan keçirir və istifadəçilərdən/müştərilərdən tez-tez rəy alır. Bu, layihənin inkişaf istiqamətinin səhv yolda olduğunu mümkün qədər erkən müəyyənləşdirməyə, həmçinin məhsulun keyfiyyətini yüksəltməyə kömək edir. Agile yanaşmasının ən vacib xüsusiyyətləri bunlardır:
Çeviklik və tez adaptasiya: Mühitdə və ya tələblərdə dəyişikliklər yarandıqda, planı sərt şəkildə qorumaq əvəzinə, onu tez bir zamanda yeniləmək.
Tez-tez rəy və sınaqlar: Hazırlanan məhsulun hissələri (funksionallığı) müştəri və ya istifadəçilər tərəfindən tez-tez yoxlanılır, rəy əsasında düzəlişlər edilir.
Komanda işi və ünsiyyət: Komanda üzvləri (məsələn, proqramçı, dizayner, testçi) gündəlik sürətli toplantılarla (Stand-up görüşləri) əməkdaşlıq edir, problemi dərhal həll etməyə çalışırlar.
Müştəri məmnuniyyətinə önəm vermək: Sonda müştərinin ehtiyacı nədirsə, ona uyğun addımlar atılır və dəyişikliklər qısa müddətdə tətbiq olunur. Nəticədə, Agile komandaların daha məhsuldar çalışmasına, xərcləri optimallaşdırmasına və layihədə meydana çıxan dəyişikliklərə tez uyğunlaşmasına şərait yaradır. Təhsildə Agile yanaşması istifadə olunarkən, komanda (müəllim, şagird, valideyn və s.) birlikdə qısa, lakin intensiv “öyrənmə sprint”ləri həyata keçirməklə tapşırıq və layihələri təkrarlanan mərhələlərdə inkişaf etdirir, hər mərhələdə rəy alıb sürətli təkmilləşdirmə aparır.
Prezident İlham Əliyevin Liderliyi və Azərbaycan Ordusunun Tarixi Zəfəri
Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədir. Bu Zəfərin əsasında güclü dövlət başçısının siyasi iradəsi, müasir və qüdrətli ordu, həmçinin şəhidlərimizin fədakarlığı dayanır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasət ilə ölkənin hərbi, siyasi və iqtisadi gücünü möhkəmləndirmişdir. Onun qətiyyətli addımları sayəsində Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilmişdir. Vətən müharibəsi günlərində dövlət başçısının həm döyüş meydanında ordumuza verdiyi dəstək, həm də beynəlxalq diplomatiya müstəvisində sərgilədiyi mövqeyi tarixi Zəfərin qazanılmasında həlledici rol oynamışdır. Son illərdə hərbi quruculuğa ayrılan diqqət, iqtisadi inkişafın təmin etdiyi maliyyə imkanları və milli həmrəylik ruhu Azərbaycanın müharibəyə hərtərəfli hazır olmasına şərait yaratdı. Ordunun maddi-texniki bazasının güclənməsi, müasir silahların alınması və yüksək peşəkarlıq müharibə gedişində qələbəni təmin edən əsas amillərdən oldu. Azərbaycanın tarixi Zəfəri, hər şeydən əvvəl, şəhidlərimizin qəhrəmanlığı ilə yazıldı. Onların canı-qanı bahasına işğaldan azad edilən torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır. Hər bir şəhid xalqımızın yaddaşında əbədi qəhrəman kimi yaşayır. Azərbaycanın dövlət başçısı, ordusu və xalqının birliyi ilə əldə edilən bu qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, gələcək nəsillərə də güc və qürur mənbəyi oldu. Qarabağda dalğalanan bayrağımız Azərbaycanın güclü dövləti, qalib xalq və müdrik lider obrazının simvoluna çevrildi. Azərbaycan tarixində elə günlər var ki, əsrlər keçsə də, yaddaşlardan silinmir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də bu cür yaddaşlara həkk olunan bir dastandır. Bu dastanın ilk qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir. Onun illərlə davam edən siyasəti, dəmir iradəsi və cəsarətli çıxışları xalqı bir yumruq kimi birləşdirdi. Dünyaya meydan oxuyan səsi – “Qarabağ Azərbaycandır!” – təkcə bir şüar deyildi, ordunun gücünün, xalqın iradəsinin və dövlətin qüdrətinin ifadəsi idi. İkinci qəhrəman isə Azərbaycanın özüdür – iqtisadi gücü ilə, siyasi iradəsi ilə, orduya göstərdiyi diqqət və qayğı ilə Zəfəri hazırlayan qüdrətli dövlətimiz. Hərbi texnika, müasir silahlar, təlimlər – bunlar sadəcə rəqəmlər deyil, qələbənin təməl daşları idi. Və ən uca qəhrəmanlıq – şəhidlərimizindir. Onların qanı ilə alınan torpaqlarda bu gün azan səsi ucalır, bayrağımız dalğalanır. Şuşada, Cıdır düzündə, Kəlbəcərin dağlarında, Füzulinin çöllərində dalğalanan üçrəngli bayrağımız şəhidlərin ruhuna əbədi salamdır. Bu Zəfər təkcə bir müharibənin sonu deyil, bir xalqın qürur tarixidir. Liderin iradəsi, dövlətin gücü və şəhidlərin qəhrəmanlığı ilə yazılan bu dastan gələcək nəsillərin yaddaşında “Azərbaycan Zəfəri” adı ilə yaşayacaq.
Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru
7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü qardaş ölkələrin birliyini, qarşılıqlı əməkdaşlıq və strateji həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Türk dünyasının geosiyasi, iqtisadi və mədəni potensialının dərin təhlilinə, eyni zamanda bu birliyin gələcək inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı. Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır. Təşkilatın beynəlxalq nüfuzunun artması, regional sülh və təhlükəsizliyin təmin olunmasında fəal rolu, ortaq dəyərlər və tarixi köklər əsasında inteqrasiya proseslərinin güclənməsi türk dünyasının müasir beynəlxalq sistemdə strateji mövqeyini möhkəmləndirir. Azərbaycanın bu prosesdə aparıcı rolu, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində təşəbbüskar mövqeyi TDT-nin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bu prinsip TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində də öz əksini tapmışdır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zəruridir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün tam bərpası regionda ədalətli sülhün və sabitliyin bərqərar olunmasında mühüm mərhələdir. 2023-cü ildə antiterror tədbirlərinin uğurla başa çatması və 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də Türk Dövlətləri Təşkilatının sülh və təhlükəsizlik prinsiplərinə sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc müstəqilliyin və ərazi bütövlüyünün əsas təminatçısı kimi çıxış edir. Azərbaycan bu sahədə xüsusilə Türkiyə ilə dərin əməkdaşlıq əlaqələri qurmuşdur. Son bir ildə 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimin keçirilməsi türk dövlətləri arasında qarşılıqlı etimad və strateji həmrəyliyin nümunəsidir. Prezident cənab İlham Əliyevin 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi bu əməkdaşlığı institusional səviyyəyə qaldırmağa yönəlmiş strateji addımdır. Bu təşəbbüs, həmçinin, regionda sülh və sabitliyin qorunması baxımından önəmli rol oynayacaq. Türk dünyasının coğrafi yerləşməsi və təbii resurs potensialı qlobal iqtisadi sistemdə yeni imkanlar açır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə çevrilmişdir. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması bu potensialın real nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq hava limanı və güclü dəniz donanması Azərbaycanın logistika sahəsində strateji üstünlüyünü artırmışdır. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Azərbaycan enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi tanınır. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən ölkəmiz bu sahədə regional lider mövqeyinə malikdir. Bununla yanaşı, Prezident cənab İlham Əliyev çıxışında bərpaolunan enerji mənbələrinə böyük sərmayələrin yatırıldığını vurğulamışdır. 2030-cu ilə qədər ölkənin enerji istehsalının 40 faizi məhz bu mənbələr hesabına təmin ediləcək. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa istiqamətində yaşıl enerji dəhlizinin yaradılması ideyası yalnız iqtisadi deyil, həm də ekoloji dayanıqlıq baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs Türk dünyasının qlobal enerji bazarında yeni mövqeyini formalaşdıracaq. Prezidentin çıxışında ortaq dil, tarix və mədəniyyət amillərinin türk birliyinin əsas sütunları olduğu xüsusi vurğulanmışdır. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultay bu baxımdan tarixi hadisə kimi xatırlanır. Gələn il bu Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi təklifi türk xalqlarının mədəni birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin dəstəyi ilə inşa olunan məktəblər, yaradıcılıq mərkəzləri və məscidlər türk həmrəyliyinin rəmzi kimi dəyərləndirilir. Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlərdə görülən bu işlər təkcə humanitar dəstək deyil, həm də ümumtürk birliyinin mənəvi simvolu kimi çıxış edir. Qəbələdə keçirilmiş XII Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərini müəyyən edən strateji mərhələ kimi tarixə düşdü. Prezident cənab İlham Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi, enerji, müdafiə və mədəni inteqrasiya sahələrində birliyin dərinləşməsi üçün yol xəritəsi rolunu oynadı. Türk dövlətlərinin birliyi artıq regional deyil, qlobal miqyaslı strateji güc mərkəzi kimi formalaşmaqdadır. Bu birliyin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, dayanıqlı inkişaf və sülhə sadiqlik dayanır. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi, həm regional təhlükəsizliyin təminində, həm də iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsində əsas hərəkətverici qüvvə olaraq qalır. Türk dünyasının gələcəyi birliyin möhkəmlənməsindən, ortaq məqsədlərin reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən keçir. Qəbələ Zirvəsi bu istiqamətdə mühüm dönüş nöqtəsi kimi Türk Dövlətləri Təşkilatının tarixində öz layiqli yerini tutmuşdur.
İtalyan nüfusunun milyonlarcası muhtemelen Etrüsk-Türk kökenlidir
Latinlerden önce İtalya’ya gelip Roma’yı kuran ve Etrüskler olarak adlandırılan bir halk vardı. Şimdiye kadar kökenleri ve dilleri hakkında hiçbir bilgi yok. Burada, 300 yıldır dünya bilim insanları hiçbir şey öğrenemeyerek şaşkına döndüler. Türkçe kil yazıtları okuduğumda, kökenleri hakkında bilgi ediniyorum. O zamanlar ETE ELİ olarak adlandırıldıklarını ve 3 bin yıl önce Türkiye’nin Hatay-Osmaniye-Adana illeri ile Suriye’nin Bayırbucaq bölgesinde yaşadıklarını ve Oğuz Türkleri olduklarını öğreniyorum. 2800 yıl önce Balkanlar’dan saldıran Yunan Akalar, Dorlar, İyonyalılar (bunlar kabilelerdi) baskısı altında, talihsizlerin bir kısmı deniz yoluyla Apeninler’e, bir kısmı kara yoluyla Batı, Doğu, Güney Azerbaycan ve hatta Sibirya’ya gitti. İsimleri o yerlerin yer adlarında kaldı. Kolay bir alfabe oluşturdular. Sağdan sola okunan bir alfabe. Latin alfabesi onların bir türevidir. 130’a kadar metinlerini okudum ve sırlarını açığa çıkardım.
Azerbaycan dilinin kendine özgü bir lehçesiyle konuşuyorlardı. Asimilasyonun bir sonucu olarak, İtalyan nüfusunun milyonlarcası muhtemelen Etrüsk-Türk kökenlidir.
Azərbaycan ərazisində – ümumilikdə türk torpaqlarında “Gəlin Qayası” və oxşar toponimlərə çox rast gəlirik. Fotoda gördüyünüz Gəlin Qayası Azərbaycan Respublikasının Daşkəsən rayonu, Dəstəfur (Dəstəgir, Dəstəgül) kəndi yaxınlığında dəniz səviyyəsindən 2364 metr hündürlükdə yerləşən ən möhtəşəm təbii abidələrdən biridir.